Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1333/2024 29.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Biləsuvar Rayon Mərkəzi X1rşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməklə əvvəlki işinə (xəstəxanada terapiya şöbəsinin müdiri) bərpa edilməsi, məcburi işburaxmağa görə əmək haqqı şəklində və onun vaxtında ödənilmədiyindən yaranmış ödəncə görə təqribən 45388 manat, əldən çıxmış fayda şəklində 35.000 manat, vurulmuş mənəvi ziyana görə 50.000 manat, ümumilikdə 135.766 manat pulun Biləsuvar Rayon X8 Hüquqi Şəxsdən alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X14, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar Rayon Mərkəzi X1rşı işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqı tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(022)-382/2024 saylı qətnaməsindən (hakim Nüsrət Mirzəyev) iddiaçının nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Biləsuvar Rayon Mərkəzi X1rşı cavabdehin onun müvəqqəti əmək müqaviləsinə xitam verilməsi üçün xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi barədə X6 xx.xx.2023-cü il tarixli imperativ qərarının təsdiq edilməsi, məcburi işburaxmaya görə əmək haqqı şəklində və onun vaxtında ödənilmədiyindən yaranmış ödənclərə görə təqribən 45338 AZN, əldən çıxmış fayda şəklində 35000 AZN, vurulmuş mənəvi ziyana görə 50000 AZN-ümumilikdə 130338 AZN məbləğində puluun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək və ərizə təqdim edərək bildirmişdir ki, onunla cavabdeh Biləsuvar Rayon X8 Hüquqi Şəxsi arasında xx.xx.2021-ci il tarixdə 3 ay (xx.xx.2021 -ci ildən xx.xx.2022-ci ilədək) müddətinə əmək müqaviləsi bağlanmışdır. Bağlanmış yazılı əmək müqaviləsi "Əmək və Məşğulluq” alt sistemində 1QENOP000300 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə qeydiyyata alınmışdır.Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qeyd edilən əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən xitam verilərkən əmək müqaviləsinin bağlanma tarixi və müddəti nəzərə alınmamışdır. Belə ki, AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur.Həmin müqavilədə göstərilir ki, müddətli əmək müqaviləsinin vaxtı bitdikdə ona xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonra bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.Onunla bağlanmış müddətli əmək mqaviləsinə cavabdeh tərəfindən qanunsuz olaraq xitam verilməsi ilə bağlı AR ƏƏSMN yanında X12 Xidmətinə müraciət etmişdir. Müraciəti Xidmətin Şirvan-Salyan regional şöbəsi tərəfindən araşdırılmış və cavabdeh Əmək Məcəlləsinin yuxarıda qeyd edilən tələblərini pozduğu üçün xəstəxananın direktoru Məmmədtağı Əhmədov barəsində AR İXM-nin 192.6-cı maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 1500-2000 manatadək şərti cərimə edilmişdir.Məlum olduğu kimi bu norma imperativ normadır.Bu imperativ norma haqqında məktub DƏM tərəfindən xx.xx.2023-cü il tarixdə xəstəxanaya çatdırılmışdır.Lakin, Əmək Məcəlləsinin tələbləri ciddi şəkildə pozulmasına baxmayaraq, xəstəxananın direktoru Məmmədtağı Əhmədov qanunsuz əməllərini davam etdirərək bu qərarın icrasından israrla imtina edir.Cavabdeh öz qanunazidd hərəkətinə səbəb kimi AR TƏBİB PHŞ-nin onunla müvəqqəti əmək müqaviləsi bağlanmasının məqsədəuyğun olmadığı barədə xx.xx.2023- cü il tarixli "PHŞ- 6/2-4015/2023” saylı məktubunu göstərmişdir. Nəticədə cavabdehin onunla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verilməsi işburaxmaya səbəb olmuş, ona maddi və mənəvi ziyan dəymişdir.xx.xx.2023-cü il tarixdən əmək haqqı almamaqla keçirdiyi psixoloji, maddi və mənəvi gərginliklər nəticəsində səhhəti pozulmuş və əvvəlki bank kreditlərinin ödənilməsində çətinliklər yaranmışdır.Bununla da ona ziyan dəymişdir.Yaşının 65-dən yuxarı olması və mövcud ehtiyacları nəzərə alınsa nəticədə gecikdirilmiş əmək haqqının hər günü üçün əmək haqqının ağılabatan (yəni 1%-dən çox) məbləğində ödənc verilməsi tam ədalətli olardı. Odur ki, Biləsuvar Rayon X8 hüquqi şəxsin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməklə əvvəlki işinə (xəstəxanada terapiya şöbəsinin müdiri) bərpa edilməsi, məcburi işburaxmağa görə əmək haqqı şəklində və onun vaxtında ödənilmədiyindən yaranmış ödəncə görə təqribən 45388 manat, əldən çıxmış fayda şəklində 35.000 manat, vurulmuş mənəvi ziyana görə 50.000 manat, ümumilikdə 135.766 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavabdeh Biləsuvar Rayon X8 Hüquqi Şəxsin nümayəndəsi vəkil X18 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı Biləsuvar rayon Mərkəzi X1rşı iddiasını əsassız hesab edir. Belə ki, İddiaçı Biləsuvar rayon X8 Hüquqi Şəxsdə müqavilə əsasında həkim vəzifəsində işləmişdir. 12 iyun 2023-cü il tarixdə müqavilə müddəti bitdiyindən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələbi ilə işdəın azad edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə görə Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçıh oğlu əmək mübahisəsinin həll edilməsi üçün 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda 10 ay sonra məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı qanunun tələbinə görə iddia müddətini buraxmışdır.İddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Biləsuvar Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(022)-382/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə də işə baxarkən Azərbaycan Respublikası Əmək və İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması hallarını nəzərə almamışdır. Yalnız mülki işdə olan sənədlərə istinad edilmişdir.Hec bir araşdırma aparılmamışdır. Cavabdehin mövqeyi əsas götürülmüşdür. Cavabdehin mövqeyi də ondan ibarətdir ki, iddia müddəti keçdiyindən iddia tələb rədd edilməlidir. Hesab edirik ki,iddiaçı hüquqularının pozulduğu andan müxtəlif icra orqanlarına, o cümlədən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən yeganə orqan olan X9 müraciət etmişdir. X12 də xx.xx.2023-cü il tarixli əmrin qanunsuz olduğunu bildirmiş və iddiaçının öz işinə bərpa edilməsi barədə rəsmi göstəriş vermişdir.Lakin cavabdeh bu göstərişə əməl etməmiş, qərəzli, qanunsuz münasibətini inadlı şəkildə davam etdirmişdir. Beləliklə, iddiaçının əməlində inzibati xəta olduğundan o, şərti olaraq cərimə edilmişdir. Digər tərəfdən iddia müddətinin keçməsi halı da araşdırılmamış və müddətin keçməsinin üzürlü hesab edilməsi üçün kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmə buna əhəmiyyət verməmişdir. Halbuki, iddiaçı hüquqlarının pozulmasının aradan qaldırılması üçün mütamadi şəkildə çalışmışdır. Cavabdeh Əmək müqaviləsinə xitam verərkən AR ƏM-nin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinin,73-cü maddəsinin 1-ci hissəsinin, 45-cü maddəsinin tələbləri aşkar surətdə pozulmuşdur. Bu faktlarıX12 də təsdiq etmişdir. Məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə istinad etsə də əmək münasibətləri sahəsində Azərbaycan RespublikasıKonstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilmısinin təmin edilməsində icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinə hüquqi qiymət verilməmişdir. X12 haqqında Azərbaycan RespublikasıQanunun və İXM-nin 192.6-cımaddəsinin cavabdeh tərəfindən pozulması hallarına hüquqi qiymət verilməmişdir. Məhkəmə işə baxarkən ƏMnin 73-cü maddəsinin 1-ci bəndinin tələbinin işin faktiki halı üzrə tətbiqində düzgün qənaətə gəlməmişdirşBelə ki, 3 ay müddətinə bağlanmış əmək müqavilıəsinin müddətinin xx.xx.2022-ci il tarixdə başa çatmasına baxmayaraq əmək münasibətləri davam etmişdiur ki, bu da həmin əmək müqaviləsinin 03 ay müddətinə, yəni 10 may 2022-ci il tarixədək uzadılmasına səbəb olmuşdur.xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmədiyindən əmək münasibətləri davam etmiş və qanuna müvafiq olaraq 3 aylıq müddət təzələnmişdir ki, bu müddətdə 10 avqust 2022-ci il tarixdə başa çatır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və hüquqi qiymət verilməmişdir. Belə ki, işin faktiki halları göstərir ki, cavabdehin özünün qanundan üstün tutması, qanuni göstəriş və tələblərə əməledilməməsiməhkəmə tərəfindən araşdırılıb hüquqi qiymət verilməmiş və yalnız cavabdehin irəlisürdüyü iddia müddətinin ötürülməsinə əsaslanmışdır. Halbuki iddia müddətinin ötürülməsinin üzrlü səbəblərdən olub-olmaması hallarını araşdırıb hüquqi qiymət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, hazırda 69 yaşı vardır. Cavabdeh Mərkəzi Xəstəxananın direktoru ilə Tibb Universitetində qrup yoldaşı olmuşdur. O Xəstəxanaya direktor təyin olunduqdan sonra ona demişdir ki, ərizə yaz işdən çıx. O isə səbəbini soruşmuşdur. Demişdir ki, dövlət qulluğunda işləmənin son yaş həddinə çatmısan, ona görə. Direktora demişdir ki, özü ondan 10 ay böyükdür. Bu söz direktorun acığına getmiş, ona görə onunla prinsipə düşərək onu işdən azad etmişdir. Qeyd etmişdir ki, cavabdeh əsassız olaraq onu işdən çıxarmışdır.Bildirmişdir ki, onun son-haqq hesabı işdən çıxarıldıqdan 1 həftə sonra verilmişdir. Məhkəməyə gec müraciət etməsinin səbəbi cavabdehlə danışıqlar aparması, TƏBİB-ə müraciətlər etməsi olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayatin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin 1 -ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1 -ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 -ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qeyd olunan ƏM-nin 73-cü maddəsinin 1 -ci bəndinin tələbinin işin faktiki halı üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, Biləsuvar Rayon X8 Hüquqi şəxsinin direktoru X4 ilə İddiaçı arasında 10 noyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixə kimi, yəni 03 ay müddətinə bağlanmış əmək müqaviləsinin müddətinin 10 fevral 2022-ci il tarixdə başa çatmasına baxmayaraq əmək münasibətləri davam etdirilmişdir ki, bu da həmin əmək müqaviləsinin 03 ay müddətinə, yəni 10 may 2022-ci il tarixədək uzadılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən:
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2024- 00159 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Biləsuvar Rayon X8 hüquqi şəxsi ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* nömrəli əmək kitabçasının surətindən və tərəflərin izahatlarından görünür ki, İddiaçı xx.xx.2021 -ci il tarixdən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin şöbə müdiri vəzifəsinə AR ƏM-nin 10.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq yaş həddi səbəbi ilə xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi bağlanmış əmək müaaviləsində nəzərdə tutulmuş 3 ay müddətə təyin edilmiş və xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin "b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Biləsuvar Rayon X8 Hüquqi şəxsinin direktoru X4 ilə İddiaçı arasında 10 noyabr 2021-ci il tarixdən 10 fevral 2022- ci il tarixə kimi 03 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Biləsuvar Rayon X8 Hüquqi şəxsinin 12 iyun 2023-cü il tarixli PHŞ-6-30/3-1-416/2023 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, Biləsuvar Rayon X8 Hüquqi şəxsin Terapiya şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə 12 iyun 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. İddiaçı müddətin üzrlü səbəblərdən ötürülməsini bildirsə də, buna dair zəruri sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də, apellyasiya şikayəti əsassız hesab edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Biləsuvar Rayon X8 Hüquqi Şəxsi arasında xx.xx.2021-ci il tarixdə 3 ay (xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək) müddətinə əmək müqaviləsi bağlanmışdır. Müqavilə müddəti xx.xx.2022-ci il tarixdə bitsə də tərəflərdən heç biri müqavilənin ləğv edilməsini tələb etmədiklərindən həmin müqavilə növbəti dəfə eyni müddətə uzadılmış hesab edilmişdir. Bu cür vəziyyət xx.xx.2023-cü il tarixinədək davam etmişdir. Həmin tarixədək tərəflər arasındakı müqavilə hər dəfə 3 ay müddətinə xx.xx.2021-ci ildən xx.xx.2022-ci, xx.xx.2022-ci ildən xx.xx.2022-ci, xx.xx.2022ci ildən xx.xx.2022-ci, xx.xx.2022-ci ildən xx.xx.2023-cü, xx.xx.2023-cü ildən xx.xx.2023-cü və xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək uzadılmış hesab edilmişdir. Müəyyən edilir ki, tərəflər arasında olan əmək müqaviləsi sonuncu dəfə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək uzadılmış hesab edilsə də cavabdeh əmək qanunvericiliyini pozaraq iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verməli olduğu halda müqavilə müddəti bitmədən 12.06. 2023-cü il tarixdə xitam vermişdir. Göründüyü kimi cavabdeh iddiaçını qanunvericiliyi pozmaqla işdən çıxarmasını qəbul edir. Buna görə də iddiaçının 1 aylıq iddia müddətini ötürdüyünü qeyd edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alan birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçiriərək hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(022)-382/2024 saylı qətnaməsi iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması, faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(022)-382/2024 saylı qətnaməsi iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.