Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1060/2023 29.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı oğlunun,iddiaçının vəkili X4, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X18, üçüncü şəxslər X5, X14, üçüncü şəxs X8 nümayəndəsi X15 iştirakı ilə İddiaçı Sadıq oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(073)-1663/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə Cəlilabad rayonu Uzuntəpə kəndində 3,11 hektar torpaq sahəsi İddiaçı Sadıq oğlunun, X6, X13, X9, X16 və X10 mülkiyyətinə verilmişdir. Cəzaçəkmə müəssisənin rəisi tərəfindən təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X30 Müəssisəsində cəza çəkən İddiaçı ümumi mülkiyyətində olan 3,11 ha torpaq sahəsinin həyat yoldaşı X11 tərəfindən satılmasına dair 20 avqust 2007-ci il tarixli razılıq ərizəsi vermişdir. X11 və "xxxx" MMC arasında bağlanmış, Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 27 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X11 onun ailə üzvlərinin mülkiyyətində olan mübahisəli torpaq sahəsini 3200 manat müqabilində cavabdeh "xxxx" MMC-nin təsisçisi X3. Sonuncu isə Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 28 sentyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, mübahisəli 3.11 ha torpaq sahəsi daxil olmaqla ümumilikdə 18 ha torpaq sahəsini X1. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2,66 ha pay torpaq sahəsinin cavabdehə satılmasına dair Cəlilabad rayon notariat kontorunda bağlanmış 27 sentyabr 2007-ci il tarixli, 4Ə-111 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddət həmin torpaq sahəsindən istifadə etməklə torpaq sahəsinə sahiblik və istifadə etmişdir. İddiaçı həmin torpaq sahəsini dövlət qeydiyyatına aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi ərizə ilə müraciət etmiş, lakin həmin idarədən ona ünvanlanmış məktubdan sonra məlumatı olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsi 27 sentyabr 2007-ci il tarixdə alqısatqı müqaviləsi əsasında cavabdehə satılmışdır. Həmin torpaq sahəsinə dair cavabdehə müqavilə əsasında çıxarış verilmişdir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Lakin iddiaçı tərəfindən həmin torpaq sahəsi cavabdehə satılmamış və ümumiyyətlə nə özünün, nə də ki, onun ailə üzvlərinin razılığı olmamışdır. İddiaçı həmin vaxt cəzaçəkmə müəssisəsində olmuşdur. Belə ki, notariat kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsindəki imza iddiaçıya məxsus deyil, iddiaçı torpaq sahəsini 7 il müddətinə cavabdehə icarəyə vermişdir. Lakin torpaq sahəsinin hansı qiymətə icarəyə verilməsini iddiaçı bilmir, qiyməti iddiaçının arvadı cavabdehlə razılaşmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X11, X22, X19, X26 və X20 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşlar. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçını rayon sakini kimi tanıyır. O, iddiaçının əmisi oğlundan torpaq sahəsi almış, bundan sonra sonuncudan iddiaçının torpaq satması barədə xəbər tutmuşdur. İddiaçının evinə gedərək razılığa gəlmişlər. Həmin vaxt iddiaçı həbsdə olduğu üçün torpaq sahəsinin alqı-satqısı barədə onun həyat yoldaşı Zərifə Bayramova ilə razılığa gəlmişdir. 27 sentyabr 2007-ci il tarixdə iddiaçının ailə üzvləri notariat kontoruna gələbilmədikləri üçün notarius ilə birlikdə iddiaçının evində olmuşlar, iddiaçının ailəsinin, qardaşlarının, anasının və bütün ailə üzvlərinin razılığı ilə alqı-satqı müqaviləsi əsasında 3200 manat iddiaçının həyat yoldaşı Z.Bayramovaya ödəməklə torpaq sahəsini cavabdehin adına almışlar. İddiaçı həbsdə olduğu üçün onun razılıq ərizəsi cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilərək göndərilmişdir. Hər bir halda iddiaçının razılığı olmuşdur. Daha sonra o, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Aldığı vaxtdan da torpaq sahəsindən istifadə etmişdir, sonra isə 2021-ci ildə həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Hazırda həmin ərazilərdə torpaq sahəsinin qiyməti baha olduğu üçün iddiaçı başqa bir şəxslə razılaşıb torpaq sahəsini satmaq məqsədilə qərəzli olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı iddia edir ki, torpaq sahəsini icarəyə vermişdir. Lakin 2007-ci ildən hazırkı vaxtadək nə səbəbdən ondan icarə haqqını tələb etməməsini izah edə bilmir. İddiaçının 14 ildən sonra ona qarşı hazırki tələblə məhkəməyə müraciət etməsi özü də onun haqsız olduğu qənaətinə gəlmək üçün əsasdır və iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən iddia müddəti tətbiq edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Cəlilabad Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(073)-1663/2021 nömrəli qətnaməsi ilə (hakim E.Əmirəliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddia müddətinin ötməsi barədə ərizəsi əsaslı hesab olunmalıdır. Belə ki, iddiaçı 6 (altı) illik iddia müddətini ötürmüşdür. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150, 373.2, 375.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cəlilabad Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(073)-1663/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1031/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ((sədrlik edən hakim İ.Əsədov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarına istinadla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İşin hallarından görünür ki, alqı-satqı predmeti olan daşınmaz əmlak birgə mülkiyyətdə olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi cavabdehə satılmamış, ümumiyyətləonun və onun ailə üzvlərinin razılığı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilə təsdiq edilərkən müqavilədə sözügedən torpaq sahəsinin mülkiyyətçilərindən Bayramova Zərifədən başqa digər mülkiyyətçilərin imzaları olmamışdır. Digər mülkiyyətçilər öz payları barədə sərəncam verməyi satıcıya həvalə etməmişlər. Həmçinin, torpağın satılmasına digər mülkiyyətçilərin adından notariat gaydasında təsdiqlənən etibarnamə verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, sözügedən alqı-satqı müqaviləsi təsdiq edilərkən digər mülkiyyətçilərdən X22 və X19 razılıq ərizələri Cəlilabad rayonu, Uzuntəpə kənd İnzibati ərazi nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Bu razılıq ərizəsi etibarnamə kimi qəbul edilə bilməz. Çünki Qanunun tələbinə görə müvafiq icra hakimiyyəti orqanı daşınmaz əmlaka dair sərəncam verilməsi üçün etibarnamələri təsdiq etmir. Müəyyən edilir ki, alqı-satqı müqaviləsi tərtib və təsdiq edilərkən mülkiyyətçilərin imzası olmamış, bununla da qanunla müəyyən edilmiş forma tələblərinə əməl edilməmişdir. Alqı-satqı müqaviləsini mülkiyyətçilərdən (səlahiyyətli şəxslərdən) iddiaçı və X22 imzalamamışlar. Müqavilənin etibarlılığı üçün lazımi şərtlər ödənilməmişdir - yəni onun bağlanmasında lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etməmiş, onların iradə ifadəsi bildirilməmiş, əqdin formasına əməl edilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, Cəlilabad Rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş 27 sentyabr 2007-ci il tarixli, 4Ə-111 reyestr nömrəli alqı-satqı müqaviləsi özlüyündə etibarsız müqavilə olmuşdur. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan altı illik müddət müqavilə tələbləri üzrə yaranan mübahisələrə tətbiq edilir. İddiaçı isə hazırda müqavilənin etibarsızlığının (əhəmiyyətsizliyinin) tanınmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat; Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı ilə cavabdeh MMC arasında bağlanmış və Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş27 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi daxilində hər iki tərəfin qarşılıqlı razılaşması əsasında bağlanmış və hər iki tərəf müqavilədə ifadə edilmiş şərtlə, yəni “satıcı, 3,11 ha torpağı alıcıya satdım, alıcı isə həmin torpağı aldım" şərti ilə razılaşmışlar. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair sərbəst sərəncam verərək- onu satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin torpağa dair cavabdehlə alqı-satqı müqaviləsi bağlanmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericilikdə qeyd olunan hüququn ümumi prinsiplərinə əməl edilməmiş, məhkəmə tərəfindən mübahisəyə dair qərar qəbul edilərkən iş materialları düzgün araşdırılmamış və faktlar və sübutlar işə dair qərar qəbul etmək üçün yetərli olmamışdır. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən də bir daha təsdiq edilmişdir ki, iddiaçı JN-590 nömrəli. Kod 80600048 nömrəli Dövlət aktına əsasən ümumi mülkiyyətlərində olan 3,11 ha torpaq sahəsini həyat yoldaşı X11 tərəfindən satılmasına razılıq vermişdir və ərizə cəzaçəkmə müəssisənin rəisi tərəfindən təsdiq edilmişdir. İkinci hal isə ondan ibarətdir ki, X5 ailədə maddi çətinliklərə görə satmaq istədiyi 3.11 ha pay torpaq sahəsindən, ailədə azyaşlı uşaqları 03 avqust 1990-cı il təvəllüdlü X19, 26 oktyabr 1991-ci il təvəllüdlü X26 və 18 avqust 1995-ci il təvəllüdlü X10 payına düşən hissəsinin, uşaqların mənafeyinə uyğun olmaqla anaları X2 hüququ verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(102)- 1092/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1031/2022 nömrəli, 18oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 329.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı alğı-satqı müqaviləsində özü imza etməmiş, digər mülkiyyətçilər öz payına sərəncam verməsini satıcıya həvalə etməmişlər, bu barədə notarial etibarnamə verməmişlər, bununla da qanunla müəyyən olunmuş forma tələblərinə əməl olunmamışdır. Ona görə də xx.xx.2007- ci il tarixli alğı-satqı müqaviləsi özlüyündə etibarsız olmuşdur. Kassasiya kollegiyası bu mövqeyi əsaslı saymır ona görə ki, əvvəla, əqdin forma şərtinə əməl olunması dedikdə, Mülki Məcəllənin 405.1 və 406.1-ci və digər aidiyyətimaddələrində nəzərdə tutulan tələblərə əməl olunması başa düşülür. Belə ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, qanunverici forma şərtinin gerçəkləşməsi üçün tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində qanunun tələb etdiyi formada razılığa gəlmələrini tələb edir. Həmin şərtlərin pozulması halında isə əqd forma tələblərinə əməl olunmamasına görə etibarsız sayılır. Bu səbəbdən Mülki Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Baxılan işdə mübahisəli torpaq sahəsinin alğı-satqısına dair 27 sentyabr 2007-ci iltarixli müqavilənin tərəfləri – satıcı, daşınmaz əşyanın ümumi birgə mülkiyyətçisi Zərifə Bayramova, alıcı isə "Rauf Sabiroğlu”MMC olmuşlar. Müqavilə tərəfləri torpaq sahəsinin alıcıya satılmasını, alıcı tərəfindən isə əşyanın dəyərinin satıcıya ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqaviləni notarius təsdiqləmişdir. Belə olan halda, apellyasiya məhkəməsinin müqavilənin forma tələblərinə əməlolunmaması və iddiaya Mülki Məcəllənin 329.1-ci maddəsinin tətbiqi barədə mövqeyi qanuni və əsaslı sayıla bilməz. Kollegiya onu da nəzərə alır ki, müqavilənin etibarsız sayılmasına dair iddianı qaldıran və apellyasiya şikayəti verən torpaq sahəsinin bütün ümumi mülkiyyətçiləri deyil, satışa yazılı şəkildə razılıq vermiş İddiaçı özü olmuşdur. Bununla belə, öz mövqeyini (razılıqları müvafiq qaydada rəsmiləşdirilmiş) digər ümumi mülkiyyətçilərə münasibətdə də əsaslandıran apellyasiya kollegiyası, onların kənd təsərrüfatı təyinatlı (özü də 3.11 ha həcmində) torpaq sahəsinin başqasına satılmasına iradələrinin olmamasının inandırıcılığını və işin hallarına uyğunluğunu qiymətləndirilməmiş, hətta sənədləşmədə hansısa qüsur olsa belə, ümumi mülkiyyətçilərin razılaşma öncəsi və sonrakı hərəkətlərini əqdi bəyənib-bəyənməmələri, irəli sürülmüş iddianın mülki hüquqlardan sui-istifadə təşkil edib-etməməsi baxımından müzakirə etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, o, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə ərizə verməmiş, imzası saxtalaşdırılmış, bu barədə birinci instansiya məhkəməsinə bildirsə də müvafiq ekspertiza təyin edilməmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə düzgün istinad olunmamışdır. Onun xx.xx.2007-ci il tarixli müqavilənin mövcudluğundan 2020-ci ilin iyul ayında məlumatı olmuşdur və dərhal məhkəmədə iddia qaldırmışdır. Binrinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı Sadıq oğlu və onun vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək Cəlilabad Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(073)-1663/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X31 apellyasiya şikayətini qəbul etməyərək Cəlilabad Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(073)-1663/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X27 izahatında bildirmişdir ki, torpaq sahəsinə dair müqavilə rəsmiləşdirilən vaxt o, hərbi xidmətdən təzə gəlmişdir. Torpaq sahəsinin satılmasından xəbəri olmayıb. Torpaq sahəsi ilə bağlı səlahiyyətlərini atası İddiaçı vermişdir. Lakin atasının torpağı icarəyə verməsi və yaxud satması barədə məlumatı olmamışdır. Həmin vaxt onların həyətinə iki nəfər gəlmiş, ona sonradan məlum olmuşdur ki, həmin şəxslərdən biri notarius olmuş, digəri isə hazırkı cavabdeh Rauf olmuşdur. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(073)-1663/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X11 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair müqavilə rəsmiləşdirilən vaxt o, körpə uşaqları ilə qaynanasından ayrı yaşayırdı. Qaynanası onu çağıraraq torpağı onsuz da əkmədiklərini bildirərək, onu əkmək üçün kiməsə vermələrini məsləhət görmüşdür. Qaynanasının tapşırığı ilə torpaq sahəsini əkməyə verməli olmuşlar. Alqı-satqı olmayıb. Torpağa görə nə qədər pul verildiyindən məlumatı olmayıb, bu işlərlə qaynanası məşğul olmuşdur, halhazırda da o vəfat edib. Özünün torpaq sahəsi ilə bağlı harasa imza edib-etmədiyi dəqiq yadında deyil. Evə kimin gəldiyi də yadında deyil. Uşaqları balaca olduğundan, yoldaşı da həbsxanada olduğundan bu işlərlə qaynanası məşğul olmuşdur. Qaynanası 6 ildir ki, vəfat edib. Cavabdehin 2007-ci ildən sonra qaynanasına hər ay pul verib-vermədiyini deyə bilmir, çünki qaynanası onlarla birlikdə yaşamamışdır. Qaynanası vəfat edəndən sonra da cavabdeh onlara pul ödəməyib. Uşaqların mənefeyi nəzərə alınmaqla ona torpaq sahəsini satmaq hüququ verilməsi barədə Cəlilabad RİH-nin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyasının rəyindən məlumatı yoxdur. Onlar torpağı bir müddət əkmişlər, sonra onlara demişlər ki, həmin yer başqa adama satılıb. Ona görə daha əkməmişlər. Məhkəmə kollegiyasının 08 avqust 2023-cü il tarixli iclasında izahat vermiş üçüncü şəxs X26 izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsi cavabdehə verilərkən onun 13 yaşı olmuşdur. O, heç nəyə qarışmamışdır. 2017-ci ildən sonra həmin torpaq sahəsini kimin əkməsi barədə məlumatı yoxdur. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X8 nümayəndəsi X28 izahatında bildirmişdir ki, torpaq sahəsini 2011-ci ildə anası X17 "xxxx" MMC-dən almışdır. Halhazıradək həmin torpaq sahəsindən istifadə edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxslər X19, X20, X26 və X17 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqındaəqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyənforma təyin edilməsin. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materialını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri yalnız formal mülahizələrdən ibarətdir. Belə ki, apellyasiya şikayətinin iddiaçının alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə ərizə verməməsi, imzasının saxtalaşdırılması və bu barədə birinci instansiya məhkəməsinə bildirsə də müvafiq ekspertizanın təyin edilməməsi barədə dəlili ilə bağlı Kollegiya bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1056 saylı rəyinə əsasən, Cəlilabad rayonu 1 saylı dövlət notariat ofisində 27 sentyabr 2007-ci il tarixli 4Ə-111 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin 14-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X30 Müəssisəsinin 17/50- 298, 20 avqust 2007-ci il tarixli məktubundakı razılıq verilməsi barədə ərizədə “İmza” qrafasındakı imza - İddiaçı Sadıq oğlu tərəfindən icra olunması təsdiqini tapmışdır. Bu hal ümumi mülkiyyətdə olan əşyaya sərəncam verilməsi ilə bağlı qanunun dispozisiya şərtlərinin gerçəkləşməsinə - iddiaçının satışa dair razılığını bəyan etməsinə dəlalət edir. Üçüncü şəxs X27 apellyasiya məhkəməsindəki izahatında bildirmişdir ki,torpağla bağlı səlahiyyətlərini atasına vermiş,torpağın atası tərəfindən satılıb-satılmamasından məlumatı olmamışdır. Üçüncü şəxs X11 isə izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair alqı-satqı olmayıb, özünün torpaq sahəsi ilə bağlı harasa imza edib-etmədiyi, evə kimin gəldiyi yadında deyil, uşaqların mənefeyi nəzərə alınmaqla ona torpaq sahəsini satmaq hüququ verilməsi barədə Cəlilabad RİH-nin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyasının rəyindən məlumatı yoxdur. Məhkəmə kollegiyası, sadalananları həqiqətəuyğun hesab etmir. Kollegiya, iddiaçının əqdin etibarsız sayılması tələbinin əsası kimi əşyanın satılmasına razılıq verməməsi barədə dəlili barədə onu da bildirir ki, iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 222.2-ci və ya 358.1-ci maddələrinin tələbləri baxımından birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığıilə həyata keçirilir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Göründüyü kimi, qanunvericilikdə birgə mülkiyyətdə olan əşyaya sərəncam verilməsinə dair müqavilənin bilavasitə bütün mülkiyyətçilər tərəfindən imzalanmasına dair məcburi bir qayda nəzərdə tutulmamışdır. Qanunda birgə mülkiyyətdə olan əşyaya sərəncamın (bir qayda olaraq) bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli olduğu göstərilir. Hətta səlahiyyətli şəxsin qabaqcadan razılığı olduqda onun əşyasına (hüququna) səlahiyyətsiz şəxs tərəfindən verilən sərəncam etibarlı sayılır. Razılıq bəyan edildiyi təqdirdə ümumi mülkiyyətçilərin müqaviləni şəxsən imzalamalarına, yaxud əşyaya sərəncam verilməsini etibarnamə ilə satıcıya həvalə etmələrinə gərək yoxdur. İddiaçı apellyasiya şikayətinin xx.xx.2007-ci il tarixli müqavilənin mövcudluğundan 2020-ci ilin iyul ayında məlumatı olması barədə dəlili ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Kollegiya, hesab edir ki, iş üzrə iddiaçı və üçüncü şəxs qismində cəlb olunmuş digər mülkiyyətçilər 14 il ərzində sözügedən alqı-satqı müqaviləsini mübahisələndirməməklə əqdi bəyənmələrini nümayiş etdirmişlər. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə iddia müddətini tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019cu il tarixli qərarı, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarı). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən; “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” Kollegiya, hazırkı vəziyyətdə iddiaçının alqı-satqı müqaviləsinin etibarsızlığını irəli sürməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Konstitusiya Məhkəməsinin Plenumu “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ qərarında qeyd edir ki; “dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(073)-1663/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1060/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1060/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver