Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1366/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə qazanılmış əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli e-2(032)-746/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İddiaçı və Cavabdeh 11 aprel 1998-ci il tarixdə nikaha daxil olmuş, Birgə nikahlarından 3 övladları olmuş, nikahları Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazıda baxılan mülki iş üzrə aşağıdakı əmlaklar mübahisə predmeti olmuşdur: - “ünvan 1 ünvanında yerləşən 0.017207 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 148.0 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi; - ünvan 2 ünvanında yerləşən 69.5 kv.metr ümumi sahədən ibarət 309 saylı mənzil (yeni qaydalarla Binəqədi rayonu, S.S.Axundov küçəsi, 225B, M17, m1). (alqı-satqı və ipoteka müqaviləsi əsasında əldə edilmişdir). ünvan 2 ünvanında yerləşən 69.5 kv.metr ümumi sahədən ibarət 309 saylı mənzil (yeni qaydalarla Binəqədi rayonu, S.S.Axundov küçəsi, 225B, M17, m1). (alqı-satqı və ipoteka müqaviləsi əsasında əldə edilmişdir). - ünvan 3 ünvanında yerləşən 52 kv.metr ümumi sahədən ibarət 2 saylı mənzil. - Şirvan şəhəri, Niyazi küçəsi, 74 ünvanında yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi. - ünvan 4 ünvanında Dövlətə məxsus 0.0247 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən 1874 kv.metr ümumi sahədən ibarət əmlak kopleksi kimi müəssisə (“Gül Bağı” restoranı). - “Toyota Camry” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı, avtomobil Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına ünvan 5 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ünvan 6 notariusu Ə.F.Şirvanov tərəfindən təsdiq edilmiş 40-635 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına İsmayıllı rayonu, Xanagah kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İsmayıllı rayon DNK-nın 4Ə-1/79 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsi, 4 saylı fərdi yaşayış evi Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu D.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-171 reyestr xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225, 225A, 225B ünvanında yerləşən 309 saylı mənzil (Yeni qaydalarla AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 225B, M17, m1) Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfinden təsdiq edilmiş 40-164 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına Şirvan şəhəri, X6 küçəsi, ev 14, 2 saylı mənzil Şirvan şəhəri 1 saylı notariat kontorunun notariusu D.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə- 1/21 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına ünvan 8 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ünvan 6 notariusu Ə.F.Şirvanov tərəfindən təsdiq edilmiş 40-499 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına Şirvan şəhəri, X6 küçəsi, ev 30, 2 saylı mənzil Əli Bayramlı şəhər DNK-nın 3M-101 reyestr nömrəli xx.xx.1995-ci il tarixli alğısatqı müqaviləsinə əsasən qeydiyyatdan keçmişdir, lakin Şirvan şəhəri 1 saylı notariat kontorunun notariusu D.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-1/22 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Cavabdeh adına ünvan 10 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Oğuz rayon DNK-nın 401/15 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Oğuz rayon DNK-nın 4Ə1/151 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsi, 4 saylı fərdi yaşayış evinin, ünvan 2 ünvanında yerləşən 309 saylı mənzilin (Yeni qaydalarla AZ 1115, ünvan 14, ünvan 3, 2 saylı mənzil, ünvan 8 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.017207 ha torpaq sahəsinin, ünvan 12 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində yerləşən “Gül bağı” əmlak kompleksinin (restoran) 2/3 hissəsinin ona, 1/3 hissədə cavabdehə olmaqla aralarında bölünərək mülkiyyət hüququnun tanınması və X4 istifadəsində olan və birgə nikah dövründə əldə edilmiş “Toyota Camry” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməsindən əldə edilmiş vəsaitin (pulun) 2/3 hissəsinin ona, 1/3 hissəsinin cavabdehə olmaqla, alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən, ünvan 15əyətyanı torpaq sahəsi üzərində ½ hissədə onun, ½ hissədə isə iddiaçının payının müəyyən edilməsi hissədə qəbul etmiş, qalan hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilən 15 may 2023-cü il tarixli cavab məktubundan da göründüyü kimi tələb olunan əmlakların bir çoxu ya hazırda onun mülkiyyətində deyil, ya da onları bağışlanma yolu ilə əldə etmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsi 4 saylı fərdi yaşayış evi və onun üzərində yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.017207 ha torpaq sahəsi 27 dekabr 2015-ci il tarixli bağışlanma müqaviləsi əsasında atası Elman Abbasov tərəfindən ona bağışlanmışdır. Həmçinin ünvan 3, 2 saylı mənzil də 21 yanvar 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında atası Elman Abbasov tərəfindən ona bağışlanmışdır. Həmin əmlaklar hədiyyə şəklində onun mülkiyyətinə keçdiyi üçün, onlar ümumi birgə mülkiyyətin predmeti ola bilməz və iddiaçı ilə aralarında bölünə bilməz. Bundan başqa “Toyota Camry” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobil atası Elman Abbasova məxsusdur. O, sadəcə ona bir ata olaraq şərait yaradıb, həmin avtomobili müvəqqəti idarə etməsi üçün etibarnamə vermişdir. Həmin avtomobil onun tərəfindən alınmamışdır. Buna görə də, özgə əmlakı mübahisə predmeti ola bilməz. Aralarındakı nikah münasibətinə faktiki olaraq 4 ildir ki, xitam verilmişdir. Yəni ortaq şəkildə gəlir əldə etmələri və əmlak almaları qeyri-mümkün olmuşdur. ünvan 2 ünvanında yerləşən 309 saylı mənzil ipoteka müqaviləsi əsasında əldə edilmişdir. Hazırda 2021-ci ilin mart ayından etibarən hər ay tərəfindən 600 manat məbləğində ipoteka ödənişi həyata keçirilir. Buna görə də 18 fevral 2021-ci il tarixdə tərəfindən alqı-satqı və ipoteka müqaviləsi əsasında əldə edilmiş ünvan 13 ünvanında yerləşən 309 saylı mənzil ümumi birgə mülkiyyət hesab edilə bilməz. 2019-cu il tarixdən etibarən faktiki olaraq nikah münasibətləri olmasa da, daim bir ata olaraq övladlarının maddi ehtiyaclarını qarşılamışdır. Hətta hazırda yetkinlik yaşına çatan qızlarının maddi ehtiyacları tərəfindən qarşılanır. Həmçinin onların təhsil haqqları da tərəfindən ödənilir. Şirvan Şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(032)-746/2024 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia qismən təmin olunaraq, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225, 225A 225B, mənzil 309, (Yeni qaydalarla AZ 1115, ünvan 14 ünvanında yerləşən mənzilin və ünvan 15əyətyanı torpaq sahəsinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 34.1, 34.2,36, 36.4,37, 37.1, 37.2,-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 88-ci maddələrina əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki olan hallarını müəyyən etmədən düzgün nəticəyə gəlməmişdir. Nikah dövründə iddia ərizəsində göstərilən əmlakların hər birini ailə olaraq əldə etmişlər. Lakin məhkəmə ərəfəsində məlum olmuşdur ki, əmlakların bir hissəsi bağışlama müqaviləsi əsasında cavabdehin adına rəsmiləşib. Cavabdeh Ərazi Vergi İdarəsinin rəisi olmaqla bu qədər əmlakların bağışlanma ilə əldə edə bilməsi absurddur. Məhkəmə tərəfindən bu hissədə araşdırma aparılmadan, bu əmlakların faktiki olaraq formal bağışlanma müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirilməsi, nikahda olduqları müddətdə əmlakların başqa şəxslərə iddiaçının razılığı olmadan keçirməsi kimi hallara münasibət bildirmədən, iddianı qsmən təmin etmişdir. Məhkəmə əmlakların bağışlanması mərhələsində hüquqlarına toxunan şəxsləri məhkəməyə cəlb etməmiş, avtomaşına etibarnamə olmasına baxmayaraq, mülkiyyətçini cəlb etməmişdir. Əmlakların qiymətləndirilməsi barədə verilən vəsatətlər təmin edilməmişdir. Məhkəmə alqı-satqıların formal aparılması, bağışlanmaların etibardan sui-istifadə ilə həyata keçirilməsi kimi əhəmiyyətli hallara qiymət verməyərək, cavabdehin və onun yalanlarını təsdiq edən şahidlərin fikirləri ilə kifayətlənmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225, 225A 225B, mənzil 309, (Yeni qaydalarla AZ 1115, ünvan 14 ünvanında yerləşən mənzilin ½ hissəsində İddiaçı, ½ hissəsində cavabdehin payının müəyyən olunması hissədə tamamilə ləğv edilməsi və həmin hissədə iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunvericiliyin tələblərinə zidd qətnamə çıxarmış, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etməmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225, 225A, 225B ünvanında yerləşən 309 saylı mənzil (yeni qaydalarla AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 225B, M17, m1) cavabdeh tərəfindən ipoteka müqaviləsi əsasında əldə edilmişdir. Hazırda 2021-ci ilin mart ayından etibarən hər ay 509 manat məbləğində ipoteka ödənişi həyata keçirilir. Bu işin mübahisəsiz halıdır. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, aralarındakı nikah münasibətinə faktiki olaraq 4 ildir ki, xitam verilmişdir. Yəni ortaq şəkildə gəlir əldə etməkləri qeyri-mümkün olmuşdur. Xüsusilə qeyd etmək istəyir ki, mübahisəli mənzil ipoteka müqaviləsi əsasında əldə edilmişdir. Həmin mənzilin ilkin ödənişi şəxsən cavabdeh tərəfindən həyata keçirilmiş və həmin məbləğ X1 borc alınmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Fariz Abdullayev bu xüsusatı təsdiqləmiş və cavabdehin ilkin olaraq ödədiyi 30.000 manat məbləğində pulu 2021-ci ilin əvvəllərində borc verdiyini etiraf etmişdir. İşin hallarından da görünür ki, mübahisəli mənzil faktiki nikah münasibətlərinə xitam verildiyi dövrdə cavabdeh tərəfindən ipoteka müqaviləsi əsasında əldə edilmişdir. 2021-ci ilin fevral ayında ödədiyi ilkin ödənişi belə cavabdeh yaxın tanışından borc almışdır. 2021-ci ilin fevral ayından hazıradək isə hər ay 509 manat məbləğində ödəniş həyata keçirir. Yəni mənzil iddiaçı ilə əvvəllər aralarında toplanmış hər hansı pulla da alınmamışdır. Ödənişin bir hissəsi faktiki nikah münasibətində olmadıqları dövrdə aldığı borc hesabına həyata keçirilmiş, aylıq ödənişlər isə yenə faktiki nikah münasibətlərinə xitam verildiyi və rəsmi pozulduğu dövrdə edilmişdir. Mənzil üzərində iddiaçının hər hansı maddi və mənəvi haqqı mövcud deyildir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 5.13-cü bəndində qeyd olunur ki, qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə, hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə, mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir. Məhkəmə mübahisəsi zamanı həm iddiaçının, həm də cavabdehin müraciəti əsasında tam təsdiqlənmişdir ki, aralarındakı nikah münasibətinə ən azı 4 il öncə xitam verilmişdir və bu işin mübahisəsiz haldır. Həm Ali Məhkəmənin mövqeyindən, həm də qanunvericiliyin tələblərindən də göründüyü kimi faktiki nikah münasibətlərinə xitam verildikdən sonra əldə edilmiş əmlak ümumi əmlak hesab edilə bilməz. Lakin Şirvan Şəhər Məhkəməsi Ali Məhkəmənin Plenumunun sözügedən qərarının başqa müddəalarına istinad edərək, mübahisəli əmlak üzərində paylar müəyyən etmişdir. Məhkəmənin yalnız tərəflərin rəsmi nikah münasibətində olmağına istinad edərək, əmlak üzərində pay müəyyən etməsi yolverilməzdir. Hətta mülki qanunvericilikdə arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə biləcəyi belə nəzərdə tutulmuşdur. Yəni qanunvericilik yalnız müvafiq orqanlarda nikahın qeydiyyata alınmasını deyil, həmçinin tərəflərin faktiki nikah münasibətində olmasını da vacib şərt kimi müəyyən edir. Uzun müddətdir faktiki olaraq ayrı təsərrüfat aparan və həmin dövrdə ər-arvadın hər birinin əldə etdiyi əmlak üzərində bir-birinin payından söhbət gedə bilməz. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225, 225A, 225B ünvanında yerləşən 309 saylı mənzil (yeni qaydalarla AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 225B, M17, m1) ümumi birgə mülkiyyət hesab edilmədiyi üçün Şirvan Şəhər Məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 fevral 2025-ci il tarixli, 2(106)- 253/2025 nömrəli qətnaməsi ilə (hakim Tale Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər Cahid İmanovdan və Qasım Əliyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək Şirvan Şəhər Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli e-2(032)-746/2024 nömrəli qətnaməsi Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225, 225A 225B, mənzil 309 (Yeni qaydalarla AZ 1115, ünvan 14 ünvanında yerləşən mənzilin ikidə bir hissəsinə İddiaçı, ikidə bir hissəsinə Cavabdeh paylarının müəyyən olunması hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2(106)-253/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə X3 30000 manat borc verməsinə istinad olunmuşdur. Birincisi onu qeyd edir ki, bu borcun verilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Şahidin ifadəsi o halda sübut kimi qiymətləndirilə bilərdi ki, borcun verilməsi rəsmi sənədlərlə sübut edilərdi. Belə ki, sözügedən məbləğ az deyil və kiminsə bu məbləği sənədsizsübutsuz verməsi inandırıcı görünmür. İkinci məqam ondan ibarətdir ki, şahid ifadə verərərkən, şahidin və cavabdehin ayrı-ayrılıqda eyni suallar verməklə dindirilməsi daha məqsədəuyğun olardı, yəni müxtəlif yönümdə, məsələn pul nə zaman verilmişdir, hansı tarixdə, axşam yoxsa səhər verilmişdir, xarici valyutada yoxsa Azərbaycan manatıyla, hansı ərazidə, evə gətirib vermişdi yoxsa maşında olarkən və sairə bu kimi tərzdə suallar həm cavabdehə həm onun şahidinə onları ayrıayrılıqda bir birindən xəbərsiz surətdə verilsəydi, o zaman müəyyən oluna bilərdi ki, həqiqətən də bu pul borc şəklində verilib. Lakin, apelyasiya məhkəməsi, şahidi ikinci dəfə məhkəməyə çağırıb bu halları dərindən araşdırmamış məhz şahidin ifadəsinin mövcudluğuna əsaslanaraq qərar qəbul etmişdir. Üçüncü hal ondan ibarətdir ki, həmin dövrdə yəni 2021-ci ildə cavabdehin yüksək səviyyədə imkanı olmuşdur, yəni cavabdehin maddi durumu o səviyyədə idi ki, o başqasına belə borc vermək qabiliyyətinə malik idi və atasının adına alınmış və sonradan atasından bağışlama yolu ilə keçən əmlakları da elə cavabdeh özü öz maddi vəsaiti hesabına almışdır, yəni bir sahibkar olaraq cavabdehin kifayət qədər imkanı vardı və 30000 onun üçün gündəlik istifadə olunan məbləğ olduğundan, onu kimdənsə alınması absurd bir hal ola bilərdi. Qeyd edim ki, həmin vaxtda cavabdeh Şirvan 5 saylı Ərazi Vergilər idarəsində məsul şəxs vəzifəsində çalışırdı, indi isə Şamaxı 4 saylı Ərazi Vergilər İdarəsində rəis müavini vəzifəsində çalışır. Həmçinin qeyd edir ki, iddiaçı ali təhsilli müəllimədir və 1998-ci ildə ailə həyatı qurmamışdan öncə də işləyirdi və ailə qurduqdan sonra isə ailənin birgə büdcəsi formalaşmışdır ki, həmin büdcə hesabı həm maşınlar, həm də evlər alınırdı və heç bir borc və yaxud kiməsə üz tutub maddi yardım istəmək halı mövcud olmamışdı, çünki buna dair kifayət qədər ailənin imkanı var idi. Qətnamədə vurğulanan iddiaçı tərəfindən iddia ərizəsində göstərilən 4 il məsələsi odur ki, iddiaçı ərinin yəni cavabdehin 2020-ci ildən başlayaraq ailəsinə qarşı soyumasını, əvvəlki kimi ailəsinə diqqət və qayğı göstərmədiyini, başqa qadınla gününü keçirtdiyini, yəni iddiaçının ailə dəyərlərinə uyğun olmayan pis mühit, qadınlar, içki və sairə pis vərdişlərə qurşandığından və oradan hec cür çıxmaması kimi halı nəzərdə tutmuşdur, lakin onun iddiada tam əks olunmasına ehtiyac duyulmamışdır, çünki bu ailədaxili məsələ idi və bunun nə məhkəməyə, nə də başqa şəxslərə açıqlanması düzgün olmazdı, lakin əgər məhkəmə bu hala istinad edirsə, o zaman indi açıqlamasını verir, çünki apellyasiya instansiyasında buna ehtiyac yox idi, belə ki qətnamə iddiaçının xeyrinə bu hissədə təmin edilmişdir, lakin əgər apellyasiya məhkəməsi bunu sübut kimi götürürsə, o zaman onun tam olaraq əksini və açıqlamasını verir. Yəni, həmin çümləylə iddiaçı ərinin ailəsindən 2020-ci ildən başlayaraq soyumasını, gizli surətdə başqa qadınla görüşməsini, ailəsiylə əvvəlki dərəcədə çox da mehriban olmamasını, lakin bunu gizli surətdə etdiyi üçün bildirməməsi nəzərdə tutulmuşdur. Lakin, bir ər olaraq birlikdə yaşamışlar, qətnamədə göstərildiyi kimi faktiki olaraq ər-arvad kimi yaşamamışlar sözü düzgün deyil, çünki buna kifayət qədər sübut edəcək fotoşəkillər və qohumların tanışların ifadələri də ola bilər ki, hansını apellyasiya instansiyası məhkəməsi araşdırmadan nəticə vermişdir, bu isə ədalətsizlikdir. Ümumiyyətlə, birgə nikah dövründə ailə vəsaiti hesabına əldə edilən bütün daşınar və daşınmaz əşyalar cavabdehin atasının adına alınmış sonradan bağışlama yolu ilə cavabdehin adına keçirilmişdir, bu səbəbdəndir ki hazırda iddiaçı həmin əmlaklara iddia edə bilmir, lakin faktiki olaraq onların hamısını birgə nikah dövründə cavabdeh özünün maddi vəsaiti hesabına lakin rəsmi olaraq atasının adına qeydiyyata almışdır. Tərəflərin 2022-ci ilədək birgə yaşamalarını sübut edəcək növbəti sənəd isə təkcə fotoşəkillər deyil, həmçinin də İddiaçı notariusda 17 fevral 2021-ci il tarixində verdiyi razılıq ərizəsidir. Belə ki, həmin ərizə ilə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225,225A,225B mənzil 309 (yeni qaydalarla: AZ1115, Bakı şəhəri,Binəqədi rayonu,X8 küçəsi,ev 225B M 17, m 1) ünvanında yerləşən mənzilin Cavabdeh tərəfindən alındıqdan, yəni alqısatqı və ipoteka müqaviləsi bağlandıqdan sonra kredit öhdəliklərinin təminatı olaraq "xxxx" ASC-də ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. İpoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldiləcəyi təqdirdə həmin əmlakı könüllü olaraq boşaltmağı və təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında ailə münasibətlərinə faktiki xitam verilsə idi, İddiaçı notariusda niyə razılıq ərizəsi verərdi? Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)- 1642/2025 saylı Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2025-ci il tarixli, 2(106)-253/2025 nömrəli qətnaməsinin qismən, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225, 225A, 225B mənzil 309 (yeni qaydalarla: AZ1115, Binəqədi rayonu,X8 küçəsi,ev 225B M 17, m 1) ünvanında yerləşən mənzilə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. ç)Apelyasiya instansiyası məhkəməsində ikinci icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil5 izahatında bildirdi ki, mülki iş Şirvan Apellyasiya Məhkəməsinə geri qayıtdıqdan sonra cavabdehin nümayəndəsi və vəkili tərəfindən daxil olmuş ərizədə İddiaçı cavabdehlə faktiki nikah münasibətlərinin 2022-ci il tarixinidək davam etməsi fikri əsassız kimi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi vurğulamışdır ki, İddiaçı tərəfindən iddia ərizəsində göstərilən “4 ildir ki, ailəni tərk etmişdir ifadəsi” iddiaçının ərinin, yəni cavabdehin 2020-ci ildən başlayaraq ailəsinə qarşı soyumasını, əvvəlki kimi ailəsinə diqqət və qayğı göstərmədiyini, başqa qadınla gününü keçirtdiyini, yəni bir ər və ya bir ailə başçısı olaraq ailə dəyərlərinə uyğun olmayan pis mühit, qadınlar, içki və sairə pis vərdişlərə qurşandığından və oradan heç cür çıxmaması kimi hal nəzərdə tutmuşdur, lakin onu iddiada tam əks olunmasına ehtiyac duymadığına görə onu qısa şəkildə 1 cümlə ilə ifadə etmək qərarına gəlmişdir, çünki bu ailədaxili məsələ idi və bunun nə məhkəməyə nə də başqa şəxslərə açıqlanması düzgün olmazdı. Lakin, sadalanan bu kimi hallara baxmayaraq, bir ailə başçısı uşaqların atası olaraq birlikdə yaşamışlar və bunu sübut edəcək kifayət qədər fotoşəkillər və qohumların tanışların ifadələri də təsdiqləyə bilər. Əgər qarşı tərəf doğrudan da ailəni tərk etdiyini iddia edirsə, o zaman bunu sübut etməlidir, hansı məqamlar ki yuxarıda da qeyd etdiyi kimi Ali Məhkəmənin qərarında dəqiqliyi ilə göstərilmiş və buna görə də işin yenidən ətraflı araşdırılması üçün Apellyasiya instansiyasına qaytarılmışdır. Digər bir tərəfdən cavabdeh qeyd edir ki, tərəflərin faktiki nikah münasibətlərində olmasını sübut edəcək fotoşəkillər məhkəməyə təqdim edilməmişdir. Qeyd etmək istərdim ki, bu fotoşəkillərin hamısı məhkəmə işində mövcuddur və təqdim olunub, cavabdeh də həmin şəkillərə baxaraq onun hansı tarixlərdə çəkilməsini təsdiq edə bilər. Lakin, baxmayaraq ki, elə ailələr var ki, birlikdə yaşasalar belə birgə şəkilləri mövcud deyil, iddiaçı ilə cavabdehin ailəsinin birlikdə fotoşəkilləri getdikləri bütün rayonlarda, tədbirlərdə və digər məclislərdə mövcud olmuşdur. Qeyd edim ki, cavabdeh qızlarının nişanında çəkilən fotonun bir növ cavabdeh tərəfindən mentalitetimizə, ailə dəyərlərimizə hörmət etməsi və məcburiyyətdən çəkildiyini ifadə etmişdir. Lakin bu fikirlə qəti razı deyildirlər. Belə ki, tərəflər kifayət qədər yetkin insanlardır və onları birlikdə şəkil çəkdirməyə hər hansı bir hal məcbur edə bilməzdi. Əgər tərəflər faktiki olaraq nikah münasibətində olmasa idi cavabdeh öz qızının nişanından xəbərdar olmazdı və iştirak etməzdi. Daxil olmuş ərizədə Ali Məhkəmnin Mülki Kollegiyasının Qərarının 73-cü bəndinə istinad edilərək işin obyektiv həlli üçün mübahisə predmeti olan mənzil ipoteka müqaviləsi əsasında yüklü edilərkən cavabdeh rəsmi nikahda olduğu üçün müqavilənin bağlanmasına iddiaçının razılığının məhkəməyə təqdim edilmədiyi bildirilmişdir. Qeyd edir ki, ər-arvad arasında birgə nikah dövrünə təsadüf edən daşınmaz əmlak ipoteka ilə yüklü edilərkən ər və ya arvadın ipoteka müqaviləsinin bağlanması üçün notarial təsdiqli razılıq ərizəsi alınmadığı təqdirdə heç bir bank ipoteka müqaviləsini rəsmiləşdirmir. Bu hal qanunvericiliyin tələbindən irəli gəlir və bütün banklar tərəfindən məcburi şəkildə icra olunur. Digər tərəfdən isə, həmin razılıq ərizəsini məhkəməyə təqdim etmək iddiaçının vəzifəsi deyildir. Məhkəmə həmin halı araşdırmaq üçün müvafiq banka sorğu göndərməli və sübutun təqdim edilməsini tələb etməli idi, çünki həmin razılıq ərizəsi tərəflərdə deyil, bankda və notariusda saxlanılır. Tərəflər birgə yaşamasa, ididaçı razılıq ərizəsi verməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Tərəflərin birgə təsərüfatları olmuş, əmlkalar öz adlarına alınmadığı üçün sübut etməkdə çətinlik çəkirlər. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225, 225A 225B, mənzil 309, (Yeni qaydalarla AZ 1115, ünvan 14 ünvanında yerləşən mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 izahatında bildirdi ki, hal-hazırda mübahisə predmeti Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mənzillə bağlıdır. Şirvan Şəhər Məhkəməsində olan ilk iclasdan tərəflər faktiki nikah münasibətində olmamışlar. Mübahisə predimeti olan mənzil də həmin tarixdən sonra alınmışdır. Mənzilin alınma prosesinə nəzər salaq, cavabdeh dostundan borc alaraq mənzilin ilkin ödənişini həyata keçirmiş və mənzil ipoteka ilə alınmışdır. Mənzil 2021-ci ildə alınmışdır. Nümayəndəsi olduğu şəxs etiraf edir ki, 2019-cu ilin əvvələrində tərəflər arasında münasibət olub. 2020-ci ilin mart ayından etibarən tərəflər ayrılıblar. Ali Məhkəmənin mövqeyinə əsasən zərurət varsa, cavabdehin dostu şahid qismində gəlib izahat verə bilər. İddiaçının özünün etiraf edir ki, cavabdehlə münasibətləri 4 il əvvəl kəsilib. İddiaçı izahatında demir ki, münasibətər korlanıb və ya pisləşib. O, kəskin şəkildə bildirir ki, tərəflər arasında münasibətlər bitib, kəsilib. Məhkəmə tərfindən həmin etiraf əsas götürülərək qətnamə qəbul edildikdən sonra iddiaçı tərəf ifadəsinin mənasını dəyişməyə, pərdələməyə çalışır. İdiaçının 2023-cü ildə Vergilər Nazirinə və hüquqlarını müdafiə etdiyim Cavabdeh rəhbərliyinə yazdığı şikayətdə də iddiaçı izahatında bildirdiyi kimi yazır ki, Cavabdeh 4 ildir ki, uşaqları ilə bütün əlaqəni və onların maddi təminatını kəsmiş, atalıq qayğısından məhrum etmişdir. İddiaçı öz etirafını pərdələməyə çalışdığı, kasassiya instaniyasında 4 il məsələsinə xüsusi olaraq toxunulduğu üçün onlar tərəfindən bu şikayət indi təqdim edilir. İddiaçının fərqli vaxtlarda və yerlərdə bildirdiklərinə əsaslanaraq deyə bilərik ki, iddiaçı ilə cavabdeh arasında faktiki nikah münasibətləri 2020-ci ildən pozulmuşdur. Onlar tərəflərin qanuni nikahda olmaqlarını etiraf edirlər, onlar faktiki nikahda olmayıblar. Notoriat orqanı isə qanunun tələblərinə əsasən hərəkət etmiş, faktiki vəziyyəti nəzərə alınmamışdır. Qanun tələbinə əsasən də əmlakın ipotekaya qoyulması üçün iddiaçı ərizə verməli idi. Hüquqlarını müdafiə etdiyi şəxs bildirir ki, ərizə verməyə gedəndə belə iddiaçı etiraz etmiş, imza atmaq istəməmişdir. İddiaçı tərəf dəlilərini birinci instansiya məhkəməsində təqdim etməli olduğu halda kasassiya instansiyasında sübut təqdim edir. İddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərdən görünür ki, şəkillər xeyir işlər zamanı çəkilmişdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh uşaqları ilə deyil, yalnız iddiaçı ilə münasibətlərini kəsmişdir. Bir ata kimi uşaqları ilə maraqlanır və onların qeydinə qalır. Çəkilmiş fotoşəkillər məhz uşağının xeyir işləri-elçi gəlinməsi, bayram günləri ilə əlaqədar oğlan tərəfinin qonaq gəlməsi, nişan mərasimi və s. zamanı çəkilmişdir. İddiaçı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)- 1642/2025 saylı qərarı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 fevral 2025-ci il tarixli, 2(106)-253/2025 nömrəli qətnaməsinin qismən, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225, 225A, 225B mənzil 309 (yeni qaydalarla: AZ1115, Binəqədi rayonu,X8 küçəsi,ev 225B M 17, m 1) ünvanında yerləşən mənzilə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə tərəflərin apellyasiya şikayətlərinin dəlillərin nəzərə alınmaqla yalnız həmin mübahisəli hissədə – yəni Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 225, 225A, 225B, mənzil 309 (yeni ünvanlaşdırma ilə: AZ1115, Binəqədi rayonu, X8 küçəsi, ev 225B, M 17, m.1) ünvanında yerləşən mənzilə dair irəli sürülmüş iddia tələbinin qismən təmin edilməsinə münasibətdə – yenidən yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarı: Bənd 4.7. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ərarvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Bənd 5.13. Qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1 və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir. Bənd 5.14. İş materiallarında tərəflərin nikahına rəsmi qaydada xitam verildiyi tarixdən əvvəl onların faktiki nikah münasibətlərinin pozulması barədə kifayət qədər sübut yoxdursa, Ailə Məcəlləsinin 23.1-ci maddəsinin müddəaları rəhbər tutulmalıdır. Həmin maddəyə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Bənd 5.15. Eyni zamanda oxşar mübahisələrin həlli zamanı məhkəmələr tərəflərin birgə nikahda olduqları dövrdəki gəlirlərini, hansı müddət ərzində faktiki ayrı yaşadıqlarını, qazanılmış əmlakın dəyərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq, onların faktiki birgə təsərrüfat aparmadıqları dövrdə ərin (arvadın) əldə etdiyi əmlakı onların birgə mülkiyyəti hesab edə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 31.1 Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2 Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32 Nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3 Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli e-2(032)- 746/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı artıq formalaşdırdığı hüquqi mövqeyinə istinadla bir daha vurğulayır ki, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı). Qərarda qeyd olunur ki, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. İşi yenidən apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: Məhkəmə kollegiyası hesab etmişdir ki, bu nəticəyə gələrkən apelyasiya məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarında müəyyən edilmiş hüquqi mövqeləri nəzərə almamışdır. Belə ki, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan aldıra bilər. Nə birinci instansiya məhkəməsində, nə də apelyasiya məhkəməsində tərəflər arasında nikah münasibətlərinə faktiki hansı tarixdən xitam verildiyi, onların hansı vaxtdan ayrı təsərrüfat apardığı istiqamətində araşdırma aparılmamış, yalnız iddiaçının iddia ərizəsində “cavabdeh 4 ildir ki, ailəni tərk etmişdir” ifadəsini əsas götürməklə apelyasiya məhkəməsi bu halı mübahisəsiz hal kimi qəbul etmiş, tərəflərin hər ikisinin iştirakı ilə bu məsələ müzakirə edilməmiş və bu barədə sübutlar araşdırılmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin işin obyektiv həlli üçün mübahisə predmeti olan mənzil ipoteka müqaviləsi əsasında yüklü edilərkən cavabdeh rəsmi nikahda olduğu üçün müqavilənin bağlanmasına iddiaçının razılığının alınıb-alınmadığı yoxlanılmalı, razılıq alınmışdırsa, onda bu halın əmlakın birgə mülkiyyət hesab edilməsi üçün əhəmiyyətli hal olduğuna qiymət verilməlidir. Apellyasiya məhkəməsi bu mənzilə görə ödənilmiş 32.000 manat tərəflərin birgə vəsaiti olmaması, həmin məbləği cavabdehin öz yaxın dostundan borc alması, bu faktın isə borc alınan şəxsin ifadəsi ilə təsdiq edilməsinə əsaslanaraq bu vəsaiti də birgə əmlak hesab etməmişdir. Lakin bu zaman məhkəmə yuxarıda adı çəkilən Plenum qərarındakı hüquqi mövqelərə zidd yanaşma sərgiləmişdir. Belə ki, həmin qərarın 4.7-ci bəndinə əsasən Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən şahid ifadəsinin mötəbərliyinə düzgün hüquqi qiymət verilməmiş, onun cavabdehlə dostluq münasibətlərində olması, 30.000 manat borcun hər hansı yazılı müqavilə bağlanmadan verilməsi və keçən 4 ildən artıq müddət ərzində qaytarılmaması, ər-arvad arasındakı nikah pozulduqdan sonra bu məbləğin borc alınması barədə fikirlərin ortaya çıxması və şahidin cavbdehin mənafeyi baxımından çıxış etmə ehtimalının yüksək olması baxımından bu ifadənin mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılarkən yuxarıda göstərilən halların araşdırılması üçün müvafiq araşdırmalar aparılmışdır. İddiada bölünməsi tələbi irəli sürülmüş ünvan 19 ünvanında yerləşən 69,5 kv.m ümumi sahədən ibarət 309 saylı mənzil (yeni ünvanlaşdırma ilə: S.S. Axundov küçəsi 225B, M17, m1) üzrə mülkiyyət hüququnun hüquqi xarakteri və tərəflərin həmin əmlak üzərində pay hüququnun olub-olmaması apellyasiya instansiyası məhkəməsinin yenidən baxışının predmeti olduğundan, məhkəmə kollegiyası həmin məsələnin araşdırılmasını kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri, mübahisə predmeti olan əmlakın əldə edilməsi dövrünün hüquqi qiymətləndirilməsi, nikah münasibətlərinin faktiki davam etməsi və tərəflərin təqdim etdiyi sübutların məzmunu nəzərə alınmaqla həyata keçirir. İş materiallarından müəyyən edilmişdir ki, göstərilən daşınmaz əmlak Cavabdeh adına 12 mart 2021-ci il tarixdə verilmiş **********72-05301-093158 reyestr nömrəli çıxarışa əsasən tam pay üzrə dövlət qeydiyyatına alınmışdır. Mülkiyyət hüququnun rəsmiləşdirilməsinə əsas 18 fevral 2021-ci tarixli alqı-satqı və ipoteka müqaviləsi olmuş, həmin müqavilə ilə mənzilin ümumi dəyəri olan 116.000 manatın 32.000 manatı alıcı (ipoteka qoyan) Cavabdeh tərəfindən, 84.000 manatı isə kreditor olan "xxxx" ASC tərəfindən ödənilmişdir. Kredit illik 4% dərəcə ilə 240 ay müddətinə – 2041ci ilə qədər verilmişdir. Bu hallar iş materialları ilə təsdiq olunur. Mübahisəli əmlakın nikah dövründə əldə edilib-edilməməsi və həmin dövrdə tərəflərin faktiki ailə münasibətlərinin davam edib-etməməsi məsələsi birgə mülkiyyət prezumpsiyasının tətbiqi baxımından həlledici olduğundan, məhkəmə bu istiqamətdə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə uyğun olaraq əlavə araşdırma aparmışdır. Kassasiya instansiyasının xx.xx.2025-ci il tarixli qərarında açıq şəkildə göstərilmişdir ki, tərəflərin faktiki nikah münasibətlərinin hansı tarixdə başa çatması, tərəflərin ayrı təsərrüfat aparmağa nə vaxt başlayıb, nikah münasibətlərinin hansı vaxtdan faktiki dayanması birinci və əvvəlki apellyasiya mərhələlərində araşdırılmamışdır. Halbuki Ailə Məcəlləsinin 34 və 36-cı maddələrinin tətbiqi baxımından əmlakın nikah dövründə və birgə ailə təsərrüfatı çərçivəsində əldə edilib-edilməməsi əhəmiyyətli hüquqi haldır və sübutlarla təsdiq edilməlidir. Bu göstərişə uyğun olaraq apellyasiya instansiyasında tərəflər yenidən dindirilmiş, həmçinin iş materiallarında mövcud olan və əlavə təqdim olunan 2022-ci il tarixli fotoşəkillərə baxış keçirilmişdir. Həmin fotoşəkillərdən tərəflərin 2022-ci ildə müxtəlif ailəvi tədbirlərdə birlikdə iştirak etməsi, ümumi mühitdə, ailəvi çərçivədə birlikdə olduqları aydın görünür. Fotoşəkillər tərəflərin faktiki münasibətlərinin 2020-ci ildə deyil, ondan xeyli sonra da davam etdiyini göstərən sübutlardır. Bununla belə, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarı). Kollegiya qeyd edir ki, iddiaçı üzərinə düşən sübutetmə öhdəliyini yerinə yetirərək mübahisəli əmlakın nikah münasibətləri faktiki olaraq davam etdiyi dövrdə əldə olunduğunu sübuta yetirmişdir. Bunun əksinə, birgə mülkiyyət prezumpsiyasını aradan qaldırmaq və əmlakın şəxsi mülkiyyət kimi tanınmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh tərəfindən bu ehtimalı təkzib etməyə qadir hər hansı ardıcıl, etibarlı və hüquqi cəhətdən yetərli sübut təqdim edilməmişdir. Nəticə etibarilə, birgə mülkiyyət prezumpsiyası qüvvədə saxlanılır və aradan qaldırılması üçün əsaslar mövcud deyildir. Cavabdeh tərəfi apellyasiya instansiyasında belə etiraz etmişdir ki, fotoşəkillər kassasiya mərhələsində təqdim olunmuş, bu isə guya sübut təqdimetmə hüququnun pozulmasıdır. Kollegiya həmin arqumenti əsaslı hesab etmir. Belə ki, ər-arvad arasında əmlakın bölünməsi ilə bağlı mübahisələrdə birgə mülkiyyət prezumpsiyası mövcud olduğundan və bu prezumpsiyanın tətbiqi üçün iddiaçıdan əmlakın hansı xüsusi mənbədən əldə edildiyini sübut etmək tələb edilmir. Əksinə, bu prezumpsiyanı aradan qaldırmaq istəyən tərəf – yəni bu işdə cavabdeh əmlakın şəxsi əmlak olduğunu sübut etməli idi. Cavabdeh tərəf apellyasiya şikayətində faktiki nikah münasibətlərinin guya əvvəlki tarixdə başa çatdığı barədə iddiasını yalnız formal və ümumi mülahizələrlə əsaslandırmış, bu iddianı təsdiq edən heç bir konkret, ardıcıl və inandırıcı sübut təqdim etməmişdir. Odur ki, iddiaçının fotoşəkilləri birinci və ya əvvəlki apellyasiya mərhələsində təqdim etməməsi prosessual pozuntu hesab edilə bilməz, çünki həmin mərhələlərdə faktiki nikah münasibətlərinin sona çatma tarixi araşdırılmamış və belə sübutlara ehtiyac yaranmamışdır. Yaranmış zərurət məhz apellyasiya məhkəməsinin əvvəlki qərarının ləğv edilərək həmin hissədə iddianın rədd edilməsindən sonra ortaya çıxmışdır. Bu baxımdan fotoşəkilin təqdim olunması MPM-in 77 və 106-cı maddələrinin pozulması hesab olunmur. Məhkəmə kollegiyası fotoşəkilləri, tərəflərin izahatlarını və digər sübutları birlikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, tərəflərin faktiki nikah münasibətlərinə 2020-ci ildə xitam verilməsi sübuta yetirilməmişdir. Əksinə, təqdim olunmuş materiallar onların 2021-ci il və 2022-ci ildə də birlikdə olduqlarını, ailə münasibətlərinin davam etdiyini göstərir. Bu isə o deməkdir ki, mübahisəli mənzilin alındığı fevral 2021-ci il tarixində tərəflər faktiki olaraq ayrı yaşamamış, birgə ailə münasibətləri mövcud olmuşdur. Mənzilin alınması ilə bağlı cavabdeh tərəfindən irəli sürülmüş “30.000 manatın dostu Fariz Abdullayevdən borc alınması” arqumentinə gəldikdə, məhkəmə həmin etirazı da əsaslı hesab etmir. MM-in 739.2-ci maddəsinə görə, məbləği üç min manatdan çox olan borc müqavilələri yazılı formada bağlanmalıdır. İş materiallarında belə yazılı borc müqaviləsi mövcud deyildir. X7 ifadəsi də iş üçün inandırıcı hesab edilmir. Çünki: – borcun verilməsi tarixini, şəraitini, yeri və qaydasını dəqiq təsvir edə bilməmişdir; – 30.000 manat kimi ciddi məbləğin sənədsiz və müddətsiz verilməsi həyatın adi axarına uyğun deyil; – cavabdehlə yaxın dostluq münasibətləri ifadənin obyektivliyini şübhə altına alır; – borcun 4 ildən artıq müddətdə geri tələb edilməməsi normal təsərrüfat məntiqinə uyğun gəlmir; – borc versiyası tərəflər arasında münasibətlər pisləşdikdən sonra ortaya çıxmışdır. Bundan əlavə, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1/2024 saylı Plenum qərarının 4.7.-ci bəndinə əsasən Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Deməli, hətta borc faktı yazılı müqavilə ilə sübuta yetirilsəydi belə, həmin vəsait hesabına alınan əmlak birgə mülkiyyət kimi tanınmalı idi. Məhkəmənin diqqət yetirdiyi digər mühüm hal mübahisəli mənzilin ipoteka ilə yüklü edilməsi zamanı arvadın notarial qaydada verdiyi xx.xx.2021-ci il tarixli razılıq ərizəsidir. Bu razılıq iddiaçının həmin əmlakla bağlı qərarların qəbulunda iştirakını, ipoteka öhdəlikləri ilə bağlı məsuliyyəti qəbul etdiyini və əmlakın ailə məqsədləri üçün əldə olunduğunu göstərən əlavə hüquqi və yazılı sübutdur. Bu hal da əmlakın nikah dövründə birgə məqsədlər üçün alındığını və əvəzli əmlak olduğunu təsdiqləyir. Cavabdehin tərəflər arasında faktiki nikah münasibətinin pozulmasının təsdiqi kimi təqdim etdiyi digər sübut İddiaçı Dövlət Vergi Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli şikayətdir. Həmin şikayətə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sübut tərəflərin faktiki ailə münasibətlərinin tam olaraq kəsilməsini birmənalı təsdiq etmir. Belə ki, şikayətin məzmunundan aydın olur ki, tərəflər arasında ailə münasibətləri soyuduğu üçün iddiaçı uşaqların maddi təminatının, uşaqlara atalıq qayğısının bərpa edilməsinə çalışmış, ailənin bütövlüyünün qorunması üçün cavabdehin iş yerinə belə bir müraciət ünvanlamışdır. Yuxarıda göstərilən bütün sübutlar, tərəflərin izahatları, fotoşəkillər, notarial sənədlər, ipoteka müqaviləsinin şərtləri, Plenumun 1/2024 saylı qərarının hüquqi mövqeləri birlikdə qiymətləndirildikdə, məhkəmə belə nəticəyə gəlir ki, ünvan 20 ünvanlı mənzil nikah dövründə əldə edilmiş ümumi birgə əmlakdır. Cavabdeh birgə mülkiyyət prezumpsiyasını aradan qaldırmaq üçün nə nikah münasibətlərinin faktiki xitam tarixini, nə də mənzilin şəxsi vəsait hesabına əldə edildiyini sübut edə bilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar isə tərəflərin münasibətlərinin mənzilin alındığı tarixdə davam etdiyini və əmlakın ailə məqsədləri üçün əldə olunduğunu təsdiq edir. Bu səbəbdən mübahisəli mənzilin tərəflər arasında ümumi birgə mülkiyyət kimi tanınması və payların müəyyən edilməsi üçün hüquqi əsaslar mövcuddur. Bundan əlavə, birinci instansiya məhkəməsi mübahisəli mənzilin nikah dövründə əldə edilmiş ümumi birgə əmlak olduğunu müəyyən etdikdən sonra tərəflərin həmin əmlak üzərində paylarının hansı nisbətdə müəyyən edilməli olmasını da araşdırmışdır. İddiaçı öz iddia tələbində payların 2/3 hissəsinin onun, 1/3 hissəsinin cavabdehin xeyrinə müəyyən edilməsini tələb etmiş və bunu əsasən tərəflərin yetkinlik yaşına çatmayan övladının onun yanında saxlanılması ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, bu arqument payların qeyri-bərabər müəyyən edilməsi üçün qanuni baxımdan kifayət etmir, çünki həm Ailə Məcəlləsinin tələbləri, həm də Ali Məhkəmənin Plenum qərarının hüquqi mövqeyi bu tələbin yalnız istisna hallarda tətbiq olunmasına imkan verir. Belə ki, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, ümumi əmlakın bölünməsi zamanı məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ər-arvadın diqqətəlayiq mənafeyini nəzərə alaraq payları bərabər bölməyə bilər. Lakin bu norma istisna xarakteri daşıyır və payların qeyri-bərabər bölünməsi üçün sadəcə uşağın bir valideynlə yaşaması kifayət etmir. Bu, yalnız həmin uşağın mənafeyinin təmin olunması üçün konkret, sübuta yetirilmiş, xüsusi hallar mövcud olduqda tətbiq edilə bilər. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 1/2024 saylı Qərarının: 6.25.-ci bəndinə əsasən Ailə qanunvericiliyi ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu payları bərabər hesab etməklə yanaşı, payların qeyri-bərabər bölünməsinə əsas verən halları da müəyyən etmişdir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.2-ci maddəsi). 6.26.-ci bəndinə əsasən istinad olunan maddənin mənası baxımından sadəcə yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalması məhkəmələr tərəfindən bu normadan çıxış edərək, ümumi əmlakın qeyri-bərabər bölünməsi üçün əsas ola bilməz. Ümumi əmlakın bölünməsi zamanı birbaşa və ya dolayısı ilə məhz yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət edən xüsusi hallar nəzərə alınmalı və bu əsasla ümumi əmlakdakı payların qeyribərabər bölünməsi zamanı hər bir halda yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin bunu tələb etdiyi məhkəmə tərəfindən əsaslandırılmalıdır. Kollegiya qeyd edir ki, hazırkı işdə bu tələblərə uyğun hər hansı hal mövcud deyil. Belə ki, İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-639/2023 saylı qətnaməsi bir daha təsdiq edir ki: tərəflərin birgə nikahından olan övlad ananın himayəsində saxlanılır, uşağın yaşayış təminatı məqsədilə cavabdehdən əmək haqqının 1/4 hissəsi aliment tutulması artıq təmin edilmişdir; tərəflərin nikah dövründə əldə etdikləri digər iki əmlak üzrə paylar məhz ½–½ nisbətində müəyyən edilmişdir. Bu hallar bir daha təsdiq edir ki, uşağın yaşayış, təhsil və digər zəruri ehtiyaclarının təmin olunması üçün hüquqi mexanizm (aliment) artıq tətbiq edilmiş, eyni nikah dövründə əldə edilmiş digər əmlaklarda da bərabər pay prinsipi tətbiq edilmişdir. Məhz bu baxımdan uşağın mənafeyinin qorunması məqsədilə əlavə, qeyri-bərabər pay bölgüsü üçün əsaslar müəyyən edilmir. Birinci instansiya məhkəməsi də öz qərarında bu nəticəyə gəlmişdir ki, iddiaçının payların 2/3 nisbətində müəyyən edilməsi tələbi hüquqi əsaslara söykənmir və yalnız uşağın onun himayəsində saxlanılması faktına əsaslandığından qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda göstərilən hüquqi əsaslar, iş materialları, kassasiya instansiyasının məcburi göstərişləri, tərəflərin izahatları, təqdim edilmiş yazılı və elektron sübutlar, ipoteka müqaviləsinin məzmunu, fotoşəkillər, borc iddiasının mötəbərliyi və Plenumun 1/2024 saylı Qərarında formalaşdırılmış hüquqi mövqelər birlikdə qiymətləndirildikdə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki: — ünvan 21 ünvanında yerləşən mənzil tərəflərin nikah münasibətləri faktiki olaraq davam etdiyi dövrdə əldə edilmiş, ailə ehtiyaclarının ödənilməsi məqsədinə xidmət edən, ipoteka öhdəliyi ilə yüklü olsa da, nikah dövründə alınması səbəbi ilə ümumi birgə əmlak hüquqi xarakterinə malikdir; — cavabdeh tərəfindən birgə mülkiyyət prezumpsiyasının əksini sübuta yetirmək üçün təqdim edilmiş dəlillər hüquqi baxımdan yetərli, ardıcıl və inandırıcı olmadığından prezumpsiya aradan qalxmır; — tərəflər arasında faktiki nikah münasibətlərinin 2020-ci ildə başa çatması sübuta yetirilməmiş, əksinə 2021–2022-ci illərdə birlikdə ailə münasibətlərinin mövcudluğunu göstərən sübutlar təqdim edilmişdir; — borcun guya dostdan alınması iddiası yazılı müqavilə ilə təsdiq olunmamış, ifadənin obyektivliyi şübhəli olmuş və bu versiya ümumi mülkiyyət rejimini dəyişmək gücündə olmamışdır; — ipotekanın davam etməsi və aylıq ödənişlərin nikahdan sonra tərəflərdən biri tərəfindən yerinə yetirilməsi əmlakın hüquqi rejimini dəyişmir və MM-in 739-cu maddəsinə uyğun olaraq öhdəlik ailənin ümumi öhdəliyi kimi qiymətləndirilir; — iddiaçının payların 2/3 nisbətində müəyyən edilməsi tələbi isə Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş istisna hallar üçün tələb olunan sübutlarla əsaslandırılmadığından təmin edilməmişdir; yetkinlik yaşına çatmayan uşağın himayədə olması faktı təkbaşına qeyri-bərabər bölgü üçün hüquqi əsas yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli mənzil üzrə əmlakın ümumi birgə mülkiyyət kimi tanınmasına və payların bərabər müəyyən edilməsinə dair nəticəsi qanuna uyğun olmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı) Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan həmin qətnaməsinin dəyişdirilib ləğv edilməsi üçün heç bir əsas yoxdur. Nəticə etibarilə, apellyasiya şikayətində göstərilən hallar iş üzrə mövcud hüquqi vəziyyəti dəyişmir və birinci instansiya məhkəməsinin qətnaməsi həm faktiki, həm də hüquqi baxımdan əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Şirvan Şəhər Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli e-2(032)-746/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli e-2(032)-746/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1366/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1366/2025
05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver