Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1745/2022 20.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlundan və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X4, iddiaçı X5, onun vəkili və nümayəndəsi X2 və cavabdeh X12 iştirakları ilə açıq məhkəmə iclasında İddiaçı cavabdehlər X14, Cavabdeh və İmişli Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı 04 mart 2020-ci il tarixli 4Ə/147 saylı və 04 mart 2020-ci il tarixli 4Ə/148 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(020)-286/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(020)-286/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) İddiaçı cavabdehlər X14, Cavabdeh və İmişli Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı 04 mart 2020-ci il tarixli 4Ə/147 saylı və 04 mart 2020-ci il tarixli 4Ə/148 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(020)- 286/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, cavabdeh X19 ilə 2012-ci ildə nikaha girərək ailə həyatı qurmuşlar. Həmin nikah dövründə qazandıqları əmlaklar olub ki, həmin əmlaklardan bir hissəsi iki konturda yerləşən 2.35 ha və 3.27 ha torpaq sahəsidir ki, keçmiş həyat yoldaşı 18 dekabr 2018-ci ildə aralarında olan nikah pozulduqdan sonra əmlak tələbi ilə bağlı iddia qaldıracağını eşitdikdən sonra, həmin torpaq sahəsinin 3.27 ha olan hissəsini 04 mart 2020-ci il tarixli 4Ə/147 saylı, 2.35 ha hissəsini isə 4Ə/148 saylı 04 mart 2020-ci il tarixli alqı satqı müqaviləsi əsasında Beyləqan rayon sakini Cavabdeh İmişli ASAN Xidmət Mərkəzinin Notariat ofisində satmışdır. O, hesab edir ki, həmin alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyi üçün etibarsız hesab edilməlidir. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Daşınmaz əmlakın reyestr nömrəsi **********48 olan 2.35 ha torpaq sahəsi 12 aprel 2020- ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır ki, bu da ona dəlalət edir ki, həmin torpaq sahəsi birgə nikah dövründə əldə edilmişdir. Digər çıxarış əlində olmadığına görə həmin sənədi məhkəməyə təqdim edəcək. O, hesab edir ki, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən notarius həmin əmlaka mülkiyyət hüququnun yarandığı vaxtı müəyyən etməli, onun iştirakını təmin etməli idi, onun mülkiyyətində olan hissəni özkəninkiləşdirilməsinə yol verməməli idi. O, hesab edir ki, İmişli ASAN Xidmət Mərkəzinin notariusu alqı-satqı müqaviləsini təsdiq edərkən qanunvericiliyin tələblərini, onun qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Ona görə də həmin müqavilələr ləğv edilməli, onun mülkiyyət hüququ bərpa edilməlidir. Ona görə də cavabdeh X19 ilə Cavabdeh arasında, cavabdehlə ümumi mülkiyyətlərində olan torpaq sahəsinin 3.27 ha olan hissəsinə dair 04 mart 2020-ci il tarixli 4Ə/147 saylı, 2.35 ha hissəsinə dair 04 mart 2020-ci il tarixli 4Ə/148 saylı alqı-satqı müqaviləsinin etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehlə birgə nikah dövündə iki konturda yerləşən 2.35 ha və 3.27 ha torpaq sahələrini əldə etmələrinə baxmayaraq cavabdehin həmin torpaq sahələrini onun xəbəri olmadan alqısatqı müqaviləsi əsasında özgəninkiləşdirməsinə maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, onun iddia tələbini təmin etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı, onun vəkili və nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(020)-286/2022 saylı qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh X19 izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(020)-286/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və İmişli Asan Xidmət Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclaslarında iştirak etməmişlər (təmsil olunmamışlar). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(020)-286/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* nömrəli çıxarışdan görünür ki, Beyləqan rayonunun Təzəkənd kəndində yerləşən 2,35 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ ilə X12 adına qeydiyyata (qeydiyyat nömrəsi **********) alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* nömrəli çıxarışdan görünür ki, Beyləqan rayonunun Təzəkənd kəndində yerləşən 3,2768 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ ilə X12 adına qeydiyyata (qeydiyyat nömrəsi **********) alınmışdır. İşdə olan X9 Şəhadətnamənin surətindən görünür ki, X19 ilə İddiaçı arasında olan nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. İşdə olan 04 mart 2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X19 04 mart 2020-ci il tarixdə mülkiyyətində olan 3,2768 ha torpaq sahəsini Cavabdeh satmışdır. İşdə olan 04 mart 2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X19 04 mart 2020-ci il tarixdə mülkiyyətində olan 2,35 ha torpaq sahəsini Cavabdeh satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvad birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətndə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. file:///D:\Nüsrət%20Mirzəyev\Mülki%20işlər%201\Məcəllələr\Local%20Settings\Temp \file_**********_file_**********_600.htmHəmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(020)-1347/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X19 aralarında 16 aprel 2014-cü il tarixdə Beyləqan rayon İHB-nın Təzəkənd kənd İƏD nümayəndəliyində qeydə alınmış nikah pozulmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir: «Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. İş materiallarına əlavə edilmiş 14 may 2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X19 «alıcı» olaraq «satcılar» X7 və X11, X3 əvəzində X6 mülkiyyətlərində olan 3,91 ha torpaq sahəsini 6300 (altı min üç yüz) manata almışdır. İş materiallarına əlavə edilmiş 12 mart 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X19 «alıcı» olaraq «satıcılar» X13, X8 və X1 mülkiyyətlərində olan 2,35 ha torpaq sahəsini 5400 (beş min dörd yüz) manata almışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, mübahisə predmeti olan Beyləqan rayonunun Təzəkənd kəndində yerləşən, xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ ilə X12 adına qeydiyyata alınmış 3,2768 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Beyləqan rayonunun Təzəkənd kəndində yerləşən, xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ ilə X12 adına qeydiyyata alınmış 2,35 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi birgə nikah dövründə əldə edildiyindən ər-arvadın ümumi əmlakı hesab edilir. Ona görə də iddiaçının cavabdehlə Beyləqan rayon məhkəməsinin 18 dekabr 2019cu il tarixli 2(020)-1347/2019 saylı qətnaməsi ilə nikah qeydinin pozulmasından sonra hər iki topaq sahəsinin 04 mart 2020-ci il tarixdə cavabdeh X19 tərəfindən Cavabdeh birtərəfli qaydada satılmaqla özgəninkiləşdirilməsi həmin əqdin etibarsızlığı qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmursa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinin tələbinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.http://frameworks.e-qanun.az/46/f_46944.html Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları düzgın tətəbiq edilməmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(020)-286/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 218.1, 372, 385, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(020)-286/2022 saylı qətnaməsi ləğv olunsun. İddia tələbi təmin olunsun. Cavabdeh X19 ilə Cavabdeh arasında bağlanmış 3,2768 ha torpaq sahəsinə dair 04 mart 2020-ci il tarixli AN-İ ******* saylı və 2,35 ha torpaq sahəsinə dair 04 mart 2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqavilələri etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1745/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1745/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver