Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-948/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” X5 müdiri X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” X4rşı nikahın ləğvi barədə aktın ləğv olunması, nikahın pozulması haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060)- 6129/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060)- 6129/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim E.Hüseynov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060)- 6129/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” X4rşı nikahın ləğvi barədə aktın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN Xidmət” X6 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə 22.04.2021-ci il tarixli 75 saylı aktın ləğv edilməsi və nikahın pozulması haqqında AZ-İ № 373679 şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bəşirov İlkin Cavanşir oğlu ilə iddiaçı arasında nikah Sumqayıt “ASAN xidmət” X6 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeyd olunmuşdur. Bəşirov İlkin Cavanşir oglu ilə ailə həyatı quran vaxt о, İİ qrup əlil olmuş, 31.01.2019-cu il tarixdən ərinə İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Əri iddiaçının ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. 2019-cu ildə iddiaçı Bəşirov İlkin Cavanşir oğlunun rəsmi qəyyumu olmaq üçün Sumqayıt Şəhər İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. X13 Cavanşir oğlunun üzərində qəyyum təyin edilməsi ilə bağlı iddiaçı və onun valideynləri X7 və Lətifova Sevil Vəli qızı arasında mübahisə olduğuna görə imtina verilmişdir. Buna baxmayaraq qeyri qanuni şəkildə Sumqayıt Şəhər İcra hakimiyyəti sərəncam qəbul edərək Bəşirov İlkin Cavanşir oğlunun qəyyumluğunu anası Lətifova Sevil Vəli qızına vermişdir. İlk dəfə iddiaçıya mübahisə olduğuna görə imtina verən həmin orqan ikinci dəfə mübahisə olduğunu bilə-bilə qəyyumluğu Lətifova Sevil Vəli qızına vermişdir. Açıq aydın bəllidir ki, Komissiya rüşvət almış və qərəzli olaraq qəyyum təyin etmişdir. Maddi marağı olmasaydı mübahisə olduğunu bilə-bilə Bəşirov İlkin Cavanşir oğlunun qəyyumluğunu anasına verməzdilər. Deməli Qəyyumluq Komissiyası qəyyumun anası Lətifova Sevil Vəli qızına verilməsində maddi marağı olmuşdur. Maddi maraq olmadan heç bir vəzifəli şəxs, dövlət orqanı belə bir qəbul etməzdi. Korrupsiya halının olması ilə bağlı müvafiq güc strukturlarına iddiaçı tərəfindən şikayətlər edilmişdir. 28.03.2021-ci il tarixində poçt vasitəsilə iddiaçıya daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” Qeydiyyat şöbəsinin 23.04.2021-ci il tarixli, 05/ 9-817-76 nömrəli məktubunda göstərilmişdir ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” X6 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu Lətifova Sevil Vəli qızının ərizəsi əsasında 22.04.2021 -ci il tarixində 75 saylı aktla qeydə alınmışdır. Lakin bildirir ki, müvafiq aktın nüsxəsi iddiaçıya təqdim edilməmişdir. 23.04.2021-ci il tarixli, 05/ 9-817-76 nömrəli məktubunun mətnindən aydın olur ki, qeydiyyat şöbəsi nikahı pozarkən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 5.8.4 və 5.11.2-ci bəndlərinə və Ailə Məcəlləsinin 17.2-ci maddəsinə istinad olunmuşdur. Beləliklə, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” X6 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeyd alınmış nikahın pozulması Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu Lətifova Sevil Vəli qızının ərizəsi əsasında qəbul edilmiş 22.04.2021-ci il tarixində 75 saylı akt ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun daşıyır. Apellyasiya şikayətində iddiaçı qeyd edir ki, məhkəmə onun akt qeydinin ləğvindən məlumatının olmamasını, nikah ləğv olunarkən Qeydiyyat şöbəsinə dəvət edilməməsini, bu barədə məlumatlandırılmamasını və bununla da nikah tərəfi olaraq hüquqlarının pozulmasını nəzərə almamışdır. Bundan başqa məhkəməyə təqdim edilmiş qətnamədən də göründüyü kimi onun həyat yoldaşı İlkin məhkəmədə qaldırmış olduğu iddia ərizəsi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab olunmuş və bunu etməkdə də iddiaçının məqsədi onun üzərində qəyyum təyin edilmək istəyi idi. Həyat yoldaşı ilə münasibəti həmişə normal olmuş və birgə nikahdan 27.09.2016-cı il təvəllüdlü Bəşirzadə Cavanşir və 07.03.2020-cı il təvəllüdlü Bəşirzadə Sevil adlı 2 övladları vardır. Bundan başqa nikahın ləğv edilməsi barədə akt qeydi aparılarkən o, Sumqayıt İnzibati Məhkəməsində və daha sonra isə Sumqayıt Şəhər Məhkəməsində qəyyumluğun ləğvi barədə iddia qaldırmış və qəyyumluq məsələsi məhkəmə mübahisəsinin predmeti olduğu zaman bu əməliyyatlar icra olunmuşdur. Halbuki, akt qeydi aparılarkən iddiaçı dəvət olunmalı idi və bu barədə onun məlumatı olmalıydı. Hazırda da Sumqayıt Şəhər Məhkəməsində qəyyumluğun ləğvi barədə mübahisə davam edir və bu akt da məhz qanunsuz sərəncam əsasında təyin edilmiş qəyyumun ərizəsi ilə aparılmışdır. Sadalanan xüsusatlara məhkəmə lazımi qiymət verməmiş, əksinə iddia tələbini təmin etməməklə, cavabdehin qanunsuz hərəkətlərini düzgün hesab etmişdir. Göstərilənlər nəzərə alınmaqla, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X9 şikayətin dəlillərini müdafiə etdilər və onun təmin olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” X5 müdiri X2 məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sözügedən akt qeydindən iddiaçı məlumatlı olmuşdur, ona bu barədə məlumatı mobil telefon vasitəsilə şəxsən özü vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanuni olduğundan şikayətin rədd edilməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4000/2019 saylı, 21 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, 19.04.1981-ci il taridə ünvan 1 ünvanında qeydiyyatda olan Bəşirov İlkin Cavanşir oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İşə əlavə edilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı 05.11.2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə 2406 saylı nikah qeydi aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının qəyyum təyin etmə barədə 234 saylı, 13 oktyabr 2020-ci il tarixli sərəncamından görünür ki, Lətifova Sevil Vəli qızı övladı 19.04.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu təyin edilmişdir. Yenə işdə olan nikahın pozulması haqqında 22.04.2021-ci il tarixli ərizədən görünür ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında nikahın pozulması barədə ərizəni Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu Lətifova Sevil Vəli qızı vermişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında akt qeydindən görünür ki, Bəşirov İlkin Cavanşir oğlunun faəliyyət qabiliyyətli olmayan hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının qəyyum təyin etmə barədə 234 saylı, 13 oktyabr 2020-ci il tarixli sərəncamı ilə Lətifova Sevil Vəli qızının onun üzərində qəyyum təyin edilməsi əsas götürülməklə nikahın pozulması barədə müvafiq qeyd aparılmışdır. Yenə işə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasındakı nikah 22.04.2021-ci il tarixdə pozulmuşdur. Sumqayıt “Asan Xidmət” X5 28.06.2021-ci il tarixli, 05/Q594-76 saylı məktubundan görünür ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” X6 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu Lətifova Sevil Vəli qızının ərizəsi əsasında 22.04.2021 -ci il tarixində 75 saylı aktla qeydə alınmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060)- 6129/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bəşirov İlkin Cavanşir oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4000/2019 saylı, 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Lətifova Sevil Vəli qızı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının qəyyum təyin etmə barədə 234 saylı, 13 oktyabr 2020-ci il tarixli sərəncamı ilə onun üzərində qəyyum təyin edilmişdir. Lətifova Sevil Vəli qızı 22.04.2021-ci il tarixdə, qəyyum təyin etmə barədə qüvvədə olan sərəncam əsasında Sumqayıt “ASAN Xidmət” X8 ərizə ilə müraciət edərək Bəşirov İlkin Cavanşir oğlu İddiaçı arasında olan nikahın pozulmasını istəmiş və nikahın pozulması 22.04.2021-ci il tarixdə, 75 saylı aktla qeydə alınmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.2-ci maddəsinə əsasən ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Yenə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: 17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.8.4-cü bəndinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir və Qaydaların 5.11.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı nikahının pozulması istinad olunan maddi hüquq normalarının tələblərinə uyğundur və etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı rədd etmək üçün qanunvericiliyin müvafiq normalarına istinad etməkdə haqlı olmuşdur. Beləliklə, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə tamamilə düzgün hüquqi nəyticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060)- 6129/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-948/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-948/2022
17.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver