Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1219/2025 24.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(055)-790/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 17 fevral 2020- ci il tarixli 2(055)-20/2020 saylı qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə tutulan 100 manat alimentin Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(055)-17/2025 saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla hər bir uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiyanın 0,3 misli həddinə qədər azaldılması və alimentin tutulmasını aylıq qazancına (əmək haqqına) yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(055)-790/2025 saylı qətnaməsi (hakim İxtiyar Abuşov) ilə, iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 17 iyul 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1219/2025 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 24 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Saatlı Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(055)- 790/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Kollegiya qeyd edir ki, Elektron məhkəmə informasiya sisteminə nəzər yetirdikdə görünür ki, 17 iyul 2025-ci il tarixdə Saatlı Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(055)- 790/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən də apelyasiya şikayəti verilmiş, lakin mülki iş materialları iddiaçının şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, beləliklə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti iş materialları göndərildikdən sonra daxil olmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən həm iddiaçı həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri bir-biri ilə əlaqəli olduğu üçün birgə baxılması obyektiv araşdırılmasına səbəb olacağından hazırkı iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilməli, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin də apelyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılaraq hüquqi qiymət verildikdən sonra yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Saatlı Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Saatlı Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(055)-790/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(106)-1219/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1219/2025
24.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver