Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1266/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Füzuli Rayon Мəhkəməsinin 09 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı əmək haqqının, məzuniyyət pulunun və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 22 ayın ödənilməmiş əmək haqqı– 6.380 manat, məzuniyyət pulu- 250 manat və mənəvi zərər olaraq- 2.000 manat olmaqla ümumilikdə 8.630 manat və "xxxx" MMC- dən 22 ayın ödənilməmiş əmək haqqı – 4.050 manat, məzuniyyət pulu- 220 manat və mənəvi zərər 2.000 manat olmaqla ümumilikdə 6.270 manat pulun tutulub ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh1 MMC-də əsas iş yeri kimi əmək fəaliyyətinə başlamış, aylıq əmək haqqı 290 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Lakin o, həmin şirkətdən heç bir əmək haqqı almamışdır. Eyni zamanda, işdən çıxma barədə ərizədəki imza ona məxsus deyil və Cavabdeh1 MMC-nin sahibləri tərəfindən qeyd olunan ərizə yazılmış və imzalanmışdır. Bunun səbəbi barədə Cavabdeh1 MMC-nin rəhbərliyindən soruşduqda “hamıya belə etdik heç kim problem yaratmadı ondan başqa” deyə cavab vermişdi. Bundan başqa, iddiaçı göstərmişdir ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, "xxxx" MMC-də əlavə iş yeri kimi əmək fəaliyyətinə başlamış, aylıq əmək haqqı 270 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdən həmin şirkətdən heç bir əmək haqqı almamışdır. Eyni zamanda, işdən çıxma barədə ərizədəki imza da ona məxsus deyil və "xxxx" MMC-nin sahibləri tərəfindən qeyd olunan ərizə yazılmış və imzalanmışdır. Bunun səbəbi barədə "xxxx" MMC-nin rəhbərliyindən soruşduqda “hamıya belə etdik heç kim problem yaratmadı ondan başqa” deyə cavab-vermişdir. İddia ərizəsində göstərilir ki, Cavabdeh1 MMC və "xxxx" MMC-nin rəhbərliyi yaxın qohumlardır və onların eyni cür davranışları eyni mərkəzdən idarə olunmaları ilə bağlıdır. Sözügedən şirkətlərin qanunsuz əməlləri barədə X3 məlumat vermişdir. X5 Xidməti Bərdə Regional Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, **********3 saylı cavabına görə, hər iki müəssisənin rəhbərinə son haqq-hesabın ödənilməməsi və əmək müqaviləsinə xitam verilərkən yol verilən digər nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinə müvafiq xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 MMC-nin direktoru X7 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçıla əmək müqaviləsi bağlansa da o, faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" MMC-nin təmsilçisi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Füzuli Rayon Мəhkəməsinin (hakim Y.Həşimov) 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xeyrinə Cavabdeh1 MMC-dən ödənilməmiş əmək haqqına görə- 3.190 manat və istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi 250 manat olmaqla, cəmi 3.440 manat, "xxxx" MMC-dən ödənilməmiş əmək haqqına görə- 1.890 manat və istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi 220 manat olmaqla, cəmi 2.110 manat pulun tutulması, iddia tələbinin digər hissədə təmin edilməməsi qət edilmişdir. Füzuli Rayon Мəhkəməsinin (hakim Y.Həşimov) 22 fevral 2023-cü il tarixli əlavə qətnaməsi ilə iş üzrə Cavabdeh1 MMC-dən 54 manat, digər cavabdeh "xxxx" MMC-dən isə 41 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh1 MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun deyil. Şikayətdə göstərilir ki, İddiaçı şirkətdə işlədiyi müddət ərzində ona əmək haqqı ödənilmədiyini qeyd etsə də, bu tamamilə əsassızdır. Belə ki, şirkət tərəfindən iddiaçıya əmək müqaviləsi üzrə nəzərədə tutulmuş əmək haqqı məbləği pandemiya dövrü olduğu üçün hər ay mütəmadi qaydada nağd şəkildə ödənilmişdir. Şirkətin digər işçilərinə də eyni qaydada ödəniş edilmişdir və bu fakt onlar tərəfindən təsdiq edilə bilər. Lakin məhkəmə tərəfindən iş üzrə şahidlər məhkəmə prosesinə cəlb edilməmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun deyil. Şikayətdə göstərilir ki, "xxxx" MMC-nin bu illər ərzində rəsmi dövriyyəsi olmamışdır ki, bu fakt da məhkəmə tərəfindən ərazi üzrə aidiyyəti vergi orqanına sorğu göndərilməklə araşdırıla bilər. İddiaçı dəfələrlə şirkətə gələrək şantaj etmiş, hər ay mütəmadi qaydada əmək haqqı almasına baxmayaraq Şirkəti məhkəməyə verməklə hədələmişdir. Prosessualməsələlər Tərəflər apellyasiya baxışı iclasında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlərin təmsilçiləri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “e-sosial.az” internet portalından çıxarışdan müəyyən edilir ki, İddiaçı Cavabdeh1 MMC-də operator işləmişdir; əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2020-ci il, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci il. Əmək haqqı 290 manatdır. “e-sosial.az” internet portalından çıxarışa görə, İddiaçı "xxxx" MMC-də reklam üzrə mütəxəssis işləmişdir; müqavilənin bağlanma tarixi xx.xx.2021-ci il, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci il. Əmək haqqı 270 manatdır. Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Bərdə regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC ilə müddətsiz əmək müqaviləsi bağlayaraq əsas iş yeri olmaqla operator-kompyüter işinə qəbul olunmuşdur. Bundan sonra, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq əlavə iş yeri olmaqla reklam mütəxəssis işinə qəbul edilmişdir. Həmçinin sistemdə Cavabdeh1 MMC ilə olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC ilə olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68.2a-ci maddəsi ilə xitam verildiyi müəyyən edilmişdir. Cavabdeh1 MMC-də işəgötürən X7, "xxxx" MMC-də işəgötürən X4r. İddiaçı son haqq-hesabın ödənilməməsi və əmək müqaviləsinə xitam verilməsində yol verilmiş nöqsanlarla əlaqədar hər iki müəssisənin rəhbəri barəsində İXM-in müvafiq maddələri ilə inzibati qaydada tədbirlər görülmüşdür. Hazırkı tələbində iddiaçı hər bir cavabdehdən ayrı-ayrılqda əmək haqqının, məzuniyyət pulunun və mənəvi zərərin ödənilməsi tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdehlər qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirmişlər. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddianı əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasn, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsin əsasən:
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir...
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun tələbinə görə, həmin maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qəraında göstərilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Müəyyən olunur ki, İddiaçı əmək haqqı 290 manat olmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh1 MMC-də operator və əmək haqqı 270 manat olmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də reklam üzrə mütəxəssis işləmişdir. Lakin həmin müddət ərzində əmək fəaliyyətinə görə iddiaçıya faktiki olaraq əmək haqqı ödənilməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçıya əmək haqqı hər iki əmək müqaviləsinin bağlandığı tarixdən həmin əmək müqaviləsinə xitam verildiyi tarixədək olan dövr üzrə hesablanmalıdır. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, İddiaçı hər iki müqavilə üzrə azı altı ay işlədiyinə görə əmək məzuniyyətindən istifadə etmək hüququnu əldə etdiyindən, lakin bu hüququndan istifadə etmədiyindən pul əvəzi ona ödənilməlidir. Cavabdehlərin hər ikisi apellyasiya şikayətində şirkət tərəfindən iddiaçıya əmək müqaviləsi üzrə nəzərədə tutulmuş əmək haqqı məbləği pandemiya dövrü olduğu üçün hər ay mütəmadi qaydada nağd şəkildə ödənildiyini bildirmişdir. Lakin bu halı təsdiq edən sübut təqdim etməmişlər. Beləliklə, Kollegiya cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətlərini təmin etmək üçün əsas yoxdur. Odur ki, Kollegiyanın qənaətinə görə, hər iki cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda ayrı-ayrı tələblər üzrə mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası,
qətetdi:
Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Мəhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(064)-91/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.