Məhkəmə qərarları › İş №2(106)-1142/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1142/2025

04.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1142/2025 04.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət məhkəmə tərkibində, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-1126/2015 saylı qərardadından cavabdeh Əhmədova (İsayeva) Milana Ağamoğlan qızı tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" ASC məhkəməyə ərizə təqdim edərək borclular Borclu4, Borclu3 Əflətdin oğlu, Borclu2 və Borclu1 "xxxx" ASC-nin xeyrinə 13864.24 ABŞ dolları əsas, 1787 ABŞ dolları faiz borcu, 50.24 ABŞ dolları penya olmaqla, ümumilikdə, 15701.68 ABŞ dolları məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 21 iyul 2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir Borclu X3 məhkəməyə ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 21 iyul 2015-ci il tarixli məhkəmə əmrinin ləğv olunaraq işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1613/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadına əsasən borclu X1 Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 21 iyul 2015-ci il tarixli məhkəmə əmrindən verdiyi etiraz təmin edilməmişdir. Cavabdeh Əhmədova (İsayeva) Milana Ağamoğlan qızı xx.xx.2025-ci il tarixdə Astara Rayon Məhkəməsinin 2(018)-1613/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1613/2024 saylı, 10 fevral 2025-ci il tarixli qərardadı ilə borclu X1 Astara Rayon Məhkəməsinin 2(018)-1615/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 2(018)-1613/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından borclu X3 tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Əhmədova (İsayeva) Milana Ağamoğlan qızı məhkəməyə elektron ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-1613/2024 saylı, 10 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1613/2024 saylı, 10 mart 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 10 fevral 2025- ci il tarixli, 2(018)-1613/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-725/2025 saylı, 16 aprel 2025-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1613/2024 saylı, 10 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsi, qərardadın əsaslandırıcı hissəsində irəli sürülən hallar nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materiallarının Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 2(018)-1613/2024 saylı, 21 may 2025-ci il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin icraatında olan 2(018)-1613/2024 saylı mülki iş üzrə icraata xitam verilməsi və həmin mülki işin Astara Rayon Məhkəməsinin icraatında olan kreditor "xxxx" ASC-nin borclular Borclu4 Ağamlı oğluna, Borclu3 Əfləddin oğluna, Borclu2 və Borclu1 qarşı pul tələbinə dair 2(018)-1126/2015 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 22 may 2025-ci il tarixli qərardadı ilə cavabdeh Əhmədova (İsayeva) Milana Ağamoğlan qızının Astara Rayon Məhkəməsinin 2(018)- 1613/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1613/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından cavabdeh Əhmədova (İsayeva) Milana Ağamoğlan qızı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Əhmədova (İsayeva) Milana Ağamoğlan qızı məhkəməyə elektron şikayət ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 22 may 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 19 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 22 may 2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin baxılması üçün 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)- 1126/2015 saylı qərardadından cavabdeh Əhmədova (İsayeva) Milana Ağamoğlan qızı tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in: 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarında olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair çıxarışdan görünür ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-1126/2015 saylı qərardadı xx.xx.2025-ci il tarixdə, saat 10:48-də Borclu1 elektron kabinetinə yerləşdirilmişdir. Yəni sözügedən qərardad xx.xx.2025-ci il tarixdə Borclu1 çatdırılmışdır. Lakin cavabdeh Əhmədova (İsayeva) Milana Ağamoğlan qızı həmin qərardaddan şikayəti 17 iyun 2025-ci il tarixdə, yəni 10 günlük şikayət vermə müddətini ötürməklə vermişdir. Azərbaycan Respublikası MPM-in: 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh Əhmədova (İsayeva) Milana Ağamoğlan qızı tərəfindən verilmiş şikayət şikayət vermə müddəti ötürüldüyündən qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268, 400- 402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-1126/2015 saylı qərardadından cavabdeh Əhmədova (İsayeva) Milana Ağamoğlan qızı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş materialı şikayətin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar