Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1784/2023 19.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X8 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və X9, cavabdehlər Cavabdeh3 və Cavabdeh1, cavabdehlərin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X9 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə və evə köçürülmə ilə bağlı olunan maneələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(032)-829/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və cavabdehlərin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(032)-829/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən Şirvan şəhəri Mahir Mirzəyev küçəsi ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə ilə bağlı olunan maneələrin aradan qaldırılması, İddiaçı1 və X9 həmin evə köçürülməsi, iddianın baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və vəkil xidmət haqqı olaraq 120 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və X12 verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və cavabdehlərin nümayəndəsi Vəkil2 Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(032)-829/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1 və X14 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atalarından miras qalmış mülkiyyətlərində olan Şirvan şəhəri Mahir Mirzəyev küçəsi ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri, evə köçürülmə ilə bağlı olunan maneələrin cavabdehlərə qadağan edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun və eləcə də, vəkil xidmətləri üçün banka ödənilən 120 (yüz iyirmi) manat məbləğində xərcin cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları X10 X2 ilə 1954-cü ildə rəsmi nikaha girmişdir. Onların birgə nikahından 1955-ci il təvəllüdlü Şəmmədov Nüsrət Ərəstun oğlu, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı1, xx.xx.1957-ci il təvəllüdlü X14 və xx.xx.1959-cu il təvəllüdlü Şamedova (Əliyeva) Gülüstan Arastun qızı dünyaya gəlmişdir. X2 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində “Septik endokarut” xəstəliyindən, ataları X10 isə xx.xx.1986-cı il tarixdə “Kəskin miokard infarkt” xəstəliyindən Şirvan şəhərində vəfat etmişlər. X1 məxsus ünvan 2 ünvanında yerləşən 1033.0 kv.metr ərazini əhatə edən həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində 1970-ci il tarixdə inşa edilmiş ümumi tikinti sahəsi 113.9 kv.m təşkil edən 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi miras qalmışdır. Həmin ev şəxsi mülkiyyət hüququ ilə atalarına məxsus olmuş və ona bu barədə xx.xx.1970-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi, X3 Bürosu tərəfindən evin texniki pasportu verilmişdir. Qanun üzrə vərəsələrdən 1955-ci il təvəllüdlü böyük qardaşları Şəmmədov Nüsrət Ərəstun oğlu xx.xx.2017-ci il tarixdə “ürəyin hipertenriv xəstəliyi”ndən Şirvan şəhərində vəfat etmişdir. Qardaşları vəfat edənədək qanun üzrə vərəsələr ata mülkləri faktiki qəbul edib yaşadıqlarından miras əmlak barədə aralarında hər hansı bir mübahisə olmamışdır. Qardaşları vəfat edəndən sonra, onun uşaqları 1984-cü il təvəllüdlü Cavabdeh2, 1985-ci il təvəllüdlü Cavabdeh3 və 1990-cı il təvəllüdlü Cavabdeh1 onlarla (vərəsələrlə) mübahisə etdilər ki, bu miras əmlak atalarına məxsusdur və o, vəfat edəndən sonra bu əmlak onlara çatmalıdır. Belə olduğu təqdirdə, hüquqlarını müdafiə etmək məqsədilə “miras əmlaka qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi və naturada bölünməsi” iddia tələbi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişlər. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişlər və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(106)-894/2020 saylı qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3580/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Mülki işə təkrar apellyasiya məhkəməsində baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)- 265/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, miras qoyan X6 məxsus olmaqla ünvan 3 ünvanda yerləşən 100 kv.m ümumi sahədən ibarət 1970-ci ildə inşa olunmuş fərdi yaşayış evi, 919,1 kv.metr həyətdən, digər tikililər də daxil olmaqla, ümumilikdə 1033.0 kv. metr sahədən ibarət həyət evində iddiaçılar İddiaçı1, X14 və mərhum Şəmmədov Nüsrət Ərəstun oğlunun hər birinin 1/3 hissədə payları müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh3 kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3463/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-265/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Mülki iş üzrə məhkəmə qətnamə və qərarları qanuni qüvvəsini almış və İddiaçı1 atadan miras qalmış fərdi yaşayış evinə olan hüquqlarını dövlət qeydiyyatına aldırmış və ona bu barədə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış verilmiş və çıxarışda həmin ünvan yenilənərək Şirvan şəhəri Mahir Mirzəyev küçəsi ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 kimi qeyd edilmişdir. Bundan sonra iddiaçılar İddiaçı1 və X14 mülkiyyətlərində olan həmin evə köçüb yaşamaq istəmişlər, lakin həmin evdə yaşayan mərhum qardaşları Şəmmədov Nüsrət Ərəstun oğlunun oğlu Cavabdeh3 onları evə buraxmamış və onların mülkiyyətlərindən dinc şəkildə istifadə etmələrinə maneə yaratmışdır. İddiaçılar belə olduğu təqdirdə, mübahisə edib vəziyyəti gərginlik halına, cinayət həddinə çatdırmamış, cavabdehlərin xüsusən həmin evdə ailəsi ilə birlikdə yaşayan Cavabdeh3 tərəfindən olunan psixi və fiziki maneələrinə son qoyulması üçün və mülkiyyətlərində olan evlərinə köçürülmələri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər hal-hazırda Şirvan şəhəri M.Mirzəyev küçəsi ev 17-də qeydiyyatda olmaqla yaşayırlar. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-265/2021 saylı icra sənədinə əsasən X7 məxsus olmaqla Şirvan şəhəri M.Mirzəyev küçəsi ev 17C (Yeni qaydalarla: AZ 1808, ünvan 5 ünvanında yerləşən 100 kv.m ümumi sahəsindən ibarət 1970-ci ildə inşa olunmuş fərdi yaşayış evi 919.1 kv.m həyətdən, digər tikililər də daxil olmaqla, ümumi 1033.0 kv.m sahədən ibarət həyət evində tələbkarlar İddiaçı1, X14 və mərhum Şəmmədov Nüsrət Ərəstun oğlunun hər birinin 1/3 hissədə payları müəyyən edilməsi qət edilmişdir. Həmin icra vərəqinin icrası üzrə ƏMDX DƏDK və RPHŞ-nın 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən X4 adına ********** nömrəli qeydiyyat, **********17 – 10301 Daşınmaz əmlak reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə tam mülkiyyət üzrə çıxarış verilmişdir. Həmin çıxarış hansı qaydalara uyğun bölündüyü onlara məlum deyil və verilmiş çıxarışın faktiki tikiliyə münasibətdə düzgün olmadığı açıq-aşkar görünür. Belə ki, xx.xx.2023-cü il tarixdə vərəsələr arasında qeydə alınmış çıxarışdan görünür ki, İddiaçı1 0,0648 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa, həmin 2 otaqlı fərdi yaşayış evi naturada, yəni 3 nəfər vərəsə arasında bölünmədiyi təqdirdə, iş üzrə iddiaçıların həmin mənzildən istifadə qaydaları müəyyən edilə bilməz. İlk olaraq, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 DƏDRX 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Şirvan İnzibati Məhkəməsində 2-1(120)-3764/2023 saylı mülki iş kimi qeydiyyatdan keçmiş və bu barədə müvafiq sərəncam verilmişdir. Həmin işin məhkəmə iclası 18 oktyabr 2023-cü il tarixə saat 10:00-a təyin edilmişdir. Bu barədə sərəncam və ona əlavə edilmiş bildirişi ərizəyə əlavə edib, Şirvan Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə rəsmi olaraq təqdim etsələr də, məhkəmə işin icraatını dayandırmamışdır. Həmin iddia tələbi təmin edildiyi təqdirdə, bu işin nəticəsinə təsir edəcəkdir. Digər tərəfdən, işdə olan sənədlərdən görünür ki, X4 adına Şirvan şəhəri M.Mirzəyev küçəsi ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 5 ünvanında yerləşən 0,1033 ha torpaq sahəsində yerləşən, 43.30 kv.m sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş və həmin fərdi yaşayış evi 2 otaqdan ibarətdir. Həmin fərdi yaşayış evində babalarından sonra mərhum ataları, atalarından sonra isə onlar yaşayırlar və orada bir çox yaxşılaşdırma işləri görmüşlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və cavabdehlərin nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(032)-829/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və X14 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(032)- 829/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Onlar eyni zamanda bildirmişlər ki, mübahisəli fərdi yaşayış evi onlara atalarından miras qalmışdır. Sözügedən fərdi yaşayış evi iki otaqlıdır. Otaqlardan birində özləri, digərində isə cavabdehlərin qalmasına etiraz etmirlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(032)-829/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********17-10301 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri Mahir Mirzəyev küçəsi ev 17 C (yeni qaydalarla AZ 1802, ünvan 1 saylı evin 1/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə X9 və 1/3 hissəsinə X5 mülkiyyət hüquqları qeydə alınmışdır. Birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2(032)-1656/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X9 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Əliyeva (Şamedova) Gülüstan Arastun qızına qarşı Şirvan şəhəri Mahir Mirzəyev küçəsi ev 17 ünvanda yerləşən 1033,0 kv.m ərazini əhatə edən həyətyanı torpaq sahəsinə və torpaq sahəsi üzərində 1970-ci il tarixdə inşa edilmiş ümumi tikinti sahəsi 113.9 kv.m təşkil edən 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evinə qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi və naturada bölünməsi barədə iddia ərizəsi təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və həmin iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, miras qoyan X6 məxsus olmaqla ünvan 6 ünvanında yerləşən 100 kv.m ümumi sahədən ibarət 1970-ci ildə inşa olunmuş fərdi yaşayış evi, 919.1 kv.metr həyətdən, digər tikililər də daxil olmaqla, ümumilikdə 1033.0 kv.m sahədən ibarət həyət evində iddiaçılar İddiaçı1, X14 və mərhum Şəmmədov Nüsrət Ərəstun oğlunun hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə kassasiya təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin adıçəkilən qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, Mülki Məcəllənin tələblərinə görə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçıların hər birinin payı müəyyən olunmuş, bu öz əksini qanunla müəyyən edilmiş qaydada verilən müvafiq çıxarışda tapmışdır. İddiaçılar hazırda mülkiyyət hüququ əsasında özlərinə məxsus fərdi yaşayış evinə daxil olmağa çalışsalar da, cavabdehlər tərəfindən törədilən maneçilik davam etməkdədir. Kollegiya qeyd edir ki, iddiaçılar mübahisəli fərdi yaşayış evinin mülkiyyətçiləridirlər və bu hüququ realizə etmək, özlərinə məxsus fərdi yaşayış evinə köçürülmək üçün məhkəməyə müraciət etmişlər. Bundan əlavə, kollegiya cavabdehlərin nümayəndəsinin “icraatın dayandırılması” barədə dəlili üzrə bildirir ki, Şirvan İnzibati Məhkəməsində baxılan inzibati mübahisə barədə işin istənilən nəticəsi mülkiyyətçi olmaları mübahisələndirilməyən iddiaçıların tələblərinin təmin olunması üçün mane olmayacaqdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və cavabdehlərin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(032)-829/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 və cavabdehlərin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(032)-829/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilmədikdə, qətnamə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1784/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1784/2023
19.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver