Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1083/2025 15.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə İddiaçı 13 oktyabr 2017-ci ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan 1 uşaq- xx.xx.2018-ci il təvəllüdlü Elayda doğulmuşdur. İmişli Rаyоn Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü uşağın saxlanılması üçün ayda 130 manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. Hazırki tələbində İddiaçı Cavabdeh, İmişli rayon məhkəməsinin 2(036)-630/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 130 manat miqdarında alimentin miqdarının artırılaraq hər ay 235 manat müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ayrılmış, ayrıldıqdan sonra cavabdeh uşağın saxlanılması üçün iddiaçıya yetərli maddi yardım göstərməmişdir. İddiaçı hazırda məhkəmə tərəfindən müəyyən edilmiş alimentlə uşağı saxlamağa çətinlik çəkir, uşağın tələbatlarını ödəyə bilmir, maddi vəziyyəti pisdir, heç bir yerdə işləmir. Birinci instansiya məhkəməsində cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdehin daimi iş yeri yoxdur, iş tapa bilmir, arada, mövsümi işlərdə işləməklə aylıq qazancı 300 manatdan yuxarı çıxmır, başqa gəliri yoxdur. 1 uşağa ayda 235 manat aliment verməyi üçün ayda 4 dəfə çox, 940 manat qazancı olmalıdır. Cavabdeh qohumlarının köməyi ilə uşağa ayda 150 manat pul verə bilər. Həmin iş üzrə alimentin artırılması barədə iddia tələbinin qismən, yəni ayda 150 manat məbləğində təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin (hakim Z.Pirverdiyev) 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 07 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İmişli Rayon Məhkəməsinin 2(036)-630/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş hər ay 130 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməklə sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırda cavabdehdən cəmi 170 manat tutulmasını məhkəmə əsaslandıra bilməmişdir. Nəzərə alınmalıdır ki, uşaqlara baxmaq, onların maddi və mənəvi tələbatlarını ödəmək valideynlərin vəzifəsidir və cavabdehin işsiz olması uşağının maddi tələbatını ödəməkdən azad etmir. Buna görə də, iddia tələbi tam təmin edilərək cavabdehdən hər ay 235 manat tutulmalıdır. Şəxsin rəsmi gəliri az olsa da, qeyri-rəsmi gəlirləri onun hər ay üçün 235 manat verməsini təmin edir. İzahatlar Prosessual məsələlər İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ünvan 1 küçəsi 1117c, mənzil 219 saylı evdə uçota düşüb yasayır. Övladı isə Bakı şəhəri, Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbdə təhsil alır. Birinci instansiya məhkəməsi rayon uçotunda olduğu üçün 170 manat aliment ayırmışdır. Alimentin 300 manata qədər qaldırılmasına dair qərar çıxarılmasını xahiş edir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, tərəflərin nikahından bir uşaq- xx.xx.2018-ci il təvəllüdlü Elayda doğulmuşdur. İmişli rayon məhkəməsinin 2(036)-630/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin aralarında olan nikah pozulmuş və Elayda adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdın hər ay 130 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırki tələbində iddiaçı alimentin miqdarının artırılmasını, ayda 235 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən uşağın mənafeyini, tərəflərin maddi durumunu, əmlak vəziyyətini, yaşayış minimumunun da artdığını nəzərə almışdır. Cavabdeh tərəfin aylıq qazancı (gəlirləri) ilə bağlı sübut təqdim edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq alimentin miqdarını artırarkən əsaslı qənaətə gəlmişdir. Bununla belə, birinci instansiya məhkəməsi alimentin artırılması barədə işə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərarlarındakı tələbləri nəzərə almamışdır. Kollegiya hesab edir ki, alimentin miqdarı artırılmaqla yanaşı tutulan alimentin məbləği “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkləmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarınında (20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarla edilmiş dəyişiklliklərlə) olan göstərişlərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkləmənin Plenumunun həmin Qərarınında göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (8.4-1-ci bənd). Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır (8.13-cü bənd). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və cavabdehdən tutulmalı olan aliment artırılmaqla həm iddiaçının apellyasiya şikayəti, həm də Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarındakı (sonrakı dəyişikliklərlə) göstərişləri nəzərə alınmaqla müəyyən edilmiş alimentin indeksləşdirilməsi məqsədilə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli miqdarında sabit məbləğdə müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin artırılmasının hansı vaxtdan hesablanmasını qətnamədə göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun sözügedən Qərarınında göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir (8.11-1-ci bənd). Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, 07 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə tələbkar İddiaçı xeyrinə hər ay 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı və 24 oktyabr 2024-cü il tarixdən başlayaraq, uşaq yetkinlik yaşına çatanadək Cavabdeh tələbkar İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli miqdarında sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-2446/2024 saylı qətnaməsi dəyişdirilsin. 07 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün İmişli Rayon Məhkəməsinin 2(036)-630/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tələbkar İddiaçı xeyrinə hər ay 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılsın və 24 oktyabr 2024-cü il tarixdən başlayaraq, uşaq yetkinlik yaşına çatanadək Cavabdeh tələbkar İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli miqdarında sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1083/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1083/2025
15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver