Məhkəmə qərarları › İş №2(106)-173/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-173/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-173/2024 24.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşaq tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-1437/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 aprel 2012-ci il təvəllüdlü X7 və 20 fevral 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə toy etməklə ailə qurmuş, rəsmi nikahları isə 18 yanvar 2011-ci ildə bağlanmışdır. Həmin nikahdan 12 oktyabr 2010-cu ildə Xədicə Cəfərova, 14 aprel 2012-ci ildə Məryam Cəfərova və 20 fevral 2014-cü ildə Mühəmməd Cəfərov adlı uşaqları anadan olmuşdur. Cavabdehlə uzun müddət bir evdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Sonradan xasiyyətləri uyğun gəlmədiyindən nikahın pozulmasına qərar vermiş və bununla bağlı Masallı Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(050)-1018/2021 saylı qətnaməsinə əsasən iddiası təmin edilərək, İddiaçı və Cavabdeh arasında bağlanmış 18 yanvar 2011-ci il tarixli, 02 saylı nikah akt qeydinin pozulması, 12 oktyabr 2010-cu ildə anadan olmuş X6, 14 aprel 2012-ci ildə anadan olmuş X7 və 20 fevral 2014-cü ildə anadan olmuş X5 anaları İddiaçı yanında saxlanılması qət edilmişir. Məhkəmə baxışı iclasında o, ərizə ilə məhkəməyə müraciət edərək, aliment tələb etmədiyini, lakin nikahın pozulmasını və uşaqların onun himayəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq vermədiyi üçün xx.xx.2023-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoru Natəvan Muradova tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” ona arayış verilmişdir. Mediasiya ilə bağlı 50 manat xərc onun tərəfindən ödənilmişdir. Cavabdeh övladları ilə maraqlanmır və heç bir maddi köməklik göstərmir. Bu səbəbdən o məcbur qalıb məhkəməyə müraciət edir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, uşaqları X14, X15 və X5 Cavabdeh alınıb ona verilməsini və Cavabdeh həmin uşaqların saxlanması üçün hər uşağa görə 220 manat olmaqla 660 manat hər ay alimetin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, işə məhkəmədə baxılan dövrdə cavabdeh uşaqları götürüb aparmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 2010-cu il təvəllüdlü X14, 14 aprel 2012-ci il təvəllüdlü X15 və 20 fevral 2014-cü il təvəllüdlü X11 adlı uşaqların onun himayəsində saxlanılması barədə qarşılıqlı iddiasının təmin edilməsini, ilk iddia üzrə iddiaçının aliment tələbi barədə iddiasının təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birgə nikahları dövründə anadan olmuş X14, X15 və X11 adlı uşaqların anasında saxlanılması barədə Masallı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi (2-1018/2021) mövcuddur. Buna baxmayaraq, azyaşlı uşaqları analarının yanında qalmaq istəmirlər. Onlar hal-hazırda qarşılıqlı iddiaçının yaşadığı Yeddioymaq kəndində yaşayırlar. İddiaçı son aylarda Masallı RPŞ-yə ərizə ilə müraciət etmiş və uşaqların Cavabdeh alınaraq ona qaytarılması barədə müraciətlər etmişdir. Həmin müraciətə əsasən polis şöbəsinin və Masallı RİH-nin azyaşlılar üzrə komissiyasının iştirakı ilə araşdırmalar aparılmış və uşaqlar dindirilmişdir. Nəticədə uşaqlar anasının yanında qalmaq istəmədiklərini bildirmiş və atalarının yanında qalmalarını istədiklərini bildirmişlər. Ona görə də komissiyalar bu barədə sənədləşdirmələr apararaq ərizəçiyə cavab vermişlər. Masallı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(050)-1437/2023 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 12 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 aprel 2012-ci il təvəllüdlü X7 və 20 fevral 2014-cü il təvəllüdlü X5 ilk iddia üzrə Cavabdeh alınaraq ilk İddiaçı verilməsi, 12 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 aprel 2012-ci il təvəllüdlü X7 və 20 fevral 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ilk iddia üzrə Cavabdeh aylıq qazancının (başqa gəlirinin) yarısının və hər uşaq üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin alınaraq ilk İddiaçı ödənilməsi, alimentin tutulmasının başlanğıcının uşaqların ilk iddia üzrə Cavabdeh alınaraq ilk İddiaçı verildiyi tarixdən hesablanması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(050)-1437/2023 saylı qətnaməsinin tamamilə ləğv olunmasını, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. O, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında fikirləri öyrənilən uşaqlar X14, X15 və X11 bacıları Xədicə Cəfərova ilə eyni məzmunda ifadə verərək, ataları ilə yaşamaq istədiklərini bildirmişlər. Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 26 may 2023-cü il tarixli rəyinə əsasən barışıq olmadığı təqdirdə 12 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 aprel 2012-ci il təvəllüdlü X7 və 20 fevral 2014-cü il təvəllüdlü X5 ataları Cavabdeh yanında saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Qeyd etdiyi dəlillər məhkəmə qətnaməsində də öz əksini tapmışdır. Məhkəmə qətnamə qəbul edərkən uşaqların yaşayış yeri məsələsini onların razılığına əsasən həll etməmiş, uşaqların ataları Cavabdeh ilə yaşamaq istəklərini nəzərə almamışdır. Məhkəmə Ailə Məcəlləsinin 52-ci və 60-cı maddələrinə əsasən mütləq nəzərə almalı olduğu bu halı hansı əsasla nəzərə almadığını qətnamədə qeyd etməmişdir. Birinci istansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələbləri pozulmuş, iş üzrə kifayət qədər araşdırma aparılmamış, hakim işə obyektiv yanaşmamışdır. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52ci və 60-cı maddələrinin, həmçinin digər maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci istansiya məhkəməsi qətnamə qəbul edərkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərə misal olaraq məhkəmə iclasında fikirləri öyrənilən uşaqlar X14, X15 və X5 ataları ilə yaşamaq istədiklərini göstərmək olar. Lakin mühüm əhəmiyyəti olan bu hala məhkəmə tərəfindən aydınlaşdırılaraq düzgün hüquqi qiymət verilməmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 26 may 2023-cü il tarixli rəyinə əsasən barışıq olmadığı təqdirdə 12 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 aprel 2012-ci il təvəllüdlü X7 və 20 fevral 2014-cü il təvəllüdlü X5 ataları Cavabdeh yanında saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Lakin məhkəmə qanuna əsasən mütləq nəzərə almalı olduğu bu halı da nəzərə almamışdır. Məhkəmə iclasında fikri öyrənilən X6 məktəbdə tanımadığı şəxsdən mobil telefon alıb atasına zəng edərək, onları aparmasını istəməsi, ana nənəsinin yatmaq istədiyi üçün qardaşını 2 saat balkonda saxlaması halı da məhkəmə tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə də həmçinin həm uşaqların hər üçünün atanın yanında qalmaq istəməsinin, həm də Qəyyumluq və Himayəçilik Komissiyasının 26 may 2023-cü il tarixli rəyinin məhkəmə tərəfindən nəzərə alınmamasını göstərmək olar. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 sentyabr tarixli, 985 nömrəli arayışa əsasən Cavabdeh övladları X14, X15 və X11 ilə birlikdə anadan olduqları andan hal-hazıra kimi Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Birinci Yeddioymaq kəndində, ona məxsus olan evdə yaşayırlar. Cavabdeh hər üç övladı R.Əzizov adına Yeddioymaq 1 saylı kənd tam orta məktəbində təhsil alırlar. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Yeddioymaq kənd R.Əzizov adına Yeddioymaq 1 nömrəli tam orta məktəbi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli arayışa əsasən X14 həqiqətən 2016/2017-ci tədris ilində Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunmuşdur. Hal-hazırda həmin məktəbdə təhsilini davam etdirir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Yeddioymaq kənd R.Əzizov adına Yeddioymaq 1 nömrəli tam orta məktəbi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli arayışa əsasən X15 həqiqətən 2018/2019-cu tədris ilində Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunmuşdur. Hal-hazırda həmin məktəbdə təhsilini davam etdirir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Yeddioymaq kənd R.Əzizov adına Yeddioymaq 1 nömrəli tam orta məktəbi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli arayışa əsasən X9 həqiqətən 2020/2021-ci tədris ilində Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunmuşdur. Hal-hazırda həmin məktəbdə təhsilini davam etdirir. Azərbaycan Respublikası Masallı rayon R.Əzizov adına Birinci Yeddioymaq kənd orta məktəbi tərəfindən verilmiş 25 nömrəli, 10 oktyabr 2023-cü il tarixli arayışa əsasən X14 həqiqətən Masallı rayon R.Əzizov adına Birinci Yeddioymaq 1 nömrəli tam orta məktəbin Vİİ sinfində oxuyur. Azərbaycan Respublikası Masallı rayon R.Əzizov adına Birinci Yeddioymaq kənd orta məktəbi tərəfindən verilmiş 26 nömrəli, 10 oktyabr 2023-cü il tarixli arayışa əsasən X15 həqiqətən Masallı rayon R.Əzizov adına Birinci Yeddioymaq 1 nömrəli tam orta məktəbin Vİ sinfində oxuyur. Azərbaycan Respublikası Masallı rayon R.Əzizov adına Birinci Yeddioymaq kənd orta məktəbi tərəfindən verilmiş 27 nömrəli, 10 oktyabr 2023-cü il tarixli arayışa əsasən X9 həqiqətən Masallı rayon R.Əzizov adına Birinci Yeddioymaq 1 nömrəli tam orta məktəbin İV sinfində oxuyur. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çıxış edərək bildirdi ki, o, İddiaçı ilə 2021-ci ildə ayrıldıqdan sonra İddiaçı uşaqlar ilə birlikdə Bakı şəhərində valideynlərinin, bacısının və bacısı uşaqlarının kirayədə yaşadığı evdə yaşamağa başlamış, uşaqlar da Bakı şəhərində məktəbə getmişlər. Lakin həmin evdə uşaqların yaşaması üçün şərait olmamışdır. Bir gün böyük qızı Xədicə telefonla ona zəng edərək, həmin evdə yaşaya bilmədiklərini bildirmiş, gəlib onları aparmasını xahiş etmişdir. Bundan sonra o, uşaqları məktəbdən götürüb özünün yaşadığı Masallı rayonuna gətirmişdir. Uşaqların hər biri ataları ilə yaşamaq istəyir. İddiaçı yaşadığı şərait birinci instansiya məhkəməsində araşdırma aparılarkən də məlum olmuş, uşaqların hər biri hətta birinci instansiya məhkəməsində dinlənilərkən də ataları ilə yaşamaq istədiklərini bildirmişlər. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil3 Cavabdehla eyni məzmunda çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, uşaqların üçünün də onun yanında saxlanılması qət edilmişdir. Bundan sonra, o, valideynləri, bacısı və bacısı uşaqlarının Bakı şəhərində birlikdə kirayə yaşadığı evdə uşaqları ilə birlikdə yaşamağa başlamış, uşaqlar isə Bakı şəhərində 267 nömrəli məktəbdə təhsil almağa başlamışlar. O, uşaqların saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh onun xəbəri olmadan uşaqları öz yanına aparmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin iclasında uşaqlar dindirilərək atalarının yanında qalmaq istədiklərini bildirərkən onlar təsir altında olmuşdur. Həmçinin qeyd etdi ki, o özü uşaq əyləncə mərkəzində uşaq nəzarətçisi olaraq çalışır və aylıq təxminən 300-400 manat əmək haqqı alır. Bəzən isə başqa şəxslərin də uşaqlarına baxıcılıq edərək onlardan pul qazanır və aylıq gəliri təxminən 500-600 manata çatır. Ona görə də zərurət yaranarsa, o, valideynləri ilə kirayədə yaşadığı evdən çıxaraq özünə uşaqları ilə birlikdə yaşamaq üçün başqa bir kirayə mənzil tuta bilər. Apellyasiya məhkəməsinin iclasında uşağın təhsil aldığı müəssisənin nümayəndəsi pedaqoq X12 iştirakı ilə 12 oktyabr 2010-cu il təvəllüdlü X14 çıxış edərək bildirdi ki, Bakı şəhərində nənəsi, babası, anası, xalası, xalasının 2 uşağı və bacı-qardaşı ilə birgə o, cəmi 9 nəfər 2 otaqlı evdə kirayə yaşayırdılar. Nənəsi daim ona və bacı-qardaşına əsəbiləşmiş, kiçik qardaşını incitmiş, hətta orada qaldıqları son günlərin birində özü yatmaq istədiyindən qardaşı səs salmasın deyə onu 2 saat eyvanda saxlamışdır. Xalası da boşanıb gəlmişdir və tez-tez evdə siqaret çəkirdi. Ona görə də həftənin cümə günü məktəbdən çıxarkən tanımadığı bir adamdan telefonunu xahiş edib almış, atasına zəng edərək gəlib onları öz evinə aparmasını istəmişdir. Lakin evdəkilərin xəbəri olmasın deyə atasına zəng etməsi barədə evdə heç kəsə deməmiş, bu barədə yalnız bacısı Məryamın xəbəri olmuş, o da heç kəsə bir söz deməmişdir. Atasının onları nə vaxt gəlib aparacağından xəbərləri olmamışdır. Növbəti həftənin birinci günü məktəbə gedərkən atasının gəldiyini görmüş, hər üçü də öz razılığı ilə atası ilə birlikdə Masallı rayonuna gəlmişlər. O, atası ilə yaşamaq istədiyini bildirdi. Apellyasiya məhkəməsinin iclasında uşağın təhsil aldığı müəssisənin nümayəndəsi pedaqoq X12 iştirakı ilə 14 aprel 2012-ci il təvəllüdlü X15 böyük bacısı Xədicə Cəfərova ilə eyni məzmunda çıxış etdi və atası ilə yaşamaq istədiyini, anası ilə getmək istəmədiyini bildirdi. Apellyasiya məhkəməsinin iclasında uşağın təhsil aldığı müəssisənin nümayəndəsi pedaqoq X12 iştirakı ilə 20 fevral 2014-cü il təvəllüdlü X11 çıxış edərək bildirdi ki, Bakı şəhərində anası, bacıları, babası, nənəsi, xalası və xalası uşaqları ilə bir evdə yaşayırdılar. Nənəsi ona və xalası uşaqlarına tez-tez əsəbiləşmiş, xalası uşaqlarını bir neçə dəfə döymüş, hətta özü yatmaq istəyərkən onu 2 saat eyvanda saxlamışdır. Xalası da evdə teztez siqaret çəkirdi. O, həmin evdə yaşamaq istəmir, atası ilə yaşamaq onun üçün daha yaxşıdır. Lakin əgər anası tək yaşasa və böyük bacıları da razı olsa, o, anası ilə yaşaya bilər. Belə olmadığı təqdirdə isə atası ilə yaşamaq istəyir. Uşaqların dinlənilməsindən sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirdi ki, o, uşaqlarını dinlədikdən sonra onların atalarının yanında qalmalarına etiraz etmir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə kollegiyasına yazılı ərizə də təqdim edərək, uşaqlarının məhkəmədə verdiyi izahatları nəzərə alaraq uşaqlarının atalarının yanında qalmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Masallı RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Masallı RİHB Aparatı məktubla məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəməyə təqdim olunan rəyi müdafiə etdiklərini, mülki işə iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin tam ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, tərəfləri və uşaqları dinləyib işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İşdəki AZ-İİİ 336593 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 oktyabr 2010-cu il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki AZ-İİ 864872 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 aprel 2012-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki AZ-İİİ 268269 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 fevral 2014-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. İşdə surəti olan Masallı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(050)- 1018/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı və Cavabdeh arasında bağlanmış 18 yanvar 2011-ci il tarixli, 02 saylı nikah akt qeydi pozulmuş, 12 oktyabr 2010-cu ildə anadan olmuş X8, 14 aprel 2012-ci ildə anadan olmuş X7 və 20 fevral 2014-cü ildə anadan olmuş X5 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İşdəki Masallı RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 26 may 2023-cü il tarixli rəyindən görünür ki, Komissiya barışıq olmadığı təqdirdə azyaşlıların fikrini nəzərə alaraq xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 ataları Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab edir. Rəyə əlavə edilmiş yazılı izahatlardan görünür ki, hər üç uşaq atası ilə yaşamaq istədiyini bildirmişdir. İşdəki Masallı RİHB-nin Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 985 nömrəli, 25 sentyabr 2023-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh aşağıda adları qeyd olunan övladları ilə birlikdə anadan olduqları andan halhazıra kimi Masallı rayonu, Birinci Yeddioymaq kəndində ona məxsus olan evdə yaşayırlar: 1) qızı X14 – xx.xx.2010-cu il; 2) qızı X15 – xx.xx.2012-ci il; 3) oğlu X11 – xx.xx.2014-cü il. Cavabdeh hər üç övladı R.Əzizov adına Yeddioymaq 1 saylı kənd tam orta məktəbində təhsil alırlar. İşdəki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbin 12 nömrəli, 26 sentyabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, X15 2018/2019-cu tədris ilində Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunmuşdur. Hal-hazırda həmin məktəbdə təhsilini davam etdirir. İşdəki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbin 13 nömrəli, 26 sentyabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, X11 2020/2021-ci tədris ilində Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunmuşdur. Hal-hazırda həmin məktəbdə təhsilini davam etdirir. İşdəki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbin 12 nömrəli, 26 sentyabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, X14 2016/2017-ci tədris ilində Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunmuşdur. Hal-hazırda həmin məktəbdə təhsilini davam etdirir. İşdəki Masallı rayon R.Əzizov adına birinci Yeddioymaq kənd orta məktəbinin 10 oktyabr 2023-cü il tarixli, 25 nömrəli arayşının surətindən görünür ki, X2 rayon R.Əzizov adına Birinci Yeddioymaq 1 nömrəli tam orta məktəbin 7-ci sinfində oxuyur. İşdəki Masallı rayon R.Əzizov adına birinci Yeddioymaq kənd orta məktəbinin 10 oktyabr 2023-cü il tarixli, 26 nömrəli arayşının surətindən görünür ki, X3 rayon R.Əzizov adına Birinci Yeddioymaq 1 nömrəli tam orta məktəbin 6-cı sinfində oxuyur. İşdəki Masallı rayon R.Əzizov adına birinci Yeddioymaq kənd orta məktəbinin 10 oktyabr 2023-cü il tarixli, 27 nömrəli arayşının surətindən görünür ki, X1 rayon R.Əzizov adına Birinci Yeddioymaq 1 nömrəli tam orta məktəbin 4-cü sinfində oxuyur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı uşaqları X14, X15 və X5 Cavabdeh alınıb ona verilməsini və Cavabdeh həmin uşaqların saxlanması üçün hər uşağa görə 220 manat olmaqla 660 manat hər ay alimetin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh isə X14, X15 və X11 adlı uşaqların onun himayəsində saxlanılması barədə qarşılıqlı iddiasının təmin edilməsini, ilk iddia üzrə iddiaçının aliment tələbi barədə iddiasının təmin edilməməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(050)-1437/2023 saylı qətnaməsi ilə isə ilk iddia qismən təmin edilmiş, 12 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 aprel 2012-ci il təvəllüdlü X7 və 20 fevral 2014-cü il təvəllüdlü X5 Cavabdeh alınaraq İddiaçı verilməsi, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirinin) yarısının və uşaq üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayətinin əsas dəlili kimi ona istinad etmişdir ki, uşaqların ataları ilə yaşamaq istəklərini birinci instansiya məhkəməsi nəzərə almamışdır. Məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında uşaqlarla bağlı yaranmış hüquq münasibətləri valideynlərin razılığı olmadıqda uşaqların yaşayış yerinin məhkəmə qaydasında müəyyən olunması ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddəyə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 60.1 və 60.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9-cu maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası “Uşaq hüquqları haqqında” Bəyannamənin 2-ci maddəsindən, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş “Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları”nda göstərilir ki, “üstün maraqlar” termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir. Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. MPM-in 192.3-cü maddəsinə əsasən, uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilərlər. Qeyd edilən normalardan da göründüyü kimi, valideynlər arasında mübahisə olduğundan məhkəmə yetkinlik yaşına çatmayan uşaqların hansı valideyninin yanında qalmasının onların mənafeyinə daha uyğun olmasını müəyyən etmək məqsədilə hər üç uşağın məhkəmə iclasında onların təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakının dinlənilməsini təmin etmiş, apellyasiya məhkəməsinin iclasında iştirak edən 12 oktyabr 2010-cu il təvəllüdlü X14, 14 aprel 2012-ci il təvəllüdlü X15 və 20 fevral 2014-cü il təvəllüdlü X5 hər biri öz izahatlarında ataları ilə yaşamaq istədiklərini bildirmişlər. Masallı RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası da 26 may 2023-cü il tarixli rəyində barışıq olmadığı təqdirdə azyaşlıların fikrini nəzərə alaraq uşaqların ataları Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab etdiyini bildirmiş, həmin rəyə əlavə edilmiş yazılı izahatlarda uşaqlar yenə də ataları ilə qalmaq istədiklərini bildirmişlər. Apellyasiya məhkəməsinin iclasında uşaqlarının fikrini dinlədikdən sonra ilk iddia üzrə İddiaçı uşaqlarını dinlədikdən sonra onların atalarının yanında qalmalarına etiraz etmədiyini qeyd etmiş, bununla bağlı məhkəmə kollegiyasına yazılı ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə kollegiyası uşaqların fikrini dinləyərək, uşaqların anası İddiaçı onların atalarının yanında qalmalarına etiraz etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş 12 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 aprel 2012-ci il təvəllüdlü X7 və 20 fevral 2014-cü il təvəllüdlü X5 ataları Cavabdeh yanında qalmaları müəyyən edilməli və uşaqlar onun yanında saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqların atalarının yanında qalmaları müəyyən edildiyindən, ilk iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, uşaqların atalarının yanında qalmaları müəyyən edildiyindən, uşaqlar atalarının himayəsində olduqlarından, İddiaçı onların saxlanılması üçün aliment tələbinə dair iddiası təmin edilə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, uşaqların yanında qalmalarının müəyyən edildiyi ata (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh uşaqların saxlanılması üçün İddiaçı alimentin tutulmasına dair tələbi olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(050)-1437/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment tələbinə dair” ilk iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşaq tələbinə dair” qarşılıqlı iddiası təmin edilməli, İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş 12 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 aprel 2012-ci il təvəllüdlü X7 və 20 fevral 2014-cü il təvəllüdlü X5 ataları Cavabdeh yanında qalmaları müəyyən edilməli və uşaqlar onun yanında saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(050)-1437/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “uşaq və aliment tələbinə dair” ilk iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşaq tələbinə dair” qarşılıqlı iddiası təmin edilsin. İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş 12 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 aprel 2012-ci il təvəllüdlü X7 və 20 fevral 2014-cü il təvəllüdlü X5 ataları Cavabdeh yanında qalmaları müəyyən edilsin və uşaqlar ataları Cavabdeh yanında saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar