Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1207/2023 22.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Müşfiq Kamil oğlu Həsənov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, tərəflərin iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X2 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sabirabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-1801/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində, həmçinin əlavə olaraq hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində tutulan alimentin sabit məbləğdə olan 70 manat hissəsi artırılaraq 120 (bir yüz iyirmi) manat müəyyən məbləğində müəyyən edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində, həmçinin əlavə olaraq hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulub X4 ödənilməsi, alimentin bu qaydada tutulmasının başlanğıcı hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh ilə X8 xx.xx.2012-ci ildən nikahda olmuşlar. Birgə nikahdan iki uşaqxx.xx.2014-cü il təvəllüdlü Hacı və xx.xx.2016-cı il təvəllüdlü Elmar doğulmuşdur. Əvvəllər nikahın pozulması və alimentə dair işə baxılmış, Sabirabad Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində, həmçinin əlavə olaraq hər ay hər bir uşaq üçün 70 manat olmaqla, ümumilikdə iki uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməsi qət edilmişdir. Hazırki tələbində iddiaçı X1 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə iki uşaq üçün ayda 440 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəl məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı hazırda kifayət etmir. Hazırda ödənilməsi nəzərdə tutulan aliment uşağın minimum tələblərini ödəmir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, izahatında əvvəlki qətnamə ilə müəyyən olunmuş aliment məbləğini vaxtında ödədiyini, 426 manat gəlirinin olmasını, ikinci dəfə ailə qurduğunu və himayəsində xəstə anasının olmasının nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4, 78.1, 112.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, hazırda X6 İdarəsində mühasib vəzifəsində işləyir və kart hesabına köçən əmək haqqı 426.86 manat təşkil edir. Evlidir, xx.xx.2021-ci il tarixdə X3 ilə nikaha girmiş, həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü bir uşağı vardır. İddiaçı isə hazırda məktəbdə müəllimə işləyir, əmək haqqı alır və onun maddi durumu yaxşıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, onun başqa gəlirinin olmamasını nəzərə almamış, rəsmi iş yeri olduğu halda alimenti təkcə əmək haqqına yönəltməmiş, həm də sabit pul məbləğində aliment tutulmasını qət etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatında cavabdeh bildirmişdir ki, X6 İdarəsində mühasib vəzifəsində işləyir, əmək haqqı- təmiz karta köçən 426.86 manat təşkil edir. İkinci nikahdan başqa uşağı da vardır. Apellyasiya baxışında iştirak edən X8 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, hazırda məktəbdə müəllimə işləyir, təxminən 300 manat civarında maaş alır. Uşağı xəstədir. Alimetin artırılması zəruridir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh xx.xx.2012-ci ildən nikahda olmuşdur. Birgə nikahdan iki uşaq- xx.xx.2014-cü il təvəllüdlü Hacı və xx.xx.2016-cı il təvəllüdlü Elmar doğulmuşdur. Əvvəllər məhkəmə qətnamələri ilə aliment müəyyən edilmişdir. İddiaçı hazırki tələbində əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını, hər ay hər uşağa görə 220 manat müəyyən edilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2023-cü ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə almışdır. Apellyasiya şikayətində cavabdeh hazırda başqa qadınla- X3 ilə nikaha girdiyini, bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü bir uşağının olduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, göstərilən hallar, o cümlədən cavabdehin yüksən qazancının olmaması ona əsas verir ki, iddia qismən təmin edilsin. Birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alsa da cavabdehin yenidən nikaha girdiyini, bu nikahdan azyaşlı uşağının olmasının nəzərə almamışdır. Kollegiya hesab edir ki, Cavabdeh ikinci dəfə nikaha girdiyini, bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü bir uşağının olduğunu nəzərə alaraq əvvəl müəyyən edilmiş alimentin miqdarı artırılmalı, alimentin miqdarı cavabdehin (borclunun) əmək haqqının 1/3 hissəsi və əlavə olaraq hər uşağa 90 manat müəyyən edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sabirabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)- 1801/2020 saylı qətnaməsi əsasında Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh tutulan alimentin miqdarı, onun aylıq qazancının 1/3 hissəsi və əlavə olaraq sabit məbləğdə hər uşağa 90 (doğsan) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(056)-660/2023 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sabirabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)- 1801/2020 saylı qətnaməsi əsasında Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin, Cavabdeh tutulan alimentin miqdarı, onun aylıq qazancının 1/3 hissəsi və əlavə olaraq sabit məbləğdə hər uşağa 90 (doğsan) manat məbləğində müəyyən edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1207/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1207/2023
22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver