Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1336/2024 22.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Açar sözlər: aliment tələbi, artırıldı. X5 (sədrlik edən və məruzəçi), T9 və X8 ibarət tərkibdə, Həsən Əhliman oğlu Əliyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(036)-555/2024 saylı qətnaməsindən (hakim Ülvi Qənbərov) İddiaçı apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdaki qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 400 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə faktiki surətdə evlənmiş, onların xx.xx.2021-ci il təvəllüdlü X12 adında uşaqları olmuş və bir müddətdən sonra münasibətləri pozulduğundan ayrılmışlar. xx.xx.2021-ci il təvəllüdlü X12 ananın himayəsində qalmasına baxmayaraq Cavabdeh uşağın saxlanılmasında iştirak etmir. Zahidova X3 Q.Babaşov adına kənd orta məktəbində müəllim vəzifəsində işləməklə əmək haqqından tutulmalar çıxıldıqdan sonra ayda cəmi 760,0 manat qazanır. Həmin puldan həy ay 250,0 manat uşaq üçün tutulan baxıcıya və 281,0 manat Cavabdeh tərfindən "xxxx" ASC-dən götürülən 8100,0 manat məbləğində kreditin qaytarılmasına ödəyərək cəmi 231,0 manatla dolanır. Cavabdeh "xxxx" MMC-də sürücü işləməklə ayda 1000,0 ABŞ dolları qazanmasına baxmayaraq ayda cəmi 345,0 manat əmək haqqı aldığını bildirməklə aliment öhdəliyinin icrasından qərəzli surətdə yayınır. Ona görə də, xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 400 manat sabit pul məbləğində aliment tutulması barədə Cavabdeh onun xeyrinə ayda 400 manat sabit pul məbləğində aliment tutulması barədə iddia qaldırmşdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə faktiki olaraq evlənmiş, onların xx.xx.2021-ci il təvəllüdlü X12 adında uşaqları olmuş və bir müddətdən sonra münasibətləri pozulduğundan ayrılmışlar. xx.xx.2021-ci il təvəllüdlü X12 ananın himayəsində qalmışdır. Zahidova X3 Q.Babaşov adına kənd orta məktəbində müəllim vəzifəsində işləməklə 949,39 manat əmək haqqı alır. Cavabdeh isə "Uğurlu yol” MMC-də sürücü işləməklə ayda cəmi 345,0 manat qazanır. Cavabdeh əvvəlki nikahdan doğulmuş iki nəfər uşağın saxlanmasına görə aliment öhdəliyi vardır və İddiaçı ilə ayrıldıqdan sonra yenidən evləndiyi üçün ailəsinin ən zəruri ehtiyaclarını belə ödəməkdə çətinlik çəkir. Buna baxmayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 ötrü ün İddiaçı xeyrinə ayda 100,0 manat sabit məbləğdə aliment ödəməyə razıdır. İmişli Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(036)-555/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit məbləğdə alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının əvvəlinin 24 yanvar 2024-cü il tarixdən hesablanması, qətnamənin dərhal icra olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilərək, iddianın tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə ədalətli qərar çıxarılması üçün Cavabdeh "xxxx" MMC-də ay ərzində real qazancının miqdarı müəyyən edilməli idi ki, bu edilməyib. Bunu isə Dövlət Vergi Xidmətinə sorğu verərək şirkət tərəfindən 2022-ci ilin mayından 2024-cü ilə qədər təqdim olunmuş vergi bəyannamələrində Cavabdeh barəsində nə qədər vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının ödənilməli olması, bunun üçün də qazancına dair bəyan edilən məlumatların əldə olunması vasitəsi ilə aydınlaşdırmaq mümkün idi. Lakin işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bu halın aydınlaşdırılması məqsədilə məhkəmə zəruri hərəkətləri etməyib. Məhkəməyə cavabdehin əmək haqqı barədə təqdim olunmuş sənəd onun həqiqi qazancını təsdiq etmir və bir sıra suallara, məsələn əvvəlki əmək müqaviləsi bildirişinin təqdim edildiyi 2022-ci ilin may ayından yeni əmək müqaviləsi bildirişinin verildiyi 17 mart 2023-cü ilə qədər əmək haqqının nə qədər olmasına aydınlıq gətirmir. Bundan əlavə, Mil- Muğan Regional Təhsil İdarəsi tərəfindən barəsində məhkəməyə təqdim edilmiş arayış da qeyri mötəbər və nöqsanlıdır. Çünki, orada aylıq əmək haqqının guya 949,39 manat olması barədə məlumat əsassızdır. Əslində onun real əmək haqqı bundan xeyli azdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçının nümayəndəsi X17 məhkəməyə ərizə göndərərək, iddiaçının azyaşlı uşağının müalicəsi ilə əlaqədar xəstəxanada olduğunu, o isə özünü yaxşı hiss etmir, ürək ağrıları ilə bağlı İmişli rayon X10 Yardım Xidmətinə müraciət etmişdir. Bu səbəbdən üzrlü olaraq iştirak edə bilməyəcəyini nəzərə alaraq, təyin olunmuş məhkəmə iclasının təxirə salınıb, başqa vaxta keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, üzrlü səbəblərə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. (arayış və s.) Cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsinin ləğvinə yönəldiyindən, əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aliment məbləği 150 manat müəyyən edilməlidir. İşdə olan AZ-İV №700121 saylı «doğum haqqında şəhadətnamənin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 Cehun Ramiz oğlundan törəmişdir. İşdə olan AZ-İİ №588519 saylı «nikah şəhadətnaməsinə» əsasən İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. İşdə olan AZ-İİ №262874 saylı «doğum haqqında şəhadətnamənin» surətinə əsasən X11 doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 Cehun Ramiz oğlundan törəmişdir. İşdə olan AZ-İİ №222703 saylı «doğum haqqında şəhadətnamənin» surətinə əsasən X11 doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 Cehun Ramiz oğlundan törəmişdir. İşdə olan AR ETN Məktəbəqədər və Ümumi Təhsil üzrə DA Mil-Muğan Regional Tİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 142 nömrəli arayışa əsasən Zahidova X3 Q.Babaşov adına kənd orta məktəbində müəllim vəzifəsində işləyir və ayda 949,39 manat əmək haqqı alır. İşdə olan Elektron informasiya mənbəyinin "əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” barədə xx.xx.2023-cü il tarixli xxxxxxx000103 nömrəli məlumatına əsasən Cavabdeh "Uğurlu Yol” MMC-də yük daşıyan sürücü vəzifəsində işləyir və 345,0 manatəmək haqqı alır. İddiaçı faktiki nikah münasibətlərdində olmuş olduğu şəxsə qarşı aliment tələbinə dair iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, 130 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissəsində qətnaməni mübahisələndirməklə, mahiyyətcə alimentin artırılmasını xahiş etmişdir. Şikayətinin əsas dəlilləri də, ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçının əmək haqqının məbləğini araşdırmamışdır, onun əmək haqqı çoxdur. Eyni zamanda cavabdehin əmək haqqı azdır, məhkəmə bunu nəzərə almalı idi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan təmin etməlidir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat müəyyən edilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin bundan əvvəlki nikahdan 2 uşağı var və həmin uşaqların anaları vəfat etdiyindən həmin uşaqlar hazırda cavabdehin yanındadır. Həmçinin cavabdeh bildirmişdir ki, 3-cü dəfə ailə qurmuş həyat yoldaşı hamilədir. İddiaçının işləyərək əmək haqqı aldığını, cavabdehin faktiki olaraq işləyərək əmək haqqı aldığını, cavabdehin yanında 2 uşağının olmasını, tərəflərin və uşağın mənafelərini nəzərə alaraq kollegiya hesab edir ki, qət edilmiş 130 manat aliment məbləğinin 150 manat müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə kollegiyası hesab edir ki, uşaqların tələbatlarını ödəmək, həmçinin tərəfələrin tələbatları və gəlirləri nəzərə alınaraq, alimentin miqdarı artırılmalı, 150 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunnvericiliklə müəyyən edilmiş həddən az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(036)-555/2024 saylı qətnaməsi-alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit məbləğdə aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Hazırkı alimentin tutulmasının başlanğıcı iddia verildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1336/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1336/2024
22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver