Məhkəmə qərarları › İş №2(106)-1593/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1593/2025

16.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1593/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin e-2(038)-371/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 300 manat dəyərində olan taxt, 300 manat dəyərində olan dolab, 300 manat dəyərində olan televizor, 500 manat dəyərində olan soyuducu, 400 manat dəyərində olan paltaryuyan, 200 manat dəyərində olan yorğandöşək, 300 manat qablar, 200 manat dəyərində olan xalça, 100 manat dəyərində olan pərdə, 100 manat dəyərində olan soba, 200 manat dəyərində olan stol-stul olmaqla ümumilikdə - 2900 manat dəyərində olan 11 adda cehiz əmlaklarının Sumqayıt şəhəri, Corat Bağları ərazisində fərdi evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 9471 manat dəyərində cehiz əmlakları və 2650 manat dəyərində qızıl zinyət əşyaları natura şəklində, həmin əmlaklar və qızıl-zinyət əşyaları olmadığı təqdirdə onların dəyəri, cəmi - 13216 manat və dövlət rüsumu olaraq ödədiyi 130 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yardımlı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(038)-371/2025 saylı qərardadı ilə, həmin iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı Mahmudov X1 rayon Məhkəməsinin e-2(038)-371/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın qismən ləğv edilməsini və icraatın dayandırılması hissəsinin ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yardımlı rayon Məhkəməsinə iddia ərizəsi göndərərək ona məxsus (1 taxt-300 manat, dolab-300 manat, televizor-300 manat, Soyuducu-500 manat, paltaryuyan 400 manat, yorğan döşək-200 manat, qablar-300 manat, xalça-200 manat, pərdə-100 manat, soba- 100 manat, stol-stul-200 manat) cəmi2900 manat dəyərində əmlakların evdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 9471 manat dəyərində cehiz əmlakları və 2650 manat dəyərində qızıl zinyət əşyaları natura şəklində, həmin əmlaklar və qızıl-zinyət əşyaları olmadığı təqdirdə onların dəyəri, cəmi - 13216 manat və dövlət rüsumu olaraq ödədiyi 130 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh etiraf edir ki, hadisə günü cavabdehin anası, bacısı və atası evdə olmuşlar, əgər onun qızıllarını və paltarlarını almış olsaydı yəqin ki, 102 xidmətinə zəng vurardılar. O, atası evindən heç bir paltar gətirməyib. Onlar qarşılıqlı iddiaçıya təzə paltarlar almışlar. Televizor, paltaryuyan və soyuducunun pullarını isə öz vəsaiti hesabına toydan əvvəl almışdır. Qızıllar isə iddiaçı Cavabdeh öz üzərində olmuşdur. Hakim qərardad qəbul edərkən bunları nəzərə almamışdır. Hesab edir ki, Yardımlı rayon Məhkəməsinin e-2(038)-371/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad əsassız olduğundan ləğv olunmalıdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(038)-371/2025 saylı qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş və baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Birinci instansiya məhkəməsi şikayətin dəlillərini araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus qızıl ziynət əşyalarının dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndiricinin dəvət edilməsi və müvafiq ekspertizanın keçirilməsi zəruridir və bu səbəbdən də icraat dayandırılmışdır. Buna görə də həmin qərardadın ləğv edilməsinə dair şikayətin təmin edilməməsi qərarına gəlinmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi və iş üzrə icraatın dayandırılması ilə məsələyə düzgün hüquqi qiymət vermişdir və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi billik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Qeyd edilənlərə əsasən də, kollegiya hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir və iddiaçının hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(038)-371/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar