Məhkəmə qərarları › İş №2(106)-1361/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1361/2023

16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1361/2023 16.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X1 Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Şahid3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “cehiz və qızıl zinət əşyalarının və ya onların dəyərinin qaytarılması, əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilmiş pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)466/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) çəkisi 14 qram, dəyəri 1260 manat olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram, dəyəri 630 manat olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram, dəyəri 342 manat olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram, dəyəri 378 manat olan 1 ədəd qızıl üzük, çəkisi 5,6 qram, dəyəri 504 manat olan 1 cüt qızıl sırğa, çəkisi 3,6 qram, dəyəri 324 manat olan 1 cüt qızıl sırğa, çəkisi 4,8 qram, dəyəri 480 manat olan 1 ədəd brilyant qaşlı qızıl üzük, dəyəri 440,80 manat olan 1 ədəd şifoner, dəyəri 243,20 manat olan 1 ədəd 2 nəfərlik taxt, dəyəri 121,60 manat olan 1 ədəd termo, dəyəri 494 manat olan 1 ədəd servant, dəyəri 212,80 manat olan 1 ədəd stol-stul dəsti, dəyəri 425,60 manat olan 1 ədəd künc divanı, dəyəri 84 manat olan 1 ədəd tozsoran, dəyəri 45,50 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 31,50 manat olan 1 ədəd stolüstü qaz plitəsi, dəyəri 392 manat olan 1 ədəd televizor, dəyəri 294 manat olan 1 ədəd soyuducu, dəyəri 266 manat olan 1 ədəd 10 kiloqramlıq paltaryuyan, dəyəri 31,50 manat olan 1 ədəd çörək sobası, dəyəri 38,50 manat olan 1 ədəd üçgözlü lüstr, dəyəri 52,50 manat olan 1 ədəd beşgözlü lüstr, birinin dəyəri 85 manat olmaqla, ümumi dəyəri 170 manat olan 2 ədəd 6 nəfərlik yemək dəsti, dəyəri 65 manat olan 1 ədəd qaşıq-çəngəl dəsti, birinin dəyəri 160 manat olmaqla, ümumi dəyəri 320 manat olan 2 ədəd qazan dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik farfor nəlbəki dəsti, birinin dəyəri 18 manat olmaqla, ümumi dəyəri 72 manat olan dörd ədəd 6 nəfərlik fincan dəsti, birinin dəyəri 49,40 manat olmaqla, ümumi dəyəri 98,80 manat olan 2 ədəd pərdə, birinin dəyəri 34,20 manat olmaqla, ümumi dəyəri 68,40 manat olan 2 ədəd yorğan, birinin dəyəri 26,60 manat olmaqla, ümumi dəyəri 53,20 manat olan 2 ədəd döşək, dəyəri 41,80 manat olan 1 ədəd iki nəfərlik taxt döşəyi, dəyəri 49,40 manat olan 1 ədəd iki nəfərlik taxt yorğanı, birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 82,08 manat olan 6 ədəd yastıq, birinin dəyəri 16,72 manat olmaqla, ümumi dəyəri 50,16 manat olan 3 ədəd yataq örtüyü, birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 54,72 manat olan 4 ədəd yataq dəsti, dəyəri 16,72 manat olan 1 ədəd yay yorğanının naturada, bu mümkün olmadıqda isə onların ümumilikdə dəyərini təşkil edən 8079,28 manat məbləğində pulun, eləcə də əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilmiş 185 manat məbləğdə pulun alınıb iddiaçıya verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə o və cavabdeh el adətilə toy edib evlənmiş, nikahlarını rəsmiləşdirmişlər. Toydan sonra o, cavabdehin, qayınanası olmuş Şahid3 (bundan sonra – Zöhrə) və baldızı olmuş Şahid2 (bundan sonra - Ayna) yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, 2022-ci ilin yanvar ayının əvvəllərinə kimi həmin evdə yaşamışdır. 07 yanvar 2022-ci il tarixdə həmin evdə cavabdeh onu və uşaqlarını növbəti dəfə döydüyünə, Zöhrə və Aynanın ona qarşı etdikləri qanunsuz hərəkətlərindən bezdiyinə görə iddia ərizəsində ona qaytarılmasını xahiş etdiyi qızıl-zinət və cehiz əşyalarını həmin evdə saxlamaqla, uşaqlarını götürüb evdən çıxıb, bacısının Bakı şəhərində yaşadığı evə getmişdir. Bundan sonra atası onu və uşaqlarını Füzuli rayonunda yaşadığı evə gətirmişdir. Bu səbəbdən onun qızıl-zinət və cehiz əşyaları əvvəllər cavabdehlə yaşadığı Müşviqabad qəsəbəsində yerləşən evdə qalmışdır. Füzuli Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(064)- 681/2022 nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra da cavabdehdən iddia ərizəsində göstərdiyi qızıl-zinət və cehiz əşyalarını ona qaytarmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında iddia ərizəsində göstərdiklərinə əlavə olaraq bildirmişdir ki, cavabdehlə nikahda olduğu müddət ərzində nikahlarından doğulmuş uşaqları ilə yanaşı, qayınanası olmuş Şahid3 (bundan sonra – Zöhrə) və baldızı olmuş Şahid2 (bundan sonra - Ayna) ilə birlikdə Zöhrənin gay Füzuli rayonunda yerləşən evində, gah da ünvan 1 ünvanında yerləşən evində yaşamışlar. İddia ərizəsində tələb etdiyi cehiz əşyalarını və cavabdehin ailəsi tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını Zöhrənin Müşviqabad qəsəbəsində yerləşən evində saxlamışdır. 2021-ci ildə Zöhrənin Füzuli rayonunda yerləşən evində yaşayarkən o, alt və üst çənəsindəki dişlərində baş vermiş kəskin ağrılardan əziyyət çəkdiyinə görə Zöhrə ona dişlərinin müalicə edilməli olduğunu, bunun üçün özündə nağd pul olmadığını bildirib, hədiyyə etdikləri qızıl-zinət əşyalarının satılmasını təklif etmiş və bunun əvəzində gələcəkdə qızıl-zinət əşyaları alacağını vəd vermişdir. Ona cavabdehin ailəsi tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını taxmadığına və kəskin diş ağrılarından əziyyət çəkdiyinə görə Zöhrənin bu təklifi ilə razılaşmışdır. Sonuncu onu Füzuli rayonunda işləyən diş həkiminə aparmış, həmin həkim dişlərini müayinə etdikdən sonra dişlərinin müalicəsi üçün 1400 manat məbləğində pul ödənilməli olduğunu demişdir. Göstərdiyi səbəbdən Zöhrə və Ayna ona hədiyyə edilmiş, Zöhrənin Müşviqabad qəsəbəsində yerləşən evində saxladığı, çəkisi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğanı onun iştirakı ilə olmasa da, onun razılığı ilə Bakı şəhərində cəmi 1100 manat məbləğində pula satmışlar. Zöhrə həmin pula 300 manat məbləğində pul da əlavə edib, cəmi 1400 manat məbləğində pulu Füzuli rayonunda onun dişlərini müalicə etmiş həkimə vermişdir. Buna görə də iddiasının Zöhrə və Aynanın onun razılığı ilə satmalarını göstərdiyi qızıl-zinət əşyalarına aid olan hissəsindən imtina edir, həmin qızıl-zinət əşyalarını cavabehdən tələb etmir. Cavabdehlə ər-arvad münasibətində yaşadığı dövrdə Zöhrə və Ayna dəfələrlə onunla mübahisə edib dalaşdıqlarına görə cavabdehdən ayrı evdə yaşamalarını istəmiş, lakin sonuncu onun xahişini yerinə yetirməmişdir. Sonuncu dəfə 03 yanvar 2022-ci il tarixdə axşam saatlarında Zöhrənin Müşviqabad qəsəbəsində yerləşən evində olarkən Zöhrə və Ayna onun axşam lazım olmadığı halda, tozsorandan istifadə etməsini bəhanə gətirərək, yenə də onunla mübahisə edib dalaşmışlar. Göstərdiyi səbəbdən həmin gün də cavabdehə Zöhrə və Ayna ilə onunla mübahisə edib dalaşmalarına görə bir evdə yaşaya bilmədiyini, ayrı evə köçmək istədiyini demişdir. Lakin cavabdeh ona bunun mümkün olmadığını dediyinə, Zöhrə və Aynanın ona qarşı etdikləri qanunsuz hərəkətlərindən bezdiyinə görə sabahı gün uşaqları ilə birlikdə yaşadığı evdən çıxıb Bakı şəhərində yaşayan bacısıgilə, oradan atasının Füzuli rayonunda yaşadığı evə getməyi qərara almış, lakin bu barədə sonuncuya hər hansı söz deməmişdir. İddia ərizəsində onun cavabdehlə yaşadığı evdən getməsi tarixi “04 yanvar 2022-ci il” əvəzinə, səhvən “07 yanvar 2022-ci il” göstərilmişdir. Belə ki, 04 yanvar 2022-ci il tarixdə səhər cavabdeh yaşadıqları evdən çıxıb işə getdikdən sonra saat 12 radələrində o, göstərdiyi məqsədlə uşaqlarını geyindirmiş, özünə məxsus servantdakı eyni qutuda özünə məxsus, çəkisi 3,6 qram olan 1 cüt qızıl sırğa və çəkisi 4,8 qram olan 1 ədəd brilyant qaşlı qızıl üzüklə birlikdə saxladığı, əvvəllər Zöhrənin uşaqlarına hədiyyə etdiyi qızıl-zinət əşyalarını uşaqlarına aid olmasına görə özü ilə götürmüş, özünə məxsus olan qızıl-zinət əşyalarını isə münasibətləri pisləşmiş cavabdehin ailəsi tərəfindən ona hədiyyə edilməsi səbəbindən özü ilə götürmək istəməməsinə görə içində olduğu qutu ilə birlikdə olduğu yerdə saxlamış, Zöhrə və Aynaya onun niyyətindən şübhələnməmələri üçün uşaqlarını parka aparacağını deyib uşaqları ilə birlikdə yaşadığı evdən çıxmışdır. Həmin vaxt xəstə olan uşağına görə pensiya məbləğinin köçürüldüyü plastik kartı onun paltarının cibində olmuşdur. Onun evdən çıxdığı ərəfədə Zöhrə və Ayna digər otaqda uzandıqlarına görə onun servantdan nə götürməsini görə bilməzdilər. Oradan müvafiq ardıcıllıqla bacısının Bakı şəhərində yaşadığı evə, atasının göndərdiyi taksi ilə atasının Füzuli rayonunda yaşadığı evə getmişdir. Zöhrənin Mehdiabad qəsəbəsində yaşadığı evdə qalmasını göstərdiyi qızıl-zinət əşyalarını cavabdehlə nikahından doğulmuş və onunla yaşayan uşaqlarının xərclərini ödəmək üçün ona lazım olduğuna görə cavabdehdən tələb edir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi “WhatsApp” proqramı vasitəsilə edilmiş yazışmalar onun cavabdehlə yaşadığı evdən getməsi ilə əlaqədar onunla Ayna arasında olmuşdur. Həmin yazışmalarda ağ fon altındakı yazıları o, yaşıl fon altındakı yazıları isə Ayna yazmışdır. İddia tələbinin çəkisi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğa istisna olmaqla, qalan hissədə qismən təmin edilməsini xahiş edir. Məhkəmə icasında iddiaçının nümayəndəsi Vəkil verdiyi izahatında iddiaçının qayınanası olmuş Şahid3 və baldızı olmuş Şahid2 çəkisi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğanı satmaqla bağlı razılığını könüllü olaraq vermədiyini, iddiaçının iddia ərizəsində göstərdiyi digər qızıl-zinət və cehiz əşyalarının isə 04 yanvar 2022-ci il tarixdə uşaqları ilə birlikdə atası evinə getməsindən sonra əvvəllər yaşadığı, qayınanası olmuş Şahid3 məxsus olan, ünvan 1 ünvanında yerləşən evdə qalmasını göstərərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə (bundan sonra - cavabdehin nümayəndəsi) verdiyi izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə nikahda olduğu müddət ərzində nikahlarından doğulmuş uşaqları ilə yanaşı, qayınanası olmuş Şahid3 (bundan sonra – Zöhrə) və baldızı olmuş Şahid2 (bundan sonra - Ayna) ilə birlikdə Zöhrənin gay Füzuli rayonunda yerləşən evində, gah da ünvan 1 ünvanında yerləşən evində yaşamışlar. İddiaçı 2021-ci ildə Zöhrənin Füzuli rayonunda yerləşən evində yaşayarkən alt və üst çənəsindəki dişlərində baş vermiş kəskin ağrılardan əziyyət çəkdiyinə görə sonuncu iddiaçıya dişlərinin müalicə edilməli olduğunu, bunun üçün özündə nağd pul olmadığını bildirib, hədiyyə etdikləri qızıl-zinət əşyalarının satılmasını təklif etmiş və bunun əvəzində gələcəkdə qızıl-zinət əşyaları alacağını vəd etmişdir. İddiaçı cavabdehin ailəsi tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını taxmadığına və kəskin diş ağrılarından əziyyət çəkdiyinə görə Zöhrənin bu təklifi ilə razılaşmışdır. Sonuncu iddiaçını Füzuli rayonunda işləyən diş həkiminə aparmış, həmin həkim iddiaçının dişlərini müayinə etdikdən sonra dişlərinin müalicəsi üçün 1400 manat məbləğində pul ödənilməli olduğunu demişdir. Göstərdiyi səbəbdən Zöhrə və Ayna iddiaçıya hədiyyə edilmiş, Zöhrənin Müşviqabad qəsəbəsində yerləşən evində saxladığı, çəkisi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğanı iddiaçının iştirakı ilə olmasa da, sonuncunun razılığı ilə Bakı şəhərində cəmi 1100 manat məbləğində pula satmışlar. Zöhrə həmin pula 300 manat məbləğində pul da əlavə edib, cəmi 1400 manat məbləğində pulu Füzuli rayonunda iddiaçının dişlərini müalicə etmiş həkimə vermişdir. Buna görə də iddiaçının həmin qızıl-zinət əşyalarını cavabdehdən tələb etməsini əsassız hesab edir. 03 yanvar 2022-ci il tarixdə axşam saatlarında iddiaçının cavabdeh, Zöhrə və Ayna ilə birlikdə yaşadığı, Müşviqabad qəsəbəsində yerləşən evdə tozsorandan istifadə etməsinə görə Zöhrə iddiaçını danlamış, bu səbəbdən onlar arasında kiçik mübahisə olmuşdur. 04 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Zöhrə və Ayna digər otaqda uzandıqları vaxt iddiaçının uşaqlarını geyindirməsini və özünə məxsus servantdan nəsə götürməsini görmüş, lakin konkret olaraq nə, o cümlədən qızılzinət əşyası və ya onların saxlandığı qutunu götürməsini görməmişlər. İddiaçı Zöhrə və Aynaya uşaqlarını parka aparacağını bildirib uşaqları ilə birlikdə evdən çıxmış, bacısının Bakı şəhərində yaşadığı evə getmişdir. Cavabdeh, Zöhrə və Ayna iddiaçıya qarşı hər hansı qanunsuz hərəkət etməmiş, iddiaçı yaşadığı həmin evdən hər hansı şəxs tərəfindən qovulmamış, könüllü olaraq getmişdir. Bununla əlaqədar “WhatsApp” proqramı vasitəsilə iddiaçı ilə Ayna arasında yazışmalar olmuşdur. Onun məhkəməyə təqdim etdiyi həmin yazışmalarda ağ fon altındakı yazıları o, yaşıl fon altındakı yazıları isə Ayna yazmışdır. Zöhrə və Ayna bir neçə gün sonra servanta baxanda orada iddiaçının əvvəllər içərisində qızıl-zinət əşyalarını saxladığı qutunun olmadığını görmüş, buna görə də sonuncunun 04 yanvar 2022-ci il tarixdə yaşadıqları evdən gedərkən həmin qutunu içərisində saxladığı, özünə məxsus olmuş, çəkisi 3,6 qram olan 1 cüt qızıl sırğa və çəkisi 4,8 qram olan 1 ədəd brilyant qaşlı qızıl üzük, Zöhrənin onun uşaqlarına hədiyyə etdiyi qızıl-zinət əşyaları və xəstə olan uşağına görə pensiya məbləğinin köçürüldüyü plastik kartla birlikdə özü ilə götürüb apardığını bilmişlər. Cavabdehin Müşviqabad qəsəbəsində yaşadığı evdə iddiaçıya məxsus, dəyəri 440,80 manat olan 1 ədəd şifoner, dəyəri 243,20 manat olan 1 ədəd 2 nəfərlik taxt, dəyəri 121,60 manat olan 1 ədəd termo, dəyəri 494 manat olan 1 ədəd servant, dəyəri 212,80 manat olan 1 ədəd stol-stul dəsti, dəyəri 425,60 manat olan 1 ədəd künc divanı, dəyəri 84 manat olan 1 ədəd tozsoran, dəyəri 38,50 manat olan 1 ədəd üçgözlü lüstr, dəyəri 98,80 manat olan 2 ədəd pərdə, dəyəri 68,40 manat olan 2 ədəd yorğan, dəyəri 53,20 manat olan 2 ədəd döşək, dəyəri 41,80 manat olan 1 ədəd iki nəfərlik taxt döşəyi, dəyəri 49,40 manat olan 1 ədəd iki nəfərlik taxt yorğanı, dəyəri 82,08 manat olan 6 ədəd yastıq, dəyəri 50,16 manat olan 3 ədəd yataq örtüyü, dəyəri 54,72 manat olan 4 ədəd yataq dəsti, dəyəri 16,72 manat olan 1 ədəd yay yorğan, birinin dəyəri 85 manat, ümumi dəyəri 170 manat olan 2 ədəd 6 nəfərlik yemək dəsti, dəyəri 65 manat olan 1 ədəd qaşıq-çəngəl dəsti, birinin dəyəri 160 manat, ümumi dəyəri 320 manat olan 2 ədəd qazan dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəstindən ibarət cehiz əşyalarının qalmasını etiraf edir. O, məhkəməyə buna dair Ayna tərəfindən çəkilmiş videogörüntü və fotoşəkillər, tərtib edilmiş siyahını təqdim etmişdir. Həmin siyahıda iddiaçının iddia etdiyi, əvvəllər cavabdehlə yaşadığı, Müşviqabad qəsəbəsində yerləşən evə cehiz əmlak kimi gətirmədiyi əşyalar qarşısından mənfi işarəsi, cehiz əmlak kimi gətirdiyi və hazırda orada mövcud olan əşyaları isə təsdiqedici işarələr qoyulmaqla göstərilmişdir. İddiaçı əvvəllər cavabdehlə yaşadığı, Müşviqabad qəsəbəsində yerləşən evə ətçəkən maşın, stolüstü qaz plitəsi, televizor, soyuducu, paltaryuyan, çörək sobası, beşgözlü lüstr, 12 nəfərlik farfor nəlbəki dəsti, 6 nəfərlik fincan dəstindən ibarət cehiz əşyalarını gətirməmişdir. Həmin evdə göstərilən məişət əşyalarından iddiaçının gəlin köçməsindən əvvəl olmuşdur. Göstərdiklərinə əsasən iddia tələbinin etiraf etdiyi hissədə qismən təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsinin iddianı qismən etiraf etməsi onun məhkəməyə müvafiq hissəyə aid təqdim etdiyi videogörüntü, fotoşəkillər və siyahı ilə də təsdiq edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olduğuna görə 04 yanvar 2022-ci il tarixdə Füzuli rayonundan Bakı şəhərinə sərnişin apararkən həmyerlisi Şahin Rzayevin telefon danışığı zamanı ona etdiyi müvafiq xahişi əsasında Şahin Rzayevin Bakı şəhərində yaşayan bacısıgildən qızı Nərgizi və sonuncunun iki nəfər uşağını götürüb X6 rayonunda yaşadığı evə gətirmişdir. Həmin ərəfədə Nərgizin əlində hər hansı əşya, o cümlədən qutu, əlində və ya üzərində hər hansı qızıl-zinət əşyası görməmişdir. Əgər Nərgiz cibinə qızıl-zinət əşyası qoysaydı, bunu görə bilməzdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələrində cavabdehin nümayəndəsinin izahatında göstərdiyi bütün hallarla bağlı sonuncu ilə eyni məzmunda göstərmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 2(064)466/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: A.Musayev), iddianın qismən təmin edilməsi, Cavabdeh çəkisi 3,6 qram, dəyəri 324 manat olan bir cüt qızıl sırğa, çəkisi 4,8 qram, dəyəri 480 manat olan bir ədəd brilyant qaşlı qızıl üzük, dəyəri 440,80 manat olan 1 ədəd şifoner, dəyəri 243,20 manat olan 1 ədəd 2 nəfərlik taxt, dəyəri 121,60 manat olan 1 ədəd termo, dəyəri 494 manat olan 1 ədəd servant, dəyəri 212,80 manat olan 1 ədəd stol-stul dəsti, dəyəri 425,60 manat olan 1 ədəd künc divanı, dəyəri 84 manat olan 1 ədəd tozsoran, dəyəri 45,50 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 31,50 manat olan 1 ədəd stolüstü qaz plitəsi, dəyəri 392 manat olan 1 ədəd televizor, dəyəri 294 manat olan 1 ədəd soyuducu, dəyəri 266 manat olan 1 ədəd 10 kiloqramlıq paltaryuyan, dəyəri 31,50 manat olan 1 ədəd çörək sobası, dəyəri 38,50 manat olan 1 ədəd üçgözlü lüstr, dəyəri 52,50 manat olan 1 ədəd beşgözlü lüstr, birinin dəyəri 85 manat olmaqla, ümumi dəyəri 170 manat olan 2 ədəd 6 nəfərlik yemək dəsti, dəyəri 65 manat olan 1 ədəd qaşıq-çəngəl dəsti, birinin dəyəri 160 manat olmaqla, ümumi dəyəri 320 manat olan 2 ədəd qazan dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan nəlbəki dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik farfor nəlbəki dəsti, birinin dəyəri 18 manat olmaqla, ümumi dəyəri 72 manat olan dörd ədəd 6 nəfərlik fincan dəsti, birinin dəyəri 49,40 manat olmaqla, ümumi dəyəri 98,80 manat olan 2 ədəd pərdə, birinin dəyəri 34,20 manat olmaqla, ümumi dəyəri 68,40 manat olan 2 ədəd yorğan, birinin dəyəri 26,60 manat olmaqla, ümumi dəyəri 53,20 manat olan 2 ədəd döşək, dəyəri 41,80 manat olan 1 ədəd iki nəfərlik taxt döşəyi, dəyəri 49,40 manat olan 1 ədəd iki nəfərlik taxt yorğanı, birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 82,08 manat olan 6 ədəd yastıq, birinin dəyəri 16,72 manat olmaqla, ümumi dəyəri 50,16 manat olan 3 ədəd yataq örtüyü, birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 54,72 manat olan 4 ədəd yataq dəsti, dəyəri 16,72 manat olan 1 ədəd yay yorğanı naturada və ya bu mümkün olmadıqda, onların dəyərini təşkil etdiyi göstərilən pul məbləğləri alınıb İddiaçı verilməsi, iş üzrə əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilmiş 100,00 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya bu qənaətə gələrkən Mülki Məcəllənin 157 və 164-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsasız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə Füzuli Rayon Məhkəməsinin 2(064)466/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı tərəfindən verilmiş iddianın qismən, yəni cavabdehin etiraf etdiyi hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin 2(064)466/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı tərəfindən verilmiş iddianın qismən, yəni cavabdehin etiraf etdiyi hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Şahid3 apellyasiya icraatı zamanı məhkəmə kollegiyasında iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə qabaqcadan məlumat verməmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq azyaşlı uşağı və maddi vəziyyətinin ağır olması səbəbindən işə onun iştirakı olmadan baxılmasını və Füzuli Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində Füzuli Rayon Məhkəməsinin 2(064)466/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçı iddianın təmin olunan hissəsi ilə razılaşaraq apelyasiya qaydasında mübahisə açmamışdır. Qətnamədən cavabdehin vəkili və nümayəndəsi qətnaməni dəyəri 392 manat olan 1 ədəd televizor, dəyəri 294 manat olan 1 ədəd soyuducu, dəyəri 266 manat olan 1 ədəd 10 kiloqramlıq paltaryuyan, dəyəri 31,50 manat olan 1 ədəd çörək sobası, dəyəri 52,50 manat olan 1 ədəd beşgözlü lüstr, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkannəlbəki dəsti, ümumi dəyəri 72 manat olan dörd ədəd 6 nəfərlik fincan dəsti və qızıl zinət əşyalarının alınıb verilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə kollegiyası Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlilləri həddində Füzuli Rayon Məhkəməsinin 2(064)466/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla qismən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin 2(064)466/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı tərəfindən verilmiş iddianın qismən, yəni cavabdehin etiraf etdiyi hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi dəyəri 294 manat olan 1 ədəd soyuducu, dəyəri 266 manat olan 1 ədəd 10 kiloqramlıq paltaryuyan, dəyəri 31,50 manat olan 1 ədəd çörək sobası, dəyəri 52,50 manat olan 1 ədəd beşgözlü lüstr, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkannəlbəki dəsti, ümumi dəyəri 72 manat olan dörd ədəd 6 nəfərlik fincan dəsti olan əmlakın cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsi üzrə işin faktiki hallarına tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymət verməmiş, iş üzrə düzgün olmayan nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında həmin hissədə ləğvi üçün kifayət qədər əsas yaratmışdır Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(064)-681/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 25 mart 2016-cı il tarixdə 3 saylı Bakı “ASAN Xidməti” mərkəzinin qeydiyyat şöbəsində 951 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir (Həmin qətnamənin surətinə əsasən). İş materiallarına əlavə edilmiş - İddiaçının iddia ərizəsində cavabdehdən tələb etdiyi çəkisi 3,6 qram olan bir cüt qızıl sırğanın dəyəri 324 manat, çəkisi 4,8 qram olan bir ədəd brilyant qaşlı qızıl üzüyün dəyəri 480 manat, bir ədəd şifonerin dəyəri 440,80 manat, bir ədəd iki nəfərlik taxtın dəyəri 243,20 manat, bir ədəd termonun dəyəri 121,60 manat, bir ədəd servantın dəyəri 494 manat, bir ədəd stol-stul dəstinin dəyəri 212,80 manat, bir ədəd künc divanının dəyəri 425,60 manat, bir ədəd tozsoranın dəyəri 84 manat, bir ədəd ətçəkən maşının dəyəri 45,50 manat, bir ədəd stolüstü qaz plitəsinin dəyəri 31,50 manat, 1 ədəd televizorun dəyəri 392 manat, bir ədəd soyuducunun dəyəri 294 manat, bir ədəd 10 kiloqramlıq paltaryuyanın dəyəri 266 manat, bir ədəd çörək sobasının dəyəri 31,50 manat, bir ədəd üçgözlü lüstrün dəyəri 38,50 manat, bir ədəd beşgözlü lüstrün dəyəri 52,50 manat, 2 ədəd 6 nəfərlik yemək dəstinin birinin dəyəri 85 manat olmaqla, ümumi dəyəri 170 manat, 1 ədəd qaşıq-çəngəl dəstinin dəyəri 65 manat, 2 ədəd qazan dəstinin birinin dəyəri 160 manat olmaqla, ümumi dəyəri 320 manat, 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəstinin dəyəri 24 manat, 1 ədəd 12 nəfərlik farfor nəlbəki dəstinin dəyəri 24 manat, dörd ədəd 6 nəfərlik fincan dəstinin birinin dəyəri 18 manat olmaqla, ümum.i dəyəri 72 manat, 2 ədəd pərdənin birinin dəyəri 49,40 manat olmaqla, ümumi dəyəri 98,80 manat, 2 ədəd yorğanın birinin dəyəri 34,20 manat olmaqla, ümumi dəyəri 68,40 manat, 2 ədəd döşəyin birinin dəyəri 26,60 manat olmaqla, ümumi dəyəri 53,20 manat, 1 ədəd iki nəfərlik taxt döşəyinin dəyəri 41,80 manat, 1 ədəd iki nəfərlik taxt yorğanının dəyəri 49,40 manat, 6 ədəd yastığın birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 82,08 manat, 3 ədəd yataq örtüyünün birinin dəyəri 16,72 manat olmaqla, ümumi dəyəri 50,16 manat, 4 ədəd yataq dəstinin birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 54,72 manat, 1 ədəd yay yorğanının dəyəri 16,72 manat təşkil edir (Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli, 33 nömrəli qiymətləndirmə rəyinə əsasən). Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında ər-arvad arasında olan cehiz əşyalarının cavabdeh tərəfindən qaytarılmaması təşkil etmiş və cavabdeh həmin əmlakların iddiaçıya qaytarılmaması səbəbindən o, hazırkı iddia tələbini irəli sürmüşdür. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 225.1, 225.2, 157.2 və Ailə Məcəlləsinin 32.1,34-cü maddələri təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, 2016-cı ildə o və cavabdeh el adətilə toy edib evlənmiş, nikahlarını rəsmiləşdirmişlər. Toydan sonra o, cavabdehin, qayınanası olmuş Şahid3 (bundan sonra – Zöhrə) və baldızı olmuş Şahid2 (bundan sonra - Ayna) yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, 2022-ci ilin yanvar ayının əvvəllərinə kimi həmin evdə yaşamışdır. 07 yanvar 2022-ci il tarixdə həmin evdə cavabdeh onu və uşaqlarını növbəti dəfə döydüyünə, Zöhrə və Aynanın ona qarşı etdikləri qanunsuz hərəkətlərindən bezdiyinə görə iddia ərizəsində ona qaytarılmasını xahiş etdiyi qızıl-zinət və cehiz əşyalarını həmin evdə saxlamaqla, uşaqlarını götürüb evdən çıxıb, bacısının Bakı şəhərində yaşadığı evə getmişdir. Bundan sonra atası onu və uşaqlarını Füzuli rayonunda yaşadığı evə gətirmişdir. Bu səbəbdən onun qızıl-zinət və cehiz əşyaları əvvəllər cavabdehlə yaşadığı Müşviqabad qəsəbəsində yerləşən evdə qalmışdır. Füzuli Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(064)- 681/2022 nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra da cavabdehdən iddia ərizəsində göstərdiyi qızıl-zinət və cehiz əşyalarını ona qaytarmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh nümayəndəsini Nümayəndə iddia tələbinə etirazından görünür ki, iddiaçı cavabdehlə nikahda olduğu müddət ərzində nikahlarından doğulmuş uşaqları ilə yanaşı, qayınanası olmuş Şahid3 (bundan sonra – Zöhrə) və baldızı olmuş Şahid2 (bundan sonra - Ayna) ilə birlikdə Zöhrənin gay Füzuli rayonunda yerləşən evində, gah da ünvan 1 ünvanında yerləşən evində yaşamışlar. İddiaçı 2021-ci ildə Zöhrənin Füzuli rayonunda yerləşən evində yaşayarkən alt və üst çənəsindəki dişlərində baş vermiş kəskin ağrılardan əziyyət çəkdiyinə görə sonuncu iddiaçıya dişlərinin müalicə edilməli olduğunu, bunun üçün özündə nağd pul olmadığını bildirib, hədiyyə etdikləri qızıl-zinət əşyalarının satılmasını təklif etmiş və bunun əvəzində gələcəkdə qızıl-zinət əşyaları alacağını vəd etmişdir. İddiaçı cavabdehin ailəsi tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını taxmadığına və kəskin diş ağrılarından əziyyət çəkdiyinə görə Zöhrənin bu təklifi ilə razılaşmışdır. Sonuncu iddiaçını Füzuli rayonunda işləyən diş həkiminə aparmış, həmin həkim iddiaçının dişlərini müayinə etdikdən sonra dişlərinin müalicəsi üçün 1400 manat məbləğində pul ödənilməli olduğunu demişdir. Göstərdiyi səbəbdən Zöhrə və Ayna iddiaçıya hədiyyə edilmiş, Zöhrənin Müşviqabad qəsəbəsində yerləşən evində saxladığı, çəkisi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğanı iddiaçının iştirakı ilə olmasa da, sonuncunun razılığı ilə Bakı şəhərində cəmi 1100 manat məbləğində pula satmışlar. Zöhrə həmin pula 300 manat məbləğində pul da əlavə edib, cəmi 1400 manat məbləğində pulu Füzuli rayonunda iddiaçının dişlərini müalicəsi üçün həkimə vermişdir. Buna görə də iddiaçının həmin qızıl-zinət əşyalarını cavabdehdən tələb etməsini əsassız hesab edir. 03 yanvar 2022-ci il tarixdə axşam saatlarında iddiaçının cavabdeh, Zöhrə və Ayna ilə birlikdə yaşadığı, Müşviqabad qəsəbəsində yerləşən evdə tozsorandan istifadə etməsinə görə Zöhrə iddiaçını danlamış, bu səbəbdən onlar arasında kiçik mübahisə olmuşdur. 04 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Zöhrə və Ayna digər otaqda uzandıqları vaxt iddiaçının uşaqlarını geyindirməsini və özünə məxsus servantdan nəsə götürməsini görmüş, lakin konkret olaraq nə, o cümlədən qızılzinət əşyası və ya onların saxlandığı qutunu götürməsini görməmişlər. İddiaçı Zöhrə və Aynaya uşaqlarını parka aparacağını bildirib uşaqları ilə birlikdə evdən çıxmış, bacısının Bakı şəhərində yaşadığı evə getmişdir. Cavabdeh, Zöhrə və Ayna iddiaçıya qarşı hər hansı qanunsuz hərəkət etməmiş, iddiaçı yaşadığı həmin evdən hər hansı şəxs tərəfindən qovulmamış, könüllü olaraq getmişdir. Bununla əlaqədar “WhatsApp” proqramı vasitəsilə iddiaçı ilə Ayna arasında yazışmalar olmuşdur. Onun məhkəməyə təqdim etdiyi həmin yazışmalarda ağ fon altındakı yazıları o, yaşıl fon altındakı yazıları isə Ayna yazmışdır. Zöhrə və Ayna bir neçə gün sonra servanta baxanda orada iddiaçının əvvəllər içərisində qızılzinət əşyalarını saxladığı qutunun olmadığını görmüş, buna görə də sonuncunun 04 yanvar 2022-ci il tarixdə yaşadıqları evdən gedərkən həmin qutunu içərisində saxladığı, özünə məxsus olmuş, çəkisi 3,6 qram olan 1 cüt qızıl sırğa və çəkisi 4,8 qram olan 1 ədəd brilyant qaşlı qızıl üzük, Zöhrənin onun uşaqlarına hədiyyə etdiyi qızıl-zinət əşyaları və xəstə olan uşağına görə pensiya məbləğinin köçürüldüyü plastik kartla birlikdə özü ilə götürüb apardığını bilmişlər. Cavabdehin Müşviqabad qəsəbəsində yaşadığı evdə iddiaçıya məxsus, dəyəri 440,80 manat olan 1 ədəd şifoner, dəyəri 243,20 manat olan 1 ədəd 2 nəfərlik taxt, dəyəri 121,60 manat olan 1 ədəd termo, dəyəri 494 manat olan 1 ədəd servant, dəyəri 212,80 manat olan 1 ədəd stol-stul dəsti, dəyəri 425,60 manat olan 1 ədəd künc divanı, dəyəri 84 manat olan 1 ədəd tozsoran, dəyəri 38,50 manat olan 1 ədədüçgözlü lüstr, dəyəri 98,80 manat olan 2 ədəd pərdə, dəyəri 68,40 manat olan 2 ədəd yorğan, dəyəri 53,20 manat olan 2 ədəd döşək, dəyəri 41,80 manat olan 1 ədəd iki nəfərlik taxt döşəyi, dəyəri 49,40 manat olan 1 ədəd iki nəfərlik taxt yorğanı, dəyəri 82,08 manat olan 6 ədəd yastıq, dəyəri 50,16 manat olan 3 ədəd yataq örtüyü, dəyəri 54,72 manat olan 4 ədəd yataq dəsti, dəyəri 16,72 manat olan 1 ədəd yay yorğan, birinin dəyəri 85 manat, ümumi dəyəri 170 manat olan 2 ədəd 6 nəfərlik yemək dəsti, dəyəri 65 manat olan 1 ədəd qaşıq-çəngəl dəsti, birinin dəyəri 160 manat, ümumi dəyəri 320 manat olan 2 ədəd qazan dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəstindən ibarət cehiz əşyalarının qalmasını etiraf edir. O, məhkəməyə buna dair Ayna tərəfindən çəkilmiş videogörüntü və fotoşəkillər, tərtib edilmiş siyahını təqdim etmişdir. Həmin siyahıda iddiaçının iddia etdiyi, əvvəllər cavabdehlə yaşadığı, Müşviqabad qəsəbəsində yerləşən evə cehiz əmlak kimi gətirmədiyi əşyalar qarşısından mənfi işarəsi, cehiz əmlak kimi gətirdiyi və hazırda orada mövcud olan əşyaları isə təsdiqedici işarələr qoyulmaqla göstərilmişdir. İddiaçı əvvəllər cavabdehlə yaşadığı, Müşviqabad qəsəbəsində yerləşən evə ətçəkən maşın, stolüstü qaz plitəsi, televizor, soyuducu, paltaryuyan, çörək sobası, beşgözlü lüstr, 12 nəfərlik farfor nəlbəki dəsti, 6 nəfərlik fincan dəstindən ibarət cehiz əşyalarını gətirməmişdir. Həmin evdə göstərilən məişət əşyalarından iddiaçının gəlin köçməsindən əvvəl olmuşdur. Göstərdiklərinə əsasən iddia tələbinin etiraf etdiyi hissədə qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olduğuna görə 04 yanvar 2022-ci il tarixdə Füzuli rayonundan Bakı şəhərinə sərnişin apararkən həmyerlisi Şahin Rzayevin telefon danışığı zamanı ona etdiyi müvafiq xahişi əsasında Şahin Rzayevin Bakı şəhərində yaşayan bacısıgildən qızı Nərgizi və sonuncunun iki nəfər uşağını götürüb X6 rayonunda yaşadığı evə gətirmişdir. Həmin ərəfədə Nərgizin əlində hər hansı əşya, o cümlədən qutu, əlində və ya üzərində hər hansı qızıl-zinət əşyası görməmişdir. Əgər Nərgiz cibinə qızıl-zinət əşyası qoysaydı, bunu görə bilməzdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələrində cavabdehin nümayəndəsinin izahatında göstərdiyi bütün hallarla bağlı sonuncu ilə eyni məzmunda göstərmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iş üzrə iddia tələbi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğaya aid olan hissələr istisna olmaqla, qalan hissələrdə, yəni qismən təmin edilməlidir. Ona görə ki, iddiaçı iddianın qismən təmin edilməli olan hissələrinə daxil olan qızıl-zinət əşyalarının cavabdehlə nikaha girməsi ilə əlaqədar cavabdehin ailə üzvləri tərəfindən ona hədiyyə edilməsi, cavabdehlə yaşadığı evə gətirdiyi cehiz əşyalarının isə nikaha daxil olanadək ona məxsus olması səbəbindən mülkiyyətçisidir, həmin əmlaklarını cavabdehin qanunsuz sahibliyindən tələb etmək hüququna malikdir.”. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə qismən təmin edərkən yəni qətnamənin cavabdeh tərəfin mübahisələndirdiyi əmlak hissəsində haqlı olmamışdır. Belə ki, Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehin qismən etirafı iddia tələbinə etirazında ifadə edildiyidən,bu, MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilər. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işinhallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Halbuki, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünün bölüşdürülməsində prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək, səhv nəticəyə gəlmiş və nəticədə Füzuli Rayon Məhkəməsinin 2(064)466/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilən hissədə qismən ləğvi üçün əsaslar yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu cavabdehin etirafı ilə də, öz təsdiqini tapmışdır. Belə ki, tələb edilən qızıl zinət əşyaları və cehiz əmlakların mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, tərəflərin hər biri etiraf edir ki, tələb edilən əşyalar mövcud olmuşdur. Məhkəmə kollegiyası ilk olaraq cavabdeh tərəfin qətnamənin qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh qeyd olunan qızıl zinət əşyalarının dəyərini mübahisələndirmir. Mübahisələndirilən isə əşyaların cavabdeh tərəfindən verilməməsi olmuşdur. Cavabdeh tərəf həm birinci instansiya məhkəməsi həm də apellyasiya məhkəməsi icraatı zamanı bildirmişdir ki, bəli həmin qızıl zinət əşyaları mövcud olmuş, lakin iddiaçı evdən gedərkən həmin əşyaları özü ilə aparmışdır. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən göstərilən hal iddia tələbinin təmin edilməməsi yönəldilmiş hal kimi nəzərə alına bilməz. Belə ki, sübutetmə yükü baxımından qeyd edilən halı (iddiaçının evdən gedərkən tələb olunan əmlakları özü ilə aparması) sübut etmək onun yəni cavabdehin vəzifəsidir. Bu halda cavabdeh sübut etməlidir ki, tələb olunan qızıl-zinət əşyaları həqiqətən də məhz iddiaçı evdən gedərkən özü ilə aparmışdır. Halbuki bu barədə hər hansı sübut iş materiallarına mövcud olmamışıdır. Cavabdehin mövqeyi ilə razılaşılsa onda anoloji işlər üzrə hər bir cavabdeh tələb edilən əşyalarının iddiaçı tərəfindən evdən gedərkən özü ilə aparmasını bildirər və bununla məsələ bitmiş olar. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarının alınıb verilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya qətnamənin dəyəri 392 manat olan 1 ədəd televizor, dəyəri 294 manat olan 1 ədəd soyuducu, dəyəri 266 manat olan 1 ədəd 10 kiloqramlıq paltaryuyan, dəyəri 31,50 manat olan 1 ədəd çörək sobası, dəyəri 52,50 manat olan 1 ədəd beşgözlü lüstr, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan nəlbəki dəsti, ümumi dəyəri 72 manat olan dörd ədəd 6 nəfərlik fincan dəsti olan əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində qeyd edir ki, əvvəla birinci instansiya məhkəməsinin bu mövqeyi “Cavabdehin 2016-cı ildə iddiaçının ünvan 1 ünvanında yaşadığı evə gəlin köçdüyü və orada 04 yanvar 2022-ci il tarixədək, yəni təxminən 6 il ərzində yaşadığı halda, həmin evə iddia ərizəsində göstərdiyi, cavabdehin nümayəndəsinin etiraf etmədiyi, gündəlik məişətdə istifadə edilməsi zəruri olan əşyaları el adəti üzrə cehiz əmlak kimi gətirməməsi inandırıcı hesab edilə bilməz.” İddia tələbinin təmin edilməsinə yönəlmiş hal kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, sübutetmə yükü baxımından iddiaçı sübut etməlidir ki, həqiqətən həmin əşyalar mövcud olmuş (onların dəyəri, alınmasını təsdiq edən sənədlər və.s) və həqiqətən gəlin köçdüyü zaman həmin əşyaları gətirmişdir. Qeyd edilənlər sübut olunacağı təqdirdə artıq cavabdeh sübut etməlidir ki, iddiaçı evdən gedərkən həmin əşyalar aparılmışdır. İddiaçı qeyd olunan halları təsdiq edən mötəbər sübutları nə birinci nə də apellyasiya icraatı zamanı təqdim etməmişdir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış və nəticədə Füzuli Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(064)-681/2022 nömrəli qətnaməsinin qismən ləğvi üçün əsaslar yaratmışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 2(064)466/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi İddiaçı Cavabdeh oğluna dəyəri 392 manat olan 1 ədəd televizor, dəyəri 294 manat olan 1 ədəd soyuducu, dəyəri 266 manat olan 1 ədəd 10 kiloqramlıq paltaryuyan, dəyəri 31,50 manat olan 1 ədəd çörək sobası, dəyəri 52,50 manat olan 1 ədəd beşgözlü lüstr, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkannəlbəki dəsti, ümumi dəyəri 72 manat olan dörd ədəd 6 nəfərlik fincan dəsti, cəmi dəyəri 1132 (min yüz otuz iki manat) manat olan cehiz əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçıya münasibətdə iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti 1132 manat, cavabdehə münasibətdə isə 804 manat (2 ədəd qızıl əşyasının ümumi dəyəri) yəni beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)466/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi İddiaçı Cavabdeh oğluna dəyəri 392 manat olan 1 ədəd televizor, dəyəri 294 manat olan 1 ədəd soyuducu, dəyəri 266 manat olan 1 ədəd 10 kiloqramlıq paltaryuyan, dəyəri 31,50 manat olan 1 ədəd çörək sobası, dəyəri 52,50 manat olan 1 ədəd beşgözlü lüstr, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan nəlbəki dəsti, ümumi dəyəri 72 manat olan dörd ədəd 6 nəfərlik fincan dəsti, cəmi dəyəri 740 (min yüz otuz iki manat) manat olan cehiz əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh oğluna dəyəri 392 manat olan 1 ədəd televizor,dəyəri 294 manat olan 1 ədəd soyuducu, dəyəri 266 manat olan 1 ədəd 10 kiloqramlıq paltaryuyan, dəyəri 31,50 manat olan 1 ədəd çörək sobası, dəyəri 52,50 manat olan 1 ədəd beşgözlü lüstr, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan nəlbəki dəsti, ümumi dəyəri 72 manat olan dörd ədəd 6 nəfərlik fincan dəsti, cəmi dəyəri 1132 (min yüz otuz iki manat) manat olan cehiz əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar