Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1364/2024 13.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 ataları İddiaçı yanında qalmasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(022)-452/2024 nömrəli qərardadından (hakim N.Mirzəyev) iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon məhkəməsinə müraciıt edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 ataları İddiaçı yanında qalmasının müəyyən edilməsi barədə qərar qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların rəsmi nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Biləsuvar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(022)-753/2021 saylı qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə 117 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 boşanmadan sonra anaları X3 yanında saxlanılmaları müəyyən edilmişdir. İddiaçı uşaqların saxlanılması üçün aliment tələbi etməmişdir. Lakin hazırda cavabdeh olan Cavabdeh 2023-cü ildə aliment tələbi ilə iddia qaldırmış və Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-286/2023 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi iki uşağa görə ayda 260 (iki yüz altımış) manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh ödənilməsi qət edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdən övladları X5 və X4 hazırkı dövrə qədər onun yanında qalırlar və onların bütün xərcləri iddiaçı tərəfindən ödənilir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qət edilmiş hər ay üçün 260 (iki yüz altımış) manat məbləğində alimenti Cavabdeh hesabına ödəmişdir. Buna görə də məhkəmə qaydasında onların iddiaçının yanında qalmalarının müəyyən edilməsinə zərurət yaranmışdır. Sonda iddianın nümayəndəsi tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(022)-452/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 ataları İddiaçı yanında qalmasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qərardadla yanında saxlanılan uşaqların bütün tədbirlərdə olan mənafeləri qəti nəzərə alınmamış və əksinə alimentin tutulmasının davam etdirilməsi kimi, halın cavabdehin xeyrinə olması və 1 il ərzində uşaqları saxlamadığı halda alimenti almasını hüquqdan sui-istifadə kimi, müəyyən edilməli olduğu halda, məhkəmə əsassız olaraq yeni hal müəyyən etmədiyini götürmüşdür. Yeni hal müəyyən etməməyi isə heç bir halla araşdırmamışdır. Hazırkı vəziyyətdə uşaqlar atanın yanında qala-qala aliment tutulması davam edən Biləsuvar Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(022)-286/2023 saylı qətnaməsinin icrası birbaşa olaraq uşaqların mənafeyinə ziddir və bu hal araşdırılmır və uşaqların fikri nəzərə alınmır. Şikayətə baxılmış, Biləsuvar Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(022)-756/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10 aprel 2009-cu il tarixdə Biləsuvar Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuş, tərəflərin qarşılıqlı razılığına uyğun olaraq həmin şəxslərin birgə nikahlarından doğulmuş uşaqları - 10 iyul 2010-cu il tarixdə anadan olmuş X2 və 28 may 2012-ci il tarixdə anadan olmuş X1 anaları Cavabdeh yanında saxlanılmaları müəyyən edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(022)-756/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(022)-258/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikahlarından 10 iyul 2010-cu il tarixdə doğulmuş X2 və 28 may 2012-ci il tarixdə anadan olmuş X1 cavabdehdən alınaraq iddiaçıya verilməsi və həmin uşaqarın İddiaçı yanında saxlanılmaları barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)- 286/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi iki uşağa görə ayda 260 (iki yüz altımış) manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 10 iyul 2010-cu il tarixdə doğulmuş X2 və 28 may 2012-ci il tarixdə doğulmuş X1 cavabdehdən alınaraq iddiaçıya verilməsi və uşaqların iddiaçının yanında qalmaları barədə Biləsuvar Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(022)- 258/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı göstərmişdir ki, "uşaqlar anada saxlanılsa da, hazırda uşaqlar mənimlə yaşayır. Odur ki, övladlarımın mənimlə qalması və cavabdehdə saxlanılmasından daha ədalətli olar. Uşaqlar tam olaraq mənə öyrəşiblər və məndən ayrılmaq istəmirlər. Boşanan gündən bəri çox vaxt mənimlə qalırlar. Uşaqların bütün qayğısı mənim üzərimə düşür və tam olaraq, uşaqları nəzarətdə və qayğı ilə saxlayıram. Buna görə də məhkəmə qaydasında onların iddiaçının yanında qalmalarının müəyyən edilməsinə zərurət yaranmışdır». İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(106)-1034/2023 saylı qətnaməsindən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(022)-258/2023 saylı qətnaməsindən İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli 2(022)- 258/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı «uşaqların atalarının yanında qalmalarının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(106)- 1034/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023- cü il tarixli 2(106)-1034/2023 saylı qətnaməsi dəyişdrilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını, eləcə də şikayət ərizəsini nəzərdən keçirib, işin faktiki hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Konsitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 7-ci hissəsinin 8-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(022)-756/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10 aprel 2009-cu il tarixdə Biləsuvar Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuş, tərəflərin qarşılıqlı razılığına uyğun olaraq həmin şəxslərin birgə nikahlarından doğulmuş uşaqları - 10 iyul 2010-cu il tarixdə anadan olmuş X2 və 28 may 2012-ci il tarixdə anadan olmuş X1 anaları Cavabdeh yanında saxlanılmaları müəyyən edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(022)-756/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(022)-258/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikahlarından 10 iyul 2010-cu il tarixdə doğulmuş X2 və 28 may 2012-ci il tarixdə anadan olmuş X1 cavabdehdən alınaraq iddiaçıya verilməsi və həmin uşaqarın İddiaçı yanında saxlanılmaları barədə iddiası rədd edilmişdir. Məhkəmə qaydasında aliment müəyyən edildikdən təxminən 4 ay sonra iddiaçı hazırkı iddia ilə Biləsuvar rayon məhkəməsinə müraciət edir. Biləsuvar Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(022)-258/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikahlarından 10 iyul 2010-cu il tarixdə doğulmuş X2 və 28 may 2012-ci il tarixdə anadan olmuş X1 cavabdehdən alınaraq iddiaçıya verilməsi və həmin uşaqarın İddiaçı yanında saxlanılmaları barədə iddiası rədd edilmişdir. İddiaçı həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(106)- 1034/2023 saylı qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(022)-258/2023 saylı qətnaməsindən İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli 2(022)- 258/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən narazı qalmış və kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı «uşaqların atalarının yanında qalmalarının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(106)-1034/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023- cü il tarixli 2(106)-1034/2023 saylı qətnaməsi dəyişdrilmədən saxlanılmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarı çıxarıldıqdan 1 ay 11 gün sonra yenidən eyni əsas, eyni predmet və eyni tərəflər arasında olan olan yeni bir iddia ilə məhkəməyə müraciət edir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(022)-452/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1364/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1364/2024
13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver