Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1773/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(050)-2532/2025 saylı qərardadından İddiaçı Ağalı oğlu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Ağalı oğlu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışda və ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********36 reyestr nömrəli Çıxarışda düzəliş edilməsinin və həmin çıxarışlarda səhvən yazılmış X3 adının çıxarılmasının va onun, yəni İddiaçı Ağalı oğlunun, nənəsi X2, yoldaşı X1, oğlu X4 həmin çıxarışa (pasporta) əlavə olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(050)-2532/2025 saylı qərardadı ilə İddiaçı Ağalı oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı cavabdeh təşkilatın üzərinə vəzifə qoyulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunması qərara alınmışdır. Abasov X5 Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(050)-2532/2025 saylı qərardadından şikayəti verərək, həmin qərardadın ləğv edilməini xahiş etməsi ilə yanaşı qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də vermişdir. Masallı Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(050)-2532/2025 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(050)-2532/2025 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa olunması barədə İddiaçı Ağalı oğlunun ərizəsinin təmin edilməsi qərara alınmışdır. Abasov X5 Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(050)-2532/2025 saylı qərardadından verdiyi şikayət onunla əsaslandırılmışdır ki, o, “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr" PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı çıxarışda düzəliş olunması tələbi ilə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)- 2532/2025 saylı qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. O, həmin qərardadla razı deyil və ləğv olunmasını tələb edir. Məhkəmə prosessual hüquq normalarının tələbini pozmuşdur. Onun vermiş olduğu ərizə MPM-nin qaydalarına uyğun tərtib olunmuşdur. İddia ərizəsinin icraata götürülməməsi üçün əsaslar mövcud deyildir. Onun müraciəti çıxarışda olan yanlışlıqların düzəldilməsindən ibarətdir, onun inzibati orqandan imtina almağı üçün heç bir əsas mövcud deyildir. Çıxarışdakı yanlışlıqları düzəltmək yalnız məhkəmənin səlahiyyətindədir və inzibati orqanın belə səlahiyyəti yoxdur. Buna görə də inzibati orqana müraciət olunmasına zərurət olmamışdır. Hazırkı iddia inzibati məhkəməyə aid deyildir. Birinci instansiya Məhkəməsi şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, Masallı Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(050)-2532/2025 saylı qərardadı əsaslı və qanuni olduğundan, eləcə də qərardadın ləğvi üçün əsas müəyyən olunmadığından həmin qərardaddan verilmiş şikayəti təmin etməmiş və şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı Ağalı oğlu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışda və ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********36 reyestr nömrəli Çıxarışda düzəliş edilməsinin və həmin çıxarışlarda səhvən yazılmış X3 adının çıxarılmasının va onun, yəni İddiaçı Ağalı oğlunun, nənəsi X2, yoldaşı X1, oğlu X4 həmin çıxarışa (pasporta) əlavə olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiasının çıxarışda olan yanlışlıqların düzəldilməsindən ibarət olmaqla çıxarışdakı yanlışlıqları düzəldilməsinin yalnız məhkəmənin səlahiyyətinə aid olmasını qeyd etmiş, inzibati orqanın belə bir səlahiyyətinin olmamasını göstərmişdir. Lakin yuxarıda da şərh edildiyi kimi iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı inzibati orqanın üzərinə vəzifə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarılmasına dair məsələyə düzgün qiymət vermişdir və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən də, kollegiya hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir və iddiaçıların hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçı Ağalı oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(050)-2532/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1773/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1773/2025
27.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver