Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1200/2025 28.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 2(038)-266/2025 saylı, 06 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 iyul 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan 06 may 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb mənə verilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2015-ci ildə qeyri-rəsmi evlənərək nikahları 22 iyun 2016-cı ildə 03 nömrə ilə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində rəsmi qeyd etdirmişdir. Birgə nikahdan 06 may 2016-cı il tarixdə X7 və 17 dekabr 2018-ci ildə X6 adlı uşaqları doğulmuşdur. Yardımlı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(038)-303/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Qətnaməyə əsasən X2 anasının himayəsində olması nəzərə alınmaqla digər uşaq X7 ondan alınaraq hər iki uşağın anasının himayəsində saxlanılması qərara alınmışdır. Ayanın və Kamilin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120(bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240(iki yüz qırx) manat sabit pul məbləğində aliment ondan tutularaq Cavabdeh xeyrinə verilməsi qərara alınmışdır. Alimentin tutulması X4 aid hissədə məhkəməyə müraciət etdiyi vaxtdan, X3 isə faktiki ondan alınaraq anası Cavabdeh himayəsinə verildiyi vaxtdan hesablanmalı idi. Lakin qızı Ayan Yardımlı rayon icra və probasiya şöbəsinin icra məmurlarının bütün səylərinə baxmayaq anası ilə getməkdən imtina etdi və onunla yaşamağı seçdi. Sonunda Yardımlı rayon icra və probasiya şöbəsi qətnaməni həmin hissədə icra edilməsi mümkün olmadığından Yardımlı Rayon Məhkəməsinə qaytardı. Qızı Ayanın onun himayəmdə saxlanılması barədə məhkəməyə müraciət etmiş və Yardımlı Rayon Məhkəməsinin 01 yanvar 2025-ci il tarixli, 2(038)-10/2025 saylı qətnaməsi ilə iddia təmin edildi, Cavabdeh ilə birgə nikahından doğulmuş 06 may 2016-cı il təvəllüdlü X7 onun himayəsində saxlanıldı. Uşağın saxlanılması barədə aliment tələbi ilə əlaqədar mediasiya şurasına miidaciət etmiş, lakin cavabdeh mediasiya iclasına gəlməmişdir. (Masallı 1 saylı Mediasiya şurasının xx.xx.2025-ci il tarixli arayışı) 2025ci il üçün uşağa görə yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Ona görə də Cavabdeh qızı Ayanın saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun çıxış etmiş, əlavə olaraq göstərmişdir ki, Uşağların saxlanılması üçün aliment tələbini müdafiə edir və 250 manat aliment tələb eddiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəməyə gəlməmiş, ərizə ilə müraciət edərək təqdim etdiyi sənədə əsasən sağlamlığında yaranmış problemlərə görə və həkimin təyinatına əsasən may ayının 17-nə qədər həkim nəzarəti altında olduğuna görə məhkəmə prosesinin 2 ay mütdətində uzadılmasını xahiş edmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPMnin ) 172.1.1-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulmasına dair işlərə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 ay müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Məhkəmə MPM-nin 172.1.1-ci maddəsinin tələbinin nəzərə alaraq, işin məhkəmə baxılma müddətinin 19 may 2025-ci il tarixdə bitməsini və ötən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı hər hansı etiraz təqdim edilməməsi, habelə məhkəmə iclasında cavabdehin iştirakının videokonfrans vasitəsilə təmin olunmasına dair vasatətinin olmaması nəzərə alınaraq, iddiaçı işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Yardımlı Rayon Məhkəməsinin 2(038)-266/2025 saylı, 06 may 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Rəşad Məmmədov), iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş 06 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, (sonrakı artımlar nəzərə alınmaqla) hər ay ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,3 misli miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilməli olan 34,4 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimetin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-266/2025 saylı, 06 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehin Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Yardımlı Rayon Məhkəməsinin 2(038)-266/2025 saylı, 06 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş lakin iddiaçı apellyasiya icraatı zamanı iştirak etməmiş, iştirak etməməsinin səbəblərini qabaqcadan bildirməmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə iddiaçının iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Yardımlı Rayon Məhkəməsinin 2(038)-266/2025 saylı, 06 may 2025-ci il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh 06 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün minimum aylıq əmək haqqının 0,3 misli miqdarında alimentin tutulması ilə bağlı işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Məhkəmə iddia tələbinin aliment hissəsi üzrə təmin edərkən, cavabdehin alimenti ödəyə biləcək kifayət qədər imkanının olmaması və həmçinin Yardımlı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)-303/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin yəni İddiaçı 06 may 2016-cı il təvəllüdlü X5 görə 120 manat alimentin alınıb Cavabdeh verilməsini nəzərə almamışdır. Bununla da qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndində göstərmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)- 303/2021 saylı qətnaməsindən görünür ki, xx xxxx 1986-cı il tarixdə doğulmuş İddiaçı ilə xx xxxxxx 1998-ci ildə doğulmuş Cavabdeh arasında 22 iyun 2016-cı ildə 03 nömrə ilə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş nikah pozulması, birgə nikahdan olan 17 dekabr 2018-ci il tarixdə doğulmuş X6 anasının himayəsində olması nəzərə alınmaqla digər uşaq 06 may 2016-cı il tarixdə doğulmuş X7 atası İddiaçı alınaraq hər iki uşağın anası Cavabdeh himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsi, alimentin tutulması X4 aid hissədə məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 13 dekabr 2021-ci il tarixdən, X3 isə faktiki atadan alınaraq anası Cavabdeh himayəsinə verildiyi vaxtdan hesablanması barədə qətnamə çıxarılmışdır. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 2(038)- 10/2025 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 06 may 2016-cı il təvəllüdlü X3 atası İddiaçı himayəsində saxlanılması və İddiaçı Yardımlı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)-303/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 06 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120(bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəmək öhdəliyindən azad edilməsi qət edilmişdir. İş materiallarında olan Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, X7 atası – İddiaçı ilə birlikdə yaşayır. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 may 2016-cı ildə doğulmuşdur. Anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarında olan Ödəniş qəbzlərindən görünür ki, mediasiya prosesində iştirak üçün İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə kollegiyası aliment tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir, Alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, həmçinin tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.
1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.
2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləmədən istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləməmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Birinci instansiya məhkəməsinin alimentin müəyyən edilməsi ilə bağlı nəticəyə gələrkən cavabdehin heç bir yerdə işləməməsi, onun yenidən ailə qurmasını, Belə ki, təyin edilmiş aliment cavabdeh tərəfindən ödənilə bilməsi mümkünsüzdür. Bu isə qəbul olunmuş qətnamənin gələcəkdə icra edilməsi üçün əsas maneədir. Digər tərəfdən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə 2021-ci il tarixli qəbul edilmiş məhkəmə qətnaməsi arasında ziddiyyət təşkil edir. Belə ki, 2021-ci il tarixli qətnamə ilə, Rəhim Əliyevdən uşağı X1 üçün ondan 120 manat aliment tutularaq Gülgəz Əliyevaya verilmişdir. Hazırda qəbul edilən qətnamə isə, əksinə cavabdeh Gülgəz Əliyevayadan uşağı Ayana görə minimum aylıq əmək haqqının 0,3 misli miqdarında aliment tutularaq iddiaçı Rəhim Əliyevə verilmişdir. Belə olan halda isə cavabdeh 2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimenti aldığı kimi eynilə iddiaçıya geri ödəmək məcburiyətində qalacaqdır. Başqa sözlə məhkəmə hazırkı iddianın təmin etməklə, faktiki olaraq hazırkı iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment öhdəliyində azad etmişdir. Bu isə heç bir halda uşağın mənafeyinə uyğun hesab oluna bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin 2(038)-266/2025 saylı, 06 may 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 1440 (120x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda iddianın təmin olunmayan hissəsi isə 1440 manat təşkil etdiyindən və qətnamənin mübahisəndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamənin təmin olunmayan hissəsindən kassasiya şikayəti verə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1 və maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 2(038)-266/2025 saylı, 06 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.