Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1482/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-2504/2025 nömrəli qərardadından (hakim Ləman Mehrəliyeva) İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-ci il tarixdə doğulmuş X3, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2025-ci ilin 31 dekabr tarixinə kimi hər uşağa görə sabit pul məbləğində, minimum əmək haqqının 0,70 faizi miqdarında (növbəti illərdə minimum əmək haqqının miqdarının artması mütləq nəzərə alınmaqla), yəni hər uşağa görə hər ay sabit pul məbləğində 280 manat (400 x 0,70 =280 manat) üç uşağa görə hər ay sabit pul məbləğində 840 manat (280 x 3 = 840 manat) alimentin; hüquqi yardıma görə vəkilin hesabına ödədiyi 250 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-2504/2025-014 saylı qərardadına əsasən, Cəlilabad Rayon Məhkəməsinin icraatında olan 2(073)-139/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(073)- 2504/2025 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikayət verilərək, Cəlilabad rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli e-2(073)-2504/2025-014 nömrəli qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmağa davam etdirilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2(073)-2504/2025 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-2504/2025 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və Şikayət, e-2(073)-2504/2025 saylı mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda uşaqların hər üçü onun yanındadır və Cavabdeh uşaqların heç bir təminatında iştirak etmir və uşaqları ilə maraqlanmır. Məktəblərdə dərslər başladığından uşaqlar üçün əlavə xərclər tələb olunur. O, tək həmin xərcləri qarşılamaqda çətinlik çəkir. Buna görə də aliment tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Uşaqlar 1 il 2 aydır ki, atalarından heç bir maddi təminat almırlar. Lakin buna baxmayaraq məhkəmə tərəfindən qəbul edilmiş Cəlilabad rayon məhkəməsinin e-2(073)- 2504/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cəlilabad rayon məhkəməsinin icraatında olan 2(073)-139/2025 sayl ımülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. Bildirmişdir ki, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu məhkəmə məyyən etməlidir. Qanuniliyi tərəflərindən mübahisələndirilən qərardadı qəbul etməklə qanunverici tərəfindən məhkəmənin üzərinə qoyulmuş öhdəlik yerinə yetirilməmiş və uşaqlar atalarından təminat almaq hüququndan məhrum edilmişlər. Azyaşlı uşaqların mənafeyini müdafiə edilməli olduğu halda, qərardadla yetkinlik yaşına çatmış bir atanın mənafeyi müdafiə edilmişdir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi cavabdehin ərizəsini və mülki iş materiallarını araşdıraraq hesab etmişdir ki, iş üzrə icraat aşağıda qeyd olunanlara əsasən dayandırılmalıdır. Belə ki, hazırki iş üzrə Cavabdeh “uşaq tələbinə dair” iddia ərizəsi əsasında mülki iş Cəlilabad Rayon Məhkəməsinin icraatındadır (X7). Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya qarşı olan uşaq tələbinə dair mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki işə baxıla bilməz. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən MPM-nin 254.1.4, 256.0.3-cü, 254-258-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması barədə mövqeyi qanuni və əsaslı olmamışdır. Belə ki, BMT-nin 20 noyabr 1989-cu il tarixli, “Uşaq hüquqları haqqında Konvensiyası”nın 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibatı tədbirləri görürlər. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər.Valideynlər uşaqların qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdənməhkəmə qaydasındatutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan RespublikasıQanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Müəyyən olunur ki, hər 3 azyaşlı uşaq hazırda ananın yanındadırlar. Bu səbəbdən də ata hər 3 uşağın anadan alınaraq ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Kollegiya hesab edir ki, aliment tələbi ilə bağlı iddia ilə uşaq tələbi barədə iddia arasında hər hansı asıllıq mövcud deyildir. Buna görə də uşaq tələbinə dair iddiaya baxılması aliment tələbinə dair iddiaya baxılmasını mümkünsüz etmir. Belə ki, müəyyən olunur ki, hazırkı vəziyyətdə uşaqlar ananın yanındadır və bu müddət ərzində uşaqların qidalanması, səhhəti və sair xərcləri üçün müəyyən vəsait tələb olunur və bu kimi xərclər təxirəsalınmaz ehtiyacdan irəli gəlir. Uşaqlar hazırda faktiki olaraq ananın yanında olduğundan birinci instansiya məhkəməsi MPM-nin 172.1.1-ci maddəsinə əsasən işə 2 ay ərizində baxaraq müvafiq qərar verməli idi. Həmçinin Atanın uşaq tələbi barədə iddianın nəticəsindən asılı olaraq alimentlə bağlı sonrakı prosessual hərəkətlərə əgər vacib olardısa icra mərhələsində aydınlıq gətirilməli idi. Bundan başqa MPM-nin 172-ci maddəsinə əsasən qanunverici uşaq tələbi barədə iddialara baxmaq üçün 4 ay, alimentlə bağlı iddialara isə 2 ay ərzində baxılmalı olması barədə müddət müəyyən edərək həmin işlərin birləşdirilərək bir icraatda baxılmasına məhdudiyyət qoysa da birinci instansiya məhkəməsi hazırkı işin icraatını belə dayandırmışdır. Şərh edilənlərə əsasən də, kollegiya hesab etmişdir ki, hazırkı işin icraatının dayandırılmasında birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmamışdır. Buna görə də verilmiş şikayət təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(073)-2504/2025 nömrəli qərardadı ləğv edilərək mülki iş mahiyyıti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Şikayət təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(073)-2504/2025 nömrəli qərardadı ləğv edilsin və mülki iş mahiyyıti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1482/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1482/2025
02.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver