Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1442/2025 21.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən cehiz əmlakının çıxarılması tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(053)-91/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus cehiz əmlakın, yəni 1 ədəd paltar dolabının, 1 ədəd çarpayının (iki nəfərlik), 1 ədəd yük üçün çarpayının, 1 ədəd trümonun, 1 ədəd kamodun, 1 ədəd ikiqapılı servantın, 1 ədəd təkqapılı servantın, 2 ədəd tumbanın, 1 ədəd jurnal masasının, 1 ədəd pufun, 1 ədəd künc divanının, 1 ədəd masanın, 6 ədəd stulun, 1 ədəd TV stendinin, 1 dəst mətbəx mebelinin, mətbəx stolu dəstinin (1 ədəd stol, 2 ədəd taburet və 1 ədəd skamyadan ibarət), 1 ədəd soyuducunun, qazan dəstlərinin, boşqab və kasa dəstlərinin, stəkan dəstlərinin, qaşıq, bıçaq və çəngəl dəstlərinin, 2 ədəd çilçırağın, pərdənin, yükün (yorğan, döşək və yastıq), 1 ədəd tozsoranın, 1 ədəd beşiyin və 1 ədəd ütü masasının onun evindən çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Vəliyev X11 rayonunun Qədimkənd kəndində ailəsi ilə birlikdə yaşayır və həmin kənddə 1993-cü ildə özünə ev tikmişdir. X4 ilə xx.xx.1991-ci ildə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.1992-ci ildə X18 və xx.xx.1993-cü ildə X10 anadan olmuşdur. Oğlu X3 Nuranə İlham qızı ilə xx.xx.2017-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Onların birgə nikahlarından 08 aprel 2018-ci il təvəllüdlü İddiaçı Emil oğlu və 09 yanvar 2021-ci il tarixdə X19 adlı iki oğlu anadan olmuşdur. Hazırda uşaqlar cavabdehin himayəsində yaşayırlar. Nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibət kəskinləşmiş, xasiyyətlərin tutmaması səbəbindən ailə münasibətləri dağılmış, xx.xx.2023-cü ildə X18 ilə Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızı arasında bağlanmış nikah aktı Neftçala Rayon Məhkəməsində pozulmuşdur. Cehiz əmlakının çıxarılması ilə bağlı qarşı tərəfə təxminən on ay bundan əvvəl şifahi məlumat verilmiş, lakin cavabdeh cehiz əmlakının bir müddət daha iddiaçının evində qalmasını istəmişdir. Bu günə qədər bir-iki məişət əşyasını aparmış, ancaq hələ də cehiz əmlakının qalan hissəsini iddiaçının evindən aparmamışdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(053)-91/2025 saylı qətnaməsi ilə (hakim Ceyhun Qədimov) iddianın təmin edilməsi, Cavabdeh məxsus olan əşyalar, yəni 1 ədəd paltar dolabı, 1 ədəd çarpayı (iki nəfərlik), 1 ədəd yük üçün çarpayı, 1 ədəd trümo, 1 ədəd kamod, 1 ədəd ikiqapılı servant, 1 ədəd təkqapılı servant, 2 ədəd tumba, 1 ədəd jurnal masası, 1 ədəd puf, 1 ədəd künc divanı, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd TV stendi, 1 dəst mətbəx mebeli, mətbəx stolu dəsti (1 ədəd stol, 2 ədəd taburet və 1 ədəd skamyadan ibarət), 1 ədəd soyuducu, qazan dəstləri, boşqab və kasa dəstləri, stəkan dəstləri, qaşıq, bıçaq və çəngəl dəstləri, 2 ədəd çilçıraq, pərdə, yük (yorğan, döşək və yastıq), 1 ədəd tozsoran, 1 ədəd beşik və 1 ədəd ütü masası Neftçala rayonu Qədimkənd kəndində yerləşən, İddiaçı və sonuncunun ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evindən cavabdehin öz vəsaiti hesabına çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində məhkəmə xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İŞİNHALLARİ: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Neftçala rayonu Qədimkənd kəndində, 0,06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 107,6 kv.m təşkil edən fərdi yaşayış evi 24 avqust 2022-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı və onun ailə üzvləri – X1, X12 və X5 adlarına qeydə alınıb. Fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Neftçala rayonu Qədimkənd kəndində yerləşən bir mərtəbəli üç otaqdan ibarət ev 1991-ci ildə, təsərrüfat tikililəri və hamam isə 1995-ci ildə tikiliblər. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (JN-154F; KOD:********) surətindən görünür ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 nömrəli qərarına əsasən Neftçala rayonu Qədimkənd kənd sakini İddiaçı onun ailə üzvləri X4, X18 və X10 ilə birlikdə 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-486/2023 nömrəli iş üzrə 26 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən X18 ilə Cavabdeh arasında 30 iyun 2017-ci ildə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 08 aprel 2018-ci il təvəllüdlü İddiaçı Emil oğlunun və 09 yanvar 2021-ci il təvəllüdlü X13 boşanmadan sonra Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikah dövründə əldə olunmuş əmlakın bölgüsünə qiymət verərək məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Ailə Məcəlləsinin 32-ci maddəsində qeyd edilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin məhkəmə qətnaməsi ilk olaraq Ailə qanunvericiliyinin bu tələblərinin ziddinə gedərək cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsində səhv nəticə vermişdir. Mülki iş araşdırılarkən məlum olmuşdur ki, cavabdeh şəxsin əmlakları olan yaşayış evi iddiaçı ilə yanaşı X1, X12, X5 ümumi birgə mülkiyyətindədir. Cavabdehin əri X18 da mülkiyyətçidir. Eyni zamanda həmin sözü gedən yaşayış evi 2022-cü il tarixində 4 nəfərin mülkiyyətinə verilmişdir. X12 mülkiyyət hüququ birgə nikah dövründə yarandığından Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızının ümumi birgə mülkiyyətdə olan və ərinin payı hissəsində tələb hüququ vardır. Eyni zamanda həmin maddədə qeyd edilir ki, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə tərəfindən müəyyən edilir ki, əmlak nikah dövründə əldə edilmiş və cavabdehlə birgə bikah dövründə əldə edilmişdir. Lakin qətnamə qəbul edərkən bu hallar nəzərə alınmamışdır. Məhkəmə X2, X15, X6 dəvət etmədən, əmlakı əldə etmiş şəxsləri cəlb edərək onların maraqlarına toxuna biləcək hissədə dindirdirməli idi. Yəni həmin şəxsləri dindirməməklə məhkəmə prosessual hüquq normaları pozmuşdur. Habelə məhkəmə tərəfindən sübutlara qiymət verilməmişdir. Faktiki hallara qiymət verilməmiş və iş üçün bütün mühüm əhəmiyyətli halların aydınlaşdırılmamasına gətirib çıxarmışdır. Məhkəmə tərəfindən artıq ilk mərhələdən paylı mülkiyyətçilərin gizlədilməsi, faktiki halların araşdırılamaması həyata keçirilmişdir. Əmlak əldə edilərkən cavabdeh və onun mülkiyyətçi olan əri cəlb edilərək onun fikirləri alınmamış, münasibət bildirilməmişdir. İddiaçı nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hər hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Habelə MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş və iş üzrə əsaslı nəticəyə gəlmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.2 və 152.3-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. MM-in 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AM) 31.1 və 31.2-ci maddələrinə görə ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. AM-in 32-ci maddəsinin tələbinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Plenum Qərarının 5.2-ci bəndində əks olunmuş hüquqi mövqeyə görə: Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir. Misal üçün ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin öz əşyalarını mübahisəli evdə saxlaması səbəbindən cəmi üç yaşayış otağı olan həmin fərdi yaşayış evinin iki otağına münasibətdə sahiblik və istifadə imkanlarının məhdudlaşdırılması iddiaçı ilə yanaşı digər mülkiyyətçilərin də mülkiyyət hüquqlarını pozur. Bunun əksinə, iddiaçının cavabdehdən sonuncuya məxsus əşyaları evdən çıxarmasını, yəni faktik olaraq otaqları boşaltmasını tələb etməsi ümumi birgə mülkiyyətin digər mülkiyyətçilərinin də daşınmaz əmlakla bağlı mənafelərinə uyğundur. Belə ki, cavabdeh göstərilən iki otaqdan öz əşyalarını çıxaracağı təqdirdə, iddiaçı ilə yanaşı digər mülkiyyətçilərin də həmin otaqlara real sahiblik etmək və onlardan istifadə etmək imkanları bərpa olunacaqdır. Odur ki birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının ümumi mülkiyyətdə olan daşınmaz əmlak barəsindəki tələbi bütün digər mülkiyyətçilərin də xeyrinə olmaqla MM-in 213.6-cı maddəsinə uyğundur. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Neftçala rayonu Qədimkənd kəndində yerləşən torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində 2022-ci ildə qeydə alındığına baxmayaraq, X18 ilə Cavabdeh nikahından xeyli əvvəl əldə olunmuş, (inşa olunmuş), habelə torpağın əldə edilməsinə və evin inşasına X18 ilə Cavabdeh ümumi birgə nikahı dövründə heç bir vəsait sərf olunmamış, cavabdehin həmin daşınmaz əmlakın əldə olunmasına hər hansı aidiyyəti olmamışdır. Bu səbəbdən cavabdehin öz əşyalarını evdə saxlaması ilə bağlı ümumi nikah münasibətlərindən irəli gələn hüququ mövcud deyil və bu mülkiyyətçilərin Mülki Məcəllə ilə müəyyən olunmuş hüquqlarını pozur. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və cavabdehin yuxarıda qeyd edilən və araşdırılan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə tərkib şərh olunanlara əsasən və MPM-in 97, 98, 254, 263, 264, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutub Q ƏT E T D İ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(053)-91/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1442/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1442/2025
21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver