Məhkəmə qərarları › İş №2(105)-995/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-995/2023

05.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-995/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müdaxilənin aradan qaldırılması) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X10 Məmmədov və X3 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qapı və pəncərənin bağlanılması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(027)-42/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı 20 aprel 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh X5 tərəfindən mülkiyyətində olan evin həyətinə açdığı qapı və pəncərənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı onun ata mülkiyyəti olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən həmin əmlak onun mülkiyyətindədir. Nəzərə çatdırır ki, bu sahə ilə və ümumiyyətlə onların dalanla heç bir hüquqi bağlılığı olmayan, əslində ünvan 2 ünvanında yaşayan, faktiki həmin küçə ilə bağlı olan, həyət qapısı da həmin küçəyə çıxan Cavabdeh yaşadıqları evə onların ailəsindən çox-çox sonra köçsələr və yaşasalar da, artıq bir müddətdir hüquqdan sui-istifadə edir. Cavabdeh özbaşınalıqla onun mülkiyyət hüquqlarını pozur. Belə ki, bir müddət əvvəl, yəni 2020-ci ilin sentyabr ayında o, bilmişdir ki, cavabdeh qapı və pəncərə açıb, faktiki onun mülkiyyətində olan yeri zəbt edərək qanunsuz istifadə edir. Qeyd etməyi vacib hesab edir ki, o, həmin köhnə həyətlərində təmir-bərpa işləri gördürür və özü buna görə çox vaxt Xaçmaz şəhərində göstərdiyi ünvanda olur. O, cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını, qapını bağlatmasını dəfələrlə xahiş etmiş, o isə dava-dalaş salmağa, onu da davaya təhrik etməyə çalışmışdır. Cavabdeh öz qanunsuz əməllərindən əl çəkmir, onun mülkiyyət hüququnu, əmlakından faktiki sahiblik etməyinə maneə törədir, onun əmlakından qeyri-qanuni istifadə edir, burada əsassız hərəkətlərə yol verir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Məhkəmə iclasında şahid qismində dinlirilmiş X11 mütəxəsis rəyini təsdiq edərək ifadəsində göstərmişdir ki, mübahisəli sahəyə baxış keçirib rəy vermişdir. Üç bucaq sahə 27 kv-metrdir, 16 kv.m İddiaçı məxsusdur. Baxış istiqaməti iddiaçıya məxsus tərəfdir, mübahisəli qapıdan Mariyaya məxsus sahədən keçməklə istifadə olunur. Mübahisəli qapı Mariyanın mülkiyyətinə aid sahəyə açılır.

6. Texniki pasportdan görünür ki, İddiaçı adına ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 41,3 kv.metr, yaşayış sahəsi 18,6 kv.metr, köməkçi sahəsi 22,7 kv.metr olan 2 otaqlı 1 mərtəbəli yaşayış evi vardır, fərdi yaşayış evinə bitişik hüquqmüəyyənedici sənədlərdə əksini tapmayan tikintialtı sahəsi 21,9 kv.metr, ümumi sahəsi 19,2 kv.metr olan əlavə tikili mövcuddur. Torpaq sahəsinin ön tərəfində fiziki sərhəd yoxdur.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2015 tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, 0,2459 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 41,3 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydə alınmışdır.

8. Quba rayon İcra Başçısı aparatının 16 iyun 2021-ci il tarixli, 1373/2 №li məktubundan görünür ki, Cavabdeh məxsus, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin əsas giriş-çıxış qapısının həmin ünvanda yerləşməsinə baxmayaraq, evin N.ünvan 6diaçı İddiaçı mülkiyyətində olan 0,02459 ha yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsinə 1 ədəd birtaylı qapının və 1 ədəd pəncərənin açıldığı müəyyən edilmişdir. Həmin qapı və pəncərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair verilmiş Texniki pasportda göstərilmiş və torpaq sahəsinin 1:500 miqyaslı planında hüdudları şərti sərhədlə işarələnmiş əraziyə açılmışdır.

9. Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli 2(027)-76//2022 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh tərfindən inşa edilmiş qapı və pəncərənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində deyil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın, Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021 tarixli, **********76-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh Xanməd qızının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa olunmuş yaşayış evində quraşdırılmışdır. Qeyd edir ki, cavabdehə məxsus fərdi yaşayış evində quraşdırdığı pəncərənin çölə baxış istiqaməti və qapının giriş-çıxış istiqaməti RX-seriyalı, ******* №-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə tərəfdir. Cavabdeh tərəfindən fərdi yaşayı evində quraşdırılmış qapı və pəncərənin normativlərə uyğun olubolmamasının cavablandırılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Mütəxəssis rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* Ns-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0.02459 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi (Məlumatlara dair sxem tərtib edilmişdir. Mübahisəli torpaq sahəsinin (Ümümilikdə 27 kv.m təşkil edir) 16 kv.m hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* N°-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 7 ünvanda yerləşən 0,0366 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,5 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh Xəmət qızının adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydə alınmışdır.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MƏhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli 10/3653 nömrəli ekspert rəyində tədqiqatının nəticə hissəsində göstərilmişdir: Qərardadın 1-ci sualı üzrə: - ünvan 8 ünvanında yerləşən yaşayış və torpaq sahəsinin sərhədlərinin və ölçülərinin texniki pasporta uyğun olduğu müəyyən edildi. Qərardadın 2-ci sualı üzrə: - ünvan 9 ünvanda yerləşən yaşayış və torpaq sahəsinin sərhədlərinin və ölçülərinin texniki pasporta uyğun olduğu müəyyən edildi. Qərardadın 3-cü sualı üzrə: - ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinin (fərdi yaşayış evinin) arxa tərəfində açılmış giriş-çıxış qapısı Texniki pasporta uyğun olmadığı, baxış zamanı əldə olunan məlumatlara və iş materiallarında olan xx.xx.2022-ci il tarixli **********62 nömrəli məktub əlavə dilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmnətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdehə məxsus fərdi yaşayış evində quraşdırdığı pəncərənin çölə baxış istiqaməti və qapının giriş-çıxış istiqaməti RX seriyalı, ******* №-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə tərəfdir. Qərardadın 4-cü sualı üzrə: - İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmnətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunanlara və **********70-10301 reyestr nömrəli texniki pasporta əsasən giriş-çıxış qapısının İddiaçı məxsus torpaq sahəsi istiqamətində (qapı birbaşa torpaq sahəsinə açılır) quraşdırılmasını nəzərə alaraq, həmin giriş-çıxış qapısından istifadə edilməsi nəticəsində İddiaçı məxsus ünvan 8 sahəsinə müdaxilə yaranır. Yaranmış müdaxilənin aradan qaldırılması üçün açılmış qapı bağlana bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

13. Quba Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(027)-42/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddianın qismən təmin edilməsi, cavabdeh X5 tərəfindən giriş-çıxış istiqaməti RX seriyalı, ******* №-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə açılmış qapının cavabdeh X2 hesabına bağlanılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş 50 (əlli) manat ekspertiza xərcinin cavabdeh X1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Agentliyi hesabına ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2, 152.1 və 157.4-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 115.0.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

15. 17. Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(027)-42/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməini xahiş etmişdir.

16. 18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi sözügedən iş üzrə düzgün tətbiq edilməli olan maddi və prosessual normanı tətbiq etməmiş və cavabdehin öz şəxsi mənzili, evi, torpağı üzərində quraşdırılmış qapını bağlamaq öhdəliyi Quba Rayon İcra Hakimiyyətinə aid olması məsələsini araşdırmamış və cavabdehin şəxsi mülkiyyətində olan ev (mənzil, torpaq) daxilində quraşdırılmış qapını bağlamaq tələbi, hüququ olmayan subyekt, iddiaçı tərəfindən verilən iddianı təmin etmişdir. Bundan əlavə, sözügedən qapının iddiaçının şəxsi mülkiyyətində olan torpaq sahəsinə maneə törədilməsi məsələsi sübuta yetirilməmişdir. Belə ki, cavabdehin şəxsi mülkiyyəti daxilində quraşdırılan qapının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə maneə törətməsi faktının təsdiq edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 67 və 97-ci maddələrinə uyğun olaraq həmin məsələ ancaq eskpert rəyi əsasında həll edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 10/5551 saylı ekspert rəyi və 29 noyabr 2021-ci il tarixli,10/3769 saylı əkspert rəylərində cavabdehin şəxsi mülkiyyəti daxilində quraşdırılan qapının iddiaçını mülkiyyətində olan torpaq sahəsinə maneə törətməsi faktı əksini tapmamışdır. Bundan əlavə, iş materiallarında olan Quba rayon İcra Başçısı aparatının 16 iyun 2021-ci il tarixli, 1373/2 №li məktubundan görünür ki, Cavabdeh məxsus, ünvan 5 ünvanında terləşən fərdi yaşayış evinin əsas giriş-çıxış qapısının həmin ünvanda yerləşməsinə baxmayaraq, evin N.ünvan 6diaçı İddiaçı mülkiyyətində olan 0,02459 ha yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsinə 1 ədəd birtaylı qapının və 1 ədəd pəncərənin açıldığı müəyyən edilmişdir. Həmin qapı və pəncərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair verilmiş Texniki pasportda göstərilmiş və torpaq sahəsinin 1:500 miqyaslı planında hüdudları şərti sərhədlə işarələnmiş əraziyə açılmışdır. Həmin Reyest sənədi mübahisələndirilmədiyindən möhtəbərdir və tərəflər, məhkəmə üçün həqiqi sayılmalıdır. Məhkəmə 13 yanvar 2023-cü il tarixli qətnaməsində Mülki Məcəlləsinin 157.4-cü maddəsinə istind etmiş və yalnız həmin maddəni düzgün tətbiq və təsfir etməmişdir. Belə ki, Mülki Məcəlləsinin 157.4-cü maddəsi üzrə iddiaçı öz şəxsi mülkiyyətində olan torpağa girişin-çıxışın qadağan edilməsini tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 157.4-cü maddəsi iddiaçıya cavabdehin şəxsi mülkiyyətində olan evinin daxilində quraşdırılmış qapını bağlamaq hüququ vermir, əksinə həmin qapının bağlanılması cavabdehin mülkiyyət hüquqlarına toxunur, çünki sözügedən qapı cavabdehin şəxsi mülkiyyətində yerləşən ev (mənzil, torpaq) daxilində quraşdırılmışdır. Məhkəmə tərəfindən iddiaçının iddia verməsi üçün subyektiv hüququ olub-olmaması araşdırılmamışdır, cavabdehin şəxsi mülkiyyətində olan evi daxilində quraşdırılan qapının iddiaçının mülkiyyətində olan torpağa maneə törədilmə faktını təsdiq edən sübutlar olamamasına baxmayaraq, qətnamə qəbul etmişdir və bunun nəticəsində cavabdehin mülkiyyət hüquqlarına faktiki olaraq xitam verilmişdir. Quba Rayon Məhkəməsi iddiaçının şəxsi mülkiyyətində olan torpağa giriş-çıxışın qadağa edilməsi əvəzinə cavabdehin şəxsi mülkiyyəti daxilində quraşdırılan qapını bağlaması barədə qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək oxşar məzmunda ihahat verdi və şikayətin təmin olunmasını xahiş etdi.

19. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh mübahisə predmeti olan qapıdan giri-çıxış üçün istifadə edir, cavabdeh yaşayış sahəsinin bir hissəsini kirayəyə vermişdir və həmin qapı kirayəçilərin istifadəsi üçün açılmışdır. Qapı birbaşa onun torpaq sahəsinə açılır. Cavabdeh qapıdan istifadə etməklə ona məxsus torpaq sahəsinə müdaxilə etmiş olur. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Yalnız qapının bağlanması nəticəsində mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinə olan müdaxilənin qarşısını almaq olar. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Xanməd qızı özünə məxsus fərdi yaşayış evində quraşdırdığı qapıdan İddiaçı məxsus torpaq sahəsindən keçməklə istifadə edir. Həmin giriş-çıxış qapısından istifadə edilməsi nəticəsində İddiaçı məxsus ünvan 8 sahəsinə müdaxilə yaranır. Cavabdeh tərəfindən ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinin (fərdi yaşayış evinin) arxa tərəfində açılmış giriş-çıxış qapısı Texniki pasporta uyğun deyildir. Yaranmış müdaxilənin aradan qaldırılması açılmış qapının bağlanması nəticəsində mümkün olan bilər. İddiaçı müdaxilənin aradan qaldırılması üçün araşdırılan iddia tələbi ilə çıxış etmişdir.

27. Quba Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(027)-42/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilərək cavabdeh X5 tərəfindən giriş-çıxış istiqaməti RX seriyalı, ******* №-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə açılmış qapının cavabdeh X2 hesabına bağlanılması qət edilmişdir.

28. Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(027)-42/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməini xahiş etmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla qanuni və əsaslıdır.

30. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

31. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

32. Şikayətin dəlili olaraq apellyator iddianın hüququ olmayan subyekt tərəfindən verildiyini mübahisələndirmişdir.

33. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Məhkəmə kollegiyası həmin mövqedən çıxış edərək, eyni zamanda apellyatorun dəlilini araşdıraraq iddiaçının müvafiq subyektiv hüququ olub-olmaması məsələsinə aydılıq gətirməyi zəruri hesab edir.

35. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflərə məxsus torpaq sahələri qonşu sahələrdir.

36. Qanunvericinin yuxarıda sadalanan normalarının göstərişinə əsasən qonşu əmlakın mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət əsasında hərəkət etməli, qonşuluq hüququnu həyata keçirilməsini təmin etməlidirlər.

37. Həmçinin qanunvericiliyin tələbinə görə hüquqlarının əhəmiyyətli dərəcədə pozulduğu halda əmlak mülkiyyətçisinin bu pozuntunun aradan qaldırılmasını tələb etmək, müdaxiləyə son qoyulmasını tələb etmək hüququ vardır.

38. Göründüyü kimi qanunverici əmlak mülkiyyətçisinin pozulmuş hüquqlarının aradan qaldırılması tələb etmək hüququnu tanımışdır.

39. Araşdırılan mübahisə üzrə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus əraziyə cavabdeh tərəfindən qanunsuz qapı açılmışdır, həmin qapıdan giriş-çıxış birbaşa iddiaçının torpaq sahəsindən istifadə etməklə həyata keçirilir.

40. Qeyd edildiyi kimi mübahisələndirilən qapının açıldığı ərazi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Hazırki iddia tələbi mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar olmaqla iddiaçı mübahisələndirilən qapının bağlanması ilə mülkiyyətinə müdaxiləyə son qoyulmasını tələb edir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı subyektiv hüququn birinci elementinə, öz hərəkətinə hüquqi ixtiyara, araşdırılan mübahisə üzrə iddia qaldırmaq hüququna malikdir.

41. Şikayətin digər dəlili torpaq sahəsinə maneə törədilməsi məsələsinin sübuta yetirilməməsi ilə bağlıdır. Kollegiya şikyətin bu dəlilini də əsasız hesab edir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir.

43. Kollegiya araşdırması zamanı ekspert rəyi ilə müəyyən edildi ki, giriş-çıxış qapısının İddiaçı məxsus torpaq sahəsi istiqamətində (qapı birbaşa torpaq sahəsinə açılır) quraşdırılmasını nəzərə alaraq, həmin giriş-çıxış qapısından istifadə edilməsi nəticəsində İddiaçı məxsus ünvan 8 sahəsinə müdaxilə yaranır.

44. Kollegiya qeyd edir ki, torpaq sahəsinə qeyd olunan müdaxilənin yaranması iddiaçıya öz mülkiyyətindən sərbəst istifadəsinə maneə törədilməsi kimi qiymətləndirilməlidir.

45. Kollegiya ekspert rəyini MPM-nin 76 və 88-ci maddələrinə əsasən sübut növü olaraq qiymətəndirərək birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, təmin edilmiş hissədə iddia sübut yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlinmişdir.

46. Şikayətin başqa bir dəlili - qapının bağlanılmasının cavabdehin mülkiyyət hüquqlarına toxunması, qapının cavabdehin şəxsi mülkiyyətində yerləşən ev (mənzil, torpaq) daxilində quraşdırılması ilə bağlıdır.

47. Kollegiyası şikayətin bu dəilini də əsassız hesab edir.

48. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, mübahisələndirilən qapı cavabdehə məxsus yaşayış sahəsinin (fərdi yaşayış evinin) arxa tərəfində açılmışdır, həmin giriş-çıxış qapısı texniki pasporta uyğun deyildir, qapının giriş-çıxış istiqaməti İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə tərəfdir.

49. Kollegiya qeyd edir ki, qapı ifadəsinin təyinatı giri-çıxışı nəzərdə tutmaqla, hazırki halda giriş-çıxış hərəkətinin həyata keçirilməsi birbaşa cavabdehin sahəsi ilə bağlıdır. Əks halda həmin qapının açılma zərurətinin nədə ifadə olunduğu məhkəmə kollegiyası üçün anlaşılan deyildir və cavabdeh tərəfindən həmin qapının açılması zərurəti ilə bağlı hala aydınlıq gətirilməmiş, heç bir sübut təqdim edilməmişdir.

50. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.

51. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh alınaraq SAP (XİİS) hesabı X6 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(027)-42/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh alınaraq SAP (XİİS) hesabı X6 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar