Məhkəmə qərarları › İş №2(106)-137/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-137/2025

14.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-137/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşağın müalicəsi üçün əlavə xərc tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: uşağın müalicəsi üçün əlavə xərc tələbi. Şirvan şəhəri, 14 avqust 2025-ci il X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın müalicəsi üçün əlavə xərc tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2(049)-1275/2024 saylı (hakim Muradağa Qasımov) qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı uşağın müalicəsi üçün əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikаhdаn оlаn uşаqları- 03 аprеl 2020-ci il təvəllüdlü Sülеymаnоv Rаul Şəhriyаr оğlunun müаlicəsi ilə bаğlı əlаvə хərclərə cəlb еdilərək оndаn uşаq yеtkinlik yаşınа çаtаnаdək müаlicəsi üçün hər аy 300 mаnаtın аlınaraq ona ödənilməsi bаrədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 аvqust 2018-ci il tаriхdə Mаsаllı rеgiоnаl «АSАN хidmət» mərkəzində rəsmi nikahla аilə qurmuş və onunla birgə nikahdan 03 аprеl 2020-ci il təvəllüdlü Sülеymаnоv Rаul Şəhriyаr оğlu аdlı bir uşаqları anadan olmuşdur. Uşаq psiхi inkişаf və nitq ləngiməsindən əziyyət çəkir, F82 (mоtоr funksiyаlаrının spеsifik pоzğunluğu) diаqnоzu ilə mütəmаdi оlаrаq müаlicə оlunur. O, “Nömrə-1” Psiхоlоji Dəstək Mərkəzinin Lənkərаn Filiаlındа uşаğın müаlicəsinə hər аy 300 mаnаt pul ödəyir. Əlаvə оlаrаq uşаq mütəmаdi hər аy Mərkəzi Gömrük Hоspitаlındа nеrvopаtоlоq tərəfindən müаyinə və müаlicə оlunur. Təkcə müаyinə ilə bаğlı iki həkimə görə hər ay 100 mаnаt, dərmаnlаrın аlınmаsı üçün isə оrtа hеsаblа 100 mаnаt, ümumilikdə 500 mаnаt pul хərcləyir. Bundan başqa uşаğın müаlicəsi ilə bаğlı gеdibgəlmək üçün tаksi хərcləri də var. O, uşağı аydа bir dəfə Bаkı şəhərinə аpаrıb- gətirməyə görə 100 mаnаtа yахın pul хərcləyir. Lаkin Cavabdeh uşаğın müаlicəsinə könüllü olaraq köməklik еtmir. Mеdiаsiyаdа uşаqlа bаğlı аlimеntə dаir аrаlarındа rаzılıq оlsа dа, əlаvə хərclər hissəsində Cavabdeh onunla rаzılаşmаmışdır. Ona görə də, məhkəyə müraciət etməli olmuş və məhkəmədən Cavabdeh ilə birgə nikаhdаn оlаn uşаqları- 03 аprеl 2020-ci il təvəllüdlü Sülеymаnоv Rаul Şəhriyаr оğlunun müаlicəsi ilə bаğlı əlаvə хərclərə cəlb еdilərək оndаn uşаq yеtkinlik yаşınа çаtаnаdək müаlicəsi üçün hər аy 300 mаnаtın аlınmаsı bаrədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla yanaşı əlavə olaraq bildirmişdir ki, Sülеymаnоv Rаul Şəhriyаr оğlunun müаlicə оlunmasında onun anası ilə yanaşı, atası da iştirak etməlidir. İddiaçı “Asan” xidmət mərkəzində işləyir. O, hər ay uşağın müalicəsindən ötrü təkbaşına xeyli xərc çəkir, bu isə uşağı saxlamaqda, onun gündəlik maddi təminatlarını ödəməsində onu çətinliklər qarşısında qoyur. İş üzrə Cavabdeh isə işləməsinə və aylıq gəlirlərinin olmasına baxmayaraq uşağın müalicəsi üçün könüllü olaraq heç bir maddi yardım göstərmir. Cavabdehin harada işləməsi barədə rəsmi məlumat əldə etmək mümkün olmasa da, onun facebook səhifəsində bu barədə məlumat görünür. O, son iş yeri kimi “Öz qardaşlar” adlı obyekdə baş aşbaz vəzifəsində işlədiyini, ondan əvvəl isə Bakı şəhərində “Teleqüllə” adlı restoranda işlədiyini göstərmişdir. Cavabdeh könüllü olaraq uşağın müalicəsində iştirak etmədiyi üçün məhkəməyə müraciət olunmuş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamış, iddia tələbinin mahiyyətinə münasibət bidirilməmiş, onun tərəfindən məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2(049)-1275/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 03 аprеl 2020-ci il tarixdə doğulmuş Sülеymаnоv Rаul Şəhriyаr оğlunun müаlicəsi üçün hər ay 200 manat sabit pul məbləğində əlavə xərc Cavabdeh tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat. a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Lənkəran rayon məhkəməsi iş materiallarında qeyd edilən sübutlara qiymət verməmiş, uşağın həqiqətən xəstə olubolmamasını müəyyənləşdirmək üçün ekspertiza təyin etməmiş, iş üzrə müvafiq araşdırma aparmamışdır. Eyni zamanda istinad edilən qanunvericilik normalarını pozmaqla qanunvericilikdə göstərilən hallara da münasibət bildirməmiş, həmin sübutlara qiymət verilməməsini də əsaslandırmamışdır. İddianı təmin etdiyini qətnamədə əsaslandırmamışdır. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının dediyi fikirlər və sadəcə sözlərdən ibarətdir. Həmin sözləri təsdiq edən sənədlər mövcud deyildir. İddiaçı tərəf məhkəməyə qeyd edilən xəstəliyin Lənkəran mərkəzi xəstəxanasında ödənişsiz olaraq müayinə və müalicə olunub-olunmaması ilə bağlı heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Həmçinin Tibbi Sığorta haqqında qanuna əsasən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsi dövlət hesabına həyata keçirilir. İddiaçı tərəf məhkəməyə qeyd edilən xəstəliyin həmin müəssisəsdə müayinə və müalicə olunub-olunmaması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Həmçinin nə üçün iddiaçı uşağın müalicəsini və müayinəsini dövlət hesabına deyil hansısa özəl tibb müəssisələrində həyata keçirmək istəməsi başa düşülən deyildir. Qeyd edilən xəstəliyin müalicə və müayinəsinin dövlət hesabına həyata keçirildiyi və sosial reabilitasiya mərkəzlərinin mövcud olduğu təqdirdə iddiaçı qəsdən ona zərər vurmaq niyyəti ilə özlə tibb müəssisələrində müalicə etdirmək istəyir. Lakin məhkəmə heç bir sübut olmadan və iş üzrə heç bir araşdırma aparmadan sadəcə sözləri sübut kimi qəbul edərək həmin sözlər hesabına iddianı təmin etmişdir. Həmçinn o insult keçirmişdir və hazırda yataq xəstəsidir. (zəminlik aktivlik alfa-ritmlə təqdim olunub, müntəzəmdir. Ənsə təpə paylarında neyronal hiperoyanıqlıq qeydə alınır). Qeyd edir ki, birinci instansiya məhkəməsi onu məhkəməyə dəvət etmədiyindən həmin sübutları məhkəməyə təqdim etmək hüququndan məhrum etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab edərək onun təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, uşağı “Motor funksiyaların inkişafının spesifik pozğunluqları” və “Uşaq autizmi” xəstəliklərindən əziyyət çəkir. Masallı “Asan” xidmətində işləməklə aylıq 740 manat əmək haqqı alır. Aldığı aliment və əmək haqqı uşağın müalicəsinə kifayət etmir. Müalicəni yaxınlarının köməkliyi ilə həyata keçirir. Uşağın 5 yaşı olmasına baxmayaraq danışa bilmir, daima pampersdə olur. Cavabdeh isə Bakı şəhərində özəl şirkətdə aşpaz işləməklə 3000 manata yaxın əmək haqqı alsa da uşağının əlavə xərclərində iştirak etmək istəmir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti cavabdehə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV və V hissələrinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Uşaq hüquqları haqqında» Konvensiya: «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Qanunu: «Uşaq hüquqları haqqında» Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan AZ-İİ 281653 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Masallı Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 468 nömrə ilə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İV 455301 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan «Nömrə-1» Psiхоlоji Dəstək Mərkəzinin Lənkərаn Filiаlından verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 "Nömrə 1" Psixoloji dəstək Mərkəzinin Lənkəran filialına oktyabr aynda həkim tərəfindən təyin olunmuş F82 (motor funksiyaların spesifik pozğunluğu) diaqnozu ilə müraciət etmiş, mərkəzdə aparılan dəqiq psixodiaqnostik testlərlə uşaqda psixi inkişaf və nitq ləngiməsi proqnozlaşıdırılmışdır. Uşaq psixokorreksiya məşğələlərinə cəlb olunmuş, hər ay üçün uşağın özəl mərkəzə ödənişi 300 manat civarında müəyyənləşdirilmiş və 4 ay ərzində uşaq üçün ödəniş 1200 manat civarına ödənilmişdir. İş materiallarında olan Mərkəzi Gömrük Hоspitаlının həkim-nevrapatoloqu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məlumatdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 müayinənin nəticəsi olaraq F82 motor funksiyaların spesifik pozğunluğu diaqnozu verilmiş, psixoloq-loqoped dərslərinin və müalicəsinin davam etdirilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Mərkəzi Gömrük Hоspitаlından verilmiş protokol və məlumatdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixlərdə tibbi müayinələrdən keçirilmişdir. İş materiallarında olan Cavabdeh facebook səhifəsindən olan çıxarışdan görünür ki, o, öz səhifəsində “Öz qardaşlar” adlı obyektdə baş aşbaz vəzifəsində işlədiyini göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının hesabına uşaq nevropotoloqunun müayinəsindən ötrü 50 manat ödəniş edilmişdir. Məhkəmə elektron baza məlumatlarından əldə edilərək iş materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də böyük aşpaz işləməklə 2857.92 manat əmək haqqı alır. Apellyasiya baxışında uşağın xəstəliyi barədə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Məhkəmə-tibbi ekspertizasının 453/KEŞ saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən - 2020-ci il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: -Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Raul Süleymanovun “Motor funksiyaların inkişafının spesifik pozğunluqları” və “Uşaq autizmi” xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Motor funksiyaların inkişafının spesifik pozğunluqları uşaqlarda yaşına uyğun motor (hərəkət) bacarıqlarının inkişaf etməməsi və ya gecikməsi ilə xarakterizə olunan neyroinkişaf pozuntuları; autizm isə (autizm spektri) digər yaşıdlarından fərqli xüsusiyyətlər sindromu olub neyro-sosial davranış pozuntudur. - Qeyd olunanlarla əlaqədar R.Süleymanova müəyyən həkim və ya psixoloq nəzarəti, adekvat müayinələr, müəyyən psixoloji konsultasiyalar (davranış, nitq və danışıq) aparıla bilər. - Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyanın səlahiyyətlərinə aid deyil. Müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə X4 adlı bir uşaqları doğulmuşdur. Uşaq F82 motor funksiyaların spesifik pozğunluğu diaqnozu ilə «Nömrə-1» Psiхоlоji Dəstək Mərkəzinin Lənkərаn Filiаlındа və həmçinin Mərkəzi Gömrük Hоspitаlındа müalicə olunur. İddiaçı uşağın qeyd olunan xəstəlikdən müalicə xərcləri üçün yetkinlik yaşına çatanadək 300 manat sabit pul məbləğində müalicə xərci tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinin mahiyyətinə münasibət bildirməmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Birinci instansiya məhkəməsi hər iki tərəfin və uşağın mənafeyini nəzərə alaraq, 03 аprеl 2020-ci il tarixdə doğulmuş Sülеymаnоv Rаul Şəhriyаr оğlunun müаlicəsi üçün hər ay 200 manat sabit pul məbləğində əlavə xərcin Cavabdeh tutularaq İddiaçı verilməsini qət etmişdir. Qətnaməni cavabdehin nümayəndəsi (vəkili) tam mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Bundan əlavə olaraq Məhkəmə-tibbi ekspertizasının 453/KEŞ saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, 2020-ci il təvəllüdlü X2 “Motor funksiyaların inkişafının spesifik pozğunluqları” və “Uşaq autizmi” xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Bundan başqa apellyasiya şikayətində cavabdehin insult keçirməsi (xəstəlikdən əziyyət çəkməsi) qeyd olunur. Lakin cavabdeh bununla bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-də böyük aşpaz işləməklə 2857.92 manat olmaqla yetərincə qazanc əldə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçı və cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Hazırkı iş üzrə əlavə xərclərin tutulması hissəsində iddianın qiyməti 5000 manatdan çox deyil. Buna görə də qanunla qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, e-2(049)-1275/2024 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar