Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-172/2023 10.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ilə Cavabdeh 2006-cı ildən rəsmi nikahda olmuş, bu nikahdan 2 uşaqxx.xx.2006-cı il təvəllüdlü Fidan və xx.xx.2009-cu il təvəllüdlü İslam doğulmuşdur. Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqların atanın yanında qalması müəyyən edilmişdir. Hazırki tələbində İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda işləmir. Uşaqları “Avropa kursları” tədris müəssisəsində təhsil alır. Onların aylıq ödənişləri ümumilikdə 270 manat təşkil edir. Cavabdeh Hacıqabul şəhəri 2 saylı tam orta məktəbdə sinifdənxaric və məktəbdənxaric işlər üzrə direktor müavini vəzifəsində işləyir və aylıq 898,45 manat əmək haqqı alır. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş və məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, ailə münasibətləri Feyzullanın günahı üzündən dağılmışdır. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektini və gəlirini gizlətmişdir. ünvan 1 ünvanında yerləşən mənzil (qeyri-yaşayış obyekti) birgə nikah dövründə əldə etsələr də, hazırda onun mülkiyyətindədir və iddiaçı ona görə icarə haqqı alır. Bundan başqa, onun şəxsi mülkiyyətində avtomobil var. Hazırda həmin avtomobili idarə edir. Cavabdeh izahatında bildirmişdir ki, Şirvan şəhərində yerləşən mənzildə kirayədə yaşamaqla hər ay 300 manat kirayə haqqı ödəyir, 150-200 manat kommunal haqqı ödəyir, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında götürdüyü kreditin aylıq ödənişi 322,55 manatdır. Şirvan Şəhər Məhkəməsinin (hakim S.Məmmədova) 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün əvvəli 05 avqust 2022-ci ildən hesablanmaqla Cavabdeh hər ay hər bir uşağa 90 manat, iki uşağa görə 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, qətnamə qəbul edildikdən sonra alimentin dərhal icra olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1, 75.2, 75.4, 78.1, 78.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, cavabdeh Şirvan şəhərində yerləşən mənzildə kirayədə yaşamaqla hər ay 300 manat kirayə haqqı ödəyir, kommunal haqqı olaraq 150-200 manat ödəyir, xx.xx.2022-ci il tarixli, CC/43536/87/26 saylı kredit müqaviləsi əsasında götürdüyü kreditin aylıq ödənişi 322,55 manatdır. Aylıq xərci 822 manatdır. Aylıq gəliri isə 898 manat təşki edir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh 890 manat əmək haqqı alır. Tək kirayədə yaşayır. Cavabdeh aliment və digər xərclərlə bağlı bankdan kredit götürüb, əlverişsiz vəziyyətə düşmüşdür. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh 2006-cı ildən rəsmi nikahda olmuş, bu nikahdan 2 uşaq- xx.xx.2006-cı il təvəllüdlü Fidan və xx.xx.2009-cu il təvəllüdlü İslam doğulmuşdur. Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqların atanın yanında qalması müəyyən edilmişdir. Tərəflər arasında əvvəllər alimentlə bağlı mübahisələr olmuşdur. İddiaçı Cavabdeh qarşı aliment tələbi Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonra sabit pul məbləğində aliment tələbinə dair iddia Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Hazırki tələbində iddiaçı cavabdehdən ayda hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəf alimenti ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Belə ki, Şirvan şəhərində yerləşən mənzildə kirayədə yaşamaqla hər ay 300 manat kirayə haqqı ödəyir, xx.xx.2022-ci il tarixdə bankdan kredit götürmüşdür, kreditin aylıq ödənişi 322,55 manatdır. Aylıq xərci 822 manatdır. Aylıq gəliri isə 898 manat təşki edir. İşin faktiki hallarından müəyyən edilir ki: -iddiaçı işləmir; Azərbaycan Respublikası ƏƏSMN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı işsiz statusu ilə qeydiyyata alınmışdır; -tərəflərin birgə nikahından doğulan və iddiaçının yanında yaşayan uşaq- X6 xx.xx.2021-ci il tarixdən etibarən Şirvan şəhər Avropa Kurslarında 9-cu sinif üzrə ödənişli təhsil almaqdadır, aylıq ödənişi 150 manat, X7 isə 7-ci sinif üzrə ödənişli təhsil almaqdadır və aylıq ödənişi 120 manat təşkil edir; -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 ikitərəfli anadangəlmə yastı pəncəlik diaqnozu qoyulmuşdur; -Azərbaycan Respublikası Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 00-01-98/10 № arayışında göstərilmişdir ki, Cavabdeh Hacıqabul şəhər 2 nömrəli tam orta məktəbdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini (təşkilatçı) işləyir və onun aylıq əmək haqqı 1123,5 manat təşkil edir, karta köçən əmək haqqı isə 898,45 manat təşkil edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, işin digər hallarını nəzərə almaqla uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar alimentin ödənilməsindən imtina üçün əsas deyil. Beləliklə, Kollegiya, hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (ödəmənin bir illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(032)-1378/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İlham Əsədov Hakimlər: ` Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-172/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-172/2023
10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver