Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1427/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X4 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar Rayon Mərkəzi X7 şəxsinə qarşı pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(022)-387/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Cəfərzadə X3 Rayon Mərkəzi X7 şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-xx.xx.2021-ci il tarixə kimi cavabdeh Biləsuvar Rayon Mərkəzi X7 şəxsinin Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvü olduğuna görə ödənilməmiş 800 (səkkiz yüz) manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sahə pediatr-həkimi kimi fəaliyyət müddət üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ödənilməmiş hissəsi olan 1642 (min altı yüz qırx iki) manat 40 (qırx) qəpik, gecikdirilmiş və ona ödənilməmiş əmək haqqının (vəzifə maaşına əlavələrin) gecikdirilmiş hər günü üçün bir faizini təşkil edən 34907,05 manat, 320 (üç yüz iyirmi) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17 (on yeddi) manat 25 (iyirmi beş) qəpik xidmət haqqının və 60 (altmış) manat mediasiya xərcinin, cəmi 37746 (otuz yedi min yeddi yüz qırx altı) manat 70 (yetmiş) qəpik məbləğdə pul vəsaitinin Biləsuvar Rayon Mərkəzi X7 şəxsindən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Biləsuvar Rayon Mərkəzi X7 şəxsində xx.xx.1983-cü ildən xx.xx.2023-cü il tarixədək fasiləsiz olaraq sahə pediatr vəzifəsində işləmişdir. O, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddətdə cavabdeh müəssisənin strukturu olan Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvü olmuşdur və bu həmin dövrlərdə uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilən göndərişlərlə sübut olunur (məs: xx.xx.2021-ci il tarixli 0730003AACVJ nömrəli xx.xx.2021-ci il tarixli 0730003AACTB nömrəli göndərişlər). Sözügedən komissiyanın üzvü olması səbəbindən həmin müddətdə onun əmək haqqına hər ay üçün 200 manat əlavə ödənilməli olduğu halda, cavabdeh tərəfindən ödənilməmişdir. Həkim Məsləhət Komissiyasının üzvü olduğuna görə xx.xx.2021- xx.xx.2021-ci il tarixləri ərzində hər ay onun əmək haqqına 200 manat əlavənin (cəmi 800 manat) ödənilməsi üçün X8 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən cavabdeh müəssisəyə xx.xx.2023- cü il tarixli 3-17-5/2-36561 nömrəli icrası məcburi olan göndəriş verilmişdir. Təkrarən X8 Xidməti Şirvan Salyan regional şöbəsi tərəfindən onun həkim məsləhət komissiyasının üzvü kimi fəaliyyət göstərdiyi hər aya görə sabit həvəsləndirici əlavənin ona ödənilməsinin təmin edilməsi barədə cavabdeh müəssisəyə xx.xx.2024-cü il tarixli 3-17-5/2-5537/2024 nömrəli göstəriş verilmişdir. Lakin bu günədək cavabdeh müəssisə tərəfindən qeyd edilən məbləğ ona ödənilməmişdir. Bundan başqa, İcbari Tibbi Sığorta üzrə X10 Heyətinin 21 yanvar 2020-ci il tarixli 02 saylı qərarının 11.1-ci bəndinə əsasən ona xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sahə pediatr-həkimi kimi fəaliyyət göstərdiyi üçün onun vəzifə maaşına hər ay 30 faiz əlavə əmək haqqı verilməli olduğu halda ödənilməmişdir. Bu səbəbdən də, X8 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən Biləsuvar Rayon Mərkəzi X7 Şəxsinin direktoru barəsində İXM-in 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçıya ödənilməli olan xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək (28 ay) sahə pediatr-həkimi kimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ümumi məbləği 4178.40 manat təşkil edir. İlk 24 ayda iddiaçının vəzifə maaşı hər ay 487 manat, sonrakı 4 ay ərzində isə 560 manat olmuşdur. Vəzifə maaşı 487 manat olduğu dövrdə 30% əlavənin miqdarı hər ay 146.10 manat, vəzifə maaşı 560 manat olduğu son 4 ay ərzində isə aylıq əlavənin miqdarı 168 manat olmuşdur. Yuxarı və digər orqanlara edilən müraciətdən sonra cavabdeh Biləsuvar Rayon Mərkəzi X7 şəxsi 2023-cü ilin dekabr ayında ona 2536.00 manat ödəniş etmişdir. Qalan 1642.40 manatı isə ödəməkdən imtina etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən onun əmək hüquqları kobud şəkildə pozulmuş, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay əmək haqqına 200 manat (cəmi 800 manat) əlavə və xx.xx.2021-ci tarixindən xx.xx.2023-ci il tarixinədək hər ay əmək haqqına 30 faiz əlavə (qalan 1642.40 manat) ödənilməmişdir. Əmək qanunvericiliyinə görə əmək haqqına əlavə ödənişlər əmək haqqının tərkib hissəsi olduğundan hesab edir ki, cavabdeh Biləsuvar Rayon Mərkəzi X7 şəxsi tərəfindən ona ödənilməmiş əmək haqqının hər gecikdirildiyi gün üçün ən azı bir faizi məbləğində ödənc hesablanmalı və ona birdəfəlik ödənilməlidir. İddiaçıya ödənilməmiş əmək haqqının hər gecikdirildiyi gün üçün bir faizi məbləğində ödənc hesablanması qaydasını əks etdirən cədvəllər iddia ərizəsinə əlavə edilir. Cədvəldən də göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sahə pediatr-həkimi kimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ödənilməməsinə görə hər gecikdirildiyi gün üçün bir faizi məbləğində, yəni 27075,05 manat ödənc cavabdeh tərəfindən ona ödənilməlidir. Daha sonra onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdeh müəssisənin strukturu olan Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvü olması səbəbindən həmin müddətdə onun əmək haqqına hər ay üçün 200 manat (cəmi 800 manat) əlavənin ödənilməməsinə görə hər gecikdirildiyi gün üçün bir faizi məbləğində, yəni 7832,00 manat ödənc cavabdeh tərəfindən ona ödənilməlidir. Ona görə də, tələbini dəqiqləşdirərək onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdeh Bilsuvar RMX PHŞ Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvü olduğuna görə ödənilməmiş 612 manat, 2022-ci ilin yanvar ayı üçün İİ qrup əlilliklə bağlı aylıq taarif maaşına 25%-lik 98,25 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək sahə pediatr həkimi kimi fəaliyyət müddəti üçün vəzifə maaşına hər ay 30 % əlavənin ödənilməmiş hissəsi 437,39 manat, cəmi 1148 manat, 450 manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17,25 manat xidmət haqqının və 60 manat mediasiya xərcinin, gecikdiirlmiş və ödənilməmiş əmək haqqının (vəzifə maaşına əlavələrin) gecikdirilmiş hər günü üçün bir faizini təşkil edən ödənc məbləği olan 34.907,05 manat pulun, əldən çıxmış fayda şəkildə 35.000 manat pulun, mənəvi ziyan şəklində 50000 manat pulun, ümumilikdə 121.131,94 manat pulun cavabdeh Bilsuvar RMX PHŞ-dən tutularaq iddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) İddiaçı Biləsuvar Rayon Mərkəzi X7 şəxsinə qarşı pul tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əməlində inzibati xəta olduğundan onun barəsində icraat başlanılmışdır. Digər tərəfdən iddia müddətinin keçməsi halı da araşdırılmamış və müddətin keçməsinin üzrlü hesab edilməsi üçün kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmə buna əhəmiyyət verməmişdir. Halbuki, iddiaçı hüquqlarının pozulmasının aradan qaldırılması üçün mütamadi şəkildə çalışmışdır. Hakim cavabdehin vəkilinin iddia müddətinin ötürülməsi haqqında ərizəsini əsas götürmüşdür. Hakim Biləsuvar RMX-PHŞ rəhbərliyinin yol verdiyi xətalara hüquqi qiymət verməmiş və səhv nəticəyə gəlmişdir. İddiaçı dəfələrlə müraciətlərinə əsaslanaraq güman etmişdir ki, son iş gününə kimi yəni xx.xx.2023-cü il tarixdə onunla tam hesablama aparılacaqdır. Hesab edir ki, iddia müddəti də xx.xx.2023-cü ildən hesablanmalıdır. Digər halda yuxarıda sadalanmış pul vəsaitlərinin iddiaçıya verilməli olduğu X8 Xidmətinin Şirvan-Salyan Regional şöbəsi tərəfindən təsdiq edilmiş və xx.xx.2023-cü ildə göndərilmiş məktubdan sonra iddiaçı tələbinin dəqiq olduğunu bilmişdir. Çünki Biləsuvar RMX PHŞ-in rəhbərləri iddiaçıya həmin tarixə kimi yalan vədlər vermişlər. Burada müddətin ötürülməsindən söhbət gedə bilməz. Cavabdeh xx.xx.2023-cü il tarixdə xx.xx.2021-xx.xx.2023-cü il müddətinə əmək haqqında aylıq maaşın 30%-lik əlavəsi kimi 2536,0 manat ödənmiş və 437,39 manat borclu qalmışdır. Bu vəsaiti köçürməklə xəstəxana rəhbərliyi inzibati xəta törətdiklərini özləri etiraf etmiş olurlar. Ona görə də, iddia müddəti xx.xx.2023-cü il tarixdən hesablana bilər. Digər tərəfdən cavabdehin əməlində İXM-nin 38.2-ci maddəsinə əsasən uzanan inzibati xəta olduğundan həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən iddia müddəti xətanın aşkara çıxarıldığı gündən hesablanmalıdır. Biləsuvar RMX PHŞ-in rəhybərliyi tərəfindən inzibati xəta birinci halda xx.xx.2023, ikinci halda xx.xx.2023-cü il tarixdən aşkar edildiyindən iddia müddətinin ötürülməsinə məhkəmə tərəfindən istinad edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsində göstərilir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsində yazılmışdır ki, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Cavabdeh Biləsuvar Rayon Mərkəzi X7 şəxsi İddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına müraciətlərdən sonra 2023-cü ilin dekabr ayında ona 2536,00 manat ödəniş etmişdir. Beləliklə, MM-in 380-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı kəsilmişdir. Belə olan halda iddia müddətinin tətbiqi barədə ərizəyə ehtiyac olması da, məhkəmə maddənin tələbini pozmuşdur. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi haqqında məhkəməyə ərizə təqdim edilməmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı bildirmişdir ki, Həkim-Məsləhət Komissiyasında işləmək üçün ondan əmr tələb olunur. Onlar da deyir ki, “sənin əmrin yoxdur, ona görə biz sənə onunla bağlı əmək haqqı verə bilmirik”. Halbuki, həmin dövrdə 185 nəfər vətəndaşın sənədini elektron imza ilə ƏƏSMN-in əleyhinə sənəd göndərmişdir. Həmin vaxt HMK komissiyaları yetkinlik yaşına çatmayanlar və böyüklər üzrə fəaliyyət göstərirdi. O, 2021-ci ildən 2023-cü ilə qədər sahə pediatrı işləmişdir. İcbari Tibbi Sığorta Agentliyi 10 may 2022ci il tarixli 02 saylı sərəncamı ilə 01 yanvar 2021-cü il tarixində olan sərəncama dəyişiklik etmişdir. Həkim Məsləhət Komissiyası 2021-ci ildən bəri ictimai əsaslarla fəaliyyət göstərirdi, lakin bu sərəncamla artıq HMK-da işçilərə əmək haqqı ödənilməli idi. 2021-ci ildən 2023-cü ilə qədər Həkim Məsləhət Komissiyasının üzvü olaraq işləməyi və 2022-ci ilin yanvar ayı üçün İİ qrup əlilliklə bağlı aylıq taarif maaşına əlavə ilə bağlı qeyd edilməlidir ki, Biləsuvar Rayon Mərkəzi X7 şəxsində işləyən mühasib 28 ay əmək haqqını toplayaraq həmin məbləğin cəmindən vergi tutmuşdur. Hansı ki, hər ayın əmək haqqında ayrıayrılıqda tutulmalı idi. Belə ki, ona cəmi 2536 manat məbləğdə vəsait vermişlər. Əmək Müfəttişliyi Xidmətinin 23.09 2023-cü il tarixli göstərişi ilə də müəyyən olunmuşdur ki, onun son haqq-hesabı düzgün hesablanmamış və son haqq-hesabını əmək müqaviləsinə xitam verildiyi vaxtda verilməli olduğu halda vaxtında verməmişlər. Onun məhkəməyə gec müraciət etməsinin səbəbi odur ki, həmin müddətdə onu rəhbərlik aldatmışdır ki, sənin son haqq-hesabını tam şəkildə ödəyəcək. Çoxsaylı müraciətlər etsə də, onlar son haqqhesabını ödəmədilər. Bundan başqa, o müxtəlif şəxslərə, o cümlədən ƏMX-yə müraciət etmişdir. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, onda HMK üzvü olması ilə bağlı kifayət qədər sübutlar mövcuddur. Belə ki, o həmin dövrdə elektron imzanı istifadə edərək 185 nəfər vətəndaşın sənədlərini göndərmiş, eyni zamanda xx.xx.2021-ə qədər uşaqların sənədlərini onun imzaladığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, müvəkkili HMK-da ictimai əsaslarla işləyib sonra müvafiq sərəncamla HMKlar ödənişli əsaslarla fəaliyyət göstərməyə başlamışdır və 2022-ci ildən müəyyən olunmuşdur ki, pul ödənilməlidir. İddia müddəti ilə bildirir ki, iddiaçı müddəti ötürsə də, o həmin dövrdə müxtəlif yerlərə müraciət edib. Bütün bu məsələlər Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarında öz əksini tapmışdır. Belə ki, iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının tələbi üzrə kifayət qədər araşdırma aparılmışdır. Qaydalara görə HMK üzvü olan həkimlərə aylıq 200 manat əlavə haqq ödənilməlidir. Lakin bununla bağlı xəstəxananın direktoru əmr verməlidir. Hal-hazırda iddiaçıya münasibətdə isə belə bir əmr mövcud deyil. Hətta bununla bağlı araşdırma aparsalar da, o dövrə aid heç bir əmr növündə sənəd tapılmamışdır. Əmr olmadığı təqdirdə isə xəstəxana rəhbərliyi iddiaçıya əlavə haqq ödəmək iqtidarında deyildir. Bundan başqa, əmək qanuvericiliyinə görə də, iddiaçıya hüquqlarının pozulduğu 3 il qabaq bəlli olsa da, o, qanunla müəyyən edilmiş iddia müddəti ötdükdən sonra iddia qaldırmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sahə pediatr-həkimi kimi fəaliyyət müddət üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ödənilməsi məsələsinə münasibətdə bildirmişdir ki, ona əlavə haqq tam olaraq ödənilmişdir. Belə ki, 30 faiz əlavə haqq sahə həkimi kimi heç bir həkimə ödənilmirdi. Rəhbərlik dəyişəndən sonra onların təşəbbüsü ilə əlavə haqlar, habelə 2022-ci ilin yanvar ayı üçün İİ qrup əlilliklə bağlı aylıq taarif maaşına 25%-lik hissə iddiaçının əmək haqqısının üzərinə hesablanmaqla ödənilmişdir. Hal-hazırda cavabdeh ona etiraz edir ki, ona ödənilən əlavələrin hamısı bir yerdə ödənildiyindən müvaqfiq qaydalara görə həmin məbləğdən vergilər və.s çıxıldıqdan sonra ona az məbləğ çatmışdır. Çünki həmin ödənişlər iddiaçının hesabına ayrı-ayrılıqda ödənilsəydi, yekunda iddiaçıya çatacaq məbləğ indikindən daha çox olardı. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin e-2(022)- 387/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: İlkin mediasiya sessiyasının MŞL/MT014/2024- 00156 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Biləsuvar rayon mərkəzi X7 şəxsi ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Biriyi Publik hüquqi şəxs Biləsuvar Rayon Mərkəzi X7 Şəxsinin 18 aprel 2024-cü il tarixli 1001 saylı məktubunda göstərilmişdir ki, Biləsuvar Rayon Mərkəzi X7 şəxsinin İSX (ASM) şöbəsinin ailə həkimpediatr vəzifəsində işləmiş İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək fasiləsiz əmək stajına görə vahid tarif dərəcəsi maaşının 30 faizi olaraq 3377,85 (üç min üç yüz yetmiş yeddi manat 85 qəpik) manat hesablanmışdır. Qanunvericiliyə uyğun tutulmalardan sonra onun hesabına 2536 (iki min beş yüz otuz altı) manat köçürülmüşdür. xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək İİ qrup əlilliyə görə 3086,86 (üç min səksən altı manat 86 qəpik) manat hesablanmışdır. Belə ki, bu məbləğ göstərilən dövrdə hər ay İİ qrup əlil olduğu üçün qanunvericiliyə uyğun olaraq vahid tarif dərəcə maaşının 25 faiz nisbətində hesablanaraq aylıq əmək haqının üzərinə gəlməklə ödənilmişdir. "xxxx" ASC-nin Biləsuvar rayon filialı tərəfindən İddiaçı ünvanlanmış 29 may 2024-cü il tarixli 062/2024 saylı məktubda göstərilmişdir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə Bankın tranzit hesabına 2536 (iki min beş yüz otuz altı) manat məbləğində “X2 emek haqqı ferqi” təyinatı ilə vəsait daxil olmuş və xx.xx.2023cü il tarixdə İddiaçı məxsus kart hesabına mədaxil edildiyi göstərilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Hazırkı halda, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (ƏM) 46-cı maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. ƏM-in 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-in 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmə kollegiyası tam hüquqlu məhkəmə kimi işin hallarını təhil edərək müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin materiallarından da görünür ki, hazırkı iddia bir neçə əsas tələbi özündə ehtiva edir. İlk öncə, kollegiya İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi Bilsuvar RMX PHŞ Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvü olduğuna görə ödənilməmiş 612 manatla bağlı diqqətə çatdırır ki, işin mübahisəsiz hallarına əsasən Həkim Məsləhət Komissiyası 2021-ci ildən ictimai əsaslarla fəaliyyət göstərmiş, X12 Agentliyi 10 may 2022-ci il tarixli 02 saylı sərəncamı ilə 01 yanvar 2021-cü il tarixində olan sərəncama dəyişiklik etmiş və həmin sərəncama əsasən HMK-da işçilərə əmək haqqı ödənilməli idi. Həmin dövrdə iddiaçının işləməsi və ona əlavə ödənişlərin verilməsi halı ilə əlaqədar qeyd edilməlidir ki, X8 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən iddiaçı Həkim Məsləhət Komissiyasının üzvü olduğuna görə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri ərzində hər ay onun əmək haqqına 200 manat əlavənin (cəmi 800 manat) ödənilməsi üçün cavabdeh müəssisəyə xx.xx.2023-cü il tarixli 3-17-5/2-36561 nömrəli icrası məcburi olan göndəriş verilmişdir (səh. 16). Göründüyü kimi, iddiaçının adıçəkilən tələbinin əsaslı olması öz təsdiqini tapmışdır. Habelə iddiaçının Həkim Məsləhət Komissiyasının üzvü olmasına dair əmrin tapılmamasının məsuliyyətini iddiaçıya aid etmək olmaz. İş materiallarından da göründüyü kimi, X12 Agentliyi 10 may 2022-ci il tarixli 02 saylı sərəncamla 01 yanvar 2021-cü il tarixli sərəncamına dəyişiklik etmişdir ki, iddiaçı həmin vaxtdan da əmək haqqına əlavələrin edilmədiyini bilirdi və iddia müddətinin başlanğıcı həmin dövrdə hesablanmalıdır . Hazırkı iddia ilə iddiaçı məhkəməyə yalnız 20 fevral 2024cü il tarixdə müraciət etmişdir. İddiaçıın nümayəndəsi müddətin ötürülməsini müxtəlif dövlət orqanlarına müraciətlər və cavabdehin rəhbərliyi tərəfindən onlara vəd verilməsi olmuşdur. Kollegiya hazırkı dəlilləri əsassız sayır və şəxsin müraciət hüququndan istifadəsinin onun məhkəməyə gec müraciət etməsinin üzrlü halı hesab etmir. Bundan əlavə, iddiaçı 2022-ci ilin yanvar ayı üçün İİ qrup əlilliklə bağlı aylıq taarif maaşına 25%-lik 98,25 manat pul vəsaiti əlavə edilməsini də tələb edir. Ancaq işdə olan həmin dövr üçün əmək haqqına əlavənin miqdarına dair cədvəldən görünür ki, 01 yanvar 2021-ci ildən 01 yanvar 2023-cü ilədək iddiaçıya eyni məbləğ köçürülmüşdür. Ancaq işdən görünür ki, həmin məbləğin köçürülməsi üzrə pozuntu xəstəxananın direktoru tərəfindən etiraf edildiyindən bu barədə pozuntu aşkara çıxarılaraq X8 Xidməti Şirvan Salyan regional şöbəsi tərəfindən onun həkim məsləhət komissiyasının üzvü kimi fəaliyyət göstərdiyi hər aya görə sabit həvəsləndirici əlavənin ona ödənilməsinin təmin edilməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixli 3-17-5/2-5537/2024 nömrəli göstəriş verilmişdir. Bundan başqa, iddia tələbinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sahə pediatr həkimi kimi fəaliyyət müddəti üçün vəzifə maaşına hər ay 30% əlavənin ödənilməmiş hissəsi 437,39 manat ilə əlaqədar qeyd edilməlidir ki, bu məbləğin ödənilmədiyi üçün cavabdeh barədə 28 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda göstərilən məbləğlərin ödənilməsi cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etmiş olduğu 08 aprel 2024-cü il və 18 aprel 2024-cü il tarixli arayışlarla da təsdiq edilir. Cavabdehin, habelə işdə olan "xxxx" ASC-nin arayışlarından məlum olur ki, cavabdehin cavabdehin iddiaçıya hər hansı borcu qalmamışdır. Belə ki, həmin məbləğ iddiaçıınn əmək haqqısının üzərinə hesablanmaqla ödənilmişdir. Əlavə olaraq, diqqətə çatdırılmalıdır ki, iddiaçı tərəfindən həm apellyasiya şikayətində, həm də məhkəmədə verdiyi izahatında Biləsuvar Rayon Mərkəzi X7 şəxsi tərəfindən ona müxtəlif dövlət orqanlarına müraciətlərdən sonra 2023-cü ilin dekabr ayında ona 2536 manat məbləğdə pul vəsaiti ödəniş edilmişdir. Ancaq iddiçının həmin pul vəsaiti üzrə tələblərinin əsasını o təşkil edir ki, Biləsuvar Rayon Mərkəzi X7 şəxsinin mühasibi həmin məbləğləri vaxtında əmək haqqına əlavə edib ödəsəydi, o zaman vergi daha az tutulardı. Yəni, vergi məbləği hər ayın əmək haqqında ayrı-ayrılıqda tutulmalı idi. Kollegiya diqqətə çatdırır ki, cavabdeh Biləsuvar Rayon Mərkəzi X7 şəxsinin nümayəndəsi vəkil Nümayəndə2 mülki iş birinci instansiya məhkəməsinin icraatında olduğu müddətdə - 25 aprel 2024-cü il tarixdə məhkəmə hazırlıq iclası mərhələsində iddia müddətinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, müddəti təbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddianın əsaslı olduğu hissələrdə iddia müddəti tətbiq edilməsi qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsaən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-nin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. ƏM-in 296-cı maddəsinin 4-cü bndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Kollegiya iddianın təmin edilməsi üçün əsasların mövcud olmadığı səbəbindən iddiaçının gecikdirilmiş və ödənilməmiş əmək haqqının (vəzifə maaşına əlavələrin) gecikdirilmiş hər günü üçün bir faizini təşkil edən ödənc məbləği, əldən çıxmış fayda və mənəvi ziyanın əvəzi qismində onun xeyrinə pul tutulmasına dair tələbləri də təmin edilməməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(022)-387/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, iddiaçı tərəfindən mediasiyaya müraciət və ona göstərilən hüuqi yardıma görə çəkilən xərclər də özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 372, 384.0.1, 385.2, 389, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(022)-387/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1427/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1427/2024
23.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver