Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-938/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: delikt, pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Təhməzli Nigar Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-39/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2023-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Toyota C-HR minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir.
2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mazda 3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə (ƏDV daxil olmaqla) 7078,26 manat məbləğində ziyan dəymişdir.
3. xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Mazda 3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5693 manat, ödənilmiş sığorta ödənişinin məbləği 5000 manat təşkil edir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3832 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5490 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8489 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxılışlı “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5490 manat müəyyən edilir. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, “Mazda-3” markalı (** TF *** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzərə qaydada təxminən 21.000 manat müəyyən olunur. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aktına əsasən təmirə məruz qalmış 2014-cü il buraxılışlı, “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti təxminən 19.500 (təxminən 7-8 % çıxılma tətbiq edilməklə 21.000-1500) manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 yanvar 2023-cü il tarixdə, saat 20:55də Cavabdeh Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsində idarə etdiyi “Toyota CH- R minik” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol nişanının tələblərinə riayət etmədiyindən İddiaçı məxsus “Mazda-3 minik” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla bağlı Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Avtomobilinə külli miqdarda ziyan dəymişdir. Belə ki, “Mazda Service”in təqdim etdiyi qüsur aktına əsasən, avtomobilə dəyən ziyan endirimsiz 8440,29 manat məbləğində dəyərləndirilmişdir, rəsmi “Mazda Servis” daimi müştəri olduğuna görə həmin məbləg 7078,26 (ƏDV daxil) manata endirilmişdir. Bundan başqa, “JDM Auto”dan verilən hesabfakturaya əsasən “Mazda Service”də tapılmayan ehtiyyat hissələrinə görə də əlavə olaraq 810 manat məbləğində ödəniş etmişdir. Əlavə olaraq təmir zamanı “tsapfa” adlandırılan ehtiyyat hissəsi (544 manat dəyərində) heç bir servisdə mövcud olmadığına görə, müvəqqəti olaraq köhnə maşından çıxarılmış tsapfadan (“ölüxana” adlandırılan qeyri-rəsmi yerdən qəbzsiz 230 manata alınmış) quraşdırmasına razılıq bildirməli olmuş və bu gələcəkdə təzədən dəyişilməsinə və əlavə xərc çəkilməsinə səbəb ola bilər. Avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, lakin qalan 3440,29 manat hissəni cavabdeh ödəməkdən imtina edir. Həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmin avtomobilin ilk alıcısıdır, avtomobili alarkən yeni və tam yüksək kompektasiyada idi, heç sürülməmişdir. 2014-cü ildən avtomobili idarə edirdi, cəmi 54.000 km yürüşü vardı və heç vaxt qəzaya uğramamışdır, bu illər ərzində texniki baxış vaxtı-vaxtında və yalnız rəsmi “Mazda Servis”də həyata keçirilmişdir, avtomobilin qəzadan əvvəl heç bir nasazlığı olmamışdı, bütün ehtiyyat hissələri original hissələr idi. Hazırda bu komplektasiyadan olan eyni yürüşlü, eyni ildən olan, aşınması nəzərə alınmaqla real bazar dəyəri 27.000 manatdır. Qəzadan sonra isə avtomobilin təmirli vəziyyətdə dəyəri 20.000 manata düşmüşdür. Beləliklə də, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 7000 manat təşkil edir. İddiaçının avtomobili rəsmi dilerdən alınmış yeni avtomobil olduğundan, qəzaya düşən avtomobili sürmək istəmir, satmaq niyyətindədir. Lakin, hazırki vəziyyətdə təmirdən sonra onu satışa çıxardıqda ən yaxşı halda 20.000 manata sata bilər. Bu da cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulan zərərin bir hissəsidir. Bundan başqa, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. Heç vaxt qəza keçirməmiş, qəza olarkən çox yüksək ruhi həyacan və qorxu hissini yaşamışdır. Üstəlik cavabdehin təqsirli olaraq hazırda davam edən bu cür hərəkətləri iddiaçını daha da gərgin vəziyyətə salır. Hadisədən sonra özünə qapanıb fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Belə olan halda, maddi zərərin əvəzi olaraq iddiaçıya 5000 manat məbləğində pul ödəməlidir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan “Mazda-3 minik” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 3440 manat madddi ziyanın, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiymət fərqinin əvəzi olaraq 7000 manat və mənəvi ziyana görə 5000 manat, cəmi 15.440 manat məbləğində pulun və ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-39/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərə görə 490 (dörd yüz doxsan) manat, avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiymət fərqinə görə 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumunun 70 (yetmiş) manatının Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan 66 (altmış altı) manat hissəsinin İddiaçı aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (əlli) manatın 75 (yetmiş beş) manatının İddiaçı və qalan 75 (yetmiş beş) manatının Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 2.2, 1096, 1097.1, 1108.1, 1115-ci maddələri, “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 52.1, 56-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyi, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 89, 119.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verib Sumqayıt şəhər Məhkəməsinin 21 fevral 2024cü il tarixli 2(060)-39/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci insansiya məhkəməsi nəzərə almamışdır ki, istənilən yol-nəqliyyat hadisəsi zamanı insan qorxu və həyacan keçirir. Bundan başqa, cavabdeh onunla barışığın əldə edilməsi üçün heç bir cəhd göstərməmiş, əksinə hər yol ilə dəymiş maddi ziyanın ödənilməsindən yayınmışdır. Cəmi 54.000 km yürüşü olan yeni kimi olan avtomobilin bir günün içində yararsız vəziyyətə düşməsi, bununla bağlı dəyərdən düşməsi onu çox üzür. Lakin, məhkəmə qeyd edilənləri nəzərə almadan onun iddiasını mənəvi zərər hissəsində rədd etmişdir
12. Hakim iş üzrə ekspertin rəyini sübut kimi qiymətləndiməkdə haqlı olmamışdır. Belə ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur ki, mülki işə əlavə edilmiş fotoşəkillər, qüsur aktları ümumilikdə nəzərə alınmaqla yolnəqliyyat hadisəsi nəticəsində «Mazda-3» markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə hansıməbləğdə ziyan dəymişdir? «Mazda-3» markalı, **-TF- *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan əvvəlki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiyməti fərqi nə qədər təşkil edir? Ekspert tərəfindən xx.xx.2023- cü il tarixdə rəy verilmişdir. Lakin rəydə yalnız birinci sual cavablanıdırlmışdır. Belə ki, 2-ci sualın cavabı aidiyyəti olmayan və ekspert qarşısında qoyulmayan sualın cavabı, ekspertin şəxsi mülahizəsi olmuşdur. İş üzrə təkrar ekspertiza keçirilmiş və avtomobilə çəkilən real xərclər deyil, hazırki avtomobilə uyğun olmayan köhnəlmiş detalların qiymətləri müəyyən edilmişdir.
13. Qətnamədən Cavabdeh da apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız qəbul olunmuşdur. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı, yəni “Mazda Service”-in təqdim etdiyi qüsur aktına əsasən avtomobilə vurulmuş maddi zərər 8440 manat göstərilsə də həmin məbləğin ödənişinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan əlavə iş materiallarına avtomobilin foto şəkiləri əlavə olunmamışdır ki, məhz məhkəmə tərəfindən bu tətqiq edilsə idi həmin avtonəqliyyat vasitəsinin 8440 manat deyil 3000-4000 manat arası xərc olduğu müəyyən olunardı. Bununla bağlı o birinci instansiya məkhəmə iclasında sədrlik edənə onunla İddiaçı arasında watshap yazışmalarının olduğunu bildirsə də əhəmiyyət verilməmişdir. Belə ki, həmin yazışmalarda iddiaçı qeyd edir ki, sığorta şirkəti az pul verir və adamlarının tapşırıqları ilə məbləğ 5000 manata artırılıb. İddiaçı nəqliyyat vasitəsinə vurulmuş ziyanı həddindən artıq şişirdərək fantastik pul məbləği tələb edir ki, bu da haqq və ədalətə uyğun deyildir. Nəqliyyat vasitəsinə vurulmuş ziyanı müəyyən edən qüsur aktının və digər sənədlərin reallığa uyğun olmamasına məhkəmə baxışı zamanı qiymət verilməmiş, nəqliyyat vasitəsinin tam yararsız hala düşməsi təsəruatı yaradılmışdır. Bundan başqa, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8489 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxılışlı “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5490 manat müəyyən edilir. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, “Mazda-3” markalı (** TF *** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzərə qaydada təxminən 21.000 manat müəyyən olunur. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aktına əsasən təmirə məruz qalmış 2014-cü il buraxılışlı, “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti təxminən 19.500 (təxminən 7-8 % çıxılma tətbiq edilməklə 21.000-1500) manat müəyyən edilir. İş üzrə verilən rəydə köhnəlmə əmsalları, işlərin dəyəri və s. əhəmiyyət kəsb edən məlumatlar əks olunmamış, nəqliyyat vasitəsinə mütəxəssis tərəfindən baxış keçirilməsi barədə məlumat əks olunmamışdır. Nəqliyyat vasitəsinin əvvəllər yol nəqliyyat hadisəsi olub olmaması araşdırılmamışdır. Bu səbəbdən də hesab edir ki, sözü gedən mütəxəssis rəyi hazırki mübahisənin həllində mötəbər sübut hesab oluna bilməz, sübutlar siyahısından çıxarılmalıdır.
15. Avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış 1500 manat qiymət fərqi məhkəmə tərəfindən düzgün araşdırılmamışdır. Belə ki iş üzrə verilən rəydə köhnəlmə əmsalları, işlərin dəyəri və s. əhəmiyyət kəsb edən məlumatlar əks olunmamış, nəqliyyat vasitəsinə mütəxəssis tərəfindən baxış keçirilməsi barədə məlumat əks olunmamışdır. Nəqliyyat vasitəsinin əvvəllər yol nəqliyyat hadisəsi olub olmaması araşdırılmamışdır. Bu səbəbdən də hesab edir ki, sözügedən mütəxəssis rəyi hazırki mübahisənin həllində mötəbər sübut hesab oluna bilməz.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, iddiaçı qətnaməni iddiasının təmin edilməyən hissəsində mübahisələndirərək iddianın tam təmin edilməsini, cavabdeh isə bütövlükdə mübahisələndirərək ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. İşin halları ondan ibarətdir ki, İddiaçı delikt nəticəsində iddiaçının mülkiyyətində olan “Mazda-3 minik” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə madddi ziyanın, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiymət fərqinin əvəzini və mənəvi ziyana görə pulun Cavabdeh tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli rəylərinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxılışlı “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5490 manat müəyyən edilmişdir. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, “Mazda-3” markalı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzərə qaydada təxminən 21000 manat müəyyən olunmuşdur. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aktına əsasən təmirə məruz qalmış 2014-cü il buraxılışlı, “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti təxminən 19.500 (təxminən 7-8 % çıxılma tətbiq edilməklə 21.000-1500) manat müəyyən edilmişdir.
37. Beləliklə, tərəflər arasındakı mübahisəli hal iddiaçıya dəymiş zərərin həcmi ilə bağlıdır. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş maddi ziyana görə məbləğ tutularkən birinci instansia məhkəməsi haqlı olaraq Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərini nəzərə almışdır.
38. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
39. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
40. Kollegiya hesab edir ki, İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişlər.
41. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin cavabdehdən xeyrinə tutulmasına dair apellyasiya şikayətin dəlilinə hüquqi qiymət verərək, hesab edir ki, mənəvi zərərin vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
42. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
43. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər.
45. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
46. Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-39/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-39/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.