Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1721/2024 28.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil və cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “ödənilməmiş əmək haqqı” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(049)-1323/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2024-cü il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Təhsil İdarəsi tərəfindən ümumimilikdə 6200 manat pul vəsaitinin əmək haqqı qismində hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci il tarixdə isə Astara rayon Marzəsə kənd ümumi orta məktəbində əmək fəaliyyətinə başlamışdır. 2021-ci ilin oktyabr ayından həm də həmin məktəbdə direktor əvəzi kimi fəaliyyətə başlamışdır. O, həmin vəzifənin icrasına başlayarkən əmək haqqının tam olmaqla verilməsinə dair Astara Rayon Təhsil Şöbəsi ilə razılıq əldə etmişdir. Bundan sonra direktor vəzifəsinin icrası ilə bağlı onun əmək haqqı tam olaraq hər ayın sonunda ona verilmiş olsa da, 2022-ci ilin sentyabr ayından etibarən ona məktəbin direktor vəzifəsinin icrası ilə bağlı əmək haqqını ümumiyyətlə verilməmişdir. Belə ki, həmin dövrdə direktor vəzifəsinin icrası ilə bağlı ona verilməli olan əmək haqqı 840 manat təşkil etmişdir. Həmin məbləğ 5 ay ardıcıl olaraq ona verilmədiyindən, 4200 manat məbləğində əmək haqqı ona ödənilməmiş hesab edilməlidir. Nəhayət 2023-cü ilin 17 yanvar tarixindən etibarən direktor vəzifəsinin icrası ilə bağlı 50 faiz olmaqla 400 manat ona aylıq əmək haqqı ödənilmişdir. 14 iyun 2023-cü ii tarixədək beş ay müddətində ona ödənilməli olan əmək haqqının 50 faizi ödənilmiş olsa da, ondan sonra həmin vəzifənin icrası dayandırılmışdır. Belə ki, 25 sentyabr 2023-cü il tarixdə təhviltəslim aktı əsasında direktor vəzifəsini X1 təhvil vermişdir. Bununla da o, 4000 manat əmək haqqı almalı olduğu halda, qeyd etdiyi müddət ərzində 2000 manat əmək haqqı almışdır. Məhz bu baxımdan da hesab edir ki, onun əmək haqqı düzgün hesablanmamış və onun əmək hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh X3 Təhsil İdarəsi ümumimilikdə ona 6200 manat pul vəsaiti əmək haqqı qismində ödəniş etməlidir. O, həmin tələblə dəfələrlə X3 Təhsil İdarəsinə getməklə müraciətlər etmişdir, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Nəhayət məcbur olub, 12 dekabr 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada təklif ünvanlamış və daha sonra cavabdeh mübahisənin həlli ilə bağlı mediasiyaya dəvət olunmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə mediasiyaya gəlmiş olsa da, mediasiya prosessində də müsbət nəticə əldə olunmamışdır. Məhz bundan sonra o, məcbur olub məhkəməyə müraciət etmişdir. Yuxanda göstərdiyi xüsusatlarla bağlı rəsmi sənədlərin əslini iələb etsə də, ona təqdim edilməmişdir. Ona verilmiş sənədlər isə həmin sənədlərin kserosurətləridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Lakin göründüyü kimi, yuxarıda istinad etdiyi maddənin tələbləri açıq-aşkar pozulmuşdur. İşin məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya qarşı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Astara Rayon Təhsil şöbəsinin xx.xx.2021- ci il tarixli K-97 nömrəli əmrilə ilkin olaraq 3 ay müddətinə xx.xx.2021 -ci il tarixindən direktor vəzifəsi müvəqqəti olaraq direktor maaşı ona ödənilməklə həvalə edilmişdir. Sonradan bu müddət xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Təkrar xx.xx.2023-cü il tarixdən Lənkəran - Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1-024K/2023 nömrəli əmrlə İddiaçı 3 ay müddətinə direktor vəzifəsi müvəqqəti olaraq direktor vəzifəsi maaşının 50% ödənilməklə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdən 3-29-35/3-1-151K/2023/1 nömrəli əmrlə Vüqar Aaslanovla yenidən 3 ay müddətinə direktor vəzifəsi müvəqqəti olaraq direktor vəzifəsi maaşının 50% ona ödənilməklə həvalə edilmişdir. Qeyd edilən əmrlərə uyğun ona direktor vəzifəsini icra etdiyi günlərdə əlavə əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 47.1. maddəsinə əsasən “İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar”. Lakin bütün bunlara baxmayaraq İddiaçı Əmək Məcəlləsinin tələblərini nəzərə almayaraq heç bir hüquqi əsası olmayan, qanunazidd ittihamlar irəli sürərək əlavə əmək haqqının verilməsini iddia edir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələblərinə riayət etmədən prosesual normaları da pozmuşdur. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin İddiaçı iddia ərizəsini tərcümeyi-halına uyğunlaşdıraraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin iddia predmetinin mahiyətinə aid olmayan maddələrini sadalamaqla heç bir tutarlı əsas və sübut əlavə etmədən iddia ərizəsini tərtib etmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77-ci maddəsinin tələblərini pozmuşdur.Yuxarıda qeyd edilənlərə istinad edərək, idiaçı İddiaçı iddia tələbi əsassız olduğunda təmin edilməməsini xahiş etmişlər. Əlavə olaraq məhkəməyə vəsatət verərək iddia müddətini tətbiq edib iddianın təmin edilməməsini xahiş etmişdir İşin məhkəmə baxışında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, qeyd olunan mübahisəyə iddia müddətinin tətbiqinin yolverilməz olduğunu bildirmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(049)-1323/2024 saylı qətnaməsi ilə (Hakim: Muradağa Qasımov), iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsivəkili Məmmədli X2 Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(049)-1323/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar vermiş, izahatında Lənkəran Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(049)-1323/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Lənkəran Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(049)-1323/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı keçirilən iclasda iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(049)-1323/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 61-ci maddəsinə əsasən
1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. 154-cü maddəsinə əsasən
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 162-ci maddəsinə əsasən
1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(049)- 1323/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan İddiaçı 186878 saylı əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, öz ərizəsi əsasında Astara rayonu Marzasə kənd ümumi orta məktəbinin direktorunun xx.xx.2007-ci il tarixli 177 №-li əmri əsasında o, Marzasə kənd ümumi orta məktəbində riyaziyat və informatika üzrə müəllim təyin edilmişdir. Astara RTŞnin xx.xx.2021-ci il tarixli, K-97 №-li əmri əsasında Marzasə kənd ümumi orta məktəbində vakant direktor vəzifəsi müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur. X3 Təhsil İdarəsinin K-24 saylı, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, həmin əmrlə öz ərizəsi əsasında xx.xx.2023-cü il tarixindən 03 ay müddətinə Marzasə kənd ümumi orta məktəbində vakant direktor vəzifəsi müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur.. İşdə olan Astara RTŞ-nin “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, əmək haqqı məbləği 799 manat və işə başlama tarixi xx.xx.2021-ci il tarixdən hesablanmaqla İddiaçıla xx.xx.2022-ci il tarixədək Marzasə kənd ümumi orta məktəbinin direktor vəzifəsinə dair müddətli əmək müqaviləsi bağlanmışdır. İşdə olan X3 Təhsil İdarəsinin 3-29-35/3-1-024 K saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, direktor vəzifə maaşının 50% ödənilməklə xx.xx.2023- cü il tarixindən 03 ay müddətinə Marzasə kənd ümumi orta məktəbində vakant direktor vəzifəsi müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur. İşdə olan X3 Təhsil İdarəsinin 3-29-35/3-1-151 K/2023/1 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, direktor vəzifə maaşının 50% ödənilməklə xx.xx.2023-cü il tarixindən 03 ay müddətinə Marzasə kənd ümumi orta məktəbində vakant direktor vəzifəsi müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur. İşdə olan X3 Təhsil İdarəsinin “Astara rayonu Marzasə kənd ümumi orta məktəbinin müəllimi İddiaçı əmək haqqına hesablanmış əlavələr haqqında” məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixədək ona direktor vəzifəsinə görə əlavə əmək haqqı hesablanması müəyyən olunmur, xx.xx.2023-cü il tarixdən 221.95 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 268.58 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 170.91 manat, 2023-cü ilin may ayında 439.50 manat, cəmi 1100.94 manat direktor vəzifəsi həvaləsinə görə əmək haqqı ödənilmişdir. 2021-ci ilin oktyabr, noyabr, dekabr ayılarında 3 ay 100%, 2022-ci ilin yanvar ayından iyun ayınadək 6 ay 100%, xx.xx.2023-cü il tarixdən 30 iyuin 2023-cü il tarixədək 50% və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 50% direktor vəzifəsinə görə əlavə əmək haqqı ödənilmişdir. İşdə olan X3 Təhsil İdarəsinin “Astara rayonu Marzasə kənd ümumi orta məktəbinin müəllimi İddiaçı 2021-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına qədər hesablanmış əmək haqqı barədə” məlumatdan görünür ki, direktor vəziofəsiniun icrasına görə 2021-ci ilin oktyabr-dekabr aylarında hər ay 666 masnat olmaqla 3 ay müddətində 1998 manat, 2022-ci ilin yanvar-iyun aylarında hər ay 799 manat olmaqla 6 ay müddətində 4794 manat, 2022-ci ilin sentyabr-dekabr aylarında əmək haqqı hesablanmamış, 2023-cü ilin yanvar ayında 221.95 manat, fevral ayında 399.50 manat, mart ayında 399.50 manat, aprel ayında 268.58 manat, may ayında 610.41 manat, iyun ayında 439.50 manat, 2023-cü ilin yanvar-iyun ayında cəmi 2339.44 manat əmək haqqı hesablanmışdır. İşdə olan Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edlmiş MŞL/MT014/2023- 00285 saylı, xx.xx.2023-cü i tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” Arayışdan görünür ki, İddiaçı “əmək haqqı tələbi”nə dair mübahisə ilə əlaqadar mediasiya təşkilatına ilkin olaraq xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi üzrə xahişi 2 hissədən ibarətdir: I- 2022-ci ilin sentyabr ayından 17 yanvar 2023-cü il tarixədək ona məktəbin direktor vəzifəsinin icrası ilə bağlı ayda 840 manat ödənilməli olan və 2022-ci ilin sentyabr ayından 17 yanvar 2023-cü il tarixədək ona məktəbin direktor vəzifəsinin icrası ilə bağlı ayda 840 manat ödənilməli olan və ümumiyyətlə 5 ay ardıcıl olaraq ödənilməyən 4200 manat məbləğində əmək haqqı tələbi. II- 17 yanvar 2023-cü ilin tarixdən 14 iyun 2023-cü ii tarixədək məktəbin direktor vəzifəsinin icrası ilə bağlı ödənilmiş 50 faiz əmək haqqından başqa, ayda 400 manat olmaqla qalan 5 ayın 50 faiz əmək haqqı olan 2000 manat məbləğində əmək haqqı tələbi. İddiaçının iddia tələbindən müəyyən edilir ki, o, 2007-ci il tarixdə isə Astara rayon Marzəsə kənd ümumi orta məktəbində əmək fəaliyyətinə başlamışdır. 2021-ci ilin oktyabr ayından həm də həmin məktəbdə direktor əvəzi kimi fəaliyyətə başlamışdır. O, həmin vəzifənin icrasına başlayarkən əmək haqqının tam olmaqla verilməsinə dair Astara Rayon Təhsil Şöbəsi ilə razılıq əldə etmişdir. Bundan sonra direktor vəzifəsinin icrası ilə bağlı onun əmək haqqı tam olaraq hər ayın sonunda ona verilmiş olsa da, 2022-ci ilin sentyabr ayından etibarən ona məktəbin direktor vəzifəsinin icrası ilə bağlı əmək haqqını ümumiyyətlə verilməmişdir. Belə ki, həmin dövrdə direktor vəzifəsinin icrası ilə bağlı ona verilməli olan əmək haqqı 840 manat təşkil etmişdir. Həmin məbləğ 5 ay ardıcıl olaraq ona verilmədiyindən, 4200 manat məbləğində əmək haqqı ona ödənilməmiş hesab edilməlidir. Nəhayət 2023-cü ilin 17 yanvar tarixindən etibarən direktor vəzifəsinin icrası ilə bağlı 50 faiz olmaqla 400 manat ona aylıq əmək haqqı ödənilmişdir. 14 iyun 2023-cü ii tarixədək beş ay müddətində ona ödənilməli olan əmək haqqının 50 faizi ödənilmiş olsa da, ondan sonra həmin vəzifənin icrası dayandırılmışdır. Belə ki, 25 sentyabr 2023-cü il tarixdə təhviltəslim aktı əsasında direktor vəzifəsini X1 təhvil vermişdir. Bununla da o, 4000 manat əmək haqqı almalı olduğu halda, qeyd etdiyi müddət ərzində 2000 manat əmək haqqı almışdır. Məhz bu baxımdan da hesab edir ki, onun əmək haqqı düzgün hesablanmamış və onun əmək hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh X3 Təhsil İdarəsi ümumimilikdə ona 6200 manat pul vəsaiti əmək haqqı qismində ödəniş etməlidir. O, həmin tələblə dəfələrlə X3 Təhsil İdarəsinə getməklə müraciətlər etmişdir, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Nəhayət məcbur olub, 12 dekabr 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada təklif ünvanlamış və daha sonra cavabdeh mübahisənin həlli ilə bağlı mediasiyaya dəvət olunmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə mediasiyaya gəlmiş olsa da, mediasiya prosessində də müsbət nəticə əldə olunmamışdır. Məhz bundan sonra o, məcbur olub məhkəməyə müraciət etmişdir. Yuxanda göstərdiyi xüsusatlarla bağlı rəsmi sənədlərin əslini iələb etsə də, ona təqdim edilməmişdir. Ona verilmiş sənədlər isə həmin sənədlərin kserosurətləridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Lakin göründüyü kimi, yuxarıda istinad etdiyi maddənin tələbləri açıq-aşkar pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 61-ci maddəsinə əsasən
1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. [102]
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. 154-cü maddəsinə əsasən
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 162-ci maddəsinə əsasən
1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Kollegiya iddiaçının birinci xahişi ilə bağlı qeyd edir ki, iddiaçı Astara rayonu Marzəsə kənd orta məktəbində riyaziyat və informatika müəllimi işləməklə bərabər eyni zamanda 2022ci ilin sentyabr ayından 17 yanvar 2023-cü il tarixədək həmin məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyini göstərsə də, onun həmin vəzifəni faktiki olaraq icra etdiyini tərəflər mübahisələndirməsələr də, ona həmin vəzifənin həvalə edilməsinə dair hər-hansı bir əmr verilməmiş, onunla iş verən arasında hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. İş materialllarından da müəyyən edilir ki, hər dəfə ona məktəbin direktor vəzifəsi səlahiyyətlərini həvalə etməmişdən qabaq, ondan buna dair razılıq ərizəsi alınmış, bundan sonra müvafiq əmr verilmiş və o, həmin səlahiyyətləri icra etməyə başlamışdır. İş materiallarından o da müəyyən olunur ki, onunla həmin səlahiyyətlərlə bağlı bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Əslində bu andan sonra iddiaçı məktəbin möhürünü səlahiyyətli şəxsə təhvil verməklə həmin səlahiyyətləri icra etməməli olduğu halda, həmin səlahiyyətli şəxsə müvafiq razılıq ərizəsi vermədən, məktəbin direktorunun səlahiyyətlərin icrası ilə bağlı müvafiq əmək müqaviləsi bağlamamasına və müvafiq əmrin verilməməsinə baxmayaraq riyaziyyat və informatika müəllimi vəzifəsində işləməklə bərabər eyni zamanda da könüllü olaraq direktor vəzifəsini də icra etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi həmin dövrdə iddiaçının faktiki olaraq məktəb direktorunun vəzifəsini də icra etdiyini etiraf etsə də, müvafiq əmək müqaviləsi və əmr olmadığından ona həmin vəzifənin icrası ilə bağlı əmək haqqı hesablanmadığını bildirmişdir. Əmək Məcəlləsinin 154 maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, iddia tələbi iddiaçının 2022-ci ilin sentyabr ayından xx.xx.2023-cü il tarixədək həmin məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyinə görə riyaziyyat və informatika müəlliminin əmək haqqı ilə direktor vəzifəsinin əmək haqqı arasındakı fərq hesablanaraq əmək haqqı kimi ona ödənilməsi hissəsində tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə kollegiya qeyd edir ki, cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə izahatında, iddia müddətinin keçdiyini və iş materiallarında bununla bağlı ərizəsinin də olduğunu bildirmişdir. İş materiallarından da görünür ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində ərizə verərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, məhkəmə həmin ərizəyə qiymət verərək hesab etmişdir ki, iddia əsassız olduğundan, məhkəmə həmin vəsatətə qiymət verməyə zərurət görməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının tələbi əsassız olması artıq iddia müddətinin tətbiqi barədə ərizənin də təmin edilməsi zərurətini aradan qaldırır. Kollegiya iddiaçının ikinci xahişi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. İşə əlavə edilmiş və həqiqiliyi mübahisələndirlməyən iddiaçının cavabdehə ünvanladığı mavafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələrinin surətindən görünür ki, iddiaçı müvafiq olaraq Astara rayonu Marzəsə kənd orta məktəbində vakant direktor vəzifəsinin ona həvalə edilməsinə və uzadılmasına etiraz etməmişdir. Bu ərizələrdən də görünür ki, cavabdeh iddiaçıya məktəbin direktoru vəzifəsini həvalə edərkən, onunla əmək müqaviləsinin müddətini uzadarkən Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinin tələblərinə tam riayət etmişdir. Mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçı xx.xx.2023-cü ilin tarixdən xx.xx.2023-cü il tarixədək direktorun vəzifə maaşının 50 faizi miqdarında əmək haqqı almışdır. Lakin o, hesab edir ki, ona həmin dövr üçün direktorun vəzifə maaşının 50 faizi deyil, 100 faizi miqdarında əmək haqqı hesablanmalı idi. Buna görə də cavabdehdən qalan 50 faiz əmək haqqını da tələb edir. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilmiş Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsindən də göründüyü kimi işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Cavabdeh Əmək Məcəlləsinin bu tələbinə də riayət edərək iddiaçıya, icra etdiyi əlavə vəzifəyə görə əvəz etdiyi vəzifənin 50 faizindən az olmayan əmək haqqı hesablayaraq ödəmişdir. Həmin Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsində əmək haqqı ilə bağlı şərtlərin işçi tərəfindən irəli sürülməsi nəzərdə tutulmamışdır. Odur ki, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbini əssasızdır və iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunu və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “ödənilməmiş əmək haqqı tələbinə dair iddia ərizəsi təmin edilməməlidir” barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(049)-1323/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(049)-1323/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.