Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1253/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) əmlak tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-219/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayonunun Sor-Sor kəndində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 orğlundan onlarda qalan 700 manat dəyərində 7 qram çəkidə 583 əyarlı, sirkon qaşlı 1 ədəd üzük, 500 manat dəyərində 5 qram çəkidə 583 əyarlı zümrüd sirkon qaşlı 1 ədəd paxlava üzük, 1200 manat dəyərində 12 qram çəkidə 583 əyarlı sünbül qolbağ, 1400 manat dəyərində 14 qram çəkidə 583 əyarlı sirkon qaşlar ilə gül formalı qızıl dəstinin özlərinin, özləri olmadıqda isə onların cəmi dəyəri 3800 manat pulun, mediasiya təşkilatına ödədiyi 50 manat pulun və dövlət rüsumuna görə 8 manat, ümumilikdə 3858 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə evlənib ailə quraraq nikahlarını rəsmi qeyd etdirmişlər və birgə nikahdan xx.xx.2012-ci ildə Aylin, xx.xx.2018-ci ildə İslam adlı övladları dünyaya gəlmişdir. O, Cavabdeh1 iliə evlənib ailə quranda onun valideynlərinin evinə gəlin gedib və cehizlərini də aparıb həmin evə yığmışdır. Cavabdehin valideynləri tərəfindən toyda ona 700 manat dəyərində 7 qram çəkidə 583 əyarlı, sirkon qaşlı 1 ədəd üzük, 500 manat dəyənndə 5 qram çəkidə 583 əyarlı zümrüd sirkon qaşlı 1 ədəd paxlava üzük, 1200 manat dəyərində 12 qram çəkidə 583 əyarlı sünbül qolbaq, 1400 manat dəyərində 14 qram çəkidə 583 əyarlı sirkon qaşlar ilə gül formalı qızıl dəsti hədiyyə vermişlər. Cavabdehlə birlikdə onun vadlideynlərinin evində ər-arvad bır yerdə yaşamaqla yaşadıqları Sor-Sor kəndi ərazisində özülərinə məxsus həyətyanı torpaq sahəsində iki mərtəbəli ev tikib uzun müddət həmin evdə yaşamışlar. Cavabdeh1 toyda ona hədiyyə verilən qızılların hamısını məcburi qaydada əlindən alıb "xxxx" ASC-nin Kürdəmir filialına girov qoyaraq qohumları X2 adına bankdan kredit götürmüşdür. Öz evlərində yaşadıqları müddətdə Cavabdeh1 təqsiri üzündən ailə münasibətləri pozulmuş və cavabdeh öz valideynləri də birlikdə onu özlərinə məxsus yaşayış evindən qovub çıxartmışlar. Onun özünə məxsus cehiz əmlakının uşaqlarının və özünün paltarlarının hamısı yaşadıqları evdə qalmışdır. Sonradan o, bir neçə dəfə azyaşlı uşaqları ilə birlikdə birgə nikah dövründə tikdirdikləri evə qayıtmaq istəmiş, lakin əri və onun valideynləri onun həmin evə köçməyinə imkan verməmişlər. O da məcbur olub ev köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsəsən o, cavabdehlə birgə nikah dövründa tikdirdikləri evə köçmüş və hazırda uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Sonradan əri Cavabdeh1 götürdüyü krediti ödəyib qurtarmış və banka girov qoyulan qızıllarını da bankdan götürmüş, lakin həmin qızılları ona verməmişlər. Hazırda cavabdeh kənddə yoxdur və onun yerini də bilmir. Eşitdiyinə görə Banka girov qoyulan qızıllarını onun atası ilə qohumu X5 götürüblər. Onlardan da qızıllarını qaytarmalarını tələb etsə də, onlar qızılları qaytarıb vermək istəmirlər. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-219/2024 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yasif oğlundan onlarda qalan 700 manat dəyərində 7 qram çəkidə 583 əyarlı, sirkon qaşlı 1 ədəd üzük, 500 manat dəyərpində 5 qram çəkidə 583 əyarlı zümrüd sirkon qaşlı 1 ədəd paxlava üzük, 1200 manat dəyərində 12 qram çəkidə 583 əyarlı sünbül qolbağ, 1400 manat dəyərində 14 qram çəkidə 583 əyarlı sirkon qaşlar ilə gül formalı qızıl dəstinin özlərinin, özləri olmadıqda isə onların cəmi dəyəri 3800 manat pulun alınıb ona verilməsini tələb etsə də o, iddia ərizəsinə həmin qızıl əşyalarının cavabdehlərdə qalması barədə heç bir sübut əlavə etməmiş, həmçinin məhkəmədə izahat verən iddiaçının nümayəndəsi iddiaçının tələb etdiyi qızılların cavabdehlərdə qalması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun tamamilə ləğv edilib iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə evlənib onun valideynlərinin Kürdəmir rayonunun Sor-Sor kəndindəki evlərinə gəlin köçmüş və özünə məxsus olan cehiz əmlaklarını da aparıb həmin evə yığmışdır. Cavabdehin valideynləri tərəfindən toyda ona 700 manat dəyərində 7 qram çəkidə 583 əyarlı sirkon qaşlı 1 ədəd üzük, 500 manat dəyərində 5 qram çəkidə 583 əyarlı zümrüd sirkon qaşlı 1 ədəd paxlava üzük, 1200 manat dəyərində 12 qram çəkidə 583 əyarlı sünbül qolbaq, 1400 manat dəyərində 14 qram çəkidə 583 əyarlı sirkon qaşlar ilə gül formalı qızıl dəst hədiyyə verilmişdir. Cavabdeh ilə birlikdə onun valideynlərinin evində ər-arvad bir yerdə yaşadıqları müddətdə Sor-Sor kəndi ərazisində özlərinə məxsus həyətyanı torpaq sahəsində iki mərtəbəli ev tikib özünə məxsus olan cehizlərini də həmin evə apararaq uzun müddət həmin evdə yaşamışlar. Cavabdeh toyda ona hədiyyə verilən qızılların hamısını məcburi qaydada əlindən alaraq "xxxx" ASC-nin Kürdəmir filialına girov qoyaraq qohumu X2 adına bankdan kredit götürmüşdür. Öz evlərində yaşadıqları müddətdə əri Cavabdeh1 təqsiri üzündən ailə münasibətləri pozulmuş və cavabdeh əri valideynləri ilə onu evdən qovub çıxardılar və əlacsız qalaraq azyaşlı uşaqları ilə birlikdə öz atasının evinə getmiş və hazırda da atasının evində yaşayır. Özünə məxsus olan cehizləri, özünə və uşaqlarına məxsus olan geyim paltarlarının hamısı cavabdeh əri ilə birgə nikah dövründə tikdirdikləri evdə qalıb. Atasının evində ayyaşlı uşaqları ilə birlikdə darısqal şəraitdə yaşadığına görə uşaqları ilə birlikdə öz evlərinə qayıtmaq istəsə də, cavabdeh və onun valideynləri onu və uşaqlarını öz evlərinə buraxmadılar. Cavabdeh ona hədiyyə verilən qızılları onlar onu uşaqları ilə birlikdə evdən qovmamışdan əvvəl almış və bundan sonra qaçıb Rusiyaya getmiş, hazırda da Rusiyada olduğunu bildirir. Cavabdeh2 nümayəndəsi heç bir hüquqa və məntiqə sığmayan izahat verərək qızılların həmişə onda olduğunu bildirir, lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmir. Bundan əlavə, həmin nümayəndə birgə nikah dövründə iki mərtəbəli ev tikdirib həmin evdə yaşamasını Sor-Sor Bələdiyyəsi və Muradxan İcra Nümayənqdəliyi arayışla təsdiq etməsinə baxmayaraq həmin evin və həmin evin yerləşdiyi torpaq sahəsinin Vəliyeva Zinyətə məxsus olduğunu bildirmişdir. Kürdəmir rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli 2(041)-219/2024 saylı qətnamə qəbul edilərkən Cavabdeh1 tərəfindən ona toyda hədiyyə verilən qızıllarının məcburi qaydada alınıb "xxxx" ASC-nin Kürdəmir filialına girov qoyaraq qohumu X2 adına kredit götürməsini bildirsə də, işə baxan hakim bu faktİarı araşdırmamış, ümumiyyətlə qızıllarımın Cavabdeh1 tərəfindən məcburi qaydada alınmasına heç bir münasibət belə bildirməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tələb etdiyi qızıl-zinət əşyaları 4 ədəddir. 1 ədəd Sapfir üzük 7 qram olmalıdır, lakin digər qızıl-zinət əşyalarının çəkisini dəqiq deyə bilmir. Qızıl-zinət əşyalarını qiymətləndirərkən mütəxəssisə hər hansı fotoşəkil təqdim etməmişdir. Onda hazırda bir neçə fotoşəkil var ki, birinci instansiya məhkəməsində işə baxıldıqdan sonra qohumları vasitəsi ilə tapmışdır. Qeyd edir ki, keçmiş yoldaşı Sarvan ona məxsus qızıl-zinət əşyalarını təxminən 2018-ci ilin yay aylarından ondan məcburi şəkildə almış, ona verməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, ona məxsus “boyunbağı” və “nişan üzüyü” hazırda da ondadır və həmişə onun üzərində olmuşdur. Keçmiş əri Sarvan digər qızılları onsuz da taxmadığını bildirərək ondan almışdır. Belə ki, qonşu ilə arasında mübahisə və dava-dalaş yaranmış, həmin vaxt təcili pul lazım olduğundan qızıl-zinət əşyalarını "xxxx" ASC-nin Kürdəmir filialına girov qoyaraq qohumu X2 adına kredit götürmüşdür. Sarvanla 2019-cu ilin sentyabr ayından ayrı yaşasalar da, 2021-ci ildə rəsmi şəkildə nikahları pozulmuşdur. Məhkəməyə müraciət etmə səbəbi pula ehtiyacının olmasıdır. Belə ki, himayəsində azyaşlı uşaqlar var və ona baxmaq məcburiyyətindədir. O, mübahisəli qızıl-zinət əşyalarının çəkisini hal-hazırda dəqiq xatırlamır. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh1 atasıdır. İddiaçı keçmiş gəlinləri olmuşdur. Tərəflər 2009-cu ildə nikaha daxil olmuş, 2019-cu ilin təxminən iyun ayında faktiki olaraq ayrılmış, 2021-ci ildə rəsmi qaydada nikahları pozulmuşdur. İddiaçı iddia ərizəsində ona məxsus qızılların Sarvan tərəfindən banka girov qoyulması və bacısı oğlu X3 adından bankdan kredit götürdüyünü bildirsə də, bunlar həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır. Belə ki, Qadir məhz özünə məxsus qızılları banka qoyaraq 500 manat məbləğində kredit götürmüşdür. Qadir qızılları isə bankdan çoxdan götürmüşdür. Qeyd edir ki, əgər o vaxt belə bir şey olsaydı, iddiaçı məhkəməyə vaxtında müraciət edərdi. Aradan uzun müddət keçdikdən sonra məhkəməyə əsassız tələblə müraciət etməkdə məqsədi sadəcə onları cəzalandırmaqdır. Onların verdiyi qızıllar 3800 manat məbləğində dəyərləndirilmişdir. Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-219/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: İşdə olan 09 yanvar 2023-cü il tarixli 07 saylı mütəxəssis rəyindən müəyyən edilir ki, “sapfir” üzük sirkon qaşları ilə, 583 əyarlı, 7.00 qram çəkidə - 700 AZN, “paxlava” üzük zümrüd sirkon qaşlar ilə, 583 əyarlı, 5.00 qram çəkidə - 500 AZ, “Sünbül” qolbaq, 583 əyarlı, 12.00 qram çəkidə - 1200 AZN və “Gül” dəsti sirkon qaşlar ilə, 583 əyarlı, 14.00 qram çəkidə - 1400 AZN olmaqla, cəmi 3800 AZN məbləğində qiymətləndirilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 2021-004543 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, qızıl, cehiz, ev tələbi mübahisəsi üzrə xx.xx.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh1 iştirak etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəonun maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnaonun mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehlərin sahibliyində olması. MM-in 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, prosessual hüquq norması sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmə onun mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Kollegiya apellyasiya şikayətinin Cavabdeh1 tərəfindən toyda ona hədiyyə olaraq verilən qızılların məcburi qaydada "xxxx" ASC-nin Kürdəmir filialına girov qoyulması və X2 adına kredit götürməsi barədə dəlili üzrə diqqətə çatdırır ki, işin apellyasiya baxışı zamanı müvafiq məhkəmə sorğusu əsasında əldə edilmiş "xxxx" ASC-nin Kürdəmir Filialının 18 sentyabr 2024-cü il tarixli RBPK07/09-01 saylı məktubuna görə X4 xx.xx.2019-cu ildə "xxxx" ASC-nin Kürdəmir Filialından 550 manat məbləğində kredit götürmüş, xx.xx.2020-ci il tarixdə kreditini tam olaraq ödəmiş və girov qoyduğu qızıl-zinət əşyalarını təhvil almışdır. Həmin qızıl-zinət əşyaları bunlardır: “sırğa üzük fantaziya” 1 ədəd - əyyarı 583 və çəkisi 8.60 qram, “kişi üzüyü” 1 ədəd - əyarı 583 və çəkisi 9.70 qram. Qeyd edilməlidir ki, "xxxx" ASC-nin Kürdəmir Filialının 18 sentyabr 2024-cü il tarixli RBPK07/09-01 saylı məktubundan da müəyyən edilir ki, X3 banka girov qoyduğu 2 ədəd qızıl-zinət əşyaları (1 ədəd “sırğa üzük fantaziya” - əyarı 583 və çəkisi 8.60 qram; 1 ədəd “kişi üzüyü” - əyarı 583 və çəkisi 9.70 qram) ilə iddiaçının iddia ərizəsində tələb etdiyi 4 ədəd qızıl-zinət əşyaları (1 ədəd “Sapfir üzük” sirkon qaşları ilə - 583 əyarlı, 7 qram çəkidə, 700 manat dəyərində; 1 ədəd “paxlava üzük” zümrüd sirkon qaşları ilə - 583 əyarlı, 5 qram çəkidə, 500 manat dəyərində; 1 ədəd “sünbül qolbaq” - 583 əyarlı, 12 qram çəkidə, 1200 manat dəyərində; 1 ədəd “gül formalı sirkon” qaşlar ilə - 583 əyarlı, 14 qram çəkidə, 1400 manat dəyərində) eynilik təşkil etmir. Diqqətə çatdırırılmalıdır ki, iddiaçı eyni zamanda məhkəmə iclasında ona məxsus qızıl-zinət əşyalarının çəkisini dəqiq xatırlamadığını bildirmişdir. Habelə işin müəyyən edilən hallarından biri də budur ki, tərəflərin nikahları 2021-ci ildə pozulmuş, lakin iddiaçı məhkəməyə aradan 2 il keçdikdən sonra, yəni 2023-cü ildə müraciət etmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair hazırkı iddiasının təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və həmin şikayət formal mülahizələrdən ibarətdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)- 219/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnaonun mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-219/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1253/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1253/2024
01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver