Məhkəmə qərarları › İş №2(106)-141/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-141/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-141/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi) vərəsəlik hüququ haqqında şəhadətnamənin, alğısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(050)-442/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə cavabdehlər Cavabdeh1 və X4 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X5 qalmış miras əmlaka dair cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, dövlət rüsumuna görə ödənilmiş 100 manatın cavabdehdən tutularaq onlara ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1985-ci ildə ünvan 1 ünvanında yaşayır. Mərhum atası X10 və onların mülkiyyətində Masallı şəhəri Heydər Əliyev prospekti ev 86 ünvanında yerləşən 0.1081 ha torpaq sahəsi və onun üzərində yerləşən atasının mülkiyyətində olan 158 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi vardır. Mərhum atası xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ondan qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. Atasının vəfatından sonra vərəsələri olaraq o, anası və qardaşları notariat ofisinə müraciət etmişlər və vərəsəlik işi açılmışdır. X17 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu tərəfindən vərəsəlik işi ilə bağlı araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlak üzərində 1/4 hissədə paylar müəyyən edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 0.1081 ha torpaq sahəsinin 0.04 ha hssəsi Cavabdeh2 satılmışdır. Daha sonra xx.xx.2021-cü il tarixdə 0 0681 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra məlum olmuşdur ki, mərhum atası vəfat etməzdən əvvəl xx.xx.2013-cü ildə vəsiyyətnamə verərək torpağını və fərdi yaşayış evini İddiaçı1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnaməni arxivdən tapmış və xx.xx.2021-cü il tarixdə notarius Əlövsət İbrahimov tərəfindən təsdiq olunmuşdur. Vəsiyyətnamə olmasına baxmayaraq xx.xx.2020-ci il tarixdə notarius qanunsuz olaraq vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi vermək əvəzinə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, “Notariat Haqqında” Qanunun 59 və 50-ci maddələri notariusun üzərinə birbaşa vəzifə qoymuşdur ki, mirasın açıldığı yeri, vərəsələrin dairəsini və vəsiyyətnamənin olub-olmamasını notarius axtarmalıdır. Ona verilmiş vəsiyyətnamədən onun məlumatı olmaya bilərdi, lakin notarisun vəzifəsidir ki, vəsiyyətnamənin olubolmamasını yoxlamalıdır, vəsiyyətnaməni Masallı notariat orqanı verib və arxivində saxlanılmışdır. Lakin notarius vəzifəsini icra etməyərək vəsiyyətnaməni müəyyən etmədən qanun üzrə vərəsəliyi müəyyən etmişdir. Vəsiyyətnamənin olubolmaması yoxlanmadığı üçün vərəsələr arasında paylar qanun üzrə vərəsə kimi 1/4 hissədə bərabər şəkildə müəyyən olunmuş, nəticədə onun mülkiyyət və vəsiyyətnamə üzrə hüquqları pozulmuşdur. Həmçinin qeyd olunan əmlaklar İddiaçı2 və Faridin mərhum atasının birgə nikahı dövründə əldə olunduğu üçün anasının payı mirasın yarısına müəyyən olunmalıdır. Lakin notariat orqanı həmin payıda müəyyən etməmiş, anasının da payı 1/4 hissədə, yəni digər vərəsələrlə bərabər bölünmüşdür. Göründüyü kimi, notarius tərəfindən notariat hərəkətləri qanuna uyğun aparılmadığı üçün vərəsəlik şəhadətnaməsi düzgün verilməmiş, paylar düzgün müəyyən olunmamış və nəticədə hüquqları pozulmuşdur. Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(050)-442/2024 saylı qətnaməsi (hakim Zeynal Zeynalov) ilə iddianın qismən təmin edilərək mərhum X5 miras qalmış əmlaka dair Cavabdeh4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********363 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçılar apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: İddiaçı1 (eyni zamanda anası İddiaçı2 səlahiyyətli nümayəndəsidir) apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, mərhum atası X10 Masallı şəhəri Heydər Əliyev prospekti ev 86 ünvanında yerləşən 0.1081 ha torpaq sahəsi və onun üzərində yerləşən 158 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi vardır. O, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ondan qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. Atamın vəfatından sonra vərəsələri olaraq özü, anası və qardaşları notariat ofisinə müraciət etmişlər və vərəsəlik işi açılmışdır. X17 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu tərəfindən vərəsəlik vərəsəlik işi ilə bağlı araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlak üzərində 1/4 hissədə paylar müəyyən edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 0.1081 ha torpaq sahəsinin 0.04 ha hissəsi Cavabdeh2 satılmışdır. Daha sonra xx.xx.2021-cü il tarixdə 0.0681 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra məlum olmuşdur ki, mərhum atası vəfat etməzdən əvvəl - xx.xx.2013-cü ildə vəsiyyətnamə verərək torpağını və fərdi yaşayış evini ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnaməni arxivdən tapmış və xx.xx.2021-cü il tarixdə notarius Əlövsət İbrahimov tərəfindən təsdiq olunmuşdur. Vəsiyyətnamə olmasına baxamayaraq, xx.xx.2020-ci il tarixdə notarius qanunsuz olaraq vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi vermək əvəzinə, qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Halbuki “Notariat haqqında” Qanunun 59 və 60-cı maddələri notariusun üzərinə birbaşa vəzifə qoymuşdur ki, mirasın açıldığı yeri, vərəsələrin dairəsini və vəsiyyətnamənin olub-olmamasını notarius axtarmalıdır. Vəsiyyətnamədən məlumatı olmaya bilərdi, lakin notoraisun vəzifəsidir ki, vəsiyyətnamənin olub-olmamasını yoxlamalıdır, vəsiyyətnaməni Masallı notariat orqanı verib və arxivində saxlanılmışdır. Lakin notarius vəzifəsini icra etməyərək vəsiyyətnaməni müəyyən etmədən qanun üzrə vərəsəliyi müəyyən etmişdir. Vəsiyyətnamənin olub-olmaması yoxlanmadığı üçün vərəsələr arasında paylar qanun üzrə vərəsə kimi 1/4 hissədə bərabər şəkildə müəyyən olunmuş, nəticədə onun mülkiyyət və vəsiyyətnamə üzrə hüquqları pozulmuşdur. Həmçinin qeyd olunan əmlaklar anası ilə mərhum atasının birgə nikahı dövründə əldə olunduğu üçün anasının payı mirasın yarısına müəyyən olunmalıdır. Lakin notariat orqanı həmin payı da müəyyən etməmiş, anasının da payı 1/4 hissədə, yəni digər vərəsələrlə bərabər bölünmüşdür. Göründüyü kimi notarius tərəfindən notariat hərəkətləri qanuna uyğun aparılmadığı üçün vərəsəlik şəhadətnaməsi düzgün verilməmiş, paylar düzgün müəyyən olunmamış və nəticədə hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunsa da həmin şəhadətnamə əsasında verilmiş çıxarış və alğı-satqı müqaviləsi etibarsız hesab olunmamışdır. Halbuki həmin sənədlər hazırda məhkəmə tərəfindən etibarsız hesab olunan vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. Həmin sənədlərin etibarsız hesab olunmaması gələcəkdə hüquqi mübahisələr yaradacaq və əlavə məhkəmə araşdırmaları aparılacaqdır. Çünki vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunduğu üçün paylar yenidən müəyyən olunacaq və yeni çıxarış veriləcəkdir. Bu zaman ləğv olunmayan çıxarışda paylar başqa, yenidən veriləcək çıxarışda isə paylar başqa olacaqdır ki, bu da mümkün deyil və eyni torpaq sahəsinə dair fərqli çıxarışların mövcud olması qanuna uyğun deyildir. Ümumiyyətlə, çıxarışın etibarsızlığı və ya ləğv olunması üçün onun verilməsinə səbəb olan sənəd etibarsız hesab olunmalıdır, hazırkı vəziyyətdə çıxarışın verilməsinə səbəb olan sənəd vərəsəlik şəhadətnaməsidir və həmin sənəd məhkəmə tərəfindən etibarsız hesab olunmuşdur. Buna görə də, həmin çıxarış və alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Cavabdehlər Cavabdeh1 və X4 nümayəndəsi Vəkil2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə mülkiyyət hüququna dair Çıxarışın etibarsızlığını təmin etməsə də, onun verilməsi üçün əsas olan vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etməklə vərəsəlik üzrə yenidən bölgü aparılmasına şərait yaratmışdır. Bunun əsasında isə mülkiyyət hüququna dair yeni çıxarış veriləcəkdir ki, bu da qətnamənin mülkiyyət hüququnun pozulmasına yönəlməsini göstərir. Qanunvericiliyin tələbinə görə isə bu yolverilməzdir. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. İşdən görünür ki, iddiаçılаrın mübаhisələndirdiyi Çıхаrış mülkiyyət hüququnun qеydiyyаtı ilə bаğlı dаşınmаz əmlаkın dövlət rеyеstrində аpаrılmış qеydiyyаtlа bаğlı оlаn çıхаrışdır. Həmin qеydiyyаtı isə iddiаçılаr mübаhisələndirməmişdir. Qаnunvеriciliyin tələbinə əsаsən iddiаçılаrın mübаhisələndirdiyi Çıхаrışın vеrilməsi üçün əsаs оlаn dаşınmаz əmlаkın dövlət rеyеstrində аpаrılmış qеydiyyаt mübаhisələndirilmədiyi üçün həmin qеydiyyаt əsаsındа vеrilmiş çıхаrış ləğv еdilə, bununlа bаğlı tələb təmin еdilə bilməz. Birinci instаnsiyа məhkəməsi iddiаnı mülkiyyət hüququnа dаir Çıхаrıın еtibаrsız hеsаb еdilməsi hissəsində təmin еtməsə də, həmin çıхаrıın vеrilməsi üçün əsаs оlаn vərəsəlik hüququ hаqqındа şəhаdətnаməni еtibаrsız hеsаb еtmişdir ki, nəticədə mirаslа bаğlı yеnidən bölgü аpаrıldığı təqdirdə, bu həmin əmlаkа dаir Çıхаrışın ləğvinə səbəb оlаcаqdır. Bu hаl isə qаnunvеriciliyin yuхаrıdа göstərilən tələblərinə ziddir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı1 (həm də İddiaçı2 nümayəndəsi) məhkəmədə izahat verərək göstərdi ki, tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edir. Cavabdeh tərəfin apellyasiya şikayətinə qarşı etiraz edir. Ekspert rəyi ilə razıdır. Öz apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam olaraq təmin olunmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi Vəkil1 məhkəmədə izahat verərək bildirdi ki, tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edir. Cavabdeh tərəfin apellyasiya şikayətinə qarşı isə etiraz edir. Təmsil etdiyi şəxsin miras bölüşdürülərkən vəsiyatnamədən xəbəri olmamışdır. Miras bölüşdürüldükdən sonra vəsiyatnamədən məlumatlı olmuşdur. Vərəsəlik şəhadətnaməsi xx.xx.2020-ci il tarixində verilmişdir. Alğı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Vəsiyyətnamə arxivdən tapılmış və xx.xx.2021-cü il tarixdə notarius tərəfindən təsdiq olunmuşdur. 18 yanvar 2021-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən İddiaçı2, İddiaçı1, Cavabdeh1, X12 ilə Cavabdeh2 arasında torpaq sahəsinin ağı-satqısı müqaviləsi bağlanmışdır ki, Cavabdeh2 vicdanlı alıcı olmuşdur. Çünki o zaman tərəflər arasında mübahisə olmamış, hər kəs buna razı olmuşdur. Cavabdeh1 və X4 nümayəndəsi Vəkil2 məhkəmədə izahat verərək bildirdi ki, iddiaçı tərəfin apellyasiya şikayətinə qarşı isə etiraz edir. İddiaçı tərəf özü də qeyd etmişdir ki, 2021-ci ildə vəsiyatnamədən məlumatlı olmuşdur. Bundan 2 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əgər tərəf bildirdisə vaxtında məhkəmə müraciət etməli idi. Cavabdehlər Cavabdeh1 və X12 2020-ci ilin dekabr ayında çıxarış alıblar və əmlakın 4/1 hissəsi ilə bağlı mülkiyyətçidirlər. Habelə 18 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə İddiaçı2, İddiaçı1, Cavabdeh1, X12 ilə Cavabdeh2 arasında torpaq sahəsinin alğısatqısı müqaviləsi bağlanmışdır ki, bu zaman Cavabdeh2 vicdanlı alıcı olmuşdur. Öz apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilərək iddianın tamamilə rədd edilməsini xаhiş еtmişdir. Cavabdeh2 oğlu məhkəmədə izahat verərək göstərdi ki, iddiaçı tərəflə əvvəldən ancaq tanışlığı olmuşdur. O, 0.4 ha torpaq sahəsini alanda orada mübahisə olmamışdır. Torpaq sahəsinə dair Çıxarış olmuş və notariusda rəsmi alğı-satqı olmuşdur. İddiaçıların hər biri razılıq vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(050)- 442/2024 saylı qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. İŞİNHALLARİ: X14 ilə X1 arasında 23 iyul 1983-cü il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 144 saylı nikah bağlanmış və nikah bağlandıqdan sonra qadına Hüseynova soyadı verilmişdir. X14 xx.xx.2019-cu il tarixdə Qara ciyər serrozu səbəbindən Masallı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,0681 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 158 kv.m fərdi yaşayş evi xüsusi mülkiyyət hüququ ilə X4, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 hər birinin 1/4 hissədə payları daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli **********363 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Masallı regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X15 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2019-ci il tarixdə vəfat etmiş HÜSEYNOV AKİF BAĞİ OĞLUNUN vərəsələri: MASALLİ, M.TALİŞXANOV KÜÇ, EV 24-A ünvanında qeydiyyatda olan HÜSEYNOVA SEYİDXANİM DAMƏD QİZİ (AZE0*******, xx.xx.2005 Masallı, FİN:xxxxxxx, d/t: xx.xx.1953) MASALLİ RAYONU, MASALLİ ŞƏHƏRİ, M.TALİŞXANOV KÜÇƏSİ ünvanında qeydiyyatda olan Cavabdeh1 (AA*******, xx.xx.2020- Asan-Masallı, FİN:xxxxxxx, d/t:xx.xx.1976)MASALLİ, H.ƏLİYEV KÜÇ, EV 24-A ünvanında qeydiyyatda olan X12 (AZE17109739, xx.xx.2017 - Asan- Masallı1, FİN:7FGWJ3Q, d/t:xx.xx.1977) MASALLİ RAYONU, MASALLİ ŞƏHƏRİ, M.TALİŞXANOV küçəsi, EV 24 ünvanında qeydiyyatda olan İddiaçı1 (AA*******, xx.xx.2020 - Asan-Masallı, FİN:xxxxxxx, d/t:xx.xx.1985) və onları hər biri miras əmlakdan 1/4 irs-almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN ƏRAZİ İDARƏSİ tərəfindən xx.xx.2020 tarixdə verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən MASALLİ ŞƏHƏRİ HEYDƏR ƏLİYEV PR.EV.86 ünvanında yerləşən 0.1081 ha torpaq sahəsindən HÜSEYNOV AKİF BAĞİ OĞLUNA düşən paydan və HÜSEYNOV AKİF BAĞİ OĞLUNA məxsus olan ümumi sahəsi 158 kv/m olan fərdi yaşayış evidən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,1081 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 158 kv.m fərdi yaşayş evi xüsusi mülkiyyət hüququ ilə X10, İddiaçı2, X4, X6 və Cavabdeh1 hər birinin ümumi birgə payları daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. 18 yanvar 2021-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı2, İddiaçı1, Cavabdeh1, X12 ilə alıcı Cavabdeh2 arasında Masallı resional “ASAN xidmət” mərkəzində notariat ofisində Masallı şəhəri Heydər Əliyev prospekti ev 86 ünvanında yerləşən, ümumi sahəsi 0.1081 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni "Alıcının" mülkiyyətinə verirlər Satıcılar HÜSEYNOVA SEYİDXANİM DAMƏD QİZİ HÜSEYNOV ZİYA AKİF OĞLU, İddiaçı1 və Cavabdeh1 tam hissə, 0.1081 ha, torpaq sahəsindən bölgü planı əsasında 0,04 ha torpaq sahəsinı -Alıcı Cavabdeh2 MÜLKİYYƏTİNƏ VERİR; Qalan 681.0. kvim torpaq sahəsi və ümumi sahəsi 158.0 kv.m olan fərdi yaşayış evi mülkiyyətçilərin mülkiyyətində qalır. 2. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur. -Torpaq sahəsi tərəfindən xx.xx.2021 tarixdə HÜSEYNOVA SEYİDXANİM DAMƏD QİZİ, HÜSEYNOV ZİYA AKİF OĞLU İddiaçı1 VƏ Cavabdeh1 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə, 0.1081 ha torpaq sahəsi və Ümumi sahəsi 158.0 kvim olan fərdi yaşayış evi; 3. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrinden əldə edilmiş xx.xx.2021 tarixli, qeydiyyat nomrəsi **********RN33502 olan arayışa əsasən müqavilə bağlananadək Masallı şəhəri, Heydər Əliyev pros. ev 86 unvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 4 Satıcılar daşınmaz əmlakı 5300 manat (beş min üç yüz manal) qiymətinə satdılar. Alıcı isə həmin qiymətə aldı Alıcı Cavabdeh2 Satıcılar HÜSEYNOVA SEYİDXANİM DAMƏD QİZİ, HÜSEYNOV ZİYA AKİF OĞLU İddiaçı1 və Cavabdeh1 satdığı hissə 0.04 ha torpaq sahəsini ondan 5300 manat (beş min üç yüz manat sıfır qəpik) qiymətinə aldı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan torpaq sahəsinin a. (Yaşayış fondları, həyətyanı sahələr və bağ sahələrinin tutduğu torpaqlar) təqdim edilməsinə görə aşağıdakı düstura uyğun olaraq sadələşdirilmiş vergi tutulmuşdur: 4b. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaklara görə Satıcı HÜSEYNOVA SEYİDXANİM DAMƏD QİZİNDAN 100.00 AZN, ümumilikdə cəmi 100.00 AZN miqdarda sadələşdirilmiş vergi tutulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-3065/2022 nömrəli qərardadından görünür ki, İddiaçı1 Cavabdeh1, X7 və İddiaçı2 qarşı (üçüncü şəxs Cavabdeh4) xx.xx.2021-ci il qeydiyyat tarixli **********63-10301 reyestr nömrəli hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa düzəliş edilməklə mərhum atası X5 miras qalmış Masallı şəhəri Digah küçəsində yerləşən torpaq sahəsinin və yaşayış evindən ona düşən payını 01 oktyabr 2013-cü il tarixli vəsiyyətnaməni nəzərə almaqla ayrılıb ona verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu mənada, tərəflərin apellyasiya şikayətlərinə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi orada ifadə olunmuş dəlillərə əsasən tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyində göstərmişdir ki, İddiaçı2, İddiaçı1, Cavabdeh1, X12 ilə alıcı Cavabdeh2 arasında Cavabdeh4ndə Masallı şəhəri Heydər Əliyev prospekti ev 86 ünvanında yerləşən ümumi sahəsi 0.1081 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən müqavilədə göstərilən hissəni Alıcı Cavabdeh2 mülkiyyətinə vermişlər və alıcı Cavabdeh2 vicdanlı əldə edən şəxs olduğu üçün iddia tələbi alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissədə təmin edilməməlidir. Cavabdeh2 vicdanlı əldə edəndir. Habelə iddiaçı öz tələbində mərhum atası X5 qalmış miras əmlaka dair Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18 yanvar 2021-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı2, İddiaçı1, Cavabdeh1, X12 ilə alıcı Cavabdeh2 arasında Cavabdeh4ndə Masallı şəhəri Heydər Əliyev prospekti ev 86 ünvanında yerləşən ümumi sahəsi 0.1081 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən müqavilədə göstərilən hissəni alıcı Cavabdeh2 mülkiyyətinə vermişlər və Cavabdeh2 vicdanlı əldə edən olduğu üçün iddia tələbi alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 59-cü maddəsinə istinadən göstərmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Tətbiqedilənhüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə görə mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. MM-in 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarında məcburi pay institutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, qanunverici Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Qeyd edilən qərarda eyni zamanda, göstərilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq mülki işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırkı mülki iş 14 dekabr 2023-cü il tarixdən məhkəmənin icraatında olmaqla ona “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında öz əksini tapmış qaydalar tətbiq edilməli və mirasın qəbulu üçün hər hansı müddət nəzərdə tutulmamalıdır. Məhkəmə tərkibi hesab edir ki, həmin qaydalar eyni zamanda işdə olan vəsiyyətnamənin nəzərə alınması zamanı da keçərlidir. Məhkəmə tərkibi əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfin vəsatətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 03 aprel 2025-ci il tarixli 4/53 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş və mülki işin 23-cü vərəqində olan 01 oktyabr 2013-cü il tarixli vəsiyyətnamədə İMZA: qrafasındakı imza – X14 tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iş üzrə tərəflərin miras əmlakdan paylarına təsir göstərən 01 oktyabr 2013-cü il tarixli vəsiyyətnamədəki imzanın həqiqətən də mərhum X14 tərəfindən icra edilmişdir. Beləliklə, məhkəmə tərkibi iddiaçı tərəfin apellyasiya şikayətlərinin dəlillərinə hazırkı mülki işin faktiki hallarına uyğun olaraq hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, göründüyü kimi, notarius “Notariat haqqında” Qanunun 60-cı maddəsinin tələbinə müvafiq olaraq vəsiyyətnamənin mövcudluğunu yoxlamadan qanun üzrə vərəsəliyi müəyyən etmiş, vərəsələr arasında paylar 1/4 hissədə, yəni bərabər olaraq müəyyən olunmuşdur. Beləcə, notarius tərəfindən notariat hərəkətləri qanuna uyğun aparılmadığı üçün vərəsəlik şəhadətnaməsi əsasında paylar düzgün müəyyən olunmamışdır. Qeyd edilməlidir ki, “Notariat haqqında” Qanunun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Məhkəmə tərkibi həmçinin diqqətə çatdırır ki, xx.xx.2020-ci il tarixli **********363 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab olunsa da, həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab olunmamışdır. Halbuki, həmin çıxarış qeyd olunan vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə predmeti olan vərəsəlik şəhadətnaməsi paylar yenidən müəyyən olunmaqla verilərkən fərqli payları özündə ehtiva edən yeni çıxarış verilməlidir. Buna görə də, həmin çıxarış da etibarsız hesab olunmalıdır. Məhkəmə tərkibi cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri üzrə hesab edir ki, həmin dəlillər formal olmaqla əsassızdır. Habelə apellyasiya şikayətlərinin dəlilləri üzrə qeyd edilməlidir ki, göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışı mübahisələndirlmişdir ki, məhkəmə həmin hissədə iddianı rədd edərkən göstərmişdir ki, alıcı Cavabdeh2 vicdanlı əldə edən olduğu üçün iddia tələbi çıxarışın etibarsız hesab edilməsi hissədə təmin edilməməlidir. Ancaq həmin çıxarışa nəzər saldıqda onun Cavabdeh2 məxsus deyildir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışla ünvan 2 ünvanında yerləşən 0,0681 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 158 kv.m fərdi yaşayş evi xüsusi mülkiyyət hüququ ilə X4, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 hər birinin 1/4 hissədə payları daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bu səbəbdən də, tərkib həmin çıxarışın əsasında duran vərəsəlik şəhadətnaməsi etibarsız sayıldığı üçün onun da etibarsızlığı barədə iddianın əsaslı olması qənaətindədir. Bununla yanaşı, o da nəzərə alınmalıdır ki, 18 yanvar 2021-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən satıcılar İddiaçı2, İddiaçı1, Cavabdeh1, X12 ilə alıcı Cavabdeh2 arasında Masallı resional “ASAN xidmət” mərkəzində notariat ofisində Masallı şəhəri Heydər Əliyev prospekti ev 86 ünvanında yerləşən, ümumi sahəsi 0.1081 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən müəyyən hissəni “alıcının” mülkiyyətinə vermişlər. Hazırkı işin mübahisəsiz hallarına görə alıcı Cavabdeh2 adıçəkilən müqavilə üzrə torpaq sahəsini alarkən vicdanlı olmuşdur. Beləliklə, məhkəmə tərkibi 18 yanvar 2021-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarlılığı qənaətinə gəlməklə həmin hissədə iddianın təmin edilməsi üçün əsas görmür. X13 “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi faktı alıcı Cavabdeh2 ilə bağlanmış 18 yanvar 2021-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarlılığı halına təsir göstərməməlidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(050)-442/2024 saylı qətnaməsi qismən - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməməsi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli və adıçəkilən Çıxarış etibarsız hesab edilməli, cavabdehlər Cavabdeh1 və X4 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 4/53 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Kollegiya digər məhkəmə xərclərinə dair hesab edir ki, onlar tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77, 89, 124, 217.2, 218.1, 372, 384, 385, 387, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Cavabdehlər Cavabdeh1 və X4 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(050)-442/2024 saylı qətnaməsi qismən - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməməsi hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin və adıçəkilən Çıxarış etibarsız hesab edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. 03 aprel 2025-ci il tarixli 4/53 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar