Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1243/2022 25.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, katib X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qətnaməsindən və qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1nə Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 27 noyabr 2*2*-ci il tarixli qərardadı ilə *4.*9.2*13-cü il tarixli, A № 44*439 nömrəli, *8.11.2*16-cı il tarixli, A № *96516 nömrəli və *6.12.2*16-cı il tarixli, A № 115183 nömrəli torpaq sahəsinin plan və ölçülərin torpağa mülkiyyət hüququna dair JN-*477 kod 8*5*5*39 nömrəli Dövlət Akti ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi tələbinə münasibətdə icraata xitam verilmişdir. Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 27 noyabr 2*2*-ci il tarixli qətnaməsi ilə iddia tələbi qalan hissədə- Daşınmaz Əmlakın Dövlət Reyestrindən *8.11.2*16-cı il tarixli, seriya RX № *925972 nömrəli, 8*5*12***557 reyestr nömrəli, 2316**7485 qeydiyyat nömrəli və Daşınmaz Əmlakın Dövlət Reyestrindən *7.12.2*16-cı il tarixli, seriya RX № *926464 nömrəli, 8*5*13*5*6*4 reyestr nömrəli, 2316**8196 qeydiyyat nömrəli çıxarışların, *1.12.2*16-cı il tarixli, AN-İ № *59541* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin torpağa mülkiyyət hüququna dair JN-*477 kod 8*5*5*39 nömrəli Dövlət Aktı ilə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsinə dair hissədə təmin edilməmişdir. İddiaçı Masallı Rayon Məhkəməsinin qərardadından şikayət, Masallı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsində qərardaddan verilmiş şikayətə baxılmış, şikayət təmin edilməmiş və baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə 27 noyabr 2*2*-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Kərimov, T.Heydərov, İ.Əhmədov) 18 may 2*21-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qərardadı ləğv edilmiş və Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinin dəlilləri əsasında iddia tələbi üzrə mübahisənin tam olaraq araşdırılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2*21-ci il tarixli qərardadında olan göstərişlər üzrə işə bütövlükdə baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Allahyarov, Z.Zeynalov və M.Həsənov) 13 iyul 2*21-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2*21-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov, Ə.Nurməmmədov və Z.Əliyev) 17 mart 2*22-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2*21-ci il tarixli qərardadı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış *,*6 ha torpaq sahəsinin alqı-satqısı müqaviləsinə və onun əsasında verilmiş reyestrdən çıxarış, plan və ölçü sənədinə aid hissələrdə ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsinə qarşı Bədəlan bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış, torpağın alqı-satqısına dair *1.12.2*16-cı il tarixli, AN-İ № *59541* nömrəli müqavilənin Torpağa mülkiyyət hüququna dair JN-*477 nömrəli Dövlət Aktı üzrə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə, Cavabdeh2 adına tərtib edilmiş *6.12.2*16-cı il tarixli, A № 115183 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin, Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən *7.12.2*16-cı il tarixli, seriya RX № *926464 nömrəli, 8*5*13*5*6*4 reyestr nömrəli, 2316**8196 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə tələbi üzrə iddianın təmin edilməməsinə dair hissələrdə yenidən baxılır. İşin halları Masallı rayon Aşurlu bələdiyyəsinin *5.*8.2**3-cü il tarixli qərarı ilə İddiaçı Kolatan kədində sahibkarlıq fəaliyyəti məqsədi ilə *.23 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən JN-*477 kod 8*5*5*39 nömrəli, 26 may 2**6-cı il tarixli Dövlət Aktı verilmişdir. Bundan başqa, Cavabdeh1 3* aprel 2*13-cü il tarixli qərarına əsasən Cavabdeh2 Bədəlan kədində fərdi yaşayış evinin tikilməsi məqsədi ilə *.*4 ha torpaq sahəsinin ayrılmasına razılıq verilmiş, bu qərara uyğun olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən Cavabdeh2 adına ilkin olaraq *4 sentyabr 2*13-cü il tarixli, A-44*439 nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Plan və ölçüdə ayrılmış torpağın sahəsi 6** kv.m göstərilmişdir. Masallı rayonu, Aşurlu kəndində yerləşən *,*58 ha torpaq sahəsi *8.11.2*16-cı il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmış, bələdiyyənin adına *8.11.2*16-cı il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, plan və ölçüdə torpaq sahəsi sənəd üzrə *,*6 ha, faktiki *,*58 ha göstərilmişdir. *1 dekabr 2*16-cı il tarixli, A-İ *5541* nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən Cavabdeh2 *,*58 ha həyətyanı torpaq sahəsi satılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Masallı rayonu, Aşurlu kəndində yerləşən *.*58 ha torpaq sahəsi Cavabdeh2 adına tam mülkiyyət hüquq üzrə qeydiyyata alınmış, onun adına mülkiyyət hüququnu təsdiq edən *7.12.2*16-cı il tarixli çıxarış verilmiş, onun adına *6.12.2*16-cı il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Plan və ölçüdə torpaq sahəsi sənəd üzrə *,*6 ha, faktiki *,*58 ha göstərilmişdir. Hazırki tələbində İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 nömrəli Cəlilabad Ərazi İdarəsinə qarşı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən Cavabdeh2 adına ilkin olaraq verilmiş, *4 sentyabr 2*13-cü il tarixli, A-44*439 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Masallı rayonu, Aşurlu kəndində yerləşən *,*58 ha torpaq sahəsinə dair Cavabdeh1 adına tərtib edilmiş *8.11.2*16-cı il tarixli, A № *96516 nömrəli plan və ölçünün, Cavabdeh2 adına tərtib edilmiş *6.12.2*16-cı il tarixli, A № 115183 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin, Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən *8.11.2*16-cı il tarixli, seriya RX № *925972 nömrəli, 8*5*12***557 reyestr nömrəli, 2316**7485 qeydiyyat nömrəli çıxarışın, Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən *7.12.2*16-cı il tarixli, seriya RX № *926464 nömrəli, 8*5*13*5*6*4 reyestr nömrəli, 2316**8196 qeydiyyat nömrəli çıxarışın, Bədəlan bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış, torpağın alqı-satqısına dair *1.12.2*16-cı il tarixli, AN-İ № *59541* nömrəli müqavilənin Torpağa mülkiyyət hüququna dair JN-*477 nömrəli Dövlət Aktı üzrə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Bədəlan bələdiyyəsinin 3*.*4.2*13-cü il tarixli qərarı ilə Cavabdeh2 *,*4 hektar torpaq sahəsi ayrılsa da, həmin qərar əsasında onun adına *.*6 hektar torpaq sahəsinə dair *4.*9.2*13-cü il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. Sonradan həmin torpağa dair bələdiyyənin adına *8.11.2*16-cı il tarixdə Çıxarışla plan-ölçü sənədi tərtib edilmiş, bunun əsasında bələdiyyə ilə Cavabdeh2 arasında *1.12.2*16cı il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və onun adına *7.12.2*16-cı il tarixdə Çıxarış və plan- ölçü sənədləri tərtib edilmişdir. Bələdiyyə qərarında cəmi 4 sot torpaq sahəsi göstərilsə də, sonrakı sənədlərdə, əlavə olaraq onun (iddiaçının) sahəsindən 2 sot torpaq sahəsi qanunsuz olaraq daxil edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 3* aprel 2*13-cü il tarixli qərarı ilə *,*6 ha torpaq sahəsini satın almış, bu barədə *1 dekabr 2*16-cı ildə alqı-satqı müqaviləsi bağlanmış, müqavilə əsasında mülkiyyət hüququnu təsdiq edən çıxarış və plan-ölçü sənədi almışdır. Torpaq sahələrinin plan və ölçü sənədlərinin cizgiləri İddiaçı torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşmüş olsaydı, DƏDRX 8 saylı Cəlilabad Ərazi idarəsinin əməkdaşları yerində ölçü aparan zaman bunu aşkara çıxarar və müvafiq sənədləşmə işləri aparılmasından imtina etmiş olardı. O, iddiaçıya məxsus torpaq sahəsini tutmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh1 sədri X6 iddianı qəbul etməmiş, bələdiyyə tərəfindən pozuntuya yol verilmədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 nömrəli Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı yazılı etiraz göndərək, sənədləşmənin qanunauyğun aparıldığını bildirmiş, ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1* Xidmət mərkəzində Notariat Ofisinin nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış *,*6 ha torpaq sahəsinin alqı-satqısı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın, plan və ölçü sənədinin etibarsız hesab edilməsinə aid hissələrdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qətnamə və qərardadının Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən yeni baxışa qaytarılan hissələrdə ləğv edilərək, həmin hissələrdə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 birinci instansiya məhkəməsinin qətnamə və qərardadının Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən yeni baxışa qaytarılan hissələrdə qüvvədə saxlanılmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi apellyasiya baxışında iştirak etməmişlər Müəyyən edilmiş qaydada qeyd edilmiş şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2*21-ci il tarixli qərardadını Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, *1.12.2*16-cı il tarixli, *,*6 ha torpaq sahəsinin alqı-satqısı müqaviləsinə və onun əsasında verilmiş reyestrdən çıxarış, plan və ölçü sənədinə aid hissələrdə ləğv etmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır. Kollegiya hazırki mərhələdə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə və Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinin tələbinə uyğun olaraq, Bələdiyyə ilə Cavabdeh2 arasında bağlanmış *1.12.2*16-cı il tarixli müqavilənin qismən etibarsızlığına dair hissədə və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış, plan və ölçü sənədinə aid hissələrdə baxır. İşin faktiki hallarından görünür ki, Masallı rayonunun Aşurlu Bələdiyyəsinin *5 avqust 2**3-cü il tarixli, 11 saylı qərarı ilə Masallı rayonunun Kolatan kənd sakini İddiaçı həmin kəndin ərazisində yerləşən *,23 hektar ölçüdə torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmişdir. 26 may 2**6-cı il tarixdə İddiaçı adına həmin torpaq sahəsinə mülkiyyət hüququnu bildirən dövlət aktı verilmişdir. Masallı rayonunun Bədəlan Bələdiyyəsinin 3* aprel 2*13-cü il tarixli qərarı ilə Cavabdeh2 rayonun Bədəlan kəndində yerləşən *,*4 hektar ölçüdə torpaq sahəsi ayrılmış, həmin qərar əsasında onun adına *4 sentyabr 2*13-cü il tarixdə *,*6 hektar torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmuşdur. *1 dekabr 2*16-cı il tarixdə Bədəlan Bələdiyyəsi ilə Cavabdeh2 arasında *,*6 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış və *7 dekabr 2*16-cı il tarixdə sonuncunun adına həmin torpaq sahəsinə dair çıxarış, plan və ölçü sənədləri verilmişdir. Müqaviləyə əsasən Cavabdeh2 *,*6 ha torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarış verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonunun Bədəlan Bələdiyyəsinin 3* aprel 2*13-cü il tarixli qərarı ilə Cavabdeh2 *,*4 hektar ölçüdə torpaq sahəsi ayrıldığı halda, həmin qərar əsasında onun adına *4 sentyabr 2*13-cü il tarixdə *,*6 hektar torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmuş, eləcə də *1.12.2*16-cı il tarixli alqı- satqı müqaviləsi ilə *,*6 ha (*,*58 ha) torpaq sahəsi satılmışdır. Satılan torpaq sahəsinin bir hissəsi iddiaçının torpaq sahəsi ilə üst- üstə düşür. İddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığını, müqavilə əsasında verilmiş həmin torpaq sahəsinə dair çıxarış, plan və ölçü sənədlərinin etibarsızlığını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin hallarından görünür ki, mübahisəli alqı-satqı müqaviləsi bağlananadək hüquqi faktlar mübahisələndirilmiş və həmin hissələrdə, yəni Cavabdeh2 adına ilkin olaraq verilmiş torpaq sahəsinin planı və ölçü sənədinin, sözügedən torpaq sahəsinin Masallı rayonu Bədəlan Bələdiyyəsinin adına qeydiyyata alınması prosesinin (bu barədə inzibati orqanın hərəkətlərinin), bələdiyyənin adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədlərinin etibarsız hesab edilməsi hissələrdə iş üzrə icraata xitam verilmişdir. Kollegiya qeyd edir ki, qalan hissədə iddia tələbi, yəni *1.12.2*16-cı il tarixli müqavilənin, Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən *7.12.2*16-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbi əvvəlki tələblərdən törəyir və əvvəlki iddia tələblərini təmin edilib-edilməməsindən asılıdır. Ona görə də inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması və sənədlərin etibarsızlığına dair iddiaya qiymət verilməmiş ondan törəyən hazırki iddia üzrə qənaətə gəlmək də mümkün deyil. Belə halda baxılan hissədə iddianın qanuni və maddi əsası qalmamışdır. Odur ki, bu hissədə iddia təmin edilməməlidir. Eləcə də eyni əsasla Cavabdeh2 adına tərtib edilmiş *6.12.2*16-cı il tarixli torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi tələbi təmin edilməməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, eləcə də iddiaya qiymət verilməyən hissədə iddia təmin edilməməlidir. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.*.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli, 2(*5*)-57*/2*2* saylı qətnaməsi və qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 mart 2*22-ci il tarixli qərarı ilə yeni apellyasiya baxışına qaytarılan hissədə- İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsinə qarşı Bədəlan bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış, torpağın alqı-satqısına dair *1.12.2*16-cı il tarixli, AN-İ № *59541* nömrəli müqavilənin, Torpağa mülkiyyət hüququna dair JN-*477 nömrəli Dövlət Aktı üzrə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə, Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən *7.12.2*16-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə tələbi üzrə iddianın təmin edilməməsinə dair hissələrdə dəyişdirilmədən saxlanılsın Cavabdeh2 adına tərtib edilmiş *6.12.2*16-cı il tarixli, A № 115183 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi tələbinə dair hissədə iddia təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-1243/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1243/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver