Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1096/2025 15.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə əlavə edilmiş siyahidə göstərilən və Cavabdeh məxsus cehiz əmlakının ünvan 2-da yerləşən evdən çıxarılması, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən 3 otaqdan, 1 mətbəx və 1 dəhlizdən ibarət fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, həmin mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması, payının müəyyən edilməsi, mənzilə köçürülməsi və 1500 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması tələblərinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-202/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən və Cavabdeh məxsus cehiz əmlakının ünvan 2-da yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddi üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi, mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddi üzrə cavabdeh) Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 otaqdan, 1 mətbəx və 1 dəhlizdən ibarət fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, həmin mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması, payının müəyyən edilməsi, mənzilə köçürülməsi və 1500 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiasını müdafiə edərək, qarşılıqlı iddianı isə qismən etiraf edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2025-ci ildə ailə quraraq nikahlarını 22 aprel 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından övladları Vüsal və Əli doğulmuşdur. O, Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan aralarında olan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Aralarında bağlanmış rəsmi nikah Cəlilabad Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(073)-977/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda Cavabdeh ilə aralarında olan bütün əlaqələr kəsilmişdir. Lakin Cavabdeh məxsus cehiz əmlakı olan - mətbəx mebeli, yataq dəsti, masa və stullar, divar saatı, televizor və altlığı, tək divanlar, divan-kreslo dəsti, yorğandöşək dəsti, divan örtükləri, serviz yemək və çay dəstləri, soyuducu, sərinkeş, pərdə, xalçalar və evdə istifadə olunan əşyalar hazırda ünvan 2 ünvanında yerləşən ona məxsus evdə qalmışdır. Hesab edir ki, Cavabdeh həmin evdə yaşamadığından və ailə münasibətləri kəsildiyindən, Cavabdeh məxsus cehiz əmlaklarının onun evində saxlanılmasının mənası yoxdur. Cavabdeh cehiz əmlakı ona məxsus evdə qaldığı təqdirdə, həmin cehiz əmlaklarına görə evi sahibsiz qoyub başqa bir yerlərə, o cümlədən müalicəyə və yaxud hər hansı bir iş dalıyca gedə bilmir. Həmçinin həmin əmlaklar nəzarətsiz qalaraq xarab olur və ya çürüyür. Sonradan Cavabdeh məxsus həmin cehiz əmlaklarına görə məsuliyyət daşımaması səbəbindən, həmin əmlakların ona məxsus evdən çıxarılmasını istəyir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tələb etdiyi qızılzinət əşyaları evi alarkən satılmış, əlavə olaraq bankdan kredit götürülmüş və evin alınmasına görə evi satan şəxsə ödənilmişdir. Ona görə qızıl-zinət əşyaları tələbi əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı ilə 2015-ci ildə ailə qurmuş, nikahlarını isə 22 aprel 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından övladları 04 mart 2016-cı il təvəllüdlü X1 və 31 iyul 2019-cu il təvəllüdlü X2 doğulmuşdur. İddiaçı ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, İddiaçılə ailə qurduqdan sonra bir müddət mehriban yaşamışlar, lakin sonradan İddiaçı başqa bir qadınla münasibət yaratması səbəbindən aralarında olan ailə münasibətləri pozulmuş və nəticədə faktiki olaraq ayrılmışlar. Bundan sonra İddiaçı aralarında bağlanmış rəsmi nikahın pozulması ilə bağlı Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 20 dekabr 2023-cü il tarixli, 2(073)- 977/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda İddiaçı mübahisələndirdiyi Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28 (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçılə birgə nikah dövründə əldə etdikləri əmlakdır və qanunun tələbi baxımından ər-arvad arasında yarı bölünməlidir. Bundan əlavə, ona hədiyyə verilmiş, ümumilikdə, 1500 manat dəyərində 1 ədəd boyunbağı aralığı, 1 ədəd qolbağ, 1 cüt sırğadan ibarət qızıl əşyalarını da ilk iddia üzrə İddiaçı satıb evin alınmasına xərcləməsini bildirmişdir, amma əslində özünə avtomobil almışdır. Onun və uşaqlarının yaşamağa başqa yerləri yoxdur və uşaqları ilə birlikdə köçüb həmin evdə yaşamaq istəyirlər. Ona görə də qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi Nümayəndə ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ilk iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh məxsus qızıl əşyalarını satıb evin alınmasına xərcləməsini bildirsə də, əslində özünə avtomobil almışdır. Qeyd edilənlərin nəzərə alınaraq qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-202/2025 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən və Cavabdeh məxsus cehiz əmlakının ünvan 2-da yerləşən evdən çıxarılması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********23-10301 reyestr nömərli çıxarışa əsasən İddiaçıun mülkiyyətində olan və 23 fevral 2021-ci il tarixli, İPKD3418463A162 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28 (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.m-dən ibarət fərdi yaşayış evindən Cavabdeh payının ½ hissədə müəyyən edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən ümumi sahəsi 98,5 kv.m-dən ibarət olan fərdi yaşayış evinə köçürülməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ümumilikdə, 1200 manat dəyərində qızıl dəstinin (1 ədəd boyunbağı aralığı, 1 ədəd qolbağ, 1 cüt sırğa) alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, həmin əşyalar olmadığı təqdirdə onların dəyəri olan 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsi onun əsaslı iddiasını təmin etmədən qarşılıqlı iddianı təmin etmişdir. O, həmin evi ipoteka yolu ilə almışdır. Evi ipoteka yolu ilə almaq üçün bankdan 7200 manat kredit götürmüşdür. Həmin pul ipotekaya yetərli olmadığından anası öz torpağını, atası isə 5 baş iri buynuzlu mallarını sataraq pulunu ona vermişlər. Hazırda 3 otaqdan yalnız biri yaşayış üçün yararlıdır. 2 otaqda yaşamaq mümkün deyildir. Onunla eyni mənzildə yaşamaqları mümkün deyildir. Məhkəmə araşdırma apararkən aydınlaşdırmaq istəməmişdir ki, yaşayış evi 3 otaqdan ibarət olsa da, onlardan yalnız birində yaşamaq mümkündür. İki otağın döşəməsi və tavanı yoxdur. Həmçinin məhkəmə nəzərə almamışdır ki, qətnamə qəbul olunarkən onun evə görə 10.842 manat banka borcu vardır. Əgər ipoteka ilə yüklü olan evdə Cavabdeh ½ hissədə payı müəyyən edilirsə, borcun yarısının ona aid olması qeyd edilməli idi. Söz yox ki, ev birgə yaşayış dövründə əldə edilmişdir. Mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin məhkəmə nəzərə almamışdır ki, ev bankın ipotekasındadır. Kredit borcundan 10.842 manat ödənilməmişdir. Əgər məhkəmə qərarına əsasən ev Vəsimə ilə onun arasında bölünürsə, məhkəmə ödənilməyən kredit borcunu da aralarında bərabər bölməli idi. Bank tərəfindən ona verilmiş 15 aprel 2025-ci il tarixli, 069/2025 nömrəli arayışdan da açıq-aydın məlum olur ki, xx.xx.2025-ci il tarixə kimi ümumi borc 10.842,98 manat təşkil edir. Qeyd edilən məbləğin 10.816,42 manat əsas borc, 25.24 manat faiz borcu təşkil edir. Məhkəməyə sübutları təqdim etsə də, məhkəmə bu barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə nəticəyə gəlmişdir ki, mübahisəli evi birgə yaşayış dövründə əldə etdiklərindən Cavabdeh həmin yaşayış evində ½ hissədə payı vardır. Düzdür, həmin evi birgə yaşayış dövründə bankdan kredit götürmək və valideynlərinin maddi dəstək göstərməsi ilə əldə etmişdir. Lakin həmin ev bankın ipotekasındadır. 10816,42 manat evə görə ipoteka borcu vardır. Məhkəmənin qəbul etdiyi qətnamə işin bu dəlilərinə uyğun deyildir. Məhkəmə aralarındakı münasibətlərə və işdəki qeyd etdiyi hallara görə düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən tərəfindən evin ipotekasına görə 10.817,42 manat borcu olması barədə bank sənədini təqdim etmişdir. Lakin məhkəmə həmin sübuta qiymət verməmişdir. Yalnış nəticəyə gəlmişdir. Buna görə də bank arayışının apellyasiya baxışında təqdim edilməsinə zərurət yaranmışdır. İşdəki bu halın apellyasiya kollegiyası tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)-202/2025 saylı qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində və qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətinə etiraz etdi və iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə da apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası ilk iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-202/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı; Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)-202/2025 saylı qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində və qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********23-10301 reyestr nömərli çıxarışdan görünür ki, Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və 23 fevral 2021-ci il tarixli, İPKD3418463A162 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan "xxxx" ASC Cəlilabad filialı ilə İddiaçı arasında bağlanmış 23 fevral 2021-ci il tarixli, İPKD3418463A162 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 120 ay müddətinə illik 6 faiz olmaqla 16200 manat məbləğində kredit verilmişdir. İşdə olan 23 fevral 2021-ci il tarixli, İPKD3418463A162 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı 23 fevral 2021-ci il tarixdən 24 fevral 2031-ci il tarixə kimi hər ay 179,85 manat, sonuncu ay isə 183,02 manat ödəməklə, ümumlikdə, 21585,17 manat krediti faizləri ilə birlikdə "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə tələbi təmin etməməklə düzgün və qanuni qərar vermişdir. Belə ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən və Cavabdeh məxsus cehiz əmlakının ünvan 2-da yerləşən evdən çıxarılması tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, həmin evi ipoteka yolu ilə almışdır. Evi ipoteka yolu ilə almaq üçün bankdan 7200 manat kredit götürmüşdür. Həmin pul ipotekaya yetərli olmadığından anası öz torpağını, atası isə 5 baş iri buynuzlu mallarını sataraq pulunu ona vermişlər. Ev birgə yaşayış dövründə əldə edilmişdir. Mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin məhkəmə nəzərə almamışdır ki, ev bankın ipotekasındadır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4.7-ci bəndində göstərilir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, həmçinin izah edir ki, ilk İddiaçı ipoteka predmeti olan mənzilə görə nikah pozulduqdan sonra etdiyi ipoteka ödənişlərinin yarısını qarşılıqlı iddiaçı Cavabdeh tələb etmək hüququ vardır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi digər hissədə - “qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ümumilikdə, 1200 manat dəyərində qızıl dəstinin (1 ədəd boyunbağı aralığı, 1 ədəd qolbağ, 1 cüt sırğa) alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, həmin əşyalar olmadığı təqdirdə onların dəyəri olan 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi” hissəsində yanlışlığa yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsindən göründüyü kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qızılzinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Birinci instansiya məhkəməsi tərəfindən də qeyd olunduğu kimi, iddia ərizəsində göstərilən əmlakların iddiaçıya hədiyyə edilməsi işin mübahisəsiz halıdır. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə baxış iclasında qeyd etmişdir ki, münasibətləri normal olan dövrdə İddiaçı onun razılığı ilə iddia ərizəsində göstərdiyi qızılları satmaq üçün evdən götürmüş və bu zaman o, hər hansı formada etiraz etməmiş, qızılların satılmasına razılıq vermişdir. Düşünmüşdür ki, ər-arvaddırlar, qızılların ailə ehtiyacı üçün sərf olunması zərurəti yaranmışdır. Sonradan ailə münasibətləri kəskinləşdiyi və boşandıqları üçün həmin qızılları qarşılıqlı iddiaçıdan tələb edir. Əgər boşanmasaydılar, bu tələbi irəli sürməyəcəkdi. Göründüyü kimi, 1200 manat dəyərində olan qızıl-zinət əşyaları tərəflərin razılığı əsasında ailə ehtiyacları üçün sərf olunmuşdur. Belə olan halda sırf sonradan tərəflər arasında ər-arvad münasibətlərinin pozulmasına görə Cavabdeh həmin əşyaları ilk iddiaçıdan tələb etməsi əsassızdır. Birinci instansiya məhkəməsi isə qeyd olunan halı nəzərə almayaraq qarşılıqlı iddianı qeyd olunan hissədə təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-202/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-202/2025 nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ümumilikdə, 1200 manat dəyərində qızıl dəstinin (1 ədəd boyunbağı aralığı, 1 ədəd qolbağ, 1 cüt sırğa) alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, həmin əşyalar olmadığı təqdirdə onların dəyəri olan 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia rədd edilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1096/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1096/2025
15.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver