Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1739/2023 01.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(036)-9236/2016 saylı qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Kreditor “Nikoyl” X2 (hazırda "xxxx" ASC) 29 noyabr 2016-cı ildə ərizə ilə məhkəməyə müraciət edərək, 06 fevral 2015-ci il tarixli, 3-MZ-1-0-49-15 saylı kredit müqaviləsindən irəli gələn 09 sentyabr 2016-cı il tarixədək hesablanmış ödənilməmiş 7928,21 ABŞ dolları əsas borcun və 2574,7 ABŞ dolları faiz borcunun, cəmi 10502,91 ABŞ dollarının, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, Borclu1 və Borclu2 birgə qaydada tutulub “Nikoyl” X1 ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı məhkəmə əmri ilə ərizə təmin olunmuş, borclular Borclu1 və Borclu2 müştərək qaydada ödəniş vaxtı məzənnədə milli valyuta ilə 7928,21 USD əsas borc, 2574,70 USD faiz borcu, cəmi 10502,91 USD və ödənilmiş dövlət rüsumuna görə 20 manatın tutulub tələbkar “Nikoyl” İKB-nin hesabına keçirilməsi əmr edilmişdir. Borclu2 ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)- 9236/2016 saylı, 01 dekabr 2016-cı il tarixli əmrinin yaşadığı ünvan 1 ünvanına və mailto:ramil.aliyev.3333@gmail.comElektron ünvan ünvanına göndərilməsini xahiş etmişdir. Borclu2 ərizəsində bildirmişdir ki, məhkəmənin əmrindən Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsində xəbəri olmuşdur. Məktub 29 avqust 2023-cü il tarixində İmişli Rayon Məhkəməsinə daxil olmuşdur. İmişli Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(036)-9236/2016 saylı məktubu ilə İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı əmrinin surəti Borclu2 göndərilmişdir. 06 sentyabr 2023-cü il tarixində borclu Əliyev X4 Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı məhkəmə əmrinə etiraz vermiş, etirazda həmin əmrin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Borclu2 etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. O, hazırkı əmrin olması barədə məlumatı Nərimanov rayon İcra və Probasiya şöbəsindən və əmrin surətini isə 05 sentyabr 2023-cü ildə İmişli Rayon Məhkəməsindən almışdır. İmişli Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(036)-9236/2016 saylı qərardadı ilə (sədrlik edən hakim Ülvi Qənbərov) İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı əmrinə Borclu2 tərəfindən edilən etiraz geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı əmrinin surəti 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı məktubla tərəflərə göndərilmiş və icra sənədi 12 dekabr 2016-cı il tarixdə icraya yönəldilmişdir. Borclu2 ötən müddətdə etiraz etməyərək qanunda nəzərdə tutulan müddəti ötürmüşdür. Həmin qərardaddan narazı qalan Borclu2 şikayət vermiş, şikayətində İmişli Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(036)-9236/2016 saylı qərardadının ləğv olunmasını, ötürülmüş etiraz müddətinin bərpa olunmasını və əmrin ləğv edilərək iddia icraatına keçirilməsini xahiş etmişdir. Borclu2 şikayətini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı əmrindən 28 avqust 2023-cü il tarixdə Nərimanov rayon İcra və Probasiya şöbəsində xəbəri olmuşdur. O, 28 avqust 2023-cü il tarixdə İmişli Rayon Məhkəməsinə əmri rəsmi qaydada almaq üçün ərizə ilə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli məktubu ilə əmrin surəti ona göndərilmişdir. Eyni zamanda, İmişli Rayon Məhkəməsinin 2(036)-9236/2016 saylı, 01 dekabr 2016-cı il tarixli əmri gecikdirilməklə 7 il sonra Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir (daxil olma xx.xx.2023-cü il, şikayət ərizəsinə əlavə olunur). Bundan sonra, xx.xx.2023-cü il tarixdə Nərimanov rayon İcra və Probasiya şöbəsi tələbin könüllü icra olunması üçün qərar qəbul etmiş və bildiriş göndərmişdir. Lakin ünvan 2 ünvanına bildiriş daxil olmamışdır. O, İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli əmrinin surətini 05 sentyabr 2023-cü ildə almış, bundan sonra MPM-in 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmədən etirazla müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(036)-9236/2016 saylı qərardadı ilə şikayət təmin olunmamış, İmişli Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(036)-9236/2016 saylı qərardadından Borclu2 tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-9236/2016 saylı, 18 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı məhkəmə əmrinə Borclu2 tərəfindən verilmiş etiraz yenidən baxılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı göndəriş məktubunda qeyd edilmişdir ki, İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı əmrinin surəti tərəflərə, o cümlədən Borclu2 göndərilir. Lakin iş materiallarına həmin əmrin surətinin tərəflərə həqiqətən də göndərildiyini təsdiq edən hər hansı sənəd (poçt göndərişlərinin reyestri və s.) əlavə edilməmişdir. Həmçinin, qeyd edilən əmrin surətinin Borclu2 çatdırılmasını təsdiq edən hər hansı sənəd də iş materiallarında aşkar olunmur. İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı göndəriş məktubundan həm də o aydın olur ki, Borclu2 ünvanı qeyri-müəyyən şəkildə “ünvan 3 ünvanın natamam və qeyri-müəyyən olması məhkəmə əmrinin surətinin 01 dekabr 2016-cı il tarixli məktubla Borclu2 çatdırılmasına əsaslı şübhə yaradır. Mülki Prosessual Məcəllənin 134.1.7-ci maddəsində məhkəmə əmri işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısına daxil edilmişdir. Bundan başqa, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 12 dekabr 2016cı il tarixli, 2(036)-9236/2016 saylı göndəriş məktubunda İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı əmrinin surətinin aidiyyəti hissədə icra edilməsi üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qeyd edilmişdir. Lakin həmin məktubun da qeyd edilən tarixdə həmin icra şöbəsinə göndərilməsi ilə bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Əksinə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı icra sənədi 19 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 icraatına daxil olmuş, həmin tarixdə də icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 19 aprel 2023-cü il tarixli məktubu ilə Borclu2 tələbin könüllü icrası haqqında bildiriş göndərilsə də, borclunun ünvanı “Bakı şəhəri, Nərimanov rayonu, PYUA-38/10” olaraq qeyd edilmişdir. Borclu2 tərəfindən şikayətə əlavə olunan və iş materiallarının 41-ci vərəqində olan zərfin surətindən isə görünür ki, həmin bildiriş də ünvanın tam olmaması səbəbindən borcluya çatdırılmamışdır. Bunlara baxmayaraq, Borclu2 öz şikayətində bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı əmri barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində 28 avqust 2023-cü il tarixində məlumat əldə etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, etiraza yenidən baxacaq olan məhkəmə Borclu2 barəsində olan İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı icra sənədi üzrə icra işini araşdıraraq, Borclu2 məhkəmənin 01 dekabr 2016-cı il tarixli əmrindən nə vaxtdan etibarən məlumatının olmasını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə əmrinin icraya yönəldilməsi barədə məktubda qeyd edilmiş 12 dekabr 2016-cı il tarixindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində həmin icra sənədi üzrə icraata başlanıldığı 19 aprel 2023-cü il tarixinədək məhkəmə əmrinin Borclu2 münasibətdə icraya yönəldilib-yönəldilməməsi, onun barəsində hər hansı icra hərəkətlərinin həyata keçirilib-keçirilməməsi araşdırılmalıdır. Həmçinin, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanılan 19 aprel 2023-cü il tarixindən 28 avqust 2023-cü il tarixinədək Borclu2 məhkəmə əmrinin mövcudluğu və icra sənədi ilə bağlı hansı tarixdə məlumatlandırılması müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, məhkəmə əmrinə etiraz üçün MPM-in 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük prosessual müddətin Borclu2 tərəfindən ötürülüb-ötürülməməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən yenidən araşdırılmalı, bu zaman hazırkı qərardadda müəyyən olunmuş göstərişlər nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-9236/2016 saylı, 18 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)- 9236/2016 saylı məhkəmə əmrinə Borclu2 tərəfindən verilmiş etiraz yenidən baxılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-9236/2016 saylı, 18 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İmişli Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(036)-9236/2016 saylı məhkəmə əmrinə Borclu2 tərəfindən verilmiş etiraz yenidən baxılması üçün mülki işlə birlikdə İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1739/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1739/2023
01.11.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver