Məhkəmə qərarları › İş №2(105)-998/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-998/2022

17.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-998/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzilin alqı-satqı müqaviləsinin və kredit müqaviləsinin ləğv edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqısatqısı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə görə ödənilmiş 42510 manat məbləğində pulun, maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46.506.75 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim C.İ.Səfiyeva) Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinin "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Qətnamədən İddiaçı və cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.11.2021-ci il tarixli, 1448/2021nömrəli qətnaməsilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə 23 noyabr 2020-ci il tarixli, 2(012)-852/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqısatqı müqaviləsi ləğv edilmiş, həmin mənzilə görə ödənilmiş 4260 (dörd min iki yüz altmış) manat məbləğində ödənilmiş pulun, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılmaası, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyan ödənilməsi hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarix qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1448/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi «müqavilə üzrə mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsaitin tutulmasının rədd edilməsi» hissəsində ləğv edilməsi və həmin hissəsində yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılması, qətanamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzilin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən dəymiş zərərin əvəzi olaraq 77750 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzili ona təhvil verməyi, o, isə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ərzində ödəməyi öhdəsinə götürmüşdür. 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzilin dəyərini ödəmək məqsədilə "xxxx" ASC-dən ipoteka müqaviləsi əsasında 38.250 manat məbləğində illik 10% olmaqla kredit götürmüş, ilkin olaraq 4260 manat və kreditlə götürdüyü 38250 manat məbləğində pulu vəsaitini "xxxx" MMC-yə ödəmişdir. Müqavilə bağlanan zaman Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin qısa müddət ərzində təhvil veriləcəyi bildirilsə də, həmin vaxtdan 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, mənzil ona təhvil verilməmişdir. "xxxx" MMC tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilərək, növbəti üç il ərzində mübahisəli predmeti olan mənzilin təhvil veriləcəyi bildirilsə də heç bir nəticə olmamışdır. Onun tərəfindən mənzilin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsi barədə "xxxx" MMC-yə müraciət edilmiş, lakin Cəmiyyət tərəfindən məhkəməyə müraciət edilməsi bildirilmişdir. "xxxx" MMC tərəfindən ona vurulmuş maddi zərərin məbləği 77750 manat təşkil edir. Həmin məbləğin 42510 manatı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin alqı-satqı müqaviləsi rəsmilərdirilərkən onun tərəfindən "xxxx" MMC-nə ödənilmişdir. Bundan başqa, "xxxx" MMC-in mənzili təhvil verməməsi nəticəsində o, 58 ay ərzində kirayədə yaşamaqla aylıq 300 manat kirayə haqqı ödəmiş və həmin məbləğ ümumilikdə 17400 manat təşkil edir. Hazırda yeni mənzil almaq məcburiyyətindədir ki, yeni mənzilin orta bazar qiyməti 50 000 manat təşkil edir. Fərq isə göründüyü kimi 12 000 manat təşkil edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli təminatlı kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 5700 manat, kirayə haqqı olaraq ödənmiş 17400 manat, yeni mənzilin alınması üçün çəkilmiş xərc 12 000 manat, hüquqi yardım 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 77 750 manat pulun "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 5700 manat, əldən çıxmış faydaya görə 23450 manat, yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə 3270 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 75070 manat pulun "xxxx" MMCdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqısatqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 18238.92 manat, əldən çıxmış faydaya görə 23450 manat, yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə 3270 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 87 608.92 manat pulun "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kredit borcu üzrə iddiaçı tərəfindən banka ödənilmiş 18238.92 manat məbləğində faiz borcunun təmin edilməməsi ilə əlaqədar qeyd etmişdir ki, kredit borcu üzrə faiz məbləğinin cavabdehin müqavilə öhdəliyini icra etməməsinin nəticəsində yaranmış ziyan kimi qiymətləndirilməsinin hüquqi və məntiqi əsası mövcud deyildir. İddiaçı tərəfindən lazımi hüquqi və məntiqi əsaslandırılma həyata keçirilmişdir. Cavabdeh "xxxx" MMC-nin müqaviləni əhəmiyyətli dərəcədə pozması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı tərəfindən əldən çıxmış faydaya görə 23450 manat məbləğində pul vəsaiti tələb edilmişdir. Lakin məhkəmə tərəfindən MM-nin 439.3-cü maddəsinə əsaslanaraq yalnız 3896.75 manat məbləği təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020ci il tarixli, 2(012)-852/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməmiş hissəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən Təminatlı kredit müqaviləsi üzrə faiz hesablanması tam icra olunma anına kimi davam edir. Bu da tərəflər arasında eyni müqavilə münasibətləri üzrə yeni borc tələbinin yaranmasını istisna etmir. Belə olan halda kredit müqavilə münasibətlərinə xitam verilməsi və ya ləğv edilməsi kimi hüquqi qiymət verilməsi zəruridir. İddiaçı iddia tələbinin «ipoteka müqaviləsinin ləğv edilməsi» hissəsi ilə bağlı qeyd edilməsini zəruri hesab edir. Mübahisələndirilən mənzilə dair İpoteka müqaviləsi borc alan İddiaçı "xxxx" ASC ilə bağlanmış 10 mart 2012-ci il tarixli Təminatlı kredit müqaviləsinin öhdəliklərinin təminat predmetidir. İddiaçı ilə cavabdeh arasında şəxsi vəsait hesabına ödənilmiş 4260 manat və bank vasitəsilə ödənilmiş 38250 manat olmaqla cəmi 42510 manat məbləği həcmində müqavilə münasibətləri yaranmışdır. İddiaçı ilə bank arasında hüquq münasibətləri davam edir. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-852/2021 saylı qətnaməsinin İddiaçı iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyi ilə razı olduqlarını bildirərək, ona uyğun qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib ona uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 (iştirak etdiyi məhkəmə iclasında) izahatında bildirdi ki, bank tərəfindən 38250 manat vəsait ödəniş tapşırığı əsasında köçürülmüşdür. Borclu İddiaçı bank qarşısında öhdəliyi vardır və icra edilməlidir. Lakin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. 07 mart 2015-ci il tarixli ABB YM-0062 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirsiz mənzil) mənzilin alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı tərəfindən isə həmin mənzilin hər kv.metrinə görə 650 manat olmaqla, müqavilənin cəmi qiyməti 42.510 manat müəyyən edilmişdir. Müqavilə qiymətinin 4260 manatı İddiaçı şəxsi vəsaiti hesabına, qalan 38250 manat isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.03.2015-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə görə 4260 manat ödənilmiş, borc qalığı 38250 manatdır. 10 mart 2015-ci il tarixli, 4-10-03-2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə görə İddiaçı 180 ay müddətinə 38250 manat məbləğində kredit verməyi, İddiaçı isə hər ay 411 manat 10 qəpik məbləğində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan "xxxx" ASC-nin 17.11.2020-ci il tarixli arayışından müəyyən edilir ki, İddiaçı ilə bank arasında bağlanmış 07 mart 2015-ci il tarixli, 4-10-03- 2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin əldə edilməsinə görə 38250 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə İddiaçı 17.11.2020-ci il tarixə qədər 7192,72 manat əsas, 18238,92 manat faiz, cəmi 25431,64 manat məbləğində ödəniş etmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə 17.11.2020-ci il tarixinə bank qarşısında icra edilməmiş 31057,28 manat əsas, 1398,37 manat faiz borcu olmaqla, cəmi 32455,65 manat kredit öhdəliyi mövcuddur. "xxxx" ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 19.11.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı 10 mart 2015-ci il tarixli, 4-10-03-2015YS- AAF-RO saylı təminatlı kredit müqaviləsi üzrə bank qarşısında 31057,28 manat əsas, 1415,65 manat faiz borcu olmaqla, cəmi 32472,93 manat kredit öhdəliyi mövcuddur. Bundan başqa İddiaçı kredit üzrə gündəli 8,63 manat məbləğində faiz hesablanır. İddiaçı "xxxx" MMC-yə ünvanladığı sənəddən müəyyən edilir ki, o, 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən dəymiş zərərin əvəzinin qaytarılmasını təklif etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının göstərişlərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə görə ödənilmiş 42510 manat məbləğində pulun, maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46.506.75 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı və cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.11.2021-ci il tarixli, 1448/2021nömrəli qətnaməsilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə 23 noyabr 2020-ci il tarixli, 2(012)-852/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqısatqı müqaviləsi ləğv edilmiş, həmin mənzilə görə ödənilmiş 4260 (dörd min iki yüz altmış) manat məbləğində ödənilmiş pulun, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyan ödənilməsi hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarix qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1448/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi «müqavilə üzrə mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsaitin tutulmasının rədd edilməsi» hissəsində ləğv edilməsi və həmin hissəsində yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılması, qətanamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Beləliklə, hazırda məhkəmə müqavilə üzrə mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsaitin tutulması hissəsində araşdırma aparır. Qeyd edildyi kimi 07 mart 2015-ci il tarixli, ABB YM-0062 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirsiz mənzil) mənzilin alqı-satqısı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı tərəfindən isə həmin mənzilin dəyərini ödəməyi üzərinə götürmüşdürü. Müqavilə üzrə mənzilin qiyməti 42.510 manat müəyyən edilmişdir. Müqavilədə müqavilə qiymətinin 4260 manatının İddiaçı şəxsi vəsaiti hesabına, qalan 38250 manat isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi nəzərdə tutulmuşdur. İşdən göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 10 mart 2015-ci il tarixli, 4-10-03-2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən qeyd olunan mənzilin dəyərinin ödənilməsi üçün İddiaçı 180 ay müddətinə 38250 manat məbləğində kredit verilmişdir. Başqa sözlə, İddiaçı tərəfindən MMC qarşısında olan öhdəliyə əməl edilmiş, mənzilin dəyəri tam olaraq ödənilmişdir. Lakin onun Bank qarşısında kredit müqaviləsindən yaranmış öhdəliyi qalmaqdadır. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mənzili İddiaçı beş illik müddət ərzində təhvil verməmiş, nəticədə İddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-443.3-cü maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Mülki Məcəllənin 21.1-21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda tələb olunan zərərin həcminin, bankdan götürülmüş 38250 manat kredit həcmində olması işin faktiki hallarına uyğundur. Yuxarıda qeyd edildiyi kimi AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1448/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi «müqavilə üzrə mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsaitin tutulmasının rədd edilməsi» hissəsində ləğv edilməsi və həmin hissəsində yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılması, qətanamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 38250 manat pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 07 mart 2015ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 38250 manat pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar