Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-944/2025 15.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlunun və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-198/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X2 ilə arasında olan ünvan 1 ünvanında yerləşən 7,5 torpaq sahəsinin və üzərində yerləşən ev üçün alğı-satqısına dair xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 dekabr 2023-cü il tarixdə X2 ilə aralarında Sabirabad şəhəri İlham İsgəndərov küçəsində yerləşən 66A nömrəli evi və onun üzərində yerləşən torpaq sahəsini 17000 manat razılaşmışlar və beh olaraq mərhuma 11500 manat nağd pul vermişdir. X2 ilə alğı-satqı etdikdən sonra İlkin həmin mübahisəli evi və üzərində olan torpaq sahəsini səhhəti ilə əlaqədar onun adına rəsmiləşdirməsə də, öz əl yazısı ilə bunu etiraf etmiş və ona vəsiyyət etmişdir. xx.xx.2017ci il tarixli 106 nömrəli arxiv arayışından da görünür ki, Sabirabad şəhəri İ.İsgəndərov küçəsi ev 66A-da yaşamış X4 babasından miras qalmış Sabirabad şəhər sakini Həsənov Qalamirzənin həyətyanı torpaq sahəsi olmadığından 7,5 torpaq sahəsi verilmişdir. Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 172 saylı arayışdan görünür ki, X4 mərhum babası X1 xx.xx.1980-ci il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Sabirabad şəhəri İ İsgəndərov küçəsi ev 66A olmuş və mərhumun nəvəsi xx.xx.1971-ci il təvəllüdlü X6 olmuşdur. X6 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən evə dair alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Onunla X2 arasında alğı-satqı müqaviləsi və özünün etiraf ərizəsi yazılan zaman bu halı təsdiq edəcək şahidləri də olmuşdur. Əgər işin obyektiv və subyektiv araşdırılması üçün müvafiq xətşünaslıq ekspertizası da təyin edilə bilər ki, haqq ədalət yerini tapsın. Hazırda həmin mübahisəli evə üzərində yerləşən torpaq sahəsindən xx.xx.2019-cu il tarixdən istifadəsində və üzərində mülkiyyət hüquqlarını həyata keçirməklə bəzi tikinti işləri də apararaq müvafiq xərclər çəkmişdir. Bunun notarial qaydada təsdiqinə çalışsa da, ona bunun məhkəmə yolu ilə öz həllini tapacağını bildirdikdə, o da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sabirabad Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2(056)-198/2025 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, dəyişdirilərək onunla X2 ilə aralarında olan ünvan 1 ünvanında yerləşən 7,5 torpaq sahəsinin və üzərində yerləşən ev üçün alğı-satqısına dair 07 dekabr 2023-cü il tarixli Alğı-satqı müqaviləsi bağlanmış hesab edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: xx.xx.2017-ci il tarixli 106 saylı arxiv arayışından görünür ki, Sabirabad şəhər sakini Həsənov Qalamirzənin həyətyanı torpaq sahəsi olmadığından ona 7.5 sot həyətyanı torpaq sahəsi verilməsi qərara alınmışdır; xx.xx.2019-cu il tarixli 496 saylı arayışdan görünür ki, X4 mərhum babası X1 xx.xx.1980-ci il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri ünvan 2 ünvanda mərhumun vərəsəsi X6 qalmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesləri düzgün aparılmamışdır. İddiaçı tərəfindən mərhuma dair bütün sənədlər məhkəməyə təqdim edilmişdir, hətta məhkəmə buna belə məhəl qoymamışdır. Çünki iddia ərizəsi üzrə də qeyd edilmiş dəlillərə əsasən 07 dekabr 2023-cü il tarixdə X2 ilə onun aralarında Sabirabad şəhəri İlham İsgəndərov küçəsində yerəşən 66A nömrəli evi və onun üzərində yerləşən torpaq sahəsini 17000 manat razılaşma olmuş və beh olaraq mərhuma 11500 manat nağd pul vermişdir. X2 ilə alğı-satqı etdikdən sonra X6 həmin mübahisəli evi və üzərində olan torpaq sahəsini səhhəti ilə əlaqədar onun adına rəsmiləşdirməsə də, öz əl yazısı ilə bunu etiraf etmiş və ona vəsiyyət etmişdir. İddiaçı onu da bildirmişdir ki, xx.xx.2017-ci il tarixli, 106 nömrəli arxiv arayışından da görünür ki, Sabirabad şəhəri İ.İsgəndərov küçəsi ev 66Ada yaşamış X4 babasından miras qalmış Sabirabad şəhər sakini Həsənov Qalamirzənin həyətyanı torpaq sahəsi olmadığından 7,5 torpaq sahəsi verilmişdir. Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 172 saylı arayışdan görünür ki, X4 mərhum babası X1 xx.xx.1980-ci il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Sabirabad şəhəri İ.isgəndərov küçəsi ev 66A olmuş və mərhumun nəvəsi xx.xx.1971-ci il təvəllüdlü X6 olmuşdur. Lakin xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən evə dair alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı ilə X2 arasında alğı-satqı müqaviləsi və özünün etiraf ərizəsi yazılan zaman bu halı təsdiq edəcək şahidləri də olmuşdur. Lakin məhkəmə buna da məhəl qoymamış, açıq-aşkar hüquqları pozulmuşdur. İddia tələbində göstərilən yerə məhkəmə tərəfindən heç bir baxış keçirilməmiş və həmin yerin harada necə olması araşdırılmamışdır. Mülki mübahisənin düzgün həlli məqsədi ilə iş üzrə xəttşünaslıq ekspertizası təyin edilməli idi. İşin obyektiv və subyektiv araşdırılması üçün müvafiq xəttşünaslıq ekspertizası da təyin edilə bilər ki, haqq-ədalət yerini tapsın. Hal-hazırda həmin mübahisəli evə üzərində yerləşən torpaq sahəsindən xx.xx.2019-cu il tarixdən istifadəsindədir və üzərində mülkiyyət hüquqlarını həyata keçirməklə bəzi tikinti işləri də apararaq müvafiq xərclər çəkmişdir. 02 İyul 2025-ci il tarixli məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etmiş və bildirmişdir ki, müqavilə notarial qaydada təsdiq olunmamışdır. X6 onun dayısı olmuşdur. O, narkotik vasitə istifadəçisi olmuşdur. Anası - Cavabdeh və dayısı X6 arasında 10 ildən çox müddətdir ki, münasibət və əlaqələr olmamışdır. X4 hər hansı şəxsdən pul almasından xəbəri yoxdur. X4 yeganə vərəsəsi anası Cavabdeh olmuşdur. X6 narkotik istifadəçisi olduğu üçün 10 manat müqabilində də hər hansı sənədə imza ata bilərdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Hazırki məhkəmə iclası barədə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. MM-in 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardandır. MM-in 144.1-144.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hazırkı qətnaməsini yoxlayaraq diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin təmin edilməsi üçün mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilməsi, iş üzrə xəttşünaslıq ekspertizası təyin edilməsi və s. barədə dəlillər formal olmaqla onlara hüquqi qiymət verilməsi hazırkı mülki işin həlli baxımından hər hansı əhəmiyyət kəsb etmir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, iddiaçı Sabirabad şəhəri İlham İsgəndərov küçəsində yerəşən 66A nömrəli evin və həyətyanı sahəsinin alğı-satqısının faktiki olaraq həyata keçirilməsi halına istinad etsə də, lakin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın alğı-satqısı məhz bu qəbildən olan əqdlər üçün müəyyən olunmuş müvafiq prosedura əməl edildiyi halda tanına bilər. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Sabirabad Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2(056)-198/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2(056)-198/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-944/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-944/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver