Məhkəmə qərarları › İş №2(106)-125/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-125/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-125/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X12 ibarət məhkəmə tərkibində, X24 oğlunun katibliyi, Cavabdeh, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqların atanın yanında saxlanması, Cavabdeh İddiaçı qarşı nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(071)-449/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqların atanın yanında saxlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında Hacıqabul rayon qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 378 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 onun yanında saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanması və aliment tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə onun arasında Hacıqabul rayon qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 378 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş övladları - xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 onun yanında saxlanması, cavabdeh İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(071)-449/2022 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) İddiaçı iddiasının tam, Cavabdeh iddiasının qismən təmin edilməsi, İddiaçı və Cavabdeh arasında Hacıqabul rayon qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 378 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 ataları İddiaçı yanında qalmaları, Cavabdeh iddia tələbinin - yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanması və aliment tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəyyumluq orqanının rəyini nəzərə alaraq qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh heç bir yerdə işləmir, anası və bacısı ilə birgə darısqal evdə yaşayır, ailənin gəlirləri uşaqların normal saxlanması, qidalanması və təhsil alması üçün kifayət etmir. Cavabdeh keçirdiyi həyat tərzini azyaşlı qız uşaqlarının onun yanında saxlanmasını istisna edən hal kimi qiymətləndirmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 ataları İddiaçı yanında qalması hissəsində ləğv edilməsini və Cavabdeh iddia tələbinin yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanması və alimentin tutulması hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. 2020ci ildən ikinci uşağı doğulan vaxtdan iddiaçı ilə münasibətləri pisləşmiş və faktiki ayrılmışlar. O, iki azyaşlı övladı ilə anasının yanında yaşamış və hazırda da orada yaşayır. İddiaçı ilə ayrıldıqdan sonra onun şəxsi həyatında kiminləsə münasibət qurması və bir yerdə ailə kimi yaşaması şəxsi işidir. Onun birgə nikahda olduğu Şamxal adlı şəxs Xədicəyə yad bir insan kimi yox, normal ata kimi qayğı göstərir. Uşaqlar azyaşlıdır və ana ilə daha çox ünsiyyətdədirlər, hazırda ana ilə bir yerdədirlər, anaya çox bağlıdırlar. İddiaçının usta işləməsi, daim işdə olması azyaşlı uşaqlara necə və hansı şəraitdə baxmasına sual doğurur. Qəyyumluq Komissiyasının rəyini əsassız sayır və hesab edir ki, komissiya rəy verərkən körpə uşaqların psixoloji durumunu deyil, iddiaçının şəxsi mənafeyini əks etdirən bir rəy vermişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli 2(106)-453/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Hacıqabul Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(071)-449/2022 nömrəli qətnaməsinin uşaqların yaşayış yerinin müəyyən edilməsi və alimentin tutulmasının təmin edilməməsi hissədə ləğv edilməsi, həmin hissələrdə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X13 anaları Cavabdeh yanında saxlanılması və bu məqsədlə uşaqların İddiaçı alınıb Cavabdeh verilməsi, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı uşaqların yanında saxlanılması tələbinə dair hissədə iddiasının təmin edilməməsi, hazırkı qətnamə ilə müəyyən edilmiş alimentin tutulmasının yetkinlik yaşına çatmayan uşaqların anaya verildiyi tarixdən hesablanması qət edilmişdir (sədrlik edən hakim – İ.Əsədov, hakimlər – S.Mayılov və T.Heydərov). Birinci instansiya məhkəməsi ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə uşaqlardan atanın yanında saxlanması qərarına gələrkən ciddi və müstəsna əsas göstərməmişdir. İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə tərəfindən qətnamədən kassasiya şikayəti verilərək onun ləğv edilməsi işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın valideynlərə bağlılığı ilə yanaşı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri də nəzərə alınmalıdır. Mövcud mülki iş üzrə azyaşlı uşaqlar xx.xx.2017-ci il və xx.xx.2020-ci il təvəllüdlü olmaqla biri 6 (altı), digəri isə hələ 3 (üç) yaşındadır. Onların valideynlərinə bağlılığı uşaqların kimin yanında qalması üçün yetərli əsas deyildir. Uşaqların valideynlərdən kimin yanında saxlanması məsələsi həll olunarkən uşaqların tərbiyəsi və inkişafı üçün valideynlərin şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Qeyd olunan müayinə aktlarından və rəydən də göründüyü kimi, iki azyaşlı qız uşağının Cavabdeh yanında yaşaması məqsədəmüvafiq hesab edilməmişdir. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən qəyyumluq və himayəçilik orqanının rəyi nəzərə alınmamış, uşaqların hansı səbəblərdən ananın yanında saxlanması əsaslandırılmamışdır. Halbuki, ilkin iddia üzrə cavabdehin rəsmi nikahda ola-ola başqa bir şəxslə intim münasibətində olmaqla onunla yaşaması, hazırda da həmin münasibətlərin davam etdirilməsi, eləcə də X1 həyat tərzi, onun öz arvadından boşanması, iki azyaşlı uşaqlarının ananın himayəsində qalması, Şamxal Əbilovun öz doğma övladlarına belə qayğı göstərmədiyi halda, onun başqa şəxsin övladına “ata qayğısı” göstərəcəyi mümkün olan bir hal deyildir. Bütün bunlar isə, azyaşlılar Aysun və Xədicə Xanbabayevaların normal inkişafına, cəmiyyətə yararlı bir insan kimi böyüməsinə maneçilik törətdiyi halda, uşaqların atanın yanında qalması həm onların normal inkişafına, həm də cəmiyyətə yararlı bir insan kimi böyüməsinə fayda gətirmiş olardı. X6 cinayət törətməyə meyilli (məhkum olunmuşdur), normal hesab olunmayan həyat tərzi keçirməsini, hazırkı vaxta kimi cəmiyyətə məlum olan ən azı 3-4 nəfər şəxslə vətəndaş nikahında olmasını, həmin qadınların arasında yetkinlik yaşına çatmayan şəxslərin də olmasını, bu səbəbdən Şamxal Əbilovun iddiaçının azyaşlı qızlarına qarşı gələcəkdə gözlənilən təhlükənin də mövcud olmasını, buna görə onları Şamxal Əbilovdan qorumaq istəyini nəzərə alaraq uşaqlarının təhlükəsizliyi üçün onların öz yanında, yəni iddiaçı Cavabdeh yanında saxlanması uşaqların mənafeyinə xidmət etmiş olar. Cavabdeh kassasiya şikayətinə etiraz və mülahizə verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2023cü il tarixli 2(102)-3070/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli 2(106)-453/2023 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim M.Əhmədova, hakimlər – V.Məmmədov və A.Abbasov). Həmin qərarda göstərilmişdir ki, tərəflər boşanmağa razı olsalar da, işin mübahisəli halı uşaqların boşanmadan sonra valideynlərdən kimin yanında qalmasıdır. Birinci instansiya məhkəməsi uşaqların yaşayış yerinin müəyyən edilməsinə dair hissədə mübahisəni həll edərkən iş üzrə qəyyumluq orqanının rəyini nəzərə alaraq qeyd etmişdir ki, Cavabdeh heç bir yerdə işləmir, anası və bacısı ilə birgə darısqal evdə yaşayır, ailənin gəlirləri uşaqların normal saxlanması, qidalanması və təhsil alması üçün kifayət etmir. Həm də Cavabdeh keçirdiyi həyat tərzini azyaşlı qız uşaqlarının onun yanında saxlanmasını istisna edən hal kimi qiymətləndirmişdir. İşə baxan apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq uşaqların atanın yanında saxlanması üçün ciddi və müstəsna əsasların olmadığını qeyd edərək uşaqların ananın himayəsinə verilməsini qət etmişdir. Lakin həm iş materiallarını, həm də kassasiya şikayətinin dəlillərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi uşaqların üstün maraqlarının müdafiəsi istiqamətində qərar qəbul edərkən, işin bütün faktiki hallarını, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, aktlarını nəzərə almamış, həmçinin uşaqların mart ayından atanın himayəsində olması və ata - İddiaçı tərəfindən hazırkı iddia qaldırılanadək ana - Cavabdeh uşaq barəsində hər hansı tələbinin olmaması məsələlərinə səthi yanaşmışdır. Hazırkı işin halları isə məhkəməyə uşağın birlikdə yaşamadığı, bu şəxs onun anası olsa belə, uşağın ən üstün mənafeyi naminə labüd hesab edilmədiyindən başqa cür qərar qəbul etməyə əsas vermir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinə verilmiş etirazın məzmununa uyğun mülahizələr verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, uşaqlar artıq uzun müddətdir ki, ataları - İddiaçı yanında qalırlar. İddiaçı hal-hazırda onun uşaqları ilə görüşməsinə, hətta uşaqların onunla telefon vasitəsi ilə danışmaqlarına belə şərait yaratmır. İddiaçı daha əvvəl başqa qadınla ailəli olmuş və həmin qadınla birgə nikahdan uşaqları vardır. O, qətnamənin nikahın pozulması hissəsində razıdır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh Şamxal adlı şəxslə azyaşlı uşaqlarının yanında fotoşəkillər çəkərək “Whatsapp” proqramı vasitəsilə onun telefonuna atmışdır. Onun yüngül həyat tərzi keçirməsi gələcəkdə azyaşlı uşaqların tərbiyəsinə mənfi təsir göstərə bilər. Dünyaxanım hazırda valideynlərinin evində yaşayır. Onun valideynlərinin evi 1 otaqdan ibarətdir. Arif usta işləyir və o, işə gedəndə azyaşlı uşaqlara onun valideynləri baxır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1716/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-125/2024 saylı qərardadı ilə iş üzrə ekspert rəyi məhkəməyə daxil olduğuna görə icraat təzələnmiş məhkəmə baxış iclası təyin edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 3 aydır ki, övladları Aysu və Xədicə onun yanındadırlar. İddiaçı uşaqları ona vermirdi deyə, habelə onların vəziyyəti pis idi. O uşaqları Arifdən alaraq öz yanına gətirmişdir. Belə ki, Arifgilin Hacıqabul rayonu 2-ci Udulu kəndində yaşadıqları həyət evinə anası ilə birlikdə getmişdir. Onların həyət qapısı həmişə açıq olur. Belə ki, qapını açmış və həmin vaxt həyətdə Arifin ata və anasının olduğunu görmüşdür. İlk öncə yanına Xədicə gəlmiş, Aysu ondan qaçmışdır. Arifin valideynləri soruşduqda uşaqları götürmək üçün gəldiyini bildirmişdir. Uşaqların hər ikisini götürüb taksiyə mindirərək oradan uzaqlaşmışdır. Taksidə olan zaman qızı Aysu ağlamağa başlamışdır. Özü hazırda Hacıqabul şəhərində anasıgildə qalır. Həmin ev 2 otaqlıdır. Valideynləri ayrılmışlar və həmin evdə anası, bacısı və o, öz övladları ilə birlikdə yaşayır. Onun 2 bacısı var. Onlardan biri ailəlidir və Türkiyədə yaşayır. Digər bacısı isə onlarla qalır. Həmin bacısı ailəli olub ayrılmışdır. Bacısı Nəvai qəsəbəsində ailəvi restoranda işləyir və günlük 20 manat gəlir əldə edir. Anası Hacıqabul şəhərində xadimə işləyir və aylıq 360 manat məbləğində maaş alır. Özü işləmir. Ailənin dolanışığını bacısı və anası təmin edir. Qeyd edir ki, uşaqları məktəbə qoymuşdur. Aysu Hacıqabul rayonunda 4 saylı məktəbə, Xədicə isə 5 yaşı olduğu üçün hazırlığa gedir. Uşaqlar əvvəl Udulu kəndində yerləşən məktəbdə oxuyublar. Şamxalla 3 il birlikdə yaşamışlar. Artıq 1 ildir ki, onunla ayrılmış və birlikdə yaşamırlar. Şamxaldan uşağı yoxdur. Uşaqlar ekspertiza mərkəzinə aparılan zaman onun yanında olmuşlar. Bacısı sosial yardım alacaqdı deyə Arifə zəng edərək uşaqların onun yanında 10-15 gün qalmasını xahiş etmişdir. Həmin gündən sonra uşaqlar onda qalmışdır. Ümumiyyətlə, Arifin uşaqlarla ünsiyyətinə heç bir zaman mane olmamışdır. Arif 2 dəfə uşaqları görmək üçün evə gəlmiş, lakin uşaqları aparmaq istəmiş, o isə buna mane olmuşdur. Arifin əvvəlki ailəsindən də 2 övladı var. Qız övladı 11-ci sinifdə oxuyur, oğlan övladının isə təxminən 15-16 yaşı var. Arif hazırda əvvəlki ailəsi ilə birlikdə Hacıqabul şəhəri “Çikalov” deyilən ərazidə yaşayır. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Arif keçən məhkəmə iclasından uşaqları görməyə gəlməmişdir. Uşaqları evdən aparan zaman uşaqların baxımsız vəziyyətdə olduğunu görmüş, onların başında bit aşkar etmişdir. Barəsində CM-in 186.2.2-ci maddəsi ilə açılmış cinayət işi üzrə bildirir ki, Şamxal ondan əl çəkmirdi deyə həmin cinayəti törətmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-125/2024 saylı qərardadı ilə xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 mənafeləri nəzərə alınmaqla hazırkı halda hansı valideynin yanında qalmasının məqsədəmüvafiq hesab edilməsinə dair Hacıqabul Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının əsaslandırılmış rəyinin və uşaqların tərbiyəsi ilə məşğul olmaq istəyən həmin şəxslərin həyat şəraitinin müayinə aktının (foto və ya videoçəkilişləri əlavə olunmaqla) tərtib edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-125/2024 saylı qərardadı ilə iş üzrə qəyyumluq və himayəçilik orqanın rəyi məhkəməyə daxil olduğuna görə icraat təzələnmiş məhkəmə iclası təyin edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uşaqlar bu ilin fevral ayından bəri onda qalır. İddiaçı özü usta işləyir. Arif ata və anası ilə birlikdə qalır. Arif işdə olan zaman onlara getmiş və uşaqları götürüb öz yanına aparmışdır. X27 şəhər Natiq Ağayev adına 4 saylı tam orta məktəbdə təhsil alır. Aysu yanında qalan gündən cəmi 3 ay məktəbə getməmişdir. Belə ki, onu Arifgildən baxımsız vəziyyətdə götürmüşdür. Onun saçında bit aşkar etmiş və təmizləməyə çalışsa da, yenidən peyda olmağa başlamışdır. Aysunun başındakı biti uzun müddət sonra ancaq təmizləyə bilmişdir. Buna görə də, dərslərindən geri qalmışdır. Aysu mart ayında məktəbə getmiş, lakin may ayı ərzində məktəbə getməmişdir. Uşağı atasına verməyində əsas məqsəd maddi imkanının az olması, habelə ona baxacaq maddi imkana malik olmaması idi. Hazırda evdə anası və o birlikdə yaşayırlar. Bacısı onlardan ayrılıb və başqa yerdə yaşayır. Özü hazırda Hacıqabulda kafedə işləyir. Axşam 18:30-da işə gedir, 12:00-da işdən çıxır. Anası 340 manat, o isə günlük 20 manat əməkhaqqı alır. Cavabdeh sonuncu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatı təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Aysu onun yanında olduğu müddətdə bütövlükdə təxminən 1 ay ərzində məktəbə gedib. Onun yaşadığı ev 2 otaqlı olmaqla 38 kv m.-dir. O, qarşı tərəfin məhkəməyə təqdim etdiyi fotoşəkillərə aydınlıq gətirirək bildirmişdir ki, kafedə işləyən zaman “tik-tok” sosial şəbəkəsində canlı yayım açmışdır. Bu hadisə təxminən 1-2 ay əvvəl olmuşdur. Özü halhazırda da Hacıqabul şəhərində yerləşən kafedə işləyir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uşaqların ananın yanında qalması onların mənafeyi baxımından doğru deyil. Məhkəmə iclası zamanı prosesin gedişindən də aydın olur ki, Aysu anasının yanındadır və o dərslərindən yayınır. Halbuki, Aysu atasının yanında qalan zaman dərslərinə mütəmadi olaraq getmişdir və bunu təsdiq edəcək müvafiq arayışı məhkəməyə təqdim etmişdir. Qeyd edir ki, uşaqların yaşaması üçün yanında qaldığı valideynin yaşadığı şərait normal olmalıdır. Bu baxımdan, Qəyyumluq və Himayəçilik orqanın rəyini obyektiv hesab edirlər. Uşaqların gələcək inkişafı üçün onların yenidən təhsilə cəlb edilməsinə görə uşaqlar atanın yanında qalmalıdırlar. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh son vaxtlarda cinayət əməli törətmişdir və barədə cinayət işi açılmışdır. Belə bir valideynin yanında uşaq necə qala bilər? Uşaqlar atanın yanında qaldıqları zaman normal şəraitdə yaşayırdılar. İddiaçı nümayəndəsi vəkil Nümayəndə sonuncu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq edir. Əlavə olaraq bildirir ki, Cavabdeh həyat tərzini əks etdirən müvafiq fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Həmin fotoşəkillərdən də müəyyən edilir ki, uşaqların onun yanında qalması onların həyatının təhlükə altında qalması ilə nəticələnə bilər. Eləcə də, uşaqların tərbiyəsi, onların gələcək inkişafı baxımından atalarının yanında qalması daha məqsədəuyğundur. Məhkəməyə Aysunun məktəb dəftərlərini də təqdim etmişlər. Həmin dəftərlərdən də müəyyən edilir ki, Aysu anası tərəfindən atasının yanından götürülənədək dərslərinə mütəmadi olaraq getmiş, dərslərini vaxtı-vaxtında oxumuşdur. Bir daha qeyd edir ki, İddiaçı uşaqlara baxmaq üçün yaxşı şəraitə malikdir. Atası Aysunun təhsilinə xüsusi diqqət yetirir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Dünyaxanım uşaqları ondan alaraq öz yanına aparmışdır. Özü başqa qadınla ailə qurmuş və onunla 2 uşağı var. Digər ailəsi onunla yox, valideynləri ilə yaşayır. O biri ailəsi Hacıqabul şəhərində “Çikalov” deyilən ərazidə qalır. Onlarla əlaqəsi var. Özü valideynləri ilə birlikdə Hacıqabul rayonu 2-ci Udulu kəndində qalır. Məktəb onlara yaxındır və evlə məktəb arasında təxminən 150 metr məsafə var. Uşaqlar onda qalacağı təqdirdə Cavabdeh qarşı aliment tələbi olmayacaqdır. Uşaqlar onun yanında qalan zaman Aysu Udulu kəndində məktəbə gedirdi. Dünyaxanım uşaqları ondan alandan sonra Aysunu 4 saylı məktəbə adını yazdırdı. Tədris ili müddətində bir neçə dəfə, hətta son zəng zamanı övladını görmək üçün məktəbə getsə də, onu məktəbdə görmədi. Direktordan soruşduqda, ona Aysunun məktəbə gəlmədiyini bildirdi. Qardaşının oğlu Dünyaxanımgildə qalırdı. Ona deyirdi ki, axşamlar evə başqa bir şəxs tez-tez gəlir. Həmin o şəxs Şamxal idi. İddiaçı sonuncu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq edir. Əlavə olaraq qeyd edir ki, Aysu onun yanında qalan zaman hər gün məktəbə onu özü şəxsən aparırdı. Məktəb onlara yaxındır və evlə məktəb arasında təxminən 150 metr məsafə var. Uşaqların ikisi də bir müddət qızılca xəstəliyinə yoluxmuşlar deyə Aysu az bir vaxtlar dərsə getməmişdir. Qalan vaxtlarda həmişə onu dərsə özü aparmış, Aysu məktəbdən geri qalmamışdır. X16 məhkəmə iclasında müəllim X7 yanında valideynlərinin iştirakı olmadan məhkəmə tərkibi tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, atasının yanında olanda xəstələnmişdir deyə bir müddət dərslərə getməmiş, ancaq qalan müddətdə dərslərini hazırlamış və məktəbə getmişdir. Hazırda məktəbə onu anası və nənəsi aparır, yeməyini verirlər. Anası işdə olanda ona nənəsi baxır. Anası hər gün səhər sübhdən o yatılı olanda işə gedir, təxminən gecə saat 2 radələrində isə evə gəlir. O isə yatmayıb anasını gözləyir. Atasının yanında qalan zaman başı bitlənmişdi. Atasının yanında qalan zaman atası adətən işdə olduğu üçün ona çox vaxt nənəsi baxırdı. O zaman atasından əlavə evdə baba və nənəsi qalırdı. Məhkəmə iclasına dəvət olunmuş Hacıqabul şəhər Natiq Ağayev adına 4 saylı tam orta məktəbdə təşkilatçı-müəllim işləyən X14 izahat verərək bildirmişdir ki, özü Hacıqabul şəhər Natiq Ağayev adına 4 saylı tam orta məktəbdə təşkilatçı-müəllim kimi işləyir. Aysu həmin məktəbin şagirdidir və o, məktəbə keçən il gəlmişdir. Məhkəməyə təqdim olunan davamiyyət jurnallarına əsasən Aysu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 ay müddətində cəmi 10 gün, xx.xx.2024-cü il tarixdən sonra tədris ilinin sonunadək isə cəmi 28 gün olmaqla, anasının yanında olduğu müddətdə ümumilikdə 38 gün dərsə gəlmişdir. Məhkəməyə təqdim edilən arayış isə onun öz müəlliminin dediklərinə əsasən tərtib edilmişdir. Onun müəllimi deyir ki, Aysunun dərsə davamiyyəti və dərsləri çox zəifdir. Atası uşağını görmək üçün bir neçə dəfə məktəbə gəlmişdir. Onun anasından uşağın dərsdən yanınmasının səbəbini soruşduqda, anası bu halı uşağın saçında bit aşkarlanması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib apellyasiya şikayətlərinin dəlillərini iş materialları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli 2(102)-3070/2023 saylı qərarında əksini tapmış icrası məcburi olan göstərişlərə əsasən araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(071)-449/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Hacıqabul rayon qeydiyyat şöbəsinin xx.xx.2016-cı il tarixli AZ-İİ 122694 saylı nikah haqqında şəhadətnaməsindən müəyyən edilir ki, xx.xx.1981-ci ildə Hacıqabul rayonu 2-ci Udulu kəndində doğulmuş İddiaçı və xx.xx.1996-cı ildə Hacıqabul rayonunda doğulmuş X3 xx.xx.2016-cı ildə 378 saylı akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Xanbabayeva” soyadı verilmişdir. İşdə olan Hacıqabul rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən və xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı iki övladı var. İş materiallarında olan Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul Rayon Təhsil Sektorunu R.Mehbalıyev adına Tava kənd tam orta məktəbinin 19 yanvar 2024-cü il tarixli 01 saylı Arayışından görünür ki, X16 hazırda həmin məktəbin 1-ci sininfində təhsil alır. Onun məktəbə gətirilib aparılmasını atası təmin etmiş, uşağın digər məsələləri ilə bağlı müəllimləri ilə atası maraqlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 11/16 saylı ekspert rəyində göstərilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X9 hal-hazırda anası Cavabdeh və atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunur. xx.xx.2017-ci il təvəllüdlü X16 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, hal-hazırda onun psixikasında və davranışlarında hər iki valideyni tərəfindən kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Valideynləri və digər yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2017-ci il təvəllüdlü X9 emosional-iradi sferasına sirayət etmişdir. xx.xx.2017-ci il təvəllüdlü X9 bacısı xx.xx.2020-ci il təvəllüdlü X8 hissi-emosional tələbatı yüksək olmaqla, uzun müddət ərzində onunla ünsiyyətdə olmaması emosional-iradi sferasına neqativ təsir göstərə bilər. xx.xx.2020-ci il təvəllüdlü X5 yaşı (5 yaşı tamam olmadığından) ilə əlaqədar onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsi mümkün deyildir. Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı övladlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İttiham aktından görünür ki, Cavabdeh və X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul Rayon Təhsil Sektoru R.Mehbalıyev adına Tava kənd tam orta məktəbinin 04 sentyabr 2024-cü il tarixli 44 saylı arayışından görünür ki, X9 davamiyyəti qaydasında olsa da, xx.xx.2024-cü ildən o məkətəbə gəlməmiş, atasından uşağı maraqlandıqda onun anası tərəfindən aparıldığı bildirilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. AM-in 52-ci maddəsinə uyğun olaraq uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. AM-in 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Azərbaycan Respublikasının qoşulduğu və 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları - onlara əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli 2(102)- 3070/2023 saylı qərarındakı göstərişlərə əsasən araşdırma apararaq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Belə ki, kollegiya qeyd edir ki, hazırkı mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisəsiz hallarına əsasən hazırda tərəflər ayrılmış və azyaşlılar atalarının yanında olduğu müddətdə xx.xx.2017-ci il təvəllüdlü X16 təhsildən yayınmamış, o, evə yaxın yerləşən Hacıqabul rayon 2-ci Udulu kənd orta məktəbinin birinci sinfinə getmişdir. Aysunun davamiyyəti daimi olmuş, yalnız qızılca xəstəliyi keçirdiyi müddətdə məktəbə getməmiş, sağaldıqdan sonra təhsilinə davam etmişdir. Bunu işə əlavə edilmiş Şirvan- Salyan Regional Təhsil İdarəsinin Hacıqabul Rayon Təhsil Sektorunu R.Mehbalıyev adına Tava kənd tam orta məktəbinin 19 yanvar 2024-cü il tarixli 01 saylı arayışı da təsdiq edir. Bununla yanaşı, Hacıqabul şəhər Natiq Ağayev adına 4 saylı tam orta məktəbdə təşkilatçımüəllim işləyən X14 məhkəmədə ifadəsində qeyd etmişdir ki, Aysu anasının yanında qaldığı müddətdə atası uşağını görmək üçün bir neçə dəfə məktəbə gəlmiş və onunla maraqlanmışdır. Habelə hər iki uşağa ataları, o evdə olmadığı halda isə nənələri baxmışdır. Nəzərə çatdırılmalıdır ki, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X13 anaları Cavabdeh yanında qaldığı müddətdə Aysu 15 sentyabr 2023-cü il tarixdən Hacıqabul şəhərində yerləşən 4 nömrəli tam orta məktəbə 1-ci sinfə qəbul edilmiş, lakin anasının yanında qaldığı müddətdə dərsə az getmiş və davamiyyəti çox zəif olmuşdur. Belə ki, Hacıqabul şəhər Natiq Ağayev adına 4 saylı tam orta məktəbdə təşkilatçı-müəllim işləyən X14 ifadəsində bildirmişdir ki, davamiyyət jurnallarına əsasən Aysu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 ay müddətində cəmi 10 gün, xx.xx.2024-cü il tarixdən sonra tədris ilinin sonunadək isə cəmi 28 gün olmaqla, anasının yanında olduğu müddətdə ümumilikdə 38 gün dərsə gəlmişdir. Habelə Aysunun dərsə davamiyyəti və dərsləri çox zəifdir. Atası uşağını görmək üçün bir neçə dəfə məktəbə gəlmişdir. Bu fakt Hacıqabul şəhər Natiq Ağayev adına 4 saylı tam orta məktəbin 02 sentyabr 2024-cü il tarixli arayışı ilə də təsdiq edilir. Habelə məhkəmə iclasında xx.xx.2017-ci il təvəllüdlü X9 dərsə davamiyyətini özündə əks etdirən jurnala baxış keçirilmiş və onun atası ilə qaldığı müddətdə dərsləri ilə məşğul olmasına dair dəftərləri işə əlavə edilmişdir. Qeyd edilənlərdən əlavə, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı İcra aparatı Hüquq şöbəsinin məsləhətçisi, Qəyyumluq və Himayəçilik Komissiyasının katibi Zaur Şirəliyev, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı İcra aparatının baş məsləhətçisi Natiq Mustafayev və Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı İcra aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloq Səmədov Cavid tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarla müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanda anasına məxsus 2 otaqlı evdə anası, bacısı və 2 uşağı ilə birlikdə yaşayır. Ev orta təmirlidir. Cavabdeh işləmir, ailənin gəlirləri anasının 280 manatlıq əmək haqqı ilə məhdudlaşır. Ümumiyyətlə ailənin yaşayışı normal hesab edilmir. İddiaçı isə Hacıqabul rayonu 2-ci Udulu kəndində 2 mərtəbəli evdə yaşayır. Ev orta təmirli olmaqla 3 otaq, 1 zal və 1 mətbəxdən ibarətdir. Məişət əşyaları ilə təmin edilmişdir. Evin 0,20 ha həyətyanı sahəsi var. Evin qarşısında bir açıq eyvan və şifer örtüklü çardaq mövcuddur. Evdə Arifin atası, anası və özü yaşayır. Arif usta işləyir və aylıq gəliri 500 manat məbləğ təşkil edir. Atası 300 manat, anası isə 260 manat təqaüd alır. Ailənin yaşayış vəziyyəti normal hesab edilir. Bundan başqa, Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli Vİİİ-14/474 nömrəli rəyinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 mənafeyi baxımından yəni, onların normal yaşayışının təmin edilməsi, müalicəsi, sağlam mühitdə normal tərbiyə edilməsi kimi məsələlərin ataları İddiaçı tərəfindən qarşılanacağı daha ağlabatan hesab edilir. Bu səbəbdən xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 atalarının himayəsində qalmaları məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının iş materiallarına əlavə edilmiş 18 iyul 2024-cü il tarixli rəyi də adıçəkilən rəylə eyni məzmunda olmuşdur. Bununla bərabər, kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 11/16 saylı ekspert rəyinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X9 hal-hazırda anası Cavabdeh və atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunur. Habelə xx.xx.2017-ci il təvəllüdlü X9 bacısı xx.xx.2020-ci il təvəllüdlü X8 hissi-emosional tələbatı yüksək olmaqla, uzun müddət ərzində onunla ünsiyyətdə olmaması emosional-iradi sferasına neqativ təsir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, AM-in 60-cı maddəsinə əsaəsən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqları valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Beləliklə, kollegiya uşaqların üstün maraqlarının müdafiəsi istiqamətində araşdırma apararaq, onların ataları ilə yaşadıqları müddətdə Aysunun təhsilə marağı və məktəbə davamiyyəti, atasının (olmadıqda, nənəsinin) onlarla maraqlanması, atalarının yaşayış şəraitinin analarından fərqli olaraq normal hesab edilməsi, valideynlərinin iş şəraiti və rejimi və digər hallar, eləcə də xx.xx.2017-ci il təvəllüdlü X9 bacısı xx.xx.2020-ci il təvəllüdlü X8 hissi-emosional tələbatı yüksək olmaqla, uzun müddət ərzində onunla ünsiyyətdə olmamasının emosional-iradi sferasına neqativ təsir göstərə biləcəyini nəzərə alaraq hər iki uşağın atalarının yanında saxlanılmasını onların üstün hüquqlarının ən təminatlı seçimi hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(071)-449/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X13 hazırda anaları Cavabdeh yanında olduğundan ondan alınaraq ataları İddiaçı verilməlidirlər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 217, 218.1, 372, 384, 385, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(071)-449/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X13 anaları Cavabdeh alınaraq ataları İddiaçı verilsinlər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar