Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1020/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-2965/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib hər birindən törəyən xx.xx.2016-cı il təvəllüdlü X2 münasibətdə Cavabdeh atalığının müəyyən olunması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli 2(036)-2965/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı ilə birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 münasibətdə atalığının müəyyən olunması və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə İmişli Rayon Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli 2(036)-2965/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)2965/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh prosessual müddətin bərpasına dair ərizə verərək iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-2965/2023 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli 2(036)-2965/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət cavabdehə münasibətdə bərpa edilmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İş materiallarından “AZE Məhkəmə İnformasiya Sistemi”nə əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, cavabdeh prosessual müddəti ötürməklə verdiyi apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə elektron qaydada imzalayaraq versə də, buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərkən yeni apellyasiya şikayətini elektron qaydada imzalamamışdır. MPM-in 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Beləcə, işdən də göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İmişli Rayon Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli 2(036)-2965/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 263-264, 366, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İmişli Rayon Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli 2(036)-2965/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Cavabdeh apellyasiya şikayəti MPM-in 363.1.5-ci maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1020/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1020/2024
24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver