Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1473/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Qubad qızının, Cavabdeh2, digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət və cehiz əşyaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh1 və İddiaçı xx.xx.2022-ci il tarixdən nikahda olmuşlar. Birgə nikahdan uşaq olmamışdır. Onların arasında olan nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlarda qalan, ona cehiz və hədiyyə şəklində verilmiş, 5900 manat dəyərində qızıl-zinət əşyalarının, 13744 manat dəyərində cehiz əmlaklarının özlərinin, özləri olmadıqda isə onların cəmi dəyəri 19644 manat pulun, ödənilmiş dövlət rüsumuna görə 99 manat, mediasiya təşkilatına ödədiyi 50 manat və mütəxəssis rəyi verilməsi üçün ödədiyi 100 manat, ümumilikdə 19893 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbində göstərmişdir ki, cavabdehlə evlənib onun Kürdəmir rayonun Dəyirmanlı kəndindəki evlərinə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını da aparıb həmin evə yığmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə evlənib ailə quraraq onunla bir müddət ər-arvad bir yerdə yaşayandan sonra uşaqlarının olmaması səbəbindən ailədə yersiz söz-söhbətlər yaranmış və bu səbəbdən ailə münasibətləri pozulduğuna görə 2023-cü ilin əvvəllərində iddiaçı öz valideynlərinin evinə qayıtmışdır. İddiaçı valideynlərinin evinə qayıdandan Cavabdeh1la aralarında olan nikahın pozulması üçün ilkin olaraq ona təklif göndərmiş, sonra isə Mediasiya prosesində iştirakla bağlı Mediasiya təşkilatına müraciət etmişdir. Bundan sonra Cavabdeh1 və onun valideynləri iddiaçını aldadaraq özü ilə götürdüyü qızıllarını əlindən almaq məqsədi ilə onunla saxta barışıq etmişlər. İddiaçı da onlara inanıb cavabdeh əri ilə barışaraq cavabdehlərin yaşadığı evə qayıtmışdır. Təxminən iki aydan sonra cavabdehlərlə aralarında olan əvvəlki xoşagəlməz söz-söhbətlər yenidən başlamış və cavabdeh əri Cavabdeh1 və onun anası Cavabdeh2 toyda ona hədiyyə verilən qızıllarının hamısını əlindən alıb iddiaçını evdən qovmuşlar. İddiaçı aşağıdakı əşyalarının cavabdehlərdən tələb etmişdir: 3200 manat dəyərində 32 qram çəkidə 585 əyarlı sirkon qaşlar ilə boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət qızıl dəsti, 2200 manat dəyərində 7 qram çəkidə 585 əyarlı 1,7 karat brilyant qaşları olan 1 ədəd nişan üzüyü, 500 manat dəyərində 5 qram çəkidə 585 əyarlı 1 ədəd qolbaqdan ibarət qızıl-zinət əşyaları, 1500 manat dəyərində 1 ədəd şifoner, 400 manat dəyərində 1 ədəd taxt, 500 manat dəyərində 1 ədəd termo, 100 manat dəyərində 1 ədəd termo oturacağı, 250 manat dəyərində 1 ədəd ütü altı şkaf, 200 manat dəyərində 2 ədəd tümba, 200 manat dəyərində 1 ədəd taxtın sandığı, 500 manat dəyərində 1 ədəd 8 nəfərlik açılan stol, 300 manat dəyərində 6 ədəd stul, 300 manat dəyərində 1 ədəd asılqan, 500 manat dəyərində 1 ədəd divan, 150 manat dəyərində 1 ədəd iki üzlü taxt üstü adyal, 100 manat dəyərində 2 ədəd iki üzlü tək divan üstü adyal, 170 manat dəyərində 1 dəst yataq (Qalaksi) dəsti, 100 manat dəyərində 1 ədəd taxt döşəyi, 100 manat dəyərində 1 ədəd tək döşək, 100 manat dəyərində 1 ədəd taxt yorğanı, 80 manat dəyərində 1 ədəd tək yorğan, 20 manat dəyərində 4 ədəd kiçik yastıq, 50 manat dəyərində 3 ədəd yastıq, 70 manat dəyərində 2 ədəd toy kaseti, 975 manat dəyərində 1 ədəd LC paltaryuyan maşın 8 kq-lıq, 900 manat dəyərində 1 ədəd Biryusa markalı soyuducu, 150 manat dəyərində 1 ədəd çörək qızdıran, 150 manat dəyərində 1 ədəd sok çəkən maşın, 40 manat dəyərində 1 ədəd böyük şüşə vaz, 20 manat dəyərində 2 ədəd ayaqlı qapaqsız qənd qabı, 15 manat dəyərində 2 ədəd qapaqlı balaca qənd qabı, 30 manat dəyərində 2 ədəd ayaqlı qapaqsız mürəbbə qabı, 10 manat dəyərində 6 ədəd şüşə masqura, 8 manat dəyərində 6 ədəd ayaqlı dondurma qabı, 15 manat dəyərində 12 ədəd masqura, 24 manat dəyərində 12 ədəd kasa, 12 manat dəyərində 12 ədəd xrustal stəkan, 12 manat dəyərində 12 ədəd nəlbəki, 15 manat dəyərində 6 ədəd xrustal armudu stəkan, 6 manat dəyərində 6 ədəd armudu nəlbəki, 20 manat dəyərində 6 ədəd armudu stəkan nəlbəki dəsti, 6 manat dəyərində 6 ədəd qulplu çay stəkanı, 160 manat dəyərində 1 ədəd tok samovarı, 40 manat dəyərində 6 ədəd şampan bakalı, 150 manat dəyərində gündəlik tələbat qabları, 35 manat dəyərində 1 dəst qaşla bəzədilmiş çay servizi, 20 manat dəyərində 1 ədəd qapaqlı böyük aliminium tava, 40 manat dəyərində 6 ədəd qara zolaqlı bakal, 50 manat dəyərində 6 ədəd bagema bakal, 15 manat dəyərində 1 ədəd qrafinka və 6 ədəd bakal, 11 manat dəyərində 1 ədəd ədviyyat qabı, 25 manat dəyərində 1 dəst bıçaq dəsti, 3 manat dəyərində 2 ədəd salfetka qabı, 6 manat dəyərində 6 ədəd araq stəkanı, 15 manat dəyərində taxta qaşıq və çaynik altı dəsti, 50 manat dəyərində 3 ədəd Podnis dəsti, 2 manat dəyərində 1 ədəd əriştə kəsən, 35 manat dəyərində çuğun qəfədan və çaynik dəsti, 50 manat dəyərində Şüşə qazan dəsti, 70 manat dəyərində 1 ədəd aliminium qazan dəsti, 30 manat dəyərində 10 ədəd əl-üz dəsmalı, 9 manat dəyərində 6 ədəd çay dəsmalı, 150 manat dəyərində 2 ədəd taxt pasteli, 20 manat dəyərində 2 qutu dəsmal dəsti, 200 manat dəyərində 5 ədəd çexol prostina dəsti, 12 manat dəyərində 4 ədəd zamoqlu yastıq çexolu, 130 manat dəyərində 6 ədəd qətvə, 3428 manat dəyərində müxtəlif qab-qacaqlardan ibarət cehiz əmlakları, 45 manat dəyərində 1 ədəd qara rangdə balonnı jilet, 150 manat dəyərində 1 ədəd çəhrayı rəngdə don, 20 manat dəyərində 1 ədəd çəhrayı rəngdə əl sumkası, 25 manat dəyərində 1 ədəd cəhrayı şərf, 30 manat dəyərində 1 ədəd çəhrayı yaxası açıq jaket, 50 manat dəyərində 1 dəst bənövşəyi idman dəsti, 15 manat dəyərində 1 ədəd sarı zolaqlı idman şalvarı, 35 manat dəyərində limon rəngdə 1 dəst paltar, 15 manat dəyərində 1 ədəd zoğalı rəngdə kofta, 40 manat dəyərində 1 ədəd sarı rəngdə pencək, 20 manat dəyərində 1 ədəd qara əl sumkası, 35 manat dəyərində 1 ədəd qara jaket, 15 manat dəyərində 1 cüt qara pasanuşka, 40 manat dəyərində 1 cüt çəhrayı rəngdə pasanuşka, 70 manat dəyərində 1 cüt gəlinlik ayaqqabısı, 25 manat dəyərində 1 ədəd göy rəngdə yay xalatı, 30 manat dəyərində 1 ədəd yuxarısı ağ, ətəyi yaşıl don, 20 manat dəyərində 1 ədəd rəngli qış şərfi, 10 manat dəyərində 1 cüt zoğal rəngli ev ayaqqabısı, 40 manat dəyərində 1 ədəd ağ rəngdə bjuter saat, 50 manat dəyərində 1 ədəd qəhvəyi rəngdə jaket, 60 manat dəyərində 1 ədəd qırmızı rəngdə kurtka, 50 manat dəyərində çəhrayı rəngdə hamam dəstindən ibarət paltarları cavabdehlərin yaşadığı evdə qalmışdır. İddiaçı cavabdehlərin yaşadığı evdə qalan qızıl-zinət, cehiz əşyaları və paltarlarını cavabdehlərdən tələb etsə də, cavabdehlər həmin əmlakları iddiaçıya verməmişlər. Ona görə də Kürdəmir rayonunun Dəyirmanlı kəndində yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlarda qalan iddiaçıya məxsus olan 5900 manat dəyərində qızıl-zinət əşyalarının, 13744 manat dəyərində cehiz əmlaklarının özlərinin, özləri olmadıqda isə onların cəmi dəyəri 19644 manat pulun, ödənilmiş dövlət rüsumuna görə 99 manat, mediasiya təşkilatına ödədiyi 50 manat və mütəxəssis rəyi verilməsi üçün ödədiyi 100 manat, ümumilikdə 19893 manat alınıb iddiaçıya ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, onlar İddiaçı heç vaxt döyməyiblər və onu evdən qovmamışlar. İddiaçının iddia ərizəsində göstərdikləri şər və böhtandır. İddiaçı onların evindən çıxıb gedərkən özünə məxsus olan qızıllarının hamısını özü ilə aparmış onların evində iddiaçıya məxsus heç bir qızıl əşyası qalmayıb. Bundan əlavə iddiaçı tələb etdiyi qızılların qiymətini şişirdilmiş vəziyyətdə qeyd edib. Cehizlərini də artıq göstərib, onların evində iddiaçıya məxsus paltarları qalmayıb. Qalan cehizlərini də istədiyi vaxt götürə bilər. Birinci instansiya məhkəməsində Cavabdeh1 iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qiyməti 3330,0 manat olan 32 qram çəkidə 585 əyarlı sirkon qaşlar ilə boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət qızıl dəsti, 7 qram çəkidə 585 əyarlı 1,7 karat brilyant qaşları olan 1 ədəd nişan üzüyü, 5 qram çəkidə 585 əyarlı 1 ədəd qolbaqdan ibarət qızıl-zinət əşyaları, 1500 manat dəyərində 1 ədəd şifoner, 400 manat dəyərində 1 ədəd taxt, 500 manat dəyərində 1 ədəd termo, 100 manat dəyərində 1 ədəd termo oturacağı, 250 manat dəyərində 1 ədəd ütü altı şkaf, 200 manat dəyərində 2 ədəd tümba, 200 manat dəyərində 1 ədəd taxtın sandığı, 500 manat dəyərində 1 ədəd 8 nəfərlik açılan stol, 300 manat dəyərində 6 ədəd stul, 300 manat dəyərində 1 ədəd asılqan, 500 manat dəyərində 1 ədəd divan, 150 manat dəyərində 1 ədəd iki üzlü taxt üstü adyal, 100 manat dəyərində 2 ədəd iki üzlü tək divan üstü adyal, 170 manat dəyərində 1 dəst yataq (Qalaksi) dəsti, 100 manat dəyərində 1 ədəd taxt döşəyi, 100 manat dəyərində 1 ədəd tək döşək, 100 manat dəyərində 1 ədəd taxt yorğanı, 80 manat dəyərində 1 ədəd tək yorğan, 20 manat dəyərində 4 ədəd kiçik yastıq, 50 manat dəyərində 3 ədəd yastıq, 70 manat dəyərində 2 ədəd toy kaseti, 975 manat dəyərində 1 ədəd LC paltaryuyan maşın 8 kq-lıq, 900 manat dəyərində 1 ədəd Biryusa markalı soyuducu, 150 manat dəyərində 1 ədəd çörək qızdıran, 150 manat dəyərində 1 ədəd sok çəkən maşın, 40 manat dəyərində 1 ədəd böyük şüşə vaz, 20 manat dəyərində 2 ədəd ayaqlı qapaqsız qənd qabı, 15 manat dəyərində 2 ədəd qapaqlı balaca qənd qabı, 30 manat dəyərində 2 ədəd ayaqlı qapaqsız mürəbbə qabı, 10 manat dəyərində 6 ədəd şüşə masqura, 8 manat dəyərində 6 ədəd ayaqlı dondurma qabı, 15 manat dəyərində 12 ədəd masqura, 24 manat dəyərində 12 ədəd kasa, 12 manat dəyərində 12 ədəd xrustal stəkan, 12 manat dəyərində 12 ədəd nəlbəki, 15 manat dəyərində 6 ədəd xrustal armudu stəkan, 6 manat dəyərində 6 ədəd armudu nəlbəki, 20 manat dəyərində 6 ədəd armudu stəkan nəlbəki dəsti, 6 manat dəyərində 6 ədəd qulplu çay stəkanı, 160 manat dəyərində 1 ədəd tok samovarı, 40 manat dəyərində 6 ədəd şampan bakalı, 150 manat dəyərində gündəlik tələbat qabları, 35 manat dəyərində 1 dəst qaşla bəzədilmiş çay servizi, 20 manat dəyərində 1 ədəd qapaqlı böyük aliminium tava, 40 manat dəyərində 6 ədəd qara zolaqlı bakal, 50 manat dəyərində 6 ədəd bagema bakal, 15 manat dəyərində 1 ədəd qrafinka və 6 ədəd bakal, 11 manat dəyərində 1 ədəd ədviyyat qabı, 25 manat dəyərində 1 dəst bıçaq dəsti, 3 manat dəyərində 2 ədəd salfetka qabı, 6 manat dəyərində 6 ədəd araq stəkanı, 15 manat dəyərində taxta qaşıq və çaynik altı dəsti, 50 manat dəyərində 3 ədəd Podnis dəsti, 2 manat dəyərində 1 ədəd əriştə kəsən, 35 manat dəyərində çuğun qəfədan və çaynik dəsti, 50 manat dəyərində Şüşə qazan dəsti, 70 manat dəyərində 1 ədəd aliminium qazan dəsti, 30 manat dəyərində 10 ədəd əl-üz dəsmalı, 9 manat dəyərində 6 ədəd çay dəsmalı, 150 manat dəyərində 2 ədəd taxt pasteli, 20 manat dəyərində 2 qutu dəsmal dəsti, 200 manat dəyərində 5 ədəd çexol prostina dəsti, 12 manat dəyərində 4 ədəd zamoqlu yastıq çexolu, 130 manat dəyərində 6 ədəd qətvə, 3428 manat dəyərində müxtəlif qab-qacaqlardan ibarət cehiz əmlakları, 45 manat dəyərində 1 ədəd qara rangdə balonnı jilet, 150 manat dəyərində 1 ədəd çəhrayı rəngdə don, 20 manat dəyərində 1 ədəd çəhrayı rəngdə əl sumkası, 25 manat dəyərində 1 ədəd cəhrayı şərf, 30 manat dəyərində 1 ədəd çəhrayı yaxası açıq jaket, 50 manat dəyərində 1 dəst bənövşəyi idman dəsti, 15 manat dəyərində 1 ədəd sarı zolaqlı idman şalvarı, 35 manat dəyərində limon rəngdə 1 dəst paltar, 15 manat dəyərində 1 ədəd zoğalı rəngdə kofta, 40 manat dəyərində 1 ədəd sarı rəngdə pencək, 20 manat dəyərində 1 ədəd qara əl sumkası, 35 manat dəyərində 1 ədəd qara jaket, 15 manat dəyərində 1 cüt qara pasanuşka, 40 manat dəyərində 1 cüt çəhrayı rəngdə pasanuşka, 70 manat dəyərində 1 cüt gəlinlik ayaqqabısı, 25 manat dəyərində 1 ədəd göy rəngdə yay xalatı, 30 manat dəyərində 1 ədəd yuxarısı ağ, ətəyi yaşıl don, 20 manat dəyərində 1 ədəd rəngli qış şərfi, 10 manat dəyərində 1 cüt zoğal rəngli ev ayaqqabısı, 40 manat dəyərində 1 ədəd ağ rəngdə bjuter saat, 50 manat dəyərində 1 ədəd qəhvəyi rəngdə jaket, 60 manat dəyərində 1 ədəd qırmızı rəngdə kurtka, 50 manat dəyərində çəhrayı rəngdə hamam dəstindən ibarət paltarların özləri, həmin əmlaklar olmadıqda isə onların cəmi dəyəri 17.074 (on yeddi min yetmiş dörd) manat və mütəxəssis rəyinə görə ödənilmiş 100 manatın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, qətnamə qəbul edilərkən birinci instansiya məhkəməsi düzgün araşdırma aparmamış, cehizin qaytarılması barədə olan aktı nəzərə almadan əsassız şəkildə iddia tələbini təmin etmişdir. Belə ki, iddiaçının dediyi cehiz əşyaları yaxınlarının və vəkilinin iştirakı ilə akt tərtib olunub geri qaytarılmışdır. Eyni zamanda qızıl-zinət əşyaları cehiz evdən aparıldıqdan sonra tapılmış və iddiaçı tərəfə vermək istədikdə qəbul etməmişlər. İzahatlar Apellyasiya baxışında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər izahatlarında bildirmişlər ki, tələb olunan cehiz əmlak iddiaçıya aktla təhvil verilmişdir. Tələb edilən qızıl-zinət əşyalarından qızıl dəsti sonradan əşyaların arasından tapılmışdır. Qızıl dəsti verməyə hazırdır. Digər qızıl əşyalar- nişan üzüyü və qolbağ cavabdehlərdə deyil. Cavabdehlər tələb edilən cehiz əmlakın qaytarılması barədə xx.xx.2024-cü il tarixli aktı təqdim etmişlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 Qubad qızı izahatında bildirmişdir ki, iddiaçı cehiz əşyalarını cavabdehlərdən vəkillərin iştirakı ilə götürmüşdür. İddiaçının nümayəndəsi eyni zamanda məhkəməyə ərizə təqdim etmiş, ərizəsində bildirmişdir ki, iddia ərizəsində göstərilən və indi onlara təqdim edilən qarnituru (sırğa, boyunbağı, qolbağ və üzükdən ibarət qızıl dəsti) götürmüşlər, həmin hissədə tələbi yoxdur. Qalan qızıl-zinət əşyaları- nişan üzüyü və qolbağ isə cavabndehlər tərəfindən qaytarılmadığından iddiaçının tələbi o hissədə qüvvədədir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Cavabdeh1 qətnamənin iddianın təmin edilməsinə dair hissəsini mübahisələndirmişdir. Kollegiya işə Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinin tələbinə uyğun olaraq apellyasiya şikayəti həddində baxır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 225.2, Ailə Məcəlləsinin 34.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əmlak tələbi barədə iddianın təmin edilməsi üçün əmlak üzərində iddiaçının mülkiyyət hüququnun olması, iddiaçının əmlak üzərindəki faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyaların digər eynicinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə seçilməsi (konkretləşdirilməsi), tələb edilən əşyaların faktiki olaraq cavabdehin qanunsuz sahibliyində olması kimi şərtlər mövcud olmalıdır. Tələb edilən əşyaların mövcudluğu, iddiaçıya məxsus olması, onların fərdi əlamətləri barədə cavabdeh tərəfindən hər hansı etiraz irəli sürülməmişdir. Cavabdehlər tələb olunan cehiz əmlakın iddiaçıya aktla təhvil verildiyini və qızıl dəsti qaytarmağa razı olduqlarını bildirmiş və tələb edilən cehiz əmlakın qaytarılması barədə xx.xx.2024-cü il tarixli aktı təqdim etmişlər. İddiaçının səlahiyyətli nümayəndəsi tələb edilən cehiz əmlakı aktla götürdüyünü etiraf etmiş və həmin hissədə iddianı müdafiə etmədiyini bildirmişdir. Eyni zamanda, məhkəməyə ərizə təqdim etmiş, ərizəsində bildirmişdir ki, iddia ərizəsində göstərilən və indi onlara təqdim edilən qarnituru (sırğa, boyunbağı, qolbağ və üzükdən ibarət qızıl dəsti) götürmüşlər, həmin hissədə iddianı müdafiə etmir (tələbi yoxdur). Kollegiya cehiz əmlakın və qızıl zinət əşyalarından sırğa, boyunbağı, qolbağ və üzükdən ibarət qızıl dəstin qaytarıldığını və iddiaçının bu hissədə iddianı müdafiə etmədiyini nəzərə alaraq hesab edir ki, həmin hissələrdə qətnamə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. İddiaçı qalan qızıl-zinət əşyaları, yəni nişan üzüyü və qolbağa dair hissədə iddia tələbini müdafiə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus tələb edilən əşyalar cavabdehin qanunsuz sahibliyindədir. Cavabdeh tərəf etirazını əsaslandıra bilməmişdir. Müəyyən edilir ki, cavabdeh tərəf əvvəlcə iddianı tam qəbul etməmişdir. Lakin sonra aktla əmlakın bir hissəsi iddiaçıya qaytarılmışdır. Daha sonra tələb edilən qızıl zinət əşyalarından sırğa, boyunbağı, qolbağ və üzükdən ibarət qızıl dəstin olduğunu etiraf etmiş və onu da qaytarmışdır. Cavabdeh tərəf bunu belə izah etmişdir ki, qızıl dəsti sonradan əşyaların arasından tapılmışdır. Kollegiya hesab edir ki, qalan mübahisələndirilən hissədə qətnaməni ləğv etmək üçün əsas yoxdur. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- cehiz əmlakın və qızıl-zinət əşyalarından sırğa, boyunbağı, qolbağ və üzükdən ibarət qızıl dəstin tələbinə dair hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən (7 qram çəkidə 585 əyarlı 1,7 karat brilyant qaşları olan 1 ədəd nişan üzüyü və 5 qram çəkidə 585 əyarlı 1 ədəd qolbaq) hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunda nəzərdə tutulmuş həddən az olduğu halda qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(041)-224/2024 saylı qətnaməsi qismən- cehiz əmlakın və qızıl-zinət əşyalarından sırğa, boyunbağı, qolbağ və üzükdən ibarət qızıl dəstin tələbinə dair hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən (7 qram çəkidə 585 əyarlı 1,7 karat brilyant qaşları olan 1 ədəd nişan üzüyü və 5 qram çəkidə 585 əyarlı 1 ədəd qolbaq) hissədə dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunda nəzərdə tutulmuş həddən az olduğu halda qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1473/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1473/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver