Məhkəmə qərarları › İş №2(106)-1294/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1294/2025

10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1294/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(032)-1112/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları Şirvan Şəhər Məhkəməsinin 2(032)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 466 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 15 sentyabr 2013-cü il təvəllüdlü X9 və 20 aprel 2015-ci il təvəllüdlü X10 nikah pozulduqdan sonra anaları – X1 yanında saxlanılması, 15 sentyabr 2013-cü il təvəllüdlü X5 və 20 aprel 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı X1 xeyrinə hər ay, hər uşağa görə 25 manat olmaqla, ümumilikdə 50 sabit pul məbləğində, həm də hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. "xxxx" ASC-nin 13 may 2025-ci il tarixli, 33 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" ASCdə xx.xx.2022-ci il tarixli, BİKA5929624A163 müavilə nömrəli 13100 manat məbləğində işçi krediti mövcuddur və qalıq borcu cari tarixə 4611.58 manat təşkil edir. Aylıq ödəniş məbləği 357.98 manatdır. "xxxx" ASC-nin 15 may 2025-ci il tarixli, 021/99 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-nin Şirvan filialından xx.xx.2022-ci il tarixində 21060***-*******02 saylı kredit müqaviləsi üzrə 12000 manat məbləğində verilmiş kredit üzrə 4421.59 manat əsas borc qalığı qalmışdır və aylıq ödəniş isə 352.57 manatdır. “Elektron məhkəmə” informasiya sistemində şəxsin gəlir məlumatlarından görünür ki, İddiaçı "xxxx" ASC-də xəzinədar vəzifəsində işləyir, aylıq əmək haqqısı 1300 manatdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı 2 uşağın yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün təyin olunmuş alimentin məbləğinin dəyişdirilərək hər ay hər bir uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X4 ilə 25 avqust 2011-ci ildə rəsmi nikaha daxil olmuş, onların rəsmi nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı 2 uşaq doğulmuşdur. Sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 425/2023 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-425/2023 saylı qətnaməsinə əsasən cavabdeh X4 ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşaqların anasının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarından ötəri hər ay hər bir uşağa görə 25 manat olmaqla, ümumilikdə 50 manat sabit pul məbləğində, həm də hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment ondan tutularaq cavabdehə verilməsi qət edilmişdir. Aliment təyin olunan vaxtdan maddi çətinliklərlə üzləşmişdir. Belə ki, banka 2 krediti vardır ki, onların aylıq ödənişləri hər ay 720 manat təşkil edir. Bundan əlavə anası ağır xəstədir. Onun himayəsində yaşayır. Onun bütün müalicə xərclərini özü ödəyir. Aliment, kreditlər və anasının dərmanlarına görə xərclənən məbləğ çıxıldıqdan sonra əmək haqqısından az miqdarda vəsait qalır ki, bu da indiki bazar qiymətləri şəraitində özünün şəxsi ehtiyaclarını ödəməyə belə çatmır. Bu hallar qətiyyən nəzərə alınmadan Şirvan şəhər məhkəməsi tərəfindən əsassız bir qətnamə qəbul edilmişdir. Hesab edir ki, hazırki maddi durumuna əsasən yüksək məbləğdə aliment ödəməyi tamamilə əsassızdır. Bu hal onun bir sıra həyati fəaliyyətlərini pozur və lazımı qaydada hər hansı bir lazımı xidmətlərdən istifadə etmək imkanlarından məhrum edir. Buna görə də, alimentin məbləğinin dəyişdirilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Cavabdeh Məmmədova (Hüseynova) Fidan Əbilfəz qızının məhkəməyə ünvanlamış olduğu iddia ərizəsinə etirazda göstərmişdir ki, İddiaçı oglu ilə aralarında olan 25 avqust 2011-ci il tarixli, 466 nömrəli nikah Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-425/2023 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş 15 sentyabr 2013-cü il təvəllüdlü X9 və 20 aprel 2015- ci il təvəllüdlü X10 nikah pozulduqdan sonra anaları X1 yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı X1 xeyrinə hər ay, hər uşağa görə 25 manat olmaqla, ümumilikdə 50 manat sabit pul məbləğində, həm də hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə aliment təyin edərkən qətnamədə qeyd etmişdir: “Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin hal-hazırda ayrı yaşaması, onların yetkinlik yaşına çatmayan uşaqların analarının yanında qalması və onların saxlanılması üçün vəsait tələb olunduğu eyni zamandan cavabdehin bu hissədə iddianı qəbul etməsini, o cümlədən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşaqların böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməklə cavabdehdən hər uşağa görə eyni zamanda həm hər ay 25 manat, ümumilikdə 50 manat sabit pul məbləğində, həm də hər ay qazancın üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır”. İddiaçı qeyd edir ki, anası xəstədir, işləmir və onun himayəsindədir. İddiaçı bununla bağlı yalan deyir. Onun anası X8 1963-cü il təvəllüdlüdür və "xxxx" MMC-nin Şirvan Mərkəzi filialında işləyir, aylıq məvacib alır və eləcə də, işlədiyi halda pensiya da alır. Məhkəmə elektron məhkəmə sorğusu nəticəsində bu halı müəyyən edə bilər. Həmçinin qeyd etmişdir ki, iddiaçı çalışır ki, aliment onun maaşına yönəlməsin çünki maaş hər il artır və istəmir ki, qazancı artdığı alda artıq aliment ödəsin. Bu yolda çox çətinliklərlə üzləşmişdir. Şirvan icra məmuru Qalib adlı şəxs 5-6 ay alimenti borclunun əmək haqqısına yönəltməmişdir. Əlbəəl karta atmışdır. Çox saylı şikayətlərdən sonra borclu qeydiyyat ünvanını Şirvan şəhərindən Sabirabad rayonuna dəyişmişdir. İcra işi Sabirabad rayon icra şöbəsinə göndəriləndən sonra aliment borclunun əmək haqqısına yönəlmişdir. Hal-hazırda borclu 1500 manata qədər əmək haqqı alır. Həmçinin ailə qanunvericiliyinə görə sabit pul məbləgində aliment yalnız o halda təyin edilir ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması ücün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 425/2023 saylı qəmaməsi ilə iddiaçının rəsmi iş yeri, vəzifəsi və aylıq məvacibi elektron məhkəmə sorgusu ilə müəyyən edilmişdir ki, İddiaçı “Kapital Bank" ASC-də xəzinədar vəzifəsində çalışır, aylıq əmək haqqısı 1210 manatdır. Uşaqların aylıq kommunal, tibbi və sosial xərcləri günü gündən artır. Övladları məktəbli olduqları üçün məktəb ləvazimatları (məktəbli formalar, kitablar-dəftərlər, sınaq imtahanları və sair), geyim əşyalarına xeyli vəsait sərf olunur. Bundan başqa, uşaqları məktəb üzrə hazırlıq kurslarına gedirlər və ayda 80 manat hazırlığa xərci çıxır. Balaca qızı Səfurə Məmmədova astma-bronxit xəstəsidir və onun müalicələrinə, dərmanlarına da xeyli məbləğdə pulu çıxır. Bütün bu halları iddiaçı bilərək aliment ödənişini azlatmaq və mümkün qədər az aliment verməyə çalışmaqla uşaqların layiqli şəkildə saxlanılması xərclərindən yayınmaq istəyir. Qeyd edilənləri nəzərə alaraq iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməməlidir. Şirvan Şəhər Məhkəməsinin (Hakim: Ceyhun Mustafayev) xx.xx.2025-ci il tarixli, 2(032)- 1112/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, Sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən, məhkəmə hesab edir ki, alimentin sabit pul məbləğində və ya qazancın müəyyən hissəsi şəklində tutulmasını tələb etmək hüququ xeyrinə aliment ödənilən şəxsin hüququ olduğundan, həmçinin hazırkı iş üzrə iddiaçıdan tutulan alimentin miqdarının dəyişdirilməsi üçün Ailə Məcəlləsinin tələblərindən heç biri müəyyən edilmədiyindən və alimentin miqdarının dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)- 1112/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində banka 2 kredit öhdəliyinin olması (hansı ki o həmin kreditləri birgə nikahda olduqları müddətdə götürmüş, xx.xx.2022-ci il tarixdə Kapital bankdan BİKA5929624A163saylı kredit müqaviləsi üzrə 13100 (on üç min yüz) manat, xx.xx.2022-ci il tarixdə Bank Respublika ASC-dən 21060722- 155394002L saylı kredit müqaviləsi üzrə 12000 (on iki min) manat, ümumilikdə 25100 manat) həmin kreditlər üzrə aylıq ödənişlər hər ay 720 manat təşkil edir. Bundan əlavə anamın ağır xəstə olması, onun himayəsində qalmaqla dolanışıq və dərman vasitələrinin alınması xərclərinin də ona aid olmasını, X1 rəsmi iş yeri olmaqla işləməsini qeyd etmişdir. Bildirir ki, o, "xxxx" ASC-nin Şirvan filialında inkassator vəzifəsində işləyir. Onun aylıq gəliri 1059 (min əlli doqquz) manatdır. Şirvan şəhər məhkəməsinin 2(032)- 425/2023 saylı qətnaməsinə əsasən əvvəli xx.xx.2023-cü il tarixdən olmaqla qazancının (başqa gəlirlərinin) üçdə biri və əlavə olaraq aylıq 50 manat sabit pul məbləğində olmaqla aliment ödəyir. Həmin qətnamədə qeyd edilən ödəniş məbləği (qazancının (başqa gəlirlərinin) üçdə biri və 50 manat sabit pul məbləği) 403 (dörd yüz üç) manat edir. Hesablanmış 403 (dörd yüz üç) manat aliment ödənişi və hər ay ödədiyi BİKA5929624A163 və 21060***-*******02Lsaylı kredit müqavilələri üzrə 720 manat kredit ödənişi birlikdə 1123 manat edir. Bu da onun aylıq gəlirindən 64 manat çoxdur. Onun əmək haqqından başqa heç bir gəliri yoxdur. O, bu ödənişləri ödəməkdə çətinlik çəkir və hər ay ödəniş etdikdə gəliri kifayət etmədiyindən borc almaq məcburiyyətində qalır. Özünün ən adi şəxsi ehtiyacları üçün belə pulu qalmır. Şirvan şəhər məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfin apellyasiya şikayətinə cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmişlər. İddiaçı tərəf məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən narazı qalan iddiaçı qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Uşağın saxlanılması üçün iddiaçıdan tutulmalı olan alimentin məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin məbləğinin dəyişdirilməsi yalnız aliment barədə qətnamə qəbul edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində mühüm dəyişikliklər baş verdikdə mümkündür. Hazırki işdə İddiaçı tərəfindən təqdim edilən dəlillər həmin şərtin mövcudluğunu təsdiqləmir. Əksinə, iş materiallarından görünür ki, ərizədə göstərilən dövr ərzində onun əməkhaqqı azalmamış, əksinə 1210 manatdan 1300 manata qədər artırılmışdır. Belə olan halda, əməkhaqqının azalması və ya digər mühüm dəyişikliklər əsasında alimentin məbləğinin azaldılması üçün hüquqi əsas yaranmamışdır. İddiaçı əsas arqument kimi mövcud kredit öhdəliklərini və anasının xəstəlik səbəbindən xərclərini göstərmişdir. Lakin kredit öhdəliklərinin mövcudluğu Ailə Məcəlləsində alimentin məbləğinin azaldılması üçün əsas kimi nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, aliment uşaqların saxlanması üçün nəzərdə tutulur və valideyn özünün digər borc öhdəliklərini əsas gətirməklə övladlarının saxlanması üzrə qanuni məsuliyyətdən yayınmaq imkanına malik deyil. Valideynin şəxsi borcları uşaqların saxlanması üçün nəzərdə tutulan alimentin azaldılmasına əsas ola bilməz. Digər tərəfdən, iş materialları ilə təsdiq olunur ki, cavabdeh X4 rəsmi iş yeri olmaqla işləyir və əməkhaqqı alır. Lakin uşaqların saxlanması öhdəliyi hər iki valideynin üzərinə bərabər qoyulduğundan, bu hal iddiaçının üzərinə düşən aliment öhdəliyini istisna etmir. Uşaqların təminatı valideynlərin şəxsi maraqları ilə deyil, onların ən yaxşı mənafeyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi və “Uşaq hüquqları haqqında” Qanunun 13 və 19-cu maddələri də məhz uşaqların normal inkişafı üçün onların maddi təminatının əsas götürülməsini tələb edir. Məhkəmə həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, aliment ya qazancın müəyyən hissəsi, ya da sabit pul məbləği kimi müəyyən edilə bilər. Hazırki iş üzrə artıq birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçıdan həm qazancın üçdə bir hissəsi, həm də əlavə olaraq aylıq 50 manat sabit pul məbləği tutulması müəyyən edilmişdir. Bu qaydanın dəyişdirilməsi üçün isə iddiaçının gəlirlərinin qeyri-müntəzəm olması, sabit pul məbləği ilə müəyyən edilməsinin zərurəti və ya tərəflərin maraqlarının əhəmiyyətli şəkildə pozulması halları sübut olunmalıdır. İş materialları isə belə halların mövcudluğunu təsdiqləmir. Əksinə, iddiaçının daimi rəsmi əməkhaqqı vardır və alimentin qazancdan tutulması mexanizmi tam tətbiq edilə bilir. Kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı alimentin tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və uşaqların əsas mənafeyini əsas götürmüşdür. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək iddiaçıdan cavabdehin xeyrinə tutulacaq alimentin həm qazancın üçdə bir hissəsi, həm də əlavə olaraq aylıq 50 manat sabit pul məbləği həddində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş aliment məbləğinin azaldılmasına əsas vermir. İddiaçı tərəfindən irəli sürülən arqumentlər alimentin miqdarının dəyişdirilməsi üçün Ailə Məcəlləsinin tələblərinə uyğun hüquqi əsas yaratmır. Belə ki, birinci instansiya məhkəməsi alimentin miqdarı baxmından ağlabatan və ədalətli dəyərləndirmə aparmışdır. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(032)-1112/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar