Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1514/2023 12.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X18 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X9 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin əmək haqqına yönəlməklə təhsil müddətində davam etdirilməsi” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 16 iyun 2023cü il tarixli, 2(053)-461/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2005-ci il təvəllüdlü X6 təhsilini başa vuranadək saxlanılması üçün hər cür əmək haqqı və gəlirlərinə yönəldilməklə 1/3 hissədə xx.xx.2023-cü il tarixdən hesablanmaqla aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü il təvəllüdlü X5 təhsilini başa vuranadək hər ay sabit pul məbləğində 150 manat pulun tutulması barədə Neftçala Rayon Məhkəməsinin 2(053)-1179/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi vardır. xx.xx.2005-ci il təvəllüdlü X1 üçün tutulan aliment artıq 18 yaşı tamam olduğuna görə mart ayından dayandırılmışdır. Oğlu Hidayət barədə məlumatlar Neftçala Rayon Məhkəməsinin 2(053)-459/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. xx.xx.2005ci il təvəllüdlü X13 Bakı Biznes Universitetinin İqtisadiyyat və idarəetmə fakultəsinin Maliyyə ixtisası üzrə əyani şöbəsinin 2- ci kurs tələbəsidir. Uşaqların atası Cavabdeh ilkin olaraq əmək haqqının 1/3 hissəsinə yönəlməklə aliment ödəmişdir. Hazırda Azərbaycan Xəzər X14 Səhmdar Cəmiyyətində Abşeronskaya-5 gəmisində kapitan vəzifəsində işləyir, 2290 (iki min iki yüz doxsan) manat maaş alır. Eyni zamanda uşaqlar ödənişli əsaslarla təhsil alırlar. X2 iştirakı ilə mediasiya keçirilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Cavabdeh ikinci uşaq üçün də 150 manat aliment ödənilməsinə razılıq verdiyindən, onun tələbi 1/3 hissə olduğundan razılıq əldə edilməmişdir. Alimentin hər iki uşağa nisbətdə əmək haqqına 1/3 hissədə yönəldilməklə tutulması daha məqsədəmüvafiqdir və cavabdehin buna hər cür imkanı çatır. Ona görə də məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsinin məzmununa uygun izahat verərək, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2005-ci il təvəllüdlü X6 təhsilini başa vuranadək saxlanılması üçün hər cür əmək haqqı və gəlirlərinə yönəldilməklə 1/3 hissədə xx.xx.2023-cü il tarixdən hesablanmaqla aliment tutularaq ona ödənilməsinə dair qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında vermiş olduğu izahatında iddianı qismən qəbul edərək, iddiaçı ilə birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2005-ci il təvəllüdlü X11 2016-cı il tarixdən 2021-ci il tarixədək qədər aylıq maaşının 1/3-i qədər aliment verdiyini, oğlu xx.xx.2003-cü il təvəllüdlü Hidayətin 2021-ci ilin iyul ayının 3-də 18 yaşı tamam olduğundan ona verilən alimentin dayandırıldığını, lakin onun təhsil haqqının ödənilməsi üçün Neftçala Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş təhsilini başa vuranadək hər ay sabit pul məbləğində -150 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsini bildirmişdir. Qeyd etmişdir ki, onun hazırda ikinci ailəsindən himayəsində böyrək xəstəsi olan bir uşağı vardır. Özü də ürəyindən müalicə alır. Bir ay evdə, bir ay işdə olur. Yarımçıq evinin kreditini ödəyir. Bu səbəbdən əlavə ödəniş edə bilmir. Əmək haqqından iki uşağının təhsilini başa vurana kimi 1/3 hissədə tutulmasına razı deyil. Belə vəziyyətdə o, hər ay hər uşağa 150 və ya 200 manat sabit pul məbləğində olmaqla aldığı əmək haqqından vəsaitin tutulmasına etirazının olmadığını bildirmişdir. Neftçala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(053)-461/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Neftçala Rayon Məhkəməsinin 2(053)- 459/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən 03 iyul 2003-cü il təvəllüdlü X5 təhsilini başa vuranadək hər ay sabit pul məbləğinin miqdarının dəyişdirilərək, 03 iyul 2003-cü il təvəllüdlü X5 ilkin ali təhsilini başa vuranadək Cavabdeh tutulan sabit pul məbləğinin miqdarı artırılması və sabit pul məbləğində tutulmaqla hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilərək İddiaçı ödənilməsi, eyni zamanda 25 mart 2005-ci il təvəllüdlü X7 ilkin ali təhsilini başa vuranadək Cavabdeh hər ay 200 (iki yüz) manat olmaqla sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi, alimentin hesablanmasının və ödənilməsinin qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən həyata keçirilməsi, iddianın qalan hissədə rədd olunması, Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin aşağıdakı kimi dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir: Neftçala Rayon Məhkəməsinin 2(053)-459/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən 03 iyul 2003-cü il təvəllüdlü X5 təhsilini başa vuranadək hər ay sabit pul məbləğinin miqdarı dəyişdirilərək, 03 iyul 2003-cü il təvəllüdlü X5 ilkin ali təhsilini başa vuranadək Cavabdeh tutulan sabit pul məbləğinin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay 382 (üç yüz səksən iki) manat məbləğində müəyyən edilərək İddiaçı ödənilsin. Eyni zamanda 25 mart 2005-ci il təvəllüdlü X7 ilkin ali təhsilini başa vuranadək Cavabdeh hər ay 382 (üç yüzsəksən iki) manat olmaqla sabit pul məbləğində tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehi aliment ödənilməsinə cəlb etsə də, yalnız sabit pul məbləğində olmaqla müəyyən etmişdir. Amma faktiki olaraq alınan əmək haqqının 2290 manat olduğu nəzərə alınmamışdır. Bu vəsait kifayət qədər əsas verir ki, tələb olunan vəsait cavabdehdən tutularaq hər iki uşağın təhsilinin davam etdirilməsi üçün iddiaçıya ödənilsin. Cavabdehin üçüncü uşağı X16 12 oktyabr 2015-ci il tarixdə doğulmuşdur. Belə olan halda isə məhkəmə sabit pul məbləğində müəyyən etməli olduğu məbləği deyil cavabdehin 200 manat olmaqla 400 manat razılığını qəbul etmişdir. Ailə Məcəlləsinə münasibətdə əmək haqqının 3 uşağa görə yarısı tutulması şərtləndirilibsə hər uşağa 382 manat düşdüyünü nəzərə almaqla iddiaçının uşaqlarına münasibətdə 764 manat müəyyən etməli idi. "xxxx" QSC-nin X15 xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh hal-hazırda X24 Donanmasının istifadəsində olan “Abşeronskaya-5” gəmisində kapitan vəzifəsində işləməklə ona 2290,00 (iki min iki yüz doxsan) manat (vergi vəs.ödənişlər daxil) əmək haqqı hesablanır. Təyin edilmiş 400 manat heç cavabdehin aldığı əmək haqqının 20 faizi etmir. Tələb edilən alimentin tutulması üçün zəruri əmək haqqının olması barədə sübut olduğu nəzərə alınmadığı üçün hüquqları kobud şəkildə pozulmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunan aliment məbləği hissədə dəyişdirilməsini xahiş etmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan Neftçala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarxli, 2(53)-1179/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2011-ci il tarixli, 2(53)- 40/2011 saylı qətnaməsilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilmiş, Cavabdeh 03 iyul 2003-cü il tarixdə doğulmuş Hidayət və 25 mart 2005-ci il tarixdə doğulmuş Cavad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-1179/2015 nömrəli iş üzrə 23 iyul qətnaməsindən həmçinin görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 10 oktyabr 2002-ci il tarixdə bağlanmış, tərəflərin birgə nikahlarından 03 iyul 2003-cü il tarixdə Hidayət və 25 mart 2005-ci il tarixdə Cavad adlı uşaqları doğulmuş, həmin nikah 30 may 2014-cü il tarixdə pozulmuş və akt qeydləri kitabında 33 nömrə ilə qeyd edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-459/2021 nömrəli iş üzrə qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı "uşağın təhsili üçün əlavə vəsait” tələbinə dair iddiası təmin edilməklə xx.xx.2003-cütarixdə doğulmuş X5 təhsilini başa vuranadək hər ay sabit pul məbləğində 150 manat vəsaitin Cavabdeh tutuaraq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, X10 "Kiyev Milli Turizm, Qonaqpərvərlik və Hüquq Universiteti ”MMC-yə daxil olmuş və əyani tədris formasının İ kursunda təhsil alır. Təhsilini başa vurma tarixi 30 iyun 2025-ci ildir. İşdə olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nın X15 xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh hal-hazırda X24 Donanmasının istifadəsində olan "Abşeronskaya-5” gəmisində kapitan vəzifəsində işləməklə ona 2290,00 (iki min iki yüz doxsan) manat (vergi və s.ödənişlər daxil) əmək haqqı hesablanır. İşə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli, 173 nömrəli məktubdan görünür ki, X13 xx.xx.2022-ci il tarixli, 279 saylı əmrlə Bakı Biznes Universitetinin "İqtisadiyyat və İdarəetmə” fakültəsinin "Maliyyə” ixtisasının əyani şöbəsinin İ kursunu əyani formada davam etdirir. İllik təhsil haqqı 2000 (iki min) manatdır. Tələbənin universiteti bitirməsi 2026-cı ildə gözlənilir. İşdə olan 2022-2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı Ali Təhsil müəssisəsi olan "Bakı Biznes Universiteti”nin və "Zolotaya korona” KoronaPay hesabına ödənişlər etmişdir. "Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 14 yanvar 2015-ci ildə Neftçala rayon qeydiyyat şöbəsində nikah bağlanmış, nikahdan sonra arvada "Nəcəfova” soyadı verilmişdir. "Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X16 oktyabr 2015-ci ildə tarixdə doğulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən, doğru qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(053)-461/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1514/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1514/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver