Məhkəmə qərarları › İş №2(106)-1362/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1362/2025

04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1362/2025 04.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi hakim), Novruzova Aytən Nazim qızı və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Kərimova (Mehdiyeva) Ağgün İlham qızına qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)- 2068/2025 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi Nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızına qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qərardadı ilə ona təyin edilmiş 392 manat alimentin miqdarının azaldılaraq 150 manat miqdarında olması və ödədiyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2068/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 01 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, 26 may 2025-ci il tarixdən başlayaraq İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və məhkəmə xərclərinin İddiaçı aid edilməsi qərara alınmışdır. İddiaçı (nümayəndəsi Nümayəndə1) həmin qətnamədən apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2068/2025 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin olunaraq iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(106)- 1362/2025 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş və işə apellyasiya qaydasında baxılması 04 sentyabr 2025-ci il tarixə saat 11:45-ə təyin edilmişdir. Apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılarkən Masallı Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli məktubu Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)- 2068/2025 saylı qətnaməsindən Kərimova (Mehdiyeva) Ağgün İlham qızı tərəfindən apellyasiya şikayəti verildiyindən mülki işin apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Masallı Rayon Məhkəməsinə qaytarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 işin apellyasiya baxışından çıxarılması və Masallı Rayon Məhkəməsinə qaytarılmasına etirazının olmadığını bildirmişdir. İddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq, Masallı Rayon Məhkəməsinin 28 avqust 2025ci il tarixli məktubunu nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamədən Kərimova (Mehdiyeva) Ağgün İlham qızı tərəfindən də apellyasiya şikayəti verildiyindən Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2068/2025 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi Nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(106)-1362/2025 saylı qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılmaqla Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDİ: Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2068/2025 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi Nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(106)-1362/2025 saylı qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılmaqla Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar