Məhkəmə qərarları › İş №2(106)-1037/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1037/2023

16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1037/2023 16.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə Şirvan Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmiş, Şirvan Şəhər Məhkəməsinin (hakim S.Məmmədova) 04 may 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmuna dair tələblərə riayət edilməklə, ərazi aidiyyəti üzrə düzgün verilməmişdir, belə ki, cavabdehin yaşayış yeri Masallı rayonu, Əzizabad kəndidir. Həmçinin iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmiş, müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Qərardaddan iddiaçı şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini və işə Şirvan Şəhər Məhkəməsində baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı yeni nikahından himayəsində 3 uşağı vardır. Həmin uşaqları o, məktəbə aparıb gətirir. Hazırda kirayədə yaşayır. Onun hər dəfə Masallı rayonuna getməyə maddi imkanı yoxdur. Cavabdehin himayəsində bir uşaq vardır. Həmçinin cavabdeh atasının avtomobili vasitəsilə məhkəməyə gələ bilər. Lakin iddiaçının buna maddi imkanı yoxdur. Şirvan Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 09 iyun 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanı Masallı rayonu, Əzizabad kəndidir. İddiaçı ərizəsini cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə deyil, öz yaşayış yerinə görə vermişdir. İddiaçı MPM-in 36.5-ci maddəsinə əsaslanmış, şikayətində yanında yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, Qanunun tələbinə görə, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Alimentin miqdarının azaldılması haqqında iddia MPM-in 36.5-ci maddəsinin təsiri altına düşmür. Bundan başqa, iddia ərizəsinin forma və məzmununa dair tələblərə də riayət edilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, şikayətin təmin edilməsi və iddia ərizəsinin qaytarılması barədə qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 35, 36, 45.4, 263-264, 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(032)-753/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar