Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1426/2023 21.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının hаkimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi İmranov Orxan Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İslam oğuna qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(056)434/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq müəyyən etdi; İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İslam oğuna qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(056)434/2023 saylı qətnaməsi ilə (hakim S.Allahverdiyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İslam oğundan mənəvi zərərin əvəzi olaraq hər birindən ayrı-ayrılıqda 1000 (bir min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sabirabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(056)434/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən İddiaçı və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayətləri öyrənilərkən müəyyən olunmuşdur ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri elektron imza ilə imzalanmaqla elektron kabinet vasitəsilə verilməmişdir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almadan hər iki apellyasiya şikayətini mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Sabirabad Rayon Məhkəməsi 18 iyul 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin, 31 iyul 2023-cü il tarixli qərardadı ilə isə İddiaçı verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun qaydada verilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi Sabirabad Rayon Məhkəməsi (hakim S.Allahverdiyev) apellyasiya şikayətlərinin MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətlərinin MPM-in 363.1.5-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363.1.5, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin 2(056)-434/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1426/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1426/2023
21.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver