Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1214/2025 28.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Nümayəndə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-561/2025 saylı, 13 mart 2025ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 iyul 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə İddiaçı söhbət əsnasında pis-pis söyüşlü sözlərlərlə təhqir etməklə, onun şərəf və ləyaqətini alçaldaraq təhqir etmiş, hələ bu azmış kimi mərhum həyat yoldaşını, mərhum ata və anasının məzarlarını insanlıqdan kənar, kobud və iyrənc sözlərlə dayanmadan söyə-söyə təhqir etməyə davam etmişdir. Xüsusi ilə qeyd edir ki, cavabdeh Nümayəndə Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini vəzifəsində işləməsi, onun qanunsuz hərəkətlərinə haqq qazandıra bilməz. Çünki cavabdeh Nümayəndə və ya qeyrilərinə qanunlar icazə vermir ki, tutduğu vəzifəsindən istifadə edərək kimi isə və ya kimləri isə insanlıqdan kənar kobud və iyrənc dərəcədə söyüşlü sözlərlə təhqir etməklə, həmin şəxsin və ya həmin şəxslərin şərəf və ləyaqətini alçaltsın, onların ölülərini və ya ölülərinin məzarlarını insanlıqdan kənar iyrənc söz və söyüşlərlə təhqir etsin. Xüsusi ilə qeyd edir ki, cavabdeh Nümayəndə belə və ya digər buna oxşar əməl və hərəkətləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Əksinə cavabdeh Nümayəndə belə əməl və hərəkətləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan əməl sayılır. Cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə hərəkətlərindən Masallı rayon Boradigah qəsəbə Polis Bölməsinə yazılı surətdə ərizə ilə müraciət etmişdir. Masallı rayon Boradigah qəsəbə Polis Bölməsi tərəfindən onun cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə insanlıqdan kənar iyrənc hərəkətlərindən yazılı müraciətinə cavab olaraq 16 dekabr 2024- cü il tarixli məktubu ona ünvanlamaqla bildirilmişdir ki, o, mülki qaydada məhkəməyə müraciət edə bilər. Odur ki, polisin cavab məktubundan sonra məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə tərəfindən İddiaçı mənəvi ziyana görə 15.000 (on beş min) manat ödənilməsi haqqında qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, o, 2024-cü ildə qəsəbədə uşaq bağçasının tikintisi ilə əlaqədar Elm və Təhsil Nazirliyinə və Prezidentə müraciət etmiş, ona cavab olaraq qəsəbədəki bağçaya uyğun yaş qrupu üzrə uşaqların sayı, ərazidə bağça tikilməsi üçün boş ərazinin olubolmaması və s. məlumatlarla bağlı arayışlar və sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Bununla bağlı cavabdehə müraciət edərək, müvafiq arayışın verilməsini və 1 həftə ərzində arayışın hazır edilməsini xahiş etmişdir. Lakin 1 həftə sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdehə arayışı götürmək üçün yaxınlaşdıqda cavabdeh ona arayışı verməkdən imtina etmiş və onu, həmçinin mərhum həyat yoldaşının, ata və anasının məzarlarını nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən ona mənəvi zərər dəydiyini iddia edir və ona dəymiş mənəvi zərəri minimum 15.000 manat məbləğində qiymətləndirir. Cavabdeh Nümayəndə məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Aralarında mübahisə olmuş, İddiaçı otağından qovmuş, lakin tərəfindən İddiaçı və ya onun mərhum ailə üzvlərinə qarşı hər hansı nalayiq ifadə, təhqir işlədilməmişdir. Şahid məhkəmə iclasında şahid qismində ifadə verərək, bildirmişdir ki, cavabdeh Nümayəndə onun iş yoldaşıdır. İddiaçı Nümayəndə qəbuluna gələrkən o da otaqda olmuşdur. İddiaçı Nümayəndə həmin ərazidə yaşayan uşaqların siyahısına dair arayış tələb etmiş, Nümayəndə isə hazırda əhalinin bir qisminin Boradigah qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində və s. ərazilərdə yaşamasını bildirmiş, bu barədə dəqiq arayış tərtib edə bilməyəcəyini demişdir. Bu səbəbdən aralarında mübahisə düşmüş, mübahisə əsnasında Nümayəndə İddiaçı otağından qovmuş, lakin hər hansı fiziki təmas olmamış, nalayiq ifadə işlədilməmişdir. Hadisə zamanı otaqda yalnız üçü olmuşdur. Xadimələri orada görməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-561/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Ellara Abbasova), iddianın təmin edilməmsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Kazımov X1 Rayon Məhkəməsinin 2(050)-561/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında apelyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)- 561/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-561/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə müvafiq olaraq hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərd ətutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldənçıxmışfayda)başadüşülür. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslərin dairəsinə bildirildikdə, yayılmış hesab edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 2-ci hissəsində göstərilir ki, «….zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır..…» Həmin Qərarın 4-cü bəndində isə qeyd olunur ki, «şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir». Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-561/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən onun şərəf və ləyaqətinə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi təşkil edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 21.1,21.2,23.1,23.4,-ci maddələri təşkil edir. İddiaçı iddia edir ki, cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə İddiaçı söhbət əsnasında pis-pis söyüşlü sözlərlərlə təhqir etməklə, onun şərəf və ləyaqətini alçaldaraq təhqir etmiş, hələ bu azmış kimi mərhum həyat yoldaşını, mərhum ata və anasının məzarlarını insanlıqdan kənar, kobud və iyrənc sözlərlə dayanmadan söyə-söyə təhqir etməyə davam etmişdir. Xüsusi ilə qeyd edir ki, cavabdeh Nümayəndə Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini vəzifəsində işləməsi, onun qanunsuz hərəkətlərinə haqq qazandıra bilməz. Cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə hərəkətlərindən Masallı rayon Boradigah qəsəbə Polis Bölməsinə yazılı surətdə ərizə ilə müraciət etmişdir və ona polisdən yazılı şəkildə cavab verilərək mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Odur ki, polisin cavab məktubundan sonra məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Cavabdehin iddiaya etirazından müəyyən olunur ki, onunla iddiaçı arasında mübahisə olmuş, İddiaçı otağından qovmuş, lakin tərəfindən İddiaçı və ya onun mərhum ailə üzvlərinə qarşı hər hansı nalayiq ifadə, təhqir işlədilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslərin dairəsinə bildirildikdə, yayılmış hesab edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 2-ci hissəsində göstərilir ki, «….zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır..…» Həmin Qərarın 4-cü bəndində isə qeyd olunur ki, «şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir». Məhkəmə kollegiyası iddia tələbinin əsaslanmasından müəyyən edir ki, iddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinin Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin müavini Nümayəndə tərəfindən təhqirə məruz qaldığını, şərəf və ləyaqətinin açaldığını və mənəvi zərərə məruz qaldığını bildirir. Kollegiya qeyd edir ki, yayılmış məlumatlar ləkələyici xarakterə malik olmalıdır. Ləkələyici məlumatlar dedikdə, fiziki (hüquqi) şəxslər tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya fiziki şəxslərin şərəf və ləyaqətini və ya şəxslərin (fiziki və hüquqi) işgüzar nüfuzunu alçaldır, onları qiymətdən salır. Kollegiya onu da qeyd etməyi lazım bilir ki, barəsində məlumat yayılmış şəxsin (hazırkı halda iddiaçının) subyektiv fikri və mülahizəsi öz-özlüyündə həmin məlumatı ləkələyici məlumat hesab etmək üçün əsas olmamalıdır. Belə ki, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyətinə görə tutduğu mövqe başa düşülür. Hazırki işdə iddiaçı cavabdeh tərəfindən nalayiq ifadələrə məruz qaldığını və bununla bağlı şahidlərinin olduğunu bildirsə də nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı məhkəmə iclasında iştirak etməyərək onunla bağlı izahat verməmişdirlər. Əksinə cavabdeh tərəfdən şahid qismində məhkəmə iclasında ifadə vermiş Şahid isə tərəflər arasında münaqişə olsa da, hər hansı fiziki təmas edilməsinin, nalayiq ifadə və təhqir işlədilməsinin şahidi olmadığını bildirmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 2(050)-561/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-561/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1214/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1214/2025
28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver