Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1102/2023 26.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale İlham oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(057)-612/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(057)-612/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ağarza Səmədov) İddiaçı Cavabdeh ödənilən əmək haqqından tutulan ¼ hissədə olan alimentin azaldılaraq hər ay 300 manat sabit pul məbləğində aliment verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. İddiaçının nümayəndəsi X3 tərəfindən Salyan Rayon Məhkəməsinin 05 aprel 2023cü il tarixli 2(057)-612/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apararaq iddiaçının iddia ərizəsində irəli sürdüyü tələbin təmin edilməsi barədə qətnamə çəxarılmasını xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan əmək haqqından ¼ hissə miqdarında tutulan alimentin azaldılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli 2(057)-715/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, bundan sonra 09 fevral 2014-cü il təvəllüdlü X13 cavabdehin yanında saxlanılmış, oğlundan 09 fevral 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 may 2020-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərin ¼ hissəsi miqdarında alimentin tutularaq cavabdeh X5 verilməsi qət edilmişdir. Oğlu İddiaçı 12 dekabr 2022-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuş, lakin aralarında olan ər-arvad münasibətləri ondan əvvəl olmuşdur. Ona görə də, oğlunun nikah bağlamazdan əvvəl Cəmilə adlı qadından bir uşağı olmuş və həmin uşağın hazırda 5 yaşı tamam olacaqdır. Tərəflər arasında nikah bağlandıqdan sonra 22 fevral 2022-ci il təvəllüdlü X11 doğulmuşdur. İddiaçı hərbiçidir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlunun maşını və evi olmamış, maddi cəhətdən çətinlik çəkmişdir. Ailənin birgə qazanc və gəliri vardır. Cavabdehin ailəsinin kifayət qədər dolanışıq həddi vardır. İddiaçı digər nikahdan olan 5 yaşlı oğlu da xəstədir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı hərbiçidir. Xüsusi tapşırıqlarla əlaqədar əməliyyatlara gedərkən ona əlavə mükafatlar verilir. Başqa yerdən gəliri yoxdur. Ən azı ayda 680 manat aliment ödəyir, əlavə gəlirləri olarsa, daha çox ödəyir. Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı 3000 manata qədər əmək haqqı alır. Hər ay cavabdehə 660 manat məbləğdə aliment ödənilir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 05 aprel 2023cü il tarixli 2(057)-612/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli 2(057)- 715/2020 saylı qətnaməsinin surətindən görünür ki, X4 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair ilkin və İddiaçı X5 qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddiaları təmin edilmiş, X9 ilə İddiaçı arasında Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 02 noyabr 2011-ci il tarixli 396 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra 09 fevral 2014-cü il təvəllüdlü X13 anası X4 yanında saxlanılmış, İddiaçı 09 fevral 2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 may 2020-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan SQ ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, xx xxxxxx 1989-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. İşdə olan nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında nikah 12 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 3203 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının C.İsgəndərova ilə nikahından 22 fevral 2022-ci il təvəllüdlü X11 adlı uşağı doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında nikah Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş və bu barədə 10 senytabr 2020-ci ildə nikahın pozulması haqqında akt qeydləri kitabında 117 nömrə ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlara hesab etmişdir ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, uşağın saxlanılması üçün İddiaçı məhkəmə qətnaməsi ilə alimentin tutulması qət edilmiş və iddiaçı həmin müəyyən edilmiş aliment məbləğini vaxtında və tam olaraq ödəməyə borcludur. İddiaçının qeyd etdiyi əsaslara görə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin azaldılması mümkün deyildir. Cavabdehdən alimentin tutulması qanunvericiliyin tələbinə əsasən hissə ilə müəyyən edilmiş və həmin alimentin dəyişdirilməsi üçün məhkəmədə hər hansı bir hal aşkar olunmamışdır. İddiaçının başqa qadınla evli oldğu və iki uşağı olması halında hissə ilə müəyyən edilmi alimentin miqdarının azaldıması üçün əsas ola bilməz. İddiaçının ikinci dəfə evləndiyi qadın ondan aliment tələb etməmiş və ondan tələb olunan aliment hazırda əmək haqqının yarısından çox deyildir. Cavabdehin himayəsində olan uşağın hazırda 10 yaşında olması və tələbatının artması fonunda alimentin azaldılması məqsədəuyğun deyildir. İddiaçının qazancı və gəliri məlumdur və həmin əsasla ondan aliment hissə ilə tutulur. Ona görə də, iddia tələbi əsassızdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlili olaraq oğlunun - iddiaçının maşın və evinin olmamasını, maddi cəhətdən çətinlik çəkməsini əsas gətirməklə qətnamənin ləğv edilməsi, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apararaq iddiaçının iddia ərizəsində irəli sürdüyü tələbin təmin edilməsini xahiş etsə də, İddiaçı alimentin təyin edilməsindən sonra onun maddi vəziyyətinin ağırlaşmasına və ya xərclərinin artmasına səbəb olan hər hansı dəyişikliyin baş verməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ailə qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla məhkəmə qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(057)-612/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, eyni zamanda diqqətə çatdırır ki, hazırkı tələb üzrə münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflərin eyni məsələ ilə bağlı gələcəkdə yenidən iddia qaldırmaq hüququ istisna edilmir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(057)-612/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1102/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1102/2023
26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver