Məhkəmə qərarları › İş №2(106)-1282/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1282/2024

07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1282/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh AR Maliyyə Nazirliyinə qarşı qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-382/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh AR Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə 07 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı cavabdeh AR Maliyyə Nazirliyinə qarşı qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi təbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib ona Dövlət büdcəsi hesabına maddi zərərə görə 80.000,0 manat və mənəvi zərərə görə 100.000,0 manat, cəmi 180.000,0 manat məbləğində kompensasiya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, İmişli rayonu Gövhərli kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olaraq islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,66 ha, o cümlədən icarəsində olan İmişli rayonu ərazisində yerləşən 10,0 ha və Cəlilabad rayonu ərazisində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kartof və pambıq məhsulları becərir və mal-qara saxlayır. 28.04. 2022- ci il tarixdə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. AR Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(106)153/2023 saylı hökmü ilə bəraət almış və həbsdən azad edilmişdir. Həbsdə saxlandığı müddətdə xəstəlikləri ( Dz: Hepatit və portal hipertenziya ) daha da şiddətlənmiş, verilən qidanı qəbul edə bilmədiyi üçün dərman və ərzaq məhsulları alınmasından ötrü ev əşyaları satılmış və faizlə kredit götürülərək onun üçün zəruri olan məhsulların alınmasına xərclənmişdir. Maddi imkanı olmadığından azadlığa buraxılandan sonra həkim məsləhətinə əsasən sanatoriya kurort müalicəsi ala bilməmiş və reabilitasiya olunmaqdan ötrü cəhdlər etməmişdir. Həbsə alınmamışdən əvvəl fərdi təsərrüfat hesabına hər ay 8-10 min manat qazandığı halda, azadlıqdan məhrum edilmə nəticəsində sağlamlıq vəziyyətinin kəskin şəkildə pozulması ilə əlaqədar işləyə bilmədiyindən hazırda qazanc əldə edə bilmir. Barəsində aparılan qanunsuz cinayət təqibi müddətində dərin mənəvi sarsıntı və iztirablara məruz qalmış, müdafiə olunmaqdan ötrü 750,0 manat hüquqi xidmət haqqı ödəmiş və başqa xərclər (məhkəmədə işə baxılan günlərdə müdafiəçinin nəqliyyat və yemək xərcləri və s.) çəkmişdir. Ona görə də, barəsində qanunsuz cinayət təqibi aparılması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsindən ötrü Dövlət büdcəsi hesabına ona maddi zərər görə 80.000,0 manat və mənəvi zərərə görə 100.000,0 manat, cəmi 180.0000,0 manat məbləğində kompensasiya verilməsi barədə iddia qaldırmışdır. Nümayəndə Vəkil İddiaçı göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə cavabdeh AR Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı barəsində aparılan cinayət təqibi ilə AR Maliyyə Nazirliyinin əlaqəsi yoxdur və 2024-cü il üçan Azərbaycan Respublikasının Dövlət büdcəsində bu cür tələblərin ödənilməsindən ötrü vəsait nəzərdə tutulmamışdır. Ona görə də, iddia tələbi əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-382/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ülvi Qənbərov), iddia tələbinin qismən təmin olunması, İddiaçı qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan tədbiri seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində dəymiş maddi zərərə görə 750,0 (yeddi yüz əlli) manat və mənəvi zərərə görə 10.430,0 (on min dörd yüz otuz) manat, cəmi 11.180,0 (on bir min yüz səksən) manat pul vəsaitinin Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına ödənilməsi, qətnamənin icra olunması üçün AR Maliyyə Nazirliyinin İmişli rayon üzrə Maliyyə şöbəsinə göndərilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsasız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı İmişli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(036)-382/2024 nömrəli qətnaməsini dəyişdirərək iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsasız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehin nümayəndəsi İmişli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(036)-382/2024 nömrəli qətnaməsinin ləğv edilməsinin və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Tərəflərin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, izahatında İmişli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(036)-382/2024 nömrəli qətnaməsini dəyişdirərək iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək, həmçinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(036)- 382/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini, həmçinin iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 2(036)-382/2024 saylı, 01 may 2024cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8)şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4)hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.(1-ci hissə) Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. (1-ci hissə) Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 7. (2-ci hissə)Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Maddə 8.(1-ci hissə) Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla qismən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən həm iddiaçı həm də cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini və iddianın tam təmin edilməsini, cavabdeh isə qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı işin faktiki hallarına tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymət verməmiş, həmin hissədə iş üzrə düzgün olmayan nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin iddiaçının apelyasiya şikayəti əsasında apellyasiya qaydasında dəyişdirilməsi üçün kifayət qədər əsas yaratmışdır Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, şdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(036)111/2022 saylı qərarının surətinə əsasən 28.04. 2022-ci il tarixdə İmişli RPŞ İB-də fakt görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanaraq həmin tarixdə saat 02:10-da İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir; xx.xx.2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif olunmuş və 11.08. 2022-ci il tarixdə İddiaçı CM-nin müvafiq maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixdə onun həbsdə saxlanılma müddəti 02 ay müddətinə uzadılmışdır. İşdə olan AR Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(106)153/2023 saylı hökmünün surətinə əsasən İddiaçı AR CM-nın 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilib ona AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə AR CM-nın 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, məhkəmə zalından dərhal azadlığa buraxılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Hüquqi yardım göstərilməsi haqqında 03 saylı müqavilənin surətinə əsasən İmişli rayon Vəkil bürosunun üzvü Vəkil AR CM-nın 234.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı 200,0 manat haqq müqabilində hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli Hüquqi yardım göstərilməsi haqqında 23 saylı müqavilənin surətinə əsasən İmişli rayon Vəkil bürosunun üzvü Vəkil AR CM-nın 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli Hüquqi yardım göstərilməsi haqqında 12 saylı müqavilənin surətinə əsasən İmişli rayon Vəkil bürosunun üzvü Vəkil AR CM-nın 234.4.2, 234.4.3 və 240.1 maddələri ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı 230,0 manat haqq müqabilində hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli Hüquqi yardım göstərilməsi haqqında 67 saylı müqavilənin surətinə əsasən İmişli rayon Vəkil bürosunun üzvü Vəkil İddiaçı hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. İşdə olan BPM**********07 nömrəli mədaxil qəbzinin surətinə əsasən xx.xx.2022-ci il tarixdə Vəkil ABB bank hesabına X1 tərəfindən 300,0 manat məbləğində hüquqi xidmət haqqı köçürülmüşdür. İşdə olan BPM**********04 nömrəli mədaxil qəbzinin surətinə əsasən xx.xx.2022-ci il tarixdə Vəkil ABB bank hesabına X1 tərəfindən 200,0 manat məbləğində hüquqi xidmət haqqı köçürülmüşdür. İşdə olan BPM**********72 nömrəli mədaxil qəbzinin surətinə əsasən xx.xx.2022-ci il tarixdə Vəkil ABB bank hesabına X1 tərəfindən 200,0 manat məbləğində hüquqi xidmət haqqı köçürülmüşdür. İşdə olan 25966 nömrəli qəbzinin surətinə əsasən xx.xx.2023-cü i il tarixdə Vəkil ABB bank hesabına 50,0 manat məbləğində hüquqi xidmət haqqı köçürülmüşdür. İşdə olan 045971 nömrəli Vəsiqənin surətinə əsasən İddiaçı ömürlük 2-ci qrup əlillik verilmişdir. İşdə olan AR TƏBİB PHŞ İmişli rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-46/2-A-1177-31-692/2024 saylı arayışa əsasən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində həkim qəbulunda olmuş “Xroniki aktiv hepatit, Portal hipertenziya, Qaraciyərdə fibroz dəyişiklik, Assit” diaqnozu ilə dispanser qeydiyyatındadır. İddiaçının iddia tələbindən müəyyən edilir ki, o, 28.04. 2022- ci il tarixdə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. AR Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(106)153/2023 saylı hökmü ilə bəraət almış və həbsdən azad edilmişdir. Həbsdə saxlandığı müddətdə xəstəlikləri ( Dz: Hepatit və portal hipertenziya ) daha da şiddətlənmiş, verilən qidanı qəbul edə bilmədiyi üçün dərman və ərzaq məhsulları alınmasından ötrü ev əşyaları satılmış və faizlə kredit götürülərək onun üçün zəruri olan məhsulların alınmasına xərclənmişdir. Maddi imkanı olmadığından azadlığa buraxılandan sonra həkim məsləhətinə əsasən sanatoriya kurort müalicəsi ala bilməmiş və reabilitasiya olunmaqdan ötrü cəhdlər etməmişdir. Həbsə alınmamışdən əvvəl fərdi təsərrüfat hesabına hər ay 8-10 min manat qazandığı halda, azadlıqdan məhrum edilmə nəticəsində sağlamlıq vəziyyətinin kəskin şəkildə pozulması ilə əlaqədar işləyə bilmədiyindən hazırda qazanc əldə edə bilmir. Barəsində aparılan qanunsuz cinayət təqibi müddətində dərin mənəvi sarsıntı və iztirablara məruz qalmış, müdafiə olunmaqdan ötrü 750,0 manat hüquqi xidmət haqqı ödəmiş və başqa xərclər (məhkəmədə işə baxılan günlərdə müdafiəçinin nəqliyyat və yemək xərcləri və s.) çəkmişdir. Ona görə də, barəsində qanunsuz cinayət təqibi aparılması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsindən ötrü Dövlət büdcəsi hesabına ona maddi zərər görə 80.000,0 manat və mənəvi zərərə görə 100.000,0 manat, cəmi 180.0000,0 manat məbləğində kompensasiya verilməsi barədə iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı maddi və mənəvi zərərə uğradığını və bunun müqabilində ona dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8)şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4)hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.(1-ci hissə) Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. (1-ci hissə) Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 7. (2-ci hissə)Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Maddə 8.(1-ci hissə) Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının barəsində aparılan cinayət təqibi ilə əlaqədar məsrəflər etməsi barədə dəliləri əsaslı hesab edərək iddia tələbinin dəymiş real zərərə (müdafiəçiyə ödənilən vəsaitə ) görə tam həcmdə təmin edilməsi və İddiaçı Dövlət büdcəsi hesabına cəmi 750,0 manat ödənilməsi, eyni zamanda iddiaçının məhdud əmək qabiliyyətli olması və qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan tədbiri seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində itirilən mənfəət və gəlirləri müəyyən edilmədiyindən əldən çıxmış faydanın ödənilməsindən imtina edilməsi ilə bağlı mövqeyi ilə razılaşaraq kollegiya qeyd edir ki, iddiaçı həbsdən azad olduqdan sonra səhəttinin pisləşməsi səbəbindən əmək qabiliyyətsiz qalması və nəticədə əvvəl qazandığı gəlirdən məhrum olması barədə mövqeyini qanuni hesab etmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi İddiaçı orta yaşa həddində olmasını və məhdud əmək qabiliyyətli olmasını, dəymiş mənəvi zərərin onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi və qanunsuz məhkəməyə verilməsi nəticəsində mənəvi sarsıntı keçirməsi və iztirablar çəkməsi ilə əlaqədar olmasını nəzərə alaraq mənəvi zərər məbləğinin həbsdə saxlanılması ilə eyni müddətdə təminatlı həyat şəraiti (sanatoriya kurort şəraitində və yaxud digər əlverişli şəraitdə qalmasına) təmin olunmasına sərf edilən məbləğlə ölçülərək ödənilməsini ədalətli və məqsədəmüvafiq hesab etmiş və 2024-cü ilin dörd ayı ərzində Azərbaycan Respublikası üzrə orta əmək haqqı məbləğinin 980,0 manat olduğunu nəzərə alaraq dəymiş mənəvi zərəri cəmi 10.430,0 (980,0 x 11,7) manat məbləğində müəyyən etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mənəvi zərərin məbləğinin müəyyən edilməsi barədə mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə təcrübəsinə görə qanunsuz həbsdə saxlanılan hər bir ay üçün adətən 1000 manat, azadlığın məhdudlaşdırılması ilə bağlı isə hər ay üçün 500 manat tutulur. Hazırda mənəvi zərərin əvəzi kimi tutulan 10430 manat iddiaçıya qanunsuz tətbiq edilən 11 ay 20 gün müddətinə həbs qətimkan tədbiri üçün oturuşmuş həmin məhkəmə təcrübəsinə uyğun olmamışdır. Odur ki, iddiaçıya mənəvi zərərə görə müəyyən edilmiş kompensasiya məbləği kimi 11 ay 20 gün müddətinə həbs qətimkan tədbirinə görə 11X1000, 20 üçün 500 manat olmaqla ümumilikdə 11500 manat müəyyən edilməlidir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh təşkilat olan Maliyyə Nazirliyi qətnaməni qanunsuz hesab edərək heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəliyin Maliyyə Nazirliyinin üzərinə qoyulmasını bildirmişdir. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbi üzrə öhdəliyin icrasını, yəni maddi və mənəvi zərərə görə pulun tutulmasını dövlət büdcəsinə yönəltmiş, Maliyyə Nazirliyini həmin tutulmanı icra edən təşkilat kimi göstərmişdir.Odur ki, cavabdehin şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdeh AR Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-382/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsi İddiaçı cavabdeh AR Maliyyə Nazirliyinə qarşı qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməli, İddiaçı qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan tədbiri seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində dəymiş mənəvi zərərə görə 11500 (on bir min beş yüz) manat pul vəsaiti Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası. Qət etdi: Cavabdeh AR Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-382/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsi İddiaçı cavabdeh AR Maliyyə Nazirliyinə qarşı qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi hissəsində dəyişdirilərək həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan tədbiri seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində dəymiş mənəvi zərərə görə 11500 (on bir min beş yüz) manat pul vəsaiti Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar