Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1696/2023 24.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, iddiaçı X1 Cavabdeh alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair mülki iş üzrə ərazi üzrə məhkəmə aidiyyətinə dair yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X4 Cavabdeh alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(023)-1221/2023 saylı qərardadı (hakim Nemət Musayev) ilə iddiaçı X1 Cavabdeh alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, məhkəmənin hazırlıq iclasından sonra Cavabdeh şəxsiyyət vəsiqəsilə Füzuli rayonunun Seyidəhmədli kəndində qeydiyyatda olması müəyyən edildiyindən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Füzuli Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(064)-1899/2023 saylı qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi üzrə məhkəmə aidiyyətinə dair yaranmış fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və hər iki məhkəmənin qərardadlarında gəldikləri mövqe üzrə əsaslandırdıqları dəlilləri hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, Qazax Rayon Məhkəməsi 07 sentyabr 2023-cü il tarixli 2(023)-1221/2023 saylı qərardadı qəbul edərkən düzgün hüquqi nəticəyə gəlməmiş və prosessual hüquq normasının tələblərinə əməl etməmişdir. Belə ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-də mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Beləcə, MPM-in 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İşdə olan sənədlərlə müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllülü X2 adlı iki azyaşlı uşaqları vardır və onlar hazırda analarının – iddiaçının yanında qalır. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 45.4-cü maddəsinə əsasən məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Beləliklə, iddiaçı X4 hazırkı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə qanunun ona verdiyi seçim hüququndan istifadə etməklə, eyni zamanda himayəsində iki azyaşlı uşağının olması, bununla da, məhkəməyə müraciət etmək hüququnun əlçatanlılığının, prosessual qənaət prinsipinin və sonda ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi əsası ilə müraciət edərkən prosessual qanunvericiliyin tələblərini gözləmişdir. Bu baxımdan, hazırkı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Qazax Rayon Məhkəməsinin mülki işin ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməsinə dair 07 sentyabr 2023-cü il tarixli 2(023)-1221/2023 saylı qərardadı ləğv edilməli, iddiaçı X1 Cavabdeh alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və MPM-in 35.1, 36.2, 40.1, 44.1, 45.2, 398.0.3-cü və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı X1 Cavabdeh alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(023)-1221/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1696/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1696/2023
24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver