Məhkəmə qərarları › İş №2(106)-1016/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1016/2024

02.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1016/2024 02.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və X11 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(073)-1148/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cəlilabad rayon Muğan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən mərhum atası X7 ödənilməmiş 2462 (iki min dörd yüz altmış iki) manat məbləğində əmək haqqının iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandrılmışdır ki, mərhum atası X8 01 yanvar 2011-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək Cəlilabad rayon Muğan Bələdiyyəsində vergi agenti və bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. Mərhum atasının əmək haqqı 2018-ci ildə 130 manat olmuş, həmin əmək haqqı hesablansa da, ödənilməmişdir. Bundan başqa, 2019-cu ilin yeddi ayı üçün mərhum atasına hər ay 130 manat olmaqla hesablanmış əmək haqqı da ödənilməmişdir. X19 22 may 2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl atası dəfələrlə Muğan Bələdiyyəsindən ödənilməmiş əmək haqqını tələb etsə də, həmin əmək haqqının ödənilməsi təmin edilməmişdir. Beləliklə, Cəlilalabad rayon Muğan Bələdiyyəsi tərəfindən 2018-ci il üçün hər ay 130 manat olmaqla, 1560 manat, 2019-cu ilin yeddi ayı üçün (aprel-dekabr ayları) isə hər ay 130 manat olmaqla 910 manat, cəmi 2462 manat əmək haqqı mərhum X19ə ödənilməmişdir. Mərhum atasının ölümündən sonra ondan miras qalmış əmlakı qəbul etmiş və mərhum atasının qanun üzrə vərəsəsidir. Cəlilabad Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(073)-1148/2023 saylı qətnaməsi ilə (Qalib Paşayev) iddia təmin edilərək Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən mərhum X7 hesablanmış, lakin ödənilməmiş cəmi 2462 manat əmək haqqının Cəlilabad rayon Muğan Bələdiyyəsindən alınaraq mərhum X5 hüquqi varisi İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri X16 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə iclaslarında iştirak etmədiyi və mötəbər sübutlar təqdim etmədiyi halda yalnız iddiaçı dindirilməklə məhkəmə formal qətnamə qəbul edərək iddianı təmin etmişdir. 2021-ci ilin mart ayından Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri vəzifəsində işləyir. X9 əvvəl Muğan Bələdiyyəsində işləmişdir. Həsən Fətullayevə əmək haqqı hesablansa da, sonradan hansı səbəbdən gec ödənildiyi barədə məlumatı olmamışdır. Amma həmin əmək haqqı mərhuma ödənilmişdir. Bununla bağlı, ödəniş tapşırığı da mövcuddur. Belə ki, 2020-ci ilin dekabr ayında X18ə 1500 manat əmək haqqı ödənilmişdir. Qeyd etdiyi xüsusatlar tam araşdırılmamış və araşdırmaya səthi yanaşılmışdır. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 2018-ci və 2019-cu ildə mərhum atasına ödənilməli olan əmək haqqı ödənilməmişdir. İş materiallarında buna dair arayış da mövcuddur. Mərhum atası 2020-ci ilin əmək kitabçasında yazılmış əmək haqqı olan 1500 manatı almışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşdə olan Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 12 saylı arayışdan görünür ki, Cəlilabad rayonunun Muğan kənd sakini X7 2018-ci ildə hər ay 130 (yüz otuz) manat olmaqla, cəmi 1560 (min beş yüz altmış) manat əmək haqqı hesablanmışdır. İşdə olan Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 41 saylı arayışdan görünür ki, X7 2011-2017-ci illər üçün əmək haqqı hesablanmış və həmin illər üzrə hesablanmış əmək haqqını almışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsi tərəfindən X7 ünvanlanmış xx.xx.2019-cu il tarixli F-818 saylı məktubdan görünür ki, Muğan Bələdiyyəsinin təqdim etdiyi məlumata əsasən bələdiyyə büdcəsinə vəsait daxil olduqdan sonra ona (Həsən Fətullayevə) əmək haqqı borcunun ödənilməsi təmin ediləcəkdir. İşdə olan Cəlilabad rayon Muğan Bələdiyyəsinin üzvləri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, 2015-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayının 30-dək Cəlilabad rayon Muğan Bələdiyyəsində sədr müavini işləmiş X7 bilinməyən səbəbdən əsassız olaraq 2019-cu ilin aprel ayından 2019-cu ilin dekabr ayının 30-dək əmək haqqı yazılmamışdır. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti təərfindən X7 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Həsən Fətullayevə əmək haqqının yarısının 2020-ci ilin dekabr ayında, qalan hissəsinin isə 2021-ci ildə ödəniləcəyi bildirilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 1982-ci ildə doğulmuşdur, atası X8, anası X6r. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 may 2022-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı qanun üzrə vərəsə kimi mərhum atası X3 qalmış mirası qəbul etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X1 rayon Muğan Bələdiyyəsində vergi agenti və bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. İddiaçının mərhum atasının əmək haqqı 2018-ci ildə 130 (yüz otuz) manat olmuş, həmin əmək haqqı hesablansa da, Həsən Fətullayevə ödənilməmişdir. Bundan başqa, 2019-cu ilin yeddi ayı üçün X18ə hər ay 130 (yüz otuz) manat olmaqla hesablanmış əmək haqqı da ödənilməmişdir. Həsən Fətullayev 22 may 2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl dəfələrlə Muğan Bələdiyyəsindən ödənilməmiş əmək haqqını tələb etsə də, həmin əmək haqqının ödənilməsi təmin edilməmişdir. Beləliklə, Cəlilalabad rayon Muğan Bələdiyyəsi tərəfindən 2018-ci il üçün hər ay 130 (yüz otuz) manat olmaqla 1560 (min beş yüz altmış) manat, 2019-cu ilin yeddi ayı isə hər ay 130 (yüz otuz) manat olmaqla 910 (doqquz yüz on) manat, cəmi 2470 (iki min dörd yüz yetmiş) manat əmək haqqı X18ə ödənilməmişdir. Mərhum atasının ölümündən sonra iddiaçı Zöhrab Həsənov ondan miras qalmış əmlakı qəbul etmiş və mərhum atasının qanun üzrə vərəsəsidir. Tətbiqedilənhüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (ƏM) 46-cı maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. ƏM-in 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-in 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, iddia tələbinin əsası 2 il üçün- 2018-ci il üçün 1560 manat, 2019-cu ilin yeddi ayı üçün (aprel-dekabr ayları) 910 manat əmək haqqının ödənilməməsindən ibarətdir. Kollegiya 2018-ci il üçün 1560 manat məbləğində əmək haqqı borcunun iddia ərizəsində göstərilən məbləğdə yaranması ilə razılaşır. Belə ki, cavabdehin - Cəlilabad Rayon Muğan Bələdiyyəsinin möhürü və və həmin Bələdiyyənin sədrinin imzası ilə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, Həsən Fətullayev üçün 2018-ci ildə 1560 manat əmək haqqının hesablanması müəyyən edilmişdir. Həmin əmək haqqı borcunun Bələdiyyə tərəfindən Həsən Fətullayevə, yaxud o, öldükdən sonra isə qanuni vərəsəsi olan İddiaçı ödənilməsi apellyasiya şikayətində göstərilən hallar üzrə iş materialları ilə öz təsdiqini tapmır. Kollegiya iddianın qalan hissəsi - 2019-cu ilin yeddi ayı üçün yaranmış (aprel-dekabr ayları) 910 manat əmək haqqı borcunun mövcud olması ilə bağlı bildirir ki, iddia həmin hissədə sübut olunmur. Belə ki, 2018-ci il üçün yaranmış borcu cavabdeh özü imzası və möhürü ilə təsdiq edərək iddianı həmin hissədə qəbul etsə də, iddianın qalan hissəsini sübutetmə vəzifəsi iddiaçı üçün yaranır ki, o həmin hissədə iddianı sübut edə bilməmişdir. Belə ki, iş materiallarına əlavə edilən Cəlilabad Rayon Muğan X4 2019-cu il üçün yaranmış əmək haqqı borcuna dair tərtib edilmiş Akt mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beləcə, kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi X7 2019-cu ilin yeddi ayı üçün (aprel-dekabr ayları) isə hər ay 130 manat olmaqla 910 manat məbləğində əmək haqqının ödənilməməsi hissəsində əsaslı sayıla bilməz və mötəbər sübutlarla təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə həmin məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Hətta mülki prosessual qanunvericilikdə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müvafiq məhkəmə aktlarının (qətnamə və qərardadın) ləğv edilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(073)-1148/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsindən mərhum X7 Cəlilabad rayon Muğan Bələdiyyəsində 2018-ci ildə işlədiyi müddət üçün hesablanmış, lakin ödənilməmiş cəmi 1560 (min beş yüz altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(073)-1148/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsindən 1560 (min beş yüz altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar