Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1539/2025 28.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-131/2025 nömrəli qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hədiyyə edilmiş sümbül Sep 15 qram 583 əyyar brilyant - 1500 manat, Sümbül Qolbaq 583 əyyar 8 qram - 800 manat, Sep 3 qram 585 əyyar 300 manat, Sırğa 4 qram 500, 583 əyyar - 450 manat, Nişan üzüyü 4 qram 500, 583 əyyar - 450 manat, Tək qaşlı üzük 583 əyyar 3 qram - 300 manat, Üzük 2 qram 585 əyyar - 200 manat, üzük 2 qram 500 583 əyyar-250 manat, Safir üzük 583 əyyar 3 qram-300 manat olan qızıl əşyalarının özü, ya eynisi və ya bunlar olmadıqda qızıl-zinət əşyalarının dəyəri olan 4550 manat pulun, həmçinin atası tərəfindən alınmış 8 baş iribuynuzlu heyvan dəyəri 5600 manat, 21 ədəd hind quşu dəyəri 630 manat və 63 ədəd toyuq dəyəri 630 manat olan heyvanların, özü olmadıqda onların dəyəri olan 6860 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını Salyan rayon, Yenikənd kənd inzibati ərazi nümayəndəliyində 27 sentyabr 2004-cü il tarixdə rəsmi qeydiyyata aldırmaqla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 10 sentyabr 2005-ci il təvəllüdlü X8 və 26 oktyabr 2008-ci il təvəllüdlü X5 adlı 2 nəfər uşaqları doğulmuşdur. Əvvəllər Cavabdeh ilə münasibətləri yaxşı olmuş, sonradan cavabdehin təqsiri üzündən münasibətləri korlanmağa başlamış, nəticədə Salyan Rayon Məhkəməsində nikahları pozulmuş, 26 oktyabr 2008-ci il təvəllüdlü X1 üçün hər ay aliment tutularaq ona ödənilməsi qət edilmişdir. O, ailə qurarkən cavabdeh tərəfindən ona qızılzinət əşyaları hədiyyə edilmişdir. O, evə gələrkən ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını gətirməmişdir. Hazırda cavabdeh ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını ona verməkdən imtina edir. Ona hədiyyə edilmiş qızıl-zinət əşyaları gəlin köçdüyü evdə qalmışdır. Bundan başqa, atası tərəfindən alınmış 8 baş iribuynuzlu heyvan (ümumilikdə dəyəri 6400 manat, 21 ədəd hind quşu (ümumilikdə dəyəri 630 manat) və 63 ədəd toyuq (ümumi dəyəri 630 manat) cavabdehlə yaşadıqları evdə qalmışdır. Onların hamısına o baxırdı. Cavabdeh göstərdiklərini ona qaytarmır. Ona hədiyyə edilmiş qızıl-zinət əşyaları aşağıdakılardır: Sümbül Sep 15 qram 583 əyyar brilyant -1500 manat, Sümbül Qolbaq 583 əyyar 8 qram - 800 manat, Sep 3 qram 585 əyyar - 300 manat, Sırğa 4 qram 500, 583 əyyar - 450 manat, Nişan üzüyü 4 qram 500, 583 əyyar-450 manat, Tək qaşlı üzük 583 əyyar 3 qram - 300 manat, Üzük 2 qram 585 əyyar - 200 manat, Üzük 2 qram 500, 583 əyyar - 250 manat, Safir üzük 583 əyyar 3 qram - 300 manat, ümumilikdə, 4550 manat təşkil edir. Bundan başqa, atası tərəfindən alınmış 8 baş iribuynuzlu heyvan dəyəri 5600 manat, 21 ədəd hind quşu dəyəri 630 manat və 63 ədəd toyuq dəyəri 630 manat olmaqla, ümumi dəyəri 6860 manat təşkil edir. Odur ki, Cavabdeh ona hədiyyə edilmiş sümbül Sep 15 qram 583 əyyar brilyant -1500 manat, Sümbül Qolbaq 583 əyyar 8 qram - 800 manat, Sep 3 qram 585 əyyar 300 manat, Sırğa 4 qram 500, 583 əyyar - 450 manat, Nişan üzüyü 4 qram 500, 583 əyyar - 450 manat, Tək qaşlı üzük 583 əyyar 3 qram - 300 manat, Üzük 2 qram 585 əyyar - 200 manat, Üzük 2 qram 500 583 əyyar-250 manat, Safir üzük 583 əyyar 3 qram-300 manat olan qızıl əşyalarının özü, ya eynisi və ya bunlar olmadıqda qızıl-zinət əşyalarının dəyəri olan 4550 manat pulun alınaraq onun xeyrinə verilməsi, Atası tərəfindən alınmış 8 baş iribuynuzlu heyvan dəyəri 5600 manat, 21 ədəd hind quşu dəyəri 630 manat və 63 ədəd toyuq dəyəri 630 manat manat olan heyvanların özü olmadıqda onların dəyəri olan 6860 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatına əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə aralarında olan ailə münasibətləri pozulmuş, o, cavabdehlə yaşadığı evi tərk etmiş, gederkən özü ilə heç bir əşya götürməmişdir. Belə ki, ona məxsus olan, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları və atası tərəfindən ona hədiyyə olunmuş heyvanlar (mal-qara, toyuq-cücə) cavabdehdə qalmışdır. Həmçinin bildirmişdir ki, sözügedən qızıl-zinət əşyaları həmişə onun özündə olmuş, onları özü saxlamışdır. Lakin evi tərk edərkən onu Heydər döyməklə evdən qovduğundan sözügedən qızıl-zinət əşyalarını özü ilə götürməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı evi tərk edərkən özü ilə iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını da aparmışdır. O, Ülviyyəni döyməmiş, Ülviyyə evi tərk edərkən aralarında hər hansı insident olmamışdır. İddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuş, ona atası tərəfindən verilən heyvanlar (mal-qara, toyuq-cücə) da iddiaçının özü tərəfindən maşına yüklənərək aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-131/2025 nömrəli qətnaməsi ilə (Hakim: Vəsilə Əliyeva) iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh arasında olan ailə münasibətləri pozulmuş, iddiaçı cavabdehlə birlikdə yaşadığı evi tərk etmiş, gedərkən özü ilə heç bir əşya götürməmişdir. Belə ki, iddiaçı ona məxsus olan, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları və atası tərəfindən ona hədiyyə olunmuş heyvanlar (mal-qara, toyuq-cücə) cavabdehdə qalmışdır. Həmçinin sözügedən qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuş, onları özü saxlamışdır. Lakin əri Heydər iddiaçını döyməklə evdən qovduğundan sözügedən qızıl-zinət əşyalarını özü ilə götürməmişdir. Dərhal atası evinə gəlib DİN-in 102 qaynar xəttinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. İddiaçının əri tərəfindən döyülərək evdən çıxarılması xx.xx.2023-cü il tarixli HK-1/2213 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla da təsdiq olunur. Döyülmə faktı ilə bağlı Salyan Rayon Məhkəməsində hüquqların müdafiə etdiyi şəxs İddiaçı məhkəmə iclas zalında bildirsə də, nədənsə Salyan Rayon Məhkəməsi bu barədə heç bir araşdırma aparmamış və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli Salyan rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması üzrə Komissiyasının qısa müddətli mühafizə orderi verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə evdən döyülərək işgəncələrə məruz qalaraq, öz canını gücləqurtardığı halda qızılzinət və heyvanları aparması mümkün deyil. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-131/2025 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)- 131/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-131/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Odur ki, kollegiya Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)- 131/2025 nömrəli qətnaməsini bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birınə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı; Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-131/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, ona məxsus olan, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları və atası tərəfindən ona hədiyyə olunmuş heyvanlar (mal-qara, toyuq-cücə) cavabdehdə qalmışdır. Həmçinin bildirmişdir ki, sözügedən qızıl-zinət əşyaları həmişə onun özündə olmuş, onları özü saxlamışdır. Lakin evi tərk edərkən onu Heydər döyməklə evdən qovduğundan sözügedən qızıl-zinət əşyalarını özü ilə götürməmişdir. İddia ərizəsindən görünür ki, iddia tələbi iki hissədən ibarətdir.
1. Qızıl-zinət əşyaları tələbi;
2. Heyvan və quş tələbi Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsindən göründüyü kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Birinci hala münasibətdə kollegiya qeyd edir ki, cavabdeh iddia ərizəsində göstərilən bəzi qızılların iddiaçıya hədiyyə verilmədiyini, bəzilərinin iddiaçının evdən gedərkən aparıldığını, bəzilərinin satıldığını göstərsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmiş, əksinə, iddiaçının izahatı və iş materiallarına əlavə edilmiş çoxsaylı fotoşəkillərlə iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının mövcudluğu və iddiaçıya məxsus olması öz təsdiqini tapmışdır. Tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qalıbqalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, ailədə mütəmadi olaraq münaqişə olmuş və İddiaçı münaqişə şəraitində yaşadığı evdən getmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Salyan RPŞ-nin TB-nin təhiqatçısının xx.xx.2023-cü il tarixli, HK-1/2213 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, 26 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində aralarında baş vermiş mübahisə zamanı Salyan rayonu Qardili kəndində yaşayan Cavabdeh orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində arvadı İddiaçı baş və sifət nahiyələrinə yumruqla vuraraq sonuncuya sol almacıq, boyunun sol nahiyyəsinin qançırları, dilin uc hissəsinin yarası ilə nəticələnən xəsarətlər yetirmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə Salyan rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması üzrə Komissiyası qısamüddətli mühafizə orderinin verilməsini qərara almışdır. Göründüyü kimi, belə bir məqamda iddiaçının ər evindən gedərkən iddia etdiyi əmlaklarını özü ilə aparması inandırıcı deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı atası tərəfindən alınmış 8 baş iribuynuzlu heyvan dəyəri 5600 manat, 21 ədəd hind quşu dəyəri 630 manat və 63 ədəd toyuq dəyəri 630 manat olan heyvanların, özü olmadıqda onların dəyəri olan 6860 manat pulun ona verilməsini tələb edir. Konstitusiya Məhkəməsi Plenumu E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 5.5-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə “müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, belə əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva edir. Qeyd olunan əyani sübutlar (yazılı sənədlər və s.) işin digər halları ilə birlikdə araşdırılaraq məsələyə hüquqi qiymət verilməlidir. 5.6-ci bəndə əsasən əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. 5.7-ci bəndə əsasən ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər. Kollegiya, ilk növbədə qeyd edir ki, iddiaçı tələb etdiyi heyvan və quşların atası tərəfindən verildiyini göstərərək onları bütövlükdə cavabehdən tələb edir. Əvvəla, həmin heyvan və quşların məhz iddiaçının atası tərəfindən iddiaçıya hədiyyə verilməsi barədə mötəbər sübutlar mövcud deyil. Digər tərəfdən həmin heyvan və quşlar hətta iddiaçının atası tərəfindən verilmiş olsa belə, kollegiya Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarlarındakı hüquqi mövqeləri əsas götürüb hesab edir ki, həmin heyvan və quşlar bütövlükdə ailəyə hədiyyə verildiyindən ümumi mülkiyyətdir və ərarvadın əmlakının qanuni rejimi konteksində qiymətləndirmə aparılmalıdır. İddia tələbinin bu hissəsinin əsaslı olub-olmamasına münasibətdə isə kollegiya diqqətə çatdırır ki, iddiaçı tərəfindən heyvan və quşların sayı barədə mötəbər sübutlar təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə cəmi iki baş heyvan olduğu görünür. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində iddiaçının əmisi olduğunu, cavabdehlə münasibətinin normal olmadığını, 2022-ci ilin dekabr ayında iddiaçı onu heyvanların ata evindən yaşadığı evə aparmaq üçün köməyə çağırdığından qardaşının yaşadığı evdən 8 baş iribuynuzlu heyvanın 4 ədədini yük avtomobilinin arxa hissəsinə yerləşdirərək iddiaçının yaşadığı evə apardığını, digər yerdə qalan 4 baş iribuynuzlu heyvanı isə cavabdehin evinə əl ilə apardığını göstərmişdir. Şahid1 Balaxan oğlu isə ifadəsində göstərmişdir ki, iddiaçı atasının əmisi nəvəsi, cavabdeh isə əmisi oğludur. Cavabdehlə münasibətləri normal deyil. Sözügedən malqaranın aparılmasında iştirak etməmiş, lakin iki iribuynuzlu heyvan iddiaçının yaşadığı evdən cavabdehin yaşadığı evə aparılarkən görmüşdür. Şahid ifadələrinə münasibətdə kollegiya qeyd edir ki, şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olub-olmamaları və s. hallar yoxlanılmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilər. Hazırki iş üzrə şahidlər iddiaçı ilə qohum olmaqla cavabdehlə aralarında ədavət olduğundan onların ifadələrinin obyektivliyinə və inandırıcılığına şübhə ilə və tənqidi yanaşmaq üçün kifayət qədər əsasların olması qənaətinə gələrək kollegiya hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməməlidir. Cavabdeh isə apellyasiya baxışı izahatında birgə yaşadıqları dövrdə təsərrüfatlarında dörd baş iribuynuzlu heyvan, 16 baş toyuq və 6 baş hind quşu olduğunu, heyvanların birinin uşağının təhsil xərci ilə bağlı, digərinin isə iddiaçının qızıl almağı ilə əlaqədar satıldığını, toyuqların tələf olduğunu göstərmişdir. Qeyd olunmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. MPM-in 14.2 və 77.1-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə etiraz etsə də, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən heyvan və quşlara münasibətdə cavabdehin etirafı əsas götürülməli, həmçinin, yuxarıda qeyd olunduğu kimi, heyvan və quşlara da münasibətdə iddiaçının evdən getdiyi şərait nəzərə alınaraq, cavabdehin etirafı həcmində heyvan və quşların yarısı, olmadıqda isə dəyərinin yarısı cavabehdən alınaraq iddiaçıya verilməlidir. Kollegiya həmçinin qeyd edir ki, tələb edilən əşyaların dəyərinin aşağı olması barədə cavabdeh tərəfindən mötəbər sübut təqdim edilməmiş, eyni zamanda, alınmış ekspert rəyi ilə də mütəxəssis rəyinin əsaslı olması (ekspert rəyində göstərilən əmlakların qiyməti hətta mütəxəssis rəyi ilə müqayisədə cüzi fərqlə yüksək göstərilmiş, kollegiya MPM-in 218-ci maddəsininin tələbini nəzərə almışdır) təsdiqini tapdığından sözügedən rəy mötəbər sübut kimi qəbul edilməklə, həmin rəydə göstərilən əmlakların hazırki bazar qiyməti real olaraq dəyərləndirilmişdir. X6 teleqram ünvanlayaraq Nümayəndə həyətindən İddiaçı həyətinə təxminən 20-22 hind quşu və 20-25 toyuq apardığını göstərmişdir. X2 da teleqram göndərərək 2022-ci ilin yay aylarında Nümayəndə həyətindən 4 baş iribuynuzlu heyvanı cavabdehin həyətinə apardığını göstərmişdir. Kollegiya qeyd olunan teleqramlarla əlaqədar diqqətə çatdırır ki, teleqram ünvanlayan şəxslər şahid qismində dindirildikləri halda onların göstərdikləri xüsusatların nə dərəcədə sübut əhəmiyyətinə malik olması müəyyən edilə bilər. Ona görə də hazırkı vəziyyətdə sözügedən teleqramda göstərilənlər mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-131/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmayan qızıl-zinət əşyaları tələbi, 2 baş iribuynuzlu heyvan, 3 ədəd hind quşu və 8 ədəd toyuq hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-131/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmayan qızıl-zinət əşyaları tələbi, 2 baş iribuynuzlu heyvan, 3 ədəd hind quşu və 8 ədəd toyuq hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia həmin hissədə təmin edilsin. Cavabdeh 15 qram çəkidə, 583 əyyarlı sümbül sep, olmadıqda dəyəri 1500 manat, 8 qram çəkidə, 583 əyyarlı sümbül qolbaq, olmadıqda dəyəri 800 manat, 3 qram çəkidə, 585 əyyarlı sep, olmadıqda dəyəri 300 manat, 4 qram çəkidə, 583 əyyarlı sırğa, olmadıqda dəyəri 450 manat, 4 qram çəkidə, 583 əyyarlı nişan üzüyü, olmadıqda dəyəri 450 manat, 3 qram çəkidə, 583 əyyarlı tək qaşlı üzük, olmadıqda dəyəri 300 manat, 2 qram çəkidə, 585 əyyarlı üzük, olmadıqda dəyəri 200 manat, 2 qram çəkidə, 583 əyyarlı üzük, olmadıqda dəyəri 250 manat, 3 qram çəkidə, 583 əyyarlı safir üzük, olmadıqda dəyəri 300 manat, 2 baş iribuynuzlu heyvan, olmadıqda dəyəri 1400 manat, 3 ədəd hind quşu, olmadıqda dəyəri 90 manat, 8 ədəd toyuq, olmadıqda dəyəri 80 manat alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş məhkəmə xərclərinin əvəzi kimi 81.2 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.