Məhkəmə qərarları › İş №2(106)-116/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-116/2025

12.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-116/2025 12.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Tərtər Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası, Astara Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası, X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı “atalıq hüququnun tanınması, uşağın cavabdehdən alınaraq onun himayəsinə verilməsi və pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-59/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İddiaçı Cavabdeh ilə birgə yaşadığı dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 onun oğlu olması, ona münasibətdə onun atalıq hüququnun tanınması və X7 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, hazırki iş üzrə cavabdehin biriinci instansiya icraat zamanı məhkəmə iclaslarına gəlməməsi səbəbindən iş üzrə DNT ekspertizası təyin edilə bilinməmişdir. İş materiallarında olan “X10” tərəfindən verilmiş ekspert rəyindən görünür ki, X8, Cavabdeh Kamran və İddiaçı Araz-ın 99,9℅ uşağıdır. Astara Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 22 noyabr 2023-cü il tarixli 311 nömrəli məktubuyla məhkəməyə daxil olmuş rəyindən görünür ki, ana Cavabdeh Kamran qızının keçirilən komissiyası iclasında iştirak etməmiş, bu halın da, məsələnin obyektiv şəkildə araşdırılmasına mənfi təsir göstərdiyini nəzərə alaraq, komissiya məsələ ilə bağlı rəy vermədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 13 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 28 dekabr 2024-cü il tarixli məktubundan göürünür ki, İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh və Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı “valideynlik hüququnun tanınması və uşağın atanın himayəsinə verilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşadığı dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 onun oğlu olması, ona münasibətdə onun valideynlik hüququnun tanınması və X7 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəmə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53 -cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşadığı dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 onun oğlu olması, ona münasibətdə onun atalıq hüququmun tanınması və X7 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh ilə təxminən 2018-ci ilin əvvəllərində Bolmart marketdə iş yoldaşı olaraq tanış olmuş, cavabdeh ona xalası oğlu X9 oclu adlı bir şəxslə evli olduğunu və övladları olmadığı üçün ayrıldığını bildirmişdir. Bir müddət sonra o, həmin iş yerindən uzaqlaşdı, bir neçə gün sonra onun telefon nömrəsini iş yoldaşlarından alıb ona zəng etdi və onunla yeni ailə qurmaq istədiyini bildirdi. O, da onun təklifi ilə çıxıb getdi. Aylar sonra o, onu tapdıqda bildi ki, o keçmiş əri X9 oglu ilə birgə yaşayır və onun körpə bir uşağı da vardır. O, həmin körpə uşagın olduğunu bildikdə dəqiqləşdirdi ki, həmin uşaq onun uşağıdır və cavabdeh məqsədli şəkildə onunla yaxınlıq edərək həmin uşağı ondan övladı olmayan Ərşadla ailəsini davam etdirmək üçün qazanmışdır. O, sonradan əlavə araşdırma apararaq öyrəndi ki, onunla cavabdehin yaxın münasibətlərindən anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X7 oglu adlı bir uşağı vardır. Bir daha qeyd edir ki, Məhəmməd cavabdehin ondan sonra Ərşadla ailə həyatını davam etdirdikdən sonra dogulmasına baxmayaraq onun oğludur və o, bunu xx.xx.2022-ci il tarixdə 1200 man DNT analizi üçün xərc çəkməklə DNT analizi vermək yolu ilə sübut etmiş (bu faktı təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edirəm). Hesab edir ki, bir halda Cavabdeh ondan ayrıldıqdan sonra Məhəmməd adında uşağını anasın yanında qoyub dəfələrlə başqa yerlərə getmiş, bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirməmiş, 6 aylıq olandan onu atıb getmiş, həmin vaxtdan uşağına maddi və mənəvi dəstək göstərməmiş, ümumiyyətlə, uşağı ilə maraqlanmamışdır. Hesab edir ki, qeyd edilən hallar cavabdehin bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyini, valideyn olmasının yalnız doğum haqda şəhadətnamədə ata qrafasmda adının olması ilə edir. Belə olan halda, uşaq onun himayəsinə verilməli və onun valideynlik hüququ tanınmalıdır. Məhz bu məqsədlə də Lənkəran 1 saylı Mediasya təşkilatına müraciət edərək valideynlik hüququnun tanınması və uşagı onun himayəsinə verilməsi üçün yazılı saziş bağlamağı təklif etmişdir. Lakin cavabdeh mediasiya sessiyasına gəlməmiş və bununla da onun təklifindən imtina etmişdir. Ona görə də müvafiq idia ilə məhkəməyə müraciət etməli oldu və ümid edir ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxartmalıdır. Cavabdehlə birgə yaşadıqları dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 onun oğlu olması, ona münasibətdə onun valideynlik hüququnun tanınması və X7 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) 2(018)-59/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1, 44.3, 44.5, 45.1, 46.2, 46.3cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə birgə yaşadığı dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 onun oğlu olması, ona münasibətdə onun atalıq hüququnun tanınması və X7 oglu adlı uşağının cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, hazırki iş üzrə cavabdehin məhkəmə iclaslarına gəlməməsi səbəbindən iş üzrə DNT ekspertizası təyin edilə bilinməmiş və iddiaçı tərəfindən təqdim edilmiş rəy isə mötəbər sübut kimi qəbul edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, qətnamənin qanunsuz və əsassız olmasına dair birinci dəlili ondan ibarətdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə hazırki iş üzrə yaranmış mübahisəli hüquq münasibətlərinə iş üzrə tətbiq edilməli olan AR MPM-nin 6-8, 9.1, 9.2, 13, 14.1, 78.2, 80, 81, 85.1, 88, 89.1, 89.3, 95.1, 106.1, 106.3, 106.4, 184.4, 188.1, 217.1, 217.2, 217.3, 218, 220-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, 34-cümaddəsinin İV hissəsi, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3 və 12-ci maddələri, 27-cimaddəsinin 2-ci bəndi, «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8, 19-cumaddələri, Azərbaycan RespublikasıAilə Məcəlləsinin 50.3, 56.1, 60.3, 60.4, 61.1, 61.2, 61.3, 75.1,75.4-cü maddələrini tətbiq etməmiş, iş üzrə tətbiq etdiyi AR AM-nin 44.1, 44.3, 44.5, 45.1, 46.2, 46.3, 47.1-ci maddələrini düzgün tətbiq etməmiş, yəni həmin normaların məzmunu və mahiyyəti düzgün başa düşülməmiş və bu səbəbdən məhkəmə tərəflərin hüquq və vəzifələri barəsində düzgün olmayan nəticəyə gəlmişdir ki, bu hallar da AR MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair ikinci dəlili ondan ibarətdir ki, məhkəmənin qətnamə çıxararkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi və prosesual hüquqi əsasları düzgün müəyyən edilməmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu hallar da AR MPM-nin 385.1.1-385.1.4-cü maddələrinəəsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Belə ki, məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gələrkən bunu qətnamənin əsaslandırıcı hissəsində heç bir dəlil və hüquq norması ilə əsaslandırmamış, yalnız «X11» tərəfindən verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etməməsini göstərmiş və bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, «X10» tərəfindən verilmiş ekspert rəyi mötəbər və təkzibedilməz sübutdur və iş materiallarında həmin rəyi təkzib edəcək hər hansı bir sübut və ya dəlil olmamışdır. Məhkəmə isə qeyd olunan xüsusata lazımi diqqət yetirməmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Göstərilən hal isə AR MPM-nin 385.1.1- 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair üçüncü dəlili ondan ibarətdir ki, məhkəmənin qətnamə çıxararkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu hallar da AR MPM-nin 385.1.1-385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Belə ki, o, Cavabdeh və üçüncü şəxs Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı «Valideynlik hüququnun tanınması və uşagın atanın himayəsinə verilməsi tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan «Atalıq hüququnun tanınması və uşagın atanın himayəsinə verilməsi tələbi barədə» iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək «Cavabdehlə birgə yaşadıgımız dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 mənim oğlum olması, ona münasibətdə mənim atalıq hüququmun tanınması və X7 oglu adlı uşagımızın cavabdehdən alınaraq mənim himayəmə verilməsi, DNT analizi üçün çəkdiyimxərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyim 55 manat və dövlət rüsumu olaraq ödədiyim 50 manat pulun cavabdehdən tutularaq mənə ödənilməsi barədə» qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə iddianın dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alsa da, sonda həmin dəqiqləşmə barədə deyil, ilkin iddanın tələblərini müzakirə etmiş və həmin ilkin iddianın, yəni «Valideynlik hüququnun tanınması və uşagın atanın himayəsinə verilməsi» tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxartmış və bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə olan halda məhkəmə iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilən tələbi müzakirə etməli və həmin tələbin təmin edilməsi və ya təmin edilməməsi barədə qətnamə çıxartmalı idi. Məhkəmə isə bu xüsusata diqqət yetirməmiş və nəticədə maddi və prosessual hüquq normalarını pozmuşdur. Göstərilən hal isə AR MPM-nin 385.1.1-385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ekspertizalarda iştirak etmir, lakin özünü könüllü olaraq özəl klinikada verdiyi analizə əsasən o, X2 bioloji atasıdır. Hazırda cavabdehlə heç bir əlaqəsi yoxdu, harda yaşamasından xəbərsizdir. Cavabdeh ilə münasibəti 2 ay davam etmiş, sonradan münasibətləri pisləşmiş, ayrılmışlar, 7 ay sonra bilmişdir ki, cavabdeh başqa şəxslə nikahdadır. İddiası təmin olunduğu halda da, cavabdehlə ailə kimi yaşamaq niyyəti yoxdur. Analiz nəticələrinin nəzərə alınaraq, Astara Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsini ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh, üçüncü şəxs Tərtər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına, maraqlı şəxs Astara rayon İcra Hakimiyyətinə, X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişlər. Tərtər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər işdə iştirak edən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamə tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır; 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 48-ci maddəsinə əsasən bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 11.2-ci hissəsində qeyd edilir ki, atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi mövqeyi Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) şəxsi və ailə həyatına müdaxiləni Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 8-ci maddəsi çərçivəsində qiymətləndirilir: Maddə 8 – Şəxsi və ailə həyatına hörmət hüququ

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Maddənin məzmunundan görünür ki, dövlət və şəxsi ailə həyatına müdaxilə edə bilər, ama bu müdaxilə: -Qanuni əsaslara malik olmalıdır; -Legitim məqsədlərə xidmət etməlidir (yəni ictiami təhlükəsizlik, ictimai qayda, sağlamlıq, əxlaq və s. məsələlərlə bağlı olmalıdır); -Zəruri və proporsional olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd edib ki, 8-ci maddədə yer alan ailə həyatı anlayışı yalnız nikaha əsaslanan ailələrlə məhdudlaşmır və digər faktiki münasibətləri də əhatə edə bilər. Münasibətlərin ailə həyatı təşkil edib-etməməsi barədə qərar verilərkən bir sıra amillər, o cümlədən cütlüyün birgə yaşayıb-yaşamaması, onların münasibətlərinin müddəti, birgə övlad dünyaya gətirməklə və ya başqa vasitələrlə bir-birinə bağlı olduqlarını təsdiq etmələri əhəmiyyət kəsb edir. Ən əsası, uşaqlara bağlı qərarlar qəbul edilərkən uşağın maraqları birinci dərəcəli əhəmiyyətə malikdir. Məhkəmələrin fərdi şəxslər arasında uşağın himayəyə verilməsi ilə bağlı mübahisə üzrə qəbul etdiyi qərarlar 8-ci maddədə nəzərdə tutulmuş hüquqların həyata keçiriməsinə müdaxilə olduğundan, bu müdaxilə haqlı olmalıdır. AİHM qeyd etmişdir ki, şəxsi həyat geniş anlayışdır və onu tam əhatə etmək mümkün deyildir. AİHM-nə görə, şəxsi həyat anlayışı sırf insanın öz ətrafında cızdığı ―qapalı dairə ilə məhdudlaşmır, o, daha genişdir. Şəxsi həyat anlayışı, habelə, digər şəxslərlə və xarici aləmlə qarşılıqlı münasibətləri reallaşdırma hüququnu da zəruri olaraq ehtiva edir. (Niemietz v Germany, xx.xx.1992). Müvafiq olaraq, "ailə həyatının" mövcudluğu əslində sıx şəxsi bağlılıq əlaqələrinin praktikada real olaraq mövcud olub-olmamasından asılıdır (Paradizo və Kampanelli İtaliyaya qarşı [BP], 140-cı bənd). Buna görə də Məhkəmə ailə həyatının hüquqi cəhətdən tanınmadığı işlərdə faktiki ailə bağlarının mövcud olub-olmadığını, məsələn, ərizəçilərin birgə yaşayıb-yaşamadıqlarını nəzərdən keçirir (Conston və başqaları İrlandiyaya qarşı, 56-cı bənd). Digər amillər sırasına əlaqələrin müddətinin uzunluğu və söhbət nikahsız cütlüklərdən gedirsə cütlüyün hər iki üzvünün birgə övlada malik olmaqla bir-birinə bağlılığını nümayiş etdirib-etdirməməsi daxildir. (X, Y və Z Birləşmiş Krallığa qarşı, 36-cı bənd)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya hazırkı mübahisənin həlli zamanı aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Valideynlik hüququnun tanınması ailə hüququnun əsas institutlarından biridir və uşağın rifahını təmin etmək, onun hüquq və maraqlarını qorumaq üçün xüsusi əhəmiyyət daşıyır. Bu institut, valideynlərin hüquq və vəzifələrini tənzimləyərək, uşağın fiziki, psixoloji və sosial inkişafını təmin etməyə yönəlib. Valideynlik hüququnun tanınmasının bir çox əhəmiyyətli hüquqi nəticələrə səbəb olur. Bunlara aiddir: -Uşaqların hüquqlarının qorunması-Uşaqları tərbiyə etmək, onların hüquqlarını və qanuni mənafelərini qorumaq valideynlərin həm vəzifəsi, həm də borcudur; - Uşağın kimliyinin mühafizəsi- Valideynlər uşağın tərbiyəsi və rifahı üçün hüquqi məsuliyyət daşıyırlar; - Hüquqi məsuliyyətin tənzimlənməsi- Aliment öhdəlikləri, maddi dəstək və sosial təminatlar valideynlik hüququnun tanınması ilə müəyyən edilir; - Vərəsəlik hüququnun təmin edilməsi və s. Valideynlik hüququ tanındıqdan sonra valideynlər: -Uşağın tərbiyəsi, təhsili və rifahı üçün məsuliyyət daşıyırlar. -Uşağın sağlamlığını və təhlükəsizliyini qorumaq borcundadırlar. -Uşağın qanuni nümayəndəsi kimi çıxış edə bilərlər (məsələn müqavilələr, təmsilçilik zamanı və s.). -Aliment ödəmək öhdəliyi yaranmış olur. Beləliklə, Kollegiya qeyd edir ki, valideynlik hüququnun tanınması uşağın hüquqlarını qoruyan, ailə münasibətlərini tənzimləyən və cəmiyyətdə sosial sabitliyi təmin edən fundamental hüquqi institutdur. Bu huququn tanınması zamanı əsas vacib faktor isə uşağın üstün hüquqlarının qorunması ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gələrkən bunu qətnamənin əsaslandırıcı hissəsində heç bir dəlil və hüquq norması ilə əsaslandırmamış, yalnız «X11» tərəfindən verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbuletməməsini göstərmiş və bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, «X10» tərəfindən verilmiş ekspert rəyi mötəbər və təkzibedilməz sübutdur və iş materiallarında həmin rəyi təkzib edəcək hər hansı bir sübut və ya dəlil olmamışdır. Kollegiya qeyd edir ki, mülki işlərdə sübutlar məhkəmə tərəfindən yalnız ayrılıqda deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Tək bir sübutun yetərli hesab edilməsi məhkəmə araşdırmasının obyektivliyinə və ədalət prinsipinə zidd ola bilər. Bunun əsas səbəbi ondan ibarətdir ki, hər bir sübut müəyyən mənada subyektiv mənbəyə əsaslana bilər, onu yanlış şərh etmək və ya kontekstdən çıxarmaq riski mövcuddur. Məhkəmə sübutları qiymətləndirərkən yalnız onların mövcudluğuna deyil, həm də həmin sübutların bir-biri ilə necə əlaqələndiyini, ümumi hadisə ilə necə uzlaşdığını nəzərə almalıdır. Yəni, məhkəmə sübutlara məcmu halında, həmçinin daxili inamına əsaslanaraq qiymət verməlidir. Belə ki, iş materiallarında «X10» tərəfindən verilmiş rəy mötəbər və təkzibedilməz sübut kimi qiymətləndirilə bilməz. İddiaçının istinad etdiyi sübut məhkəmə üçün yalnız dəlillərdən biridir və məcburi qüvvəyə malik deyil. Məhkəmə sübutları qiymətləndirərkən mülahizə sərbəstliyinə malikdir və əgər rəyin obyektivliyi ilə bağlı şübhələr varsa, məhkəmə həmin sübutu mötəbər sübut kimi qəbul etməyə bilər. Beləliklə, Kollegiya bir daha vurğulayır ki, «X10» verilmiş rəy yalnız sübut vasitəsidir və məhkəmə digər sübutlarla birgə araşdırmalıdır. Bundan əlavə, keçirilmiş ekspetizanın metodu, ekspert təşkilatın statusu və həmin rəyin mötəbər sübut kimi hesab olunmaması da nəzərə alınmalıdır. İddiaçı apellyasiya baxışında öz izahatında bildirmişdir ki, onların münasibətləri yalnız qısa müddətli olmuş, uzunmüddətli ailə münasibətləri mövcud olmamışdır və bu, digər təqdim olunan sübutlarla birlikdə nəzərə alınmışdır. Buna baxmayaraq, iddiaçı uşağın atası olduğunu iddia etsə də, təqdim etdiyi sübutlar yetərli olmadığından, qısa müddətli münasibət faktı da onun atalıq iddiasının etibarlılığını zəiflədərək, iddianın uğurluluğuna mənfi təsir göstərir. AİHM müasir ailə modellərini, boşanma formalarını və tibbi inkişafı nəzərə alaraq şəxsi həyatla əlaqədar olduğu kimi, ailə həyatı ilə əlaqədar da geniş şərhə üstünlük verir. 8-ci maddənin mətn ifadəsi onu deməyə əsas verir ki, ailə anlayışı birbaşa şəxsi sferaya aiddir və hər hansı dövlət müdaxiləsindən azad fəaliyyət göstərməlidir. Bir qayda olaraq AİHM “ailə həyatının” mövcudiyyətini müəyyən edərkən tərəflər arasında “sıx şəxsi əlaqələrin” olması prinsipini rəhbər alır. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, istər birinci instansiya məhkəməsində işə baxılarakən, istərsə də apellyasiya baxışı zamanı məhkəmə tibbi-genetik ekspertizası təyin olunsa da, Cavabdeh ekspertiza mərkəzinə getməməsi, uşağı təqdim etməməsi səbəbindən rəy alınması mümkün olmamışdır. Kollegiya hesab edir ki, bu hal Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin təsiri altına düşmür, belə ki, Cavabdeh ekspertiza mərkəzinə getməkdən imtina etməsi, onun başqa şəxslə rəsmi nikahda olması səbəbindən ailənin bütövlüyünün qorunması və ailə münasibətlərinin korlanması riskindən qorunmaq kimi atılmış addım olaraq dəyərləndirilir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası, iddiaçının təqdim etdiyi sübuta, verdiyi izahatlara əsasən, belə qənaətə gəlir ki, xx.xx.2019-cu il təvəllüdlü X2 iddiaçının oğlu olması sübut olunmur, İddiaçı iş üzrə cavabeh Cavabdeh ilə faktiki ailə münasibətlərində olmasını əsaslandıra bilməmişdir. İş üzrə cavabdeh K.X1 ilə rəsmi nikahdadır, uşağın atası olaraq cavabdehin ərinin göstərilməsini, onun uşağın atası olmasını istisna edən hallar olmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-59/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar