Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1347/2023 06.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Elbrus qızının Cavabdeh Şəhriyar oğluna qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(036)-1354/2023 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) cavabdehin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Elbrus qızı Cavabdeh Şəhriyar oğluna qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, 2 aprel 2021-ci il təvəllüdlü X5 məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmaqla yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə 13 mart 2020-ci ildə faktiki ailə quraraq evlənmişlər. Birgə nikahlarından 2 aprel 2021-ci ildə X6 adlı bir uşaqları olmuşdur. Cavabdeh ona fiziki, psixoloji şiddətlər göstərirdi və bu səbəbdən övladını götürərək atasının himayəsinə sığınmuışdır. Cavabdeh ona və övladına maddi olaraq baxmır. Övladı böyüdükcə tələbatı artır və tənha, işsiz xanım olaraq övladının tələbatlarını qarşılaya bilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh həbsə alınması səbəbindən ayrılmışlar. Uşağın ananın yanında qalmasına baxmayaraq Cavabdeh dövlət tərəfindən verilən qazi pensiyasından uşaqa pay ödənilmir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı ilə 2020-ci ildə el adəti ilə evlənərək ər-arvad kimi birlikdə yaşamış və onların 2 aprel 2021-ci il təvəllüdlü X6 adında uşaqları olmuşdur. Cavabdeh uşağın saxlanmasında iştirak etməkdən yayınmamış, 2022-ci ilin iyul ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdir. Bundan sonra İddiaçı öz valideynlərinin evinə getmiş və aliment tələb etmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İmişli Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(036)-1354/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, 2 aprel 2021-ci il təvəllüdlü X5 29 mart 2023-cü ildən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Elbrus qızına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin qismən təmin edilməsi, alimentin məbləğinin Ailə Məcəlləsinin 76.1-ci maddəsi əsas götürülməklə cavabdehin qazancının dörddə bir hissə şəkilində müəyyən edilməklə tutulması, daha dəqiqi, 150 manat məbləğində aliment müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlu Cavabdeh hazırda azadlıqdan məhrum edilmə növündə cəzaçəkmə müəssisəində cəza çəkir. İş materiallarında olan və hazırkı apellyasiya şikayətinə də əlavə etdiyi etibarnamədən görünür ki, oğlu məhkəmələrdə onu təmsil etmək üçün ona səlahiyyət verib. Hesab edir ki, qətnamə işin obyektiv hallarının tam, hərtərəfli, obyektiv və qərəzssiz araşdırılmasının aparılmaması, məhkəmənin gəldiyi nəticə əsaslandırılmadan, sübutlara istinad edilmədən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmadan, eyni zamanda maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə çıxarılıb. Ona görə də İmişli Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(036)-1354/2023 saylı qətnaməsi apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinə münasibətdə və azyaşlı X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin vəziyyəti nəzərə alınmaqla qanunauyğun qaydada yeni qərar çıxarılmalıdır. Belə ki, İddiaçı Elbrus qızı 2010-cu ildə el adəti ilə oğlu Cavabdeh Səhliyalı oğlu ilə evlənərək faktiki nikah münasibətinə girməklə ərarvad kimi birlikdə yaşamağa başlamışlar. Həmin evlilikdən onların 2 aprel 2021-ci ildə X6 adlı uşaqları olub. Onların münasibətləri həmişə normal və mehriban olmuş, birgə yaşadıqları dövrdə aralarında heç bir söz-söhbət olmayıb. Sadəcə oğlu Cavabdeh Səhliyalı oğlu məhkəmə qərarı ilə azadlıqdan məhrum edildikdən sonra iddiaçı heç bir səbəb olmadan uşağı da götürüb atası evinə gedib. Yeri gəlmişkən, burada bir cəhəti xüsusi vurğulamaq istərdi ki, iddiaçı oğlunun azadlıqdan məhrum edilməsindən sonra ər evini iki dəfə tərk edib. Birinci dəfə getdikdən bir müddət sonra yenə uşaqla birlikdə qayıtmış, ata evindən digər şəxslər də tez-tez gəlməklə, evdə qalan yeganə şəxs kimi mənimlə mehriban davranır və qohumluq münasibətlərinin davam etdirilməsi üçün heç bir problem görmədiklərini bildirirdilər. Hansı ki, bu zaman uşağın hələ atalığı müəyyən edilməmiş, ona doğum haqqında şəhadətnamə verilməmişdi. Sonradan məlum oldu ki, iddiaçı uşağın atalığının müəyyən edilmədiyi üçün atası evindən geri qayıtmış, bu məqsədinə nail olduqdan sonra yenidən atası evinə geri dönəcəkmiş. O, uşağın atalığının müəyyən olunmasının vacibliyi barədə bir neçə dəfə ona söyləmiş, Aqşinə bildirməyini xahiş etmişdi. Növbəti görüşlərdən birində iddiaçının istəyini nəzərə alaraq bu barədə Aqşinə söyləmiş, bu məsələnin həllinin uşağın mənafeyi baxımından vacib olduğunu ona bildirmişdir. Cavabında Aqşin heç bir etirazının olmadığını, uşağın onun doğma övladı olduğunu bildirərək, etibarnaməyə əsasən lazımi hərəkət etməyi ona tapşırmışdı. O da öz növbəmdə İmişli rayon qeydiyyat şöbəsinə gedərək tələb olunan sənədləri imzalamış və nəvəsi Jasminə müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. Elə bundan dərhal sonra iddiaçı uşağı və ona aid sənədi də özü ilə götürərək atası evinə getmiş, həm özü, həmdə qohumları onların evinə gəliş-gedişlərinə birdəfəlik son qoymuşlar. Bu gedişdən bir qədər sonra isə İddiaçı Elbrus qızı tərəfindən İmişli Rayon Məhkəməsində aliment tələbi barədə iddia qaldırılmışdır. Halbuki onun evi tərk edərək atası evinə getməsinə heç bir tutarlı səbəb yox idi. Beləki, onunla həmişə mehriban davranmış, oğlum Aqşinin övladı və nəvəsi Jasminə baxılmasında özünün gözdən əlil olmağıma baxmayaraq, kömək etmişdir. Oğlu Cavabdeh Səhliyalı oğlu bir gün məhkumluğunu başa vurub geri dönəcək. Üstəlik, uşaq nə qədərki evdə idi, onun maddi təminatı Azərbaycan Respublikasın qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq xərclərindən yüksək həddə həm oğlumun, həm də özünün aldığı pensiyalarla təmin olunurdu. Əgər iddiaçı uşağı da götürüb, onun maddi təminatının minimum dolanacaq səviyyəsindən aşağı düşməsinə səbəb olan mühitə aparırsa (iddia tələbində buna istinad etməsi sübut edir ki, onun hərəkətləri nəticəsində məhz belə də olub), burada oğlu Aqşinin hansı günahı var. Qeyd etdiyi kimi, oğlu Cavabdeh torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda bütün cəbhə boyu müvəffəqiyyətli əks hücüm əməliyyatı çərçivəsində 2020-ci ilin sentyabr ayının 27sində başlanmış və 44 gün davam etmiş Ermənistan-Azərbaycan müharibəsinin iştirakçısıdır, əsas istiqamətlərdə aktiv döyüş əməliyyatlarında iştirak edib, döyüş zamanı xəsarət alıb, nəticədə sağ əlinin 4 barmağının kəsilməsi, görmə zəifliyi və digər müşaiyət edən patologiyalar nəticəsində müddətsiz 3-cü dərəcə müharibə əlilidir, birçox medallarla təltif olunub. Bu şikayətə əlavə edəcəyim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Mil-Muğan regional filialının verdiyi 22 iyun 2023-cü il tarixli 3-17- 1/2-H-143004/2023 saylı arayışdan görünür ki, Cavabdeh 3-cü dərəcə müharibə əlilliyi ilə əlaqədar 150 (bir yüz əlli) manat məbləğində sosial müavinət, 330 (üç yüz otuz) manat məbləğində Prezident təqaüdü alır. Arayışda eyni zamanda müavinət və təqaüdün müddətsiz təyin edilməsi göstərilir. Beləliklə məlum olur ki, oğlu Aqşin müavinət və təqaüdlə bir yerdə cəmisi 480 (dörd yüz səksən) manat hər ay sabit və dəyişməz məblğdə vəsait alır. Bu apellyasiya şikayətinə əlavə edəcəyi 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsindən və ona əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Aqşin Həsənov "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 60 ay müddətinə, 28 faizlə bankdan 8000 (səkkiz min) manat məbləğində kredit götürüb və 27 dekabr 2021-ci il tarixdən hər ay olmaqla 249.09 (iki yüz qırx doqquz tam yüzdə doqquz qəpik) manat kreditə görə borc ödəyir və bu ödəniş 2026-cı ilin dekabr ayına qədər davam edəcək. İmişli Rayon Məhkəməsinin qətnaməsinə əsasən Aqşin tərəfindən ödənilməli olan 220 manat aliment məbləğini Kapital Banka ödənilən 250 manata yaxın kredit borcuna görə ödənilən məbləğlə topladıqda, bu təxminən 470 (dörd yüz yetmiş) manata yaxın pul edir. Buradan aydın olur ki, müharibə əlili kimi Aqşinə təyin olunmuş 480 manatdan yerdə cəmi 10 (on) manatdan bir qədər artıq vəsait qalır. Özü gözdən əlilliyinə görə aldığı pensiya kartını isə Aqşinin cinayət işinə görə yaranmış borclarının ödənilməsi üçün zərərçəkmişə vermişdir. Başqa mənbədən gəlirləri yoxdur. Belə olan halda özünü nəzərə almaq niyyətində deyil, Aqşinin öz maraqlarına istinad edir, həbsxanadadır, xəstədir, elə bu yaxınlarda penitensiyar xidmətin xəstəxnasında onun sağ əlinin digər barmağı da amputasiya edilib. Onun bu vəziyyətini nəzərə alaraq, narahat olduğu üçün ay ərzində bir neçə dəfə onunla görüş alır, sovqat aparır ki, bunlar da hamısı maddi vəsait tələb edir. Birinci instansiya məhkəməsinin mübahisələndirdiyi qətnaməsindən sonra artıq xeyli müddətdir ki, pul olmadığına görə, nə qədər cəhd etsəm də, yaşadığı evdən çıxıb Bakıya, Aqşini görməyə gedə bilməmişdir. Halbuki, Ailə Məcəlləsində qeyd olunur ki, aliment təyin olunması zamanı məhkəmə tarəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan başqa halları nəzərə almalıdır. Çünki, göstərdiyi kimi, belə vəziyyətdə oğlu Aqşinin yaşaması üçün ortada heç bir vəsait qalmır. Baxmayaraq, onun azadlıqdan məhrum etmə yerində xərcləri dövlət tərəfindən ödənilir, bununla belə qəbul olunmalıdır ki, Aqşin xəstə və əlil olduğundan, onun xüsusi xərcləri də təbii olaraq yaranır, bu da həmin vəsaitdən aliment və kreditə görə borcu ödənildikdən sonra onun üçün bir qədər saxlanmasını tələb edir. Ona görə də birinci instansiya məhkəməsi aliment təyin olunması zamanı bu halları nəzərə almalı, aliment məbləğini elə təyin etməli idi ki, pensiyasından Aqşin üçün də bir qədər qalmış olsun. Bundan əlavə, yuxarıda qeyd etdiym kimi, Aqşinin gəliri müharibə əlili kimi ona ödənilən sosial müavinət və Prezident təqaüdündən ibarətdir ki, bu da daimidir. Belə olan halda mübahisəyə aylıq sabit pul məbləğində aliment təyin olunmasını nəzərdə tutan AiləMəcəlləsinin 78.2-ci maddəsi deyil, 76-cı maddəsi tətbiq edilməli idi ki, bu barədə aşağıda qeyd edəcəyəm. Əlbəttə, X6 onun nəvəsidir, birinci növbədə onun maraqlarının nəzərə alınmasını istəyir. Eyni zamanda gəlini olan iddiaçıya da münasibəti pis deyil. Lakin səlahiyyətli nümayəndəsi olduğu oğlu Aqşin Həsənovun da maraqları, müharibə əlili olması, xəstəliyi və onun müalicə edilməsinin zəruriliyi və digər maraqları da uşaqın maraqları ilə birlikdə qanunla nəzərə alınmalı idi. Lakin İmişli Rayon Məhkəməsi bu halları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətə alınmalı olan digər xüsusiyyətləri nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuş, bu da qanunsuz və əsassız qətnamə çıxarılması ilə nəticələnmişdir. Ona görə də hesab edir ki, həmin qətnamə apellyasiya qaydasında ləğv edilməli, iddia tələbi qismən təmin olunmalı, tərəflərin maraqlarını tarazlaşdıran yeni qətnamə qəbul edilməlidir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Atalığın müəyyən edilməsi haqqındla şəhadətnaməyə əsasən Cavabdeh 2 aprel 2021ci ildə İddiaçı Elbrus qızından doğulmuş X5 atası hesab edilmişdir; Doğum haqqında şəhadətnaməyə əsasən 2 aprel 2021-ci ildə Bakı şəhərində doğulmuş X5 atası Cavabdeh, anası isə İddiaçı Elbrus qızıdır, Azərbaycan Respublikası Medalının vəsiqəsinə əsasən Cavabdeh “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert Komissiyasının 8 sentyabr 2021-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdlir; 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş qrafikinə əsasən Cavabdeh "xxxx" ASC-dən illik faiz dərəcəsi 28% olmaqla və 60 ay müddətinə qaytarılması şərti ilə almış olduğu 8000 manat məbləğində krediti 27 dekabr 2021-ci ildən başlayaraq hər ay 249.09 manat məbləğində ödənişlər etməklə 26 noyabr 2026-cı ilədək qaytarmalıdır; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 iyul 2022-ci il tarixli 1(099)-427/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasının əvvəli 23 yanvar 2022-ci ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 05 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin ; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Göründüyü kimi adı çəkilən qərarlarla və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin alimentin məbləğinin dəyişdirilməsi üçün əsasdır. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinə dair hər hansı bir sübut verilməməsi ilə yanaşı, cavabdehin üçüncü qrup müharibə əlili olması, aldığı sosial müavinət və Prezident təqaüdündən savayı başqa gəlirinin olmaması, azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilərək hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi və sair kimi diqqətəlayiq hallar, həmçinin valideynlərin hər ikisinin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən təyin olunan sabit pul məbləğində alimentin miqdarı 220 manatdan azaldılaraq 170 manat məbləğində müəyyən edilməlidir. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Hazırki iş üzrə iddianın qiyməti (220X12=2640) 2640 manat, iddiaçıya münasibətdə mübahisələndirilən hissədə qiyməti isə (170x12=2040; 2640-2040=600) 600 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(036)-1354/2023 saylı qətnaməsi alimentin müəyyən olunan məbləği hissədə dəyişdirilsin və 2 aprel 2021-ci il tarixli X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Samir Həsənov
Məhkəmə qərarları › İş №2(106)-1347/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1347/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver