Məhkəmə qərarları › İş №2(106)-1223/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1223/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1223/2023 16.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən, məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Lənkəran şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 Qəhrəman oğluna qarşı tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazidə «ayaqqabı təmiri emalatxanası»nın cavabdehlərin hesabına bərpa edilməsi, 50.000 manat və 20.000 manat mənəvi ziyan tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(049)-65/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi və Cavabdeh2 Qəhrəman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Şəhər İcra Hakimiyyətinin 24 iyul 2018-ci tarixli 10- 44/116 saylı sərancamının hissəvi ləğvi və tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazidə ayaqqabı təmiri emalatxanasının cavabdehlərin hesabına bərpa olunmasına 50.000 manat və 20.000 manat mənəvi ziyan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri, Səmədzadə kuçəsi yerləşən Cavabdeh2 Qəhrəman oglu tərəfindən tiklti aparılan ərazidə ayaqqabı təmir emalatxanası X3 özəlləşdirmə yolu ilə verilmişdir. Atası (əri) X6 1996-ci il tarxində vəfat etdikdan sonra miras əmlakı, yəni «Ayaqqabi təmiri emalatxanasını» faktiki qəbul edib, idarə etməyə başlamışdır. Həmin emalatxanada insanlara ayaqqabə təmiri və tikişi ilə bağlı xidmat göstərmişdir. Gündəlik 30-40 manat qazanc əldə edirdi. 2012-ci ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr 659 sayli Fəramani ilə təsdiq edilmiş «Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin topdan satış sahələrinin satılması haqqında Əsasnaməyə» uyğun olaraq müraciət etmişdir ki, mülkiyyətində olan ayaqqabı təmiri emalatxanasının altındakı 9,3 kv.m torpaq sahəsinin də əvvəlki qaydada özəlləşdirsinlər. X7 ayaqqabi təmiri emalatxanasının xüsusi mülkiyyətdə olmasi yoxlanılmış, təsdiqin tapdıqdan sonra onlara xx.xx.2012-ci il tarixli **********55 sayli məktubla müvafiq qaydada həll edilməsi baradə cavab verilmişdir. Lənkəran şəhər icra hakimiyyəti başcısı 24 iyul 2018-ci il tarixdə 10-44/16 sayla sərancamı ilə Cavabdeh2 ogluna tikintiyə icaza versə də bu günə kimi həmin qarar onlara təqdim olunmamışdır. Rəsmi olaraq Lənkəran şəhər icra hakimiyyətinə müraciət olunmuşdur. Bundan sonra onları Lənkəran rayon İcra Hakimiyyətinə dəvət edib bildirmişlər ki, şəhərin abadlaşdırılması ilə əlaqadar Səmədzadə küçəsində yerləşən köhnə tipli məişət obyektləri söküləcək, yerində rahat müasir tipli xidmət va məşiət obyektləri tikilib obyektləri sökülmüş mülkiyyətçilərə təhvil veriləcəkdir. Lakin həmin ərazinin hansi abadlaşdırılmaq üçün sökülməsi baradə malumatlandırılmamışlar. Sonradan onlara malum olmuşdur ki, onların sökülən ayyaqabı təmiri emalatxanasi şəhərin abadlaşdırılması məqsədi ilə sökülməmişdir. Məhkəmədə hansı qərarla, hansı məqsəd üçün sökülməsinə aydınlıq gətirilməli və buna aid qarar aydınlaşdırılmalıdır. Onların xüsusi mülkiyyatinə aid hər hansı bir tikilinin sökülməsi barədə məhkəmə qararı olmalı idi. Onların mülkiyyəti qanuna zidd olaraq sökulmüşdur. Məhkəmənin qararı olmadan kimsə xüsusi mülkiyyətdən məhrum edilə və xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Onlara məxsus ayaqqabı təmiri emalatxanası sökülmüş, lakin onun yerinə yeni xidmət, məişət tipli obyektin tikilməsi gecikdirilirmişdir. Bu halı gördükdən sonra Azarbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət etmişlər. Aldığı cavabda isə hüquqlarının qorunması ilə bağlı bütün tədbirlərin görüləcəyi cavabı verilmişdir. Söküntü aparılmış ərazidə tikinti işləri aparılmışdır. Bundan sonra ona məlum oldu ki, bir hissəsi onların ayaqqabı təmiri emalatxanasının sökülmüş yeri üzərinə düşən tikilinin sahibi Cavabdeh2 Qahraman oğludur. Bundan sonra cavabdehin onlara məxsus ərazidə icazəli tikinti aparılması məlum olan kimi Lankaran şəhər icra Hakimiyyatinə qarşı Şirvan inzibati Mahkamasində iddia qaldırmışdır. Bundan sonra onlar və Cavabdeh2 Lənkəran rayon icra Hakimiyyatinə dəvət edilmiş, ayaqqabı təmiri emalatxanasının tutduğu sahə, yəni 9,3 kv.m istifadə üçün yararlı sahə ilə əvəzsiz istifadəsinə verilməsi onlara təklif olunmuşdur. Bir halda ki, inzibati məhkəmdə olan ərizə geri gotürülsün. Cavabdeh2 onları inadırdı ki, tikinti başa çatdıqdan sonra qeyd edilən sahani əvəzsiz olaraq onların istifadasinə verəcəkdir. Bu razılaşmadan sonra inzibati iqtisad məhkəməsindən iddiasını geri götürmüşdür. Cavabdeh2 təklif edir ki, maddi cəhətdən pul köməkliyi göstərsin, həmin tikilidə veriləcək 9,3 kv.m əvəzinə pulla başqa ərzidə özlərinə ayaqqabı təmiri emalatxanası tiksinlər. Lakin Cavabdeh2 hal hazırda onlara aid sahadən yenə də istifadəyə davam edir. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 26 aprel 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin «Lənkəran Şəhər İcra Hakimiyyətinin 24 iyul 2018-ci tarixli, 10- 44/116 saylı sərəncamının hissəvi ləğvi» hissəsinin mülki mühakimə icraatına baxılmasına xitam verilmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Lənkəran şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 Qəhrəman oğluna qarşı «tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazidə ayaqqabı təmiri emalatxanasının cavabdehlərin hesabına bərpa olunmasına 50.000 manat və 20.000 manat mənəvi ziyan alınıb ona ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Məhkəmə qanunun bu tələbinin özünəməxsus qaydada şərh etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də, görünür ki, həmin əmlak İddiaçı1 atasından qalan miras əmlakıdır və həmin əmlak üzrə vərəsədirlər. Onların həmin əmlak üzərində istifadə və sahiblik hüquqları vardır. Miras qalmış əmlaklarının sənədləşdirilməsi zamanı Cavabdeh2 Qəhrəman oğlu tərəfindən yaradılmış maneçilik nəticəsində miras əmlaklarına vərəsə olaraq mülkiyyət hüququ əldə edə bilmirlər. Məhkəmənin həmin ərazinin Cavabdeh2 Qəhrəman oğlunun mülkiyyətinə daxil olub-olmaması barədə təyin edilmiş ekspertizanın cavabını almadan qətnamə çıxarması hüquq normasının pozulması deməkdir. Ekspert qarşısında qoyulmuş suallara- Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən və Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən X2 Ayaqqabı təmiri emalatxanası mövcuddurmu? Ayaqqabı emalatxanası mövcuddursa həmin emalatxananın yerləşdiyi torpaq sahəsi Cavabdeh2 Qəhrəman oğlu tərəfindən istifadə edilirmi? İstifadə edilirsə hansı ölçü və hissədə istifadə edilir?- cavab alınmadan qətnamə çıxarılması maddi və prosessual hüquq normasının pozulması deməkdir. Məhkəmədə iclasında İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qeyd edilən “Ayaqqabı təmiri emalatxanası” özəlləşdirilsə də həmin obyekt reyestrdə qeydə alınmamışdır. Buna görə də həmin obyektin yerləşdiyi yer barədə onlarda plan ölçü sənədi mövcud deyildir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış İddiaçı2 və cavabdehlər hər hansı bir üzrlü səbəb olmadan məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə İddiaçı2 və cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və izahatı, iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Dövlət əmlakının hüquqi və fiziki şəxlərə satılması haqqında xx.xx.2001-ci il tarixli 000886 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən Əhaliyə Məşət Xidmətinin «Zövq» İKF-nın ayaqqabı təmiri emalatxanası X1. Əmlak Məsələləri Dövlət Komitəsinin İddiaçı2 ünvanladığı xx.xx.2012-ci il tarixli məktubdan görünür ki, müvafiq sənədlər təqdim edildikdən sonra Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən ayaqqabı təmiri emalatxanasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinə baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına görə Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında da qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(049)-65/2023 saylı qətnaməsi - iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı ayaqqabı təmiri emalatxanasının cavabdehin hesabına bərpa olunmasına görə 50.000 manat və 20.000 manat mənəvi ziyan alınıb iddiaçılara ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “ayaqqabı təmiri emalatxanasının cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin hesabına bərpa olunmasına görə 50.000 manat və 20.000 manat mənəvi ziyanın alınıb iddiaçılara ödənilməsi tələbinə dair” iddiası üzrə işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(049)-65/2023 saylı qətnaməsi - iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı ayaqqabı təmiri emalatxanasının cavabdehin hesabına bərpa olunmasına görə 50.000 manat və 20.000 manat mənəvi ziyanın alınıb iddiaçılara ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı ayaqqabı təmiri emalatxanasının cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin hesabına bərpa olunmasına 50.000 manat və 20.000 manat mənəvi ziyanın alınıb iddiaçılara ödənilməsi tələbinə dair işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar